Məhkəmə qərarları › İş №2(005)-112/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-112/2024

18.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-112/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh3 ASC-nin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Cavabdeh2 MMC-yə, Bakı şəhəri Suraxanı rayonu İcra Şöbəsinə, Cavabdeh3 ASC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) hərracın nəticələri haqqında protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin etibarsız hesab olunaraq ləğvi və daşınmaz əmlak üzərində aparılmış Cavabdeh3 ASC-nin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilərək mülkiyyətindəki mənzilin çıxarışının əvvəlki hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 MMC-yə, Bakı şəhəri Suraxanı rayonu İcra Şöbəsinə, Cavabdeh3 ASC-yə qarşı hərracın nəticələri haqqında protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin etibarsız hesab olunaraq ləğvi və daşınmaz əmlak üzərində aparılmış Cavabdeh3 ASC-nin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilərək mülkiyyətindəki mənzilin çıxarışının əvvəlki hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4ənzilə dair hərracın nəticələri haqqında Cavabdeh2 MMC rəhbərliyinin direktoru Mehriban Əsədova-nın onu məlumatlandırmadan və dəvət etmədən keçirdikləri hərracın yekunları barədə protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, hər bir cavabdehlərin hərəkətlərini qanunsuz hesab edərək, miilkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzilə dair Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsinə və onun mülkiyyətində olan mənzilə aid sənədləşmənin əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 4ənzilin çıxarışı onun adına olmuşdur. Cavabdeh3 ASC-nin keçmiş rəhbərliyinin onu, ailə üzvlərini və qohumlarını aldatması nəticəsində az qala mənzildən məhrum olmaq üzrədir. Yaşanan devolvasiyanın, daha sonra isə Covid-19 ilə bağlı pandemiya dövründə insanların cəmləşdiyi kütləvi iş yerlərinin bağlı olması ilə əlaqədar kredit müqaviləsi üzrə ödənişlərdə çətinliklər yaşadığından qrafik üzrə ödəmələrdə müəyyən ləngimələr yaranmışdır. O heç vaxt ödənişlərdən yayınmamışdır. Bundan istifadə edən cavabdehlər əsas, faiz və dəbbə pulu məbləğlərini şişirtməklə, girov predmeti olan onun yeganə mənzilini hərrac keçirmək yolu ilə adlarına keçirib evini əlindən almaq qərarına gəlmişlər. Bu səbəbdən Cavabdeh3 ASC cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi ilə birləşərək mülkiyyətindəki yeganə mənzili dəyərdəyməzinə əlindən çıxmasına və adlarına keçirilməsinə şərait yaratmışlar. Belə ki, bankın rəhbərliyi yeganə mənzilinə göz dikməsi və hüquqlarını pozmaqla ondan xəbərsiz hərrac keçirərək evini cavabdehlərdən birinin adına keçirməsi qanunsuz və ədalətsiz addımdır. Açıq aydın görünür ki, Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi və Cavabdeh3 ASC-nin rəhbərliyi və əməkdaşları Cavabdeh2 MMC ilə birləşərək onu hər-hansı xəbərdarlıq etmədən, onun xəbəri olmadan ünvan 4ənzilini Cavabdeh3 ASC-nin mülkiyyətinə keçirtməklə üstünlük əldə edərək, hazırda icra məmurları vasitəsilə ona və ailə üzvlərinə evi boşaltmaq və satmaq üçün müxtəlif təzyiqlər edirlər. Bu səbəbdən pozulmuş hüquqlarının müdafiəsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət elmək qərarına gəlmişdir. Hər keçən gün cavabdehlər borc məbləğlərini şişirdərək 120000 manat dəyərində olan ünvan 4ənzilin əlindən çıxarılması və boşaldılması üçün müxtəlif təzyiqlər göstərirlər. Cavabdehlər Cavabdeh2 MMC, Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi və Cavabdeh3 ASC-nin rəhbərliyi və əməkdaşları onun xəbəri olmadan guya 2022-ci ilin fevral ayında keçirdikləri hərracın yekunları barədə protokol və alqı-satqı barədə sənədləşmələrdə ünvan 4ənzili 95000 manat və sonradan daha da aşağı qiymətə dəyərləndirərək salıb, Cavabdeh3 ASC-nin mülkiyyətinə keçirilməsinə, şişirdilmiş və azaldılmayan, günü-gündən artırılan faizlər və dəbbə pulu borclarını şişirdib artırmaqla ona və ailə üzvlərinə qarşı qərəzli və ədalətsiz davranmaqdadırlar. Onun mülkiyyətində olan və ona məxsus ünvan 4ənzilin real satış qiyməti 120000 manat olsa da, hərracı keçirən hərracın təşkilatçısı Cavabdeh2 MMC rəhbərliyinin direktoru Mehriban Əsədova iddia ərizəsi üzrə digər cavabdehlərin sifarişi ilə keçirdiyi hərrac barədə ona ümumiyyətlə məlumat verilməyibdir. Hətta ünvan 4ənzilə dair hərracın keçiriləcəyi gün barədə belə xəbərdar edilməmişdir. Bu səbəbdən hərracda iştirak etmək hüququndan dolayısı yollarla məhrum edilmişdir. Hərrac keçirilərkən mülkiyyətindəki mənzilin satış qiyməti bazar dəyərindən ən azı 2 dəfə aşağı qiymətləndirilmişdir. Bundan başqa əmlak qiymətləndirilərkən Cavabdeh3 ASC-nin rəhbərliyinin maraqları nəzərə alınaraq mənzilə həddindən artıq aşağı qiymət yazılmışdır. ünvan 4ənzilin satış qiyməti Cavabdeh2 MMC-nin rəhbərliyinin direktoru Mehriban Əsədova tərəfindən həddindən artıq ucuz qiymət olan 95000 (doxsan beş min) manat kimi, sonradan daha aşağı qiymətə yekunda yazılması və mənzilin Cavabdeh3 ASC-nin rəhbərliyi tərəfindən çox ucuz qiymətə alınması və addan ada keçirilməsi ilə yekunlaşdırılmışdır. Onun mənzilinin cavabdehlər Cavabdeh2 MMC rəhbərliyinin direktoru Mehriban Əsədova, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi və Cavabdeh3 ASC-nin rəhbərliyi tərəfindən xəbəri olmadan dəyər- dəyməzinə əlimdən alınması azmış kimi, indi də ailə üzvlərinin mənzildən çıxarılmasına təzyiqlər göstərilməsi ədalətsizlik və qanunsuzluğun davamıdır. Odur ki, mülkiyyətindəki ünvan 4ənzilə görə Cavabdeh2 MMCnin rəhbərliyinin direktoru Mehriban Əsədova tərəfindən müəyyən edilmiş qiymət, dəyər real bazar qiymətindən çox aşağı olan qiymət ümumiyyətlə reallığa uyğun deyildir. Odur ki, mülkiyyətçi olaraq onun xəbəri olmadan çıxarılmış, hesablanmış və yazılmış əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın, hərracın nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqavilələri məhkəmə tərəfindən qanunsuz və etibarsız hesab edilməli və ləğv edilməlidir. Qiymətləndiricinin qiymətləndirmədə tətbiq etdiyi mexanizm, əsasən bazara təklif olunmuş əmlakların qiymətləri əsasında qurulur. ünvan 4ənzilin təmirli olması və satış qiyməti Cavabdeh2 MMC rəhbərliyinin direktoru Mehriban Əsədova tərəfindən tərtib etdiyi sənədlərdə iki dəfə aşağı göstərilən qiymətlərdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi X16 iddia tələbini qəbul etmədiklərini bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər hazırki məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-379/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Cavabdeh3 ASC ilə cavabdehlər X10, X5, İddiaçı, X19! qızı, X15 və X8 arasında bağlanmış aşağıdakı məzmunlu barşıq sazişi təsdiq edilmiş, cavabdehlər X6, X10, İddiaçı, X8 Cavabdeh3 ASC-yə xx.xx.2013-cü il tarixli, ******* saylı kredit limitinin ayrılması haqqında müqaviləyə əsasında bağlanmış İ043KR16-H06713 saylı. 18.11,2016-cı il tarixli kredit sazişi ilə 373385 manat əsas, 56.007 75 manat faiz, 34025 cərimə borcu olduğunu etiraf edir, “Barışıq Sazişi’-nin şərtlərinə tam və vaxtında əməl olunarsa, 320 000 manat ödəniş edildikdən sonra qalan borc məbləği cavabdehlərə bağışlanması, ümumi məbləğin 20 000 manat hissəsi "Barışıq sazişi bağlamıdıqdan və məhkəmə tərəfindən qərar qəbul edildikdən dərhal sonra ödənilməsi, Qalan 300 000 manat məbləğ 84 ay müddət ərzində, ilk 36 ay illik 1%- iə növbəti 48 ay isə illik 18%-lə, anuitel formada ödənilir. Əlavə olaraq İlk 4 (dörd) ay ərzində aylıq anımet ödənişlərinin üzərinə 2 500 (iki min beş yüz) AZN əlavə olunmalı, Barışıq sazişinin şərtləri pozularsa:Təminat qismində götürülmüş daşınmaz əmlaklar qeyri şərtsiz boşaldılır və hərraca çıxarılmalı, Barışıq sazişinin 3-5-ci bəndlərində göstərilən şərtlərin hər hansı biri cavabdehlər tərəfindən yerinə yetirilmədikdə yəni ödənişlər 15 (on beş) bank günündən artıq gecikdirilərsə iddiaçı tərəfindən 4-cü bənddə göstərilən faiz borcları tələb olunur və tələb İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzilə, X9 məxsus olan Bakı şəh. Suraxanı ray. Gıinəşli qəs, “V” y/s, ev 7. 34 savlı məıvzilə və X2 məxsus Bakı şəhəri. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylasında mülkiyyətində olan 0,01479 ha torpaq sahəsi və üzərində yerləşən 5 savlı evə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlər X1 və X3 banka olan borclarının ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsi cavabdehlərdən tutulması, İddiaçı İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzildə və X2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylasında mülkiyyətində olan 0,01479 ha torpaq sahəsi və üzərində yerləşən 5 saylı evdə yaşayan şəxslər və onların ailə üzvlərinin həmin evdən çıxarılması və daşınmaz əmlakların banka təhvil verilməsi müəyyən edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzil İddiaçı tərəfindən Cavabdeh3 ASC-nin xeyrinə yüklü edilmişdir. - AR Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzilin likvid qiyməti 95000 manat təşkil edir. - Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubdan görünür ki, ünvan 2 xx.xx.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzilin və X2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylasında 0,01479 ha torpaq sahəsi və üzərində yerləşən 5 saylı evin satılması barədə sifariş icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01 saylı “Açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzilə dair ilkin hərrac xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzilin ilkin satış qiyməti 95000 manat müəyyən edilmişdir. - "xxxx" MMC-nin xəbərnaməsindən görünür ki, bildiriş İddiaçı ünvan 3 ünvanına göndərilmiş, həmin bildiriş xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən imzalanmaqla götürülmüşdür. - "xxxx" MMC-nin xəbərnaməsindən görünür ki, bildiriş İddiaçı ünvan 4ənzil ünvanına göndərilmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixində Əliyev Hüseyn tərəfindən imzalanmaqla götürülmüşdür. - "xxxx" MMC-nin xəbərnaməsindən görünür ki, bildiriş İddiaçı ünvan 4ənzil ünvanına göndərilmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixində Əliyev Babarza tərəfindən imzalanmaqla götürülmüşdür. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02 saylı “Açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzilə dair ilkin hərrac xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzilin ilkin satış qiyməti 80750 manat müəyyən edilmişdir. - "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 04 mart 2022-ci il tarixli, 29/1 nömrəli protokoldan görünür ki, Cavabdeh3 ASC ünvan 4ənzili 60652 manata açıq hərracdan əldə etmişdir. - xx.xx.2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh3 ASC arasında ünvan 4ənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin dəyəri 60562 manat müəyyən edilmişdir. - Cavabdeh3 ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanan 09 mart 2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı məxsus ünvan 4ənzilin bank tərəfindən 73312,50 manata alınmasına razılıqlarını bildirmişdirlər. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışların surətlərindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzil Cavabdeh3 ASC-nin tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. - AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 11 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzilin 2021-ci ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 108000 manat, likvid dəyəri isə təqribən 97000 manat məbləğində müəyyən edilmişdir. - “525-ci qəzet” qəzetinin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli 238 və 09 saylı çıxarışlarından göürnür ki, ünvan 4ənzilə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzilə dair iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzilə dair keçirilmiş hərracın nəticələrinin etibarız hesab olunmasını tələb edir və bu tələbi hərracın keçirilməsi ilə bağlı ona bildirişlərin çatdırılmaması ilə əsaslandırır. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 21, 107 saylı mənzil xx.xx.2022-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2021-ci ildə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmişdir. Xəbərnamədən görünür ki, bildiriş İddiaçı ünvan 3 ünvanına göndərilmiş, həmin bildiriş xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən imzalanmaqla götürülmüşdür. Eyni zamanda digər xəbərnamədən görünür ki, bildiriş İddiaçı ünvan 4ənzil ünvanına göndərilmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixində Əliyev Hüseyn tərəfindən imzalanmaqla götürülmüşdür. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “525-ci qəzet” qəzetinin xx.xx.2021-ci il tarixli 238 nömrəli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlaklar 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də xx.xx.2022-ci il tarixli bildiriş tərtib olunmuş və tərəflərin ünvanına göndərilmişdir. Xəbərnamədən görünür ki, bildiriş İddiaçı ünvan 4ənzil ünvanına göndərilmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixində Əliyev Babarza tərəfindən imzalanmaqla götürülmüşdür. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “525-ci qəzet” qəzetinin xx.xx.2022-ci il tarixli 09 saylı buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə ikinci hərrac da baş tutmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixində "xxxx" MMC ilə Cavabdeh3 ASC arasında ünvan 4ənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin dəyəri 60562 manat müəyyən edilmişdir. Belə ki, hərracın keçirilməsi zamanı qüvvədə olan “İpoteka haqqında” Qanunun 36.1ci maddəsinin yeni redaksiyasına əsasən - ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış fərdi yaşayış evinin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin fərdi yaşayış evini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin fərdi yaşayış evini hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edirdi. Çünki hərrac təşkilatı tərəfindən bildirişlər göndərilmiş və iddiaçı tərəfindən bildirişlər əldə edilmişdir. Buradan müəyyən edilir ki, iddiaçı hərracla bağlı məlumatlı olmuşdur. Hərracın nəticələrinin icra edilməsinə mane olan yuxarıda qeyd edilən hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur. Göründüyü kimi, qanunverici ipoteka saxlayanın bildirişin çatdırılması vəzifəsini deyil, sifarişli poçt göndərişi (məktubu) ilə göndərməsini və göndərildikdən 5 gün sonra çatdırılmış hesab edildiyini nəzərdə tutur. İddiaçının iddia tələblərinin digər – daşınmaz əmlakın dəyərindən 2 dəfə ucuz qiymətləndirilməsi barədə dəlili də mülki işin materiallarında olan AR ƏN MEM tərəfindən keçirilmiş 11 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/7789-9/7833 saylı rəy ilə təkzib edilir. Belə ki, rəyin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 21 saylı evin, 107 nömrəli mənzilinin 2021-ci ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 108000 manat, likvid dəyəri isə 97000 manat məbləğinə müəyyən edilir. Beləliklə, müəyyən edilir ki, hərraca çıxarılan əmlakın ilkin satış qiyməti (95000 manat) məbləğinin həddən artıq aşağı olması barədə dəlil də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə, məhkəmə hesab edir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraca dair bildirişlərin çatdırılmaması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının pozulmaması nəzərə alınmalı və iddiaçının tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X4 Cavabdeh2 MMC-yə, Bakı şəhəri Suraxanı rayonu İcra Şöbəsinə, Cavabdeh3 ASC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) hərracın nəticələri haqqında protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin etibarsız hesab olunaraq ləğvi və daşınmaz əmlak üzərində aparılmış Cavabdeh3 ASC-nin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilərək mülkiyyətindəki mənzilin çıxarışının əvvəlki hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X7, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar