Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1133/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İlkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi X6, İlkin iddia üzrə Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh- Cavabdeh ilə aralarında bağlanmış xx xxx 2018-ci il tarixli, 84-10K/18 saylı müqavilənin etibarsız hesab edilməsinə və Cavabdeh ilə “İddiaçı" MMC arasında ümumi sahəsi 44.4 kv\m olan mənzilə dair yeni müqavilə bağlamağa dair öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarına uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı xx.xx.2017-ci il tarixli, 393 saylı Sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri Nərimanov rayonu B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həınin binalarda yeni mənzillərlə təmin olunmasının təmin edilməsinə icazə verilmişdir. Onlar da sakinlərlə müqavilə bağlayaraq onları göstərilən ərazidən müvəqqəti yaşayış yerlərinə köçmələrini təmin etmişlər. Cavabdeh ünvan 1 ünvanında mənzili olmuşdur. Cavabdehə məxsus mənzillə bağlı xx xxx 2018-ci il tarixdə 84-1 OKU 8 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh həmin mənzili söküntü üçün onlara təqdim etmişdir və mənzil istismar müddətini bitirdiyindən tərəfindən sökülmüşdür. Müqavilənin 1.1-ci bəndində Mülkiyyətçinin- hazırda cavabdehin mənzilinin ümumi sahəsi 74 kv\m, otaqların sayı 2 ( iki) göstərilmişdir. Həmin mənzilin əvəzində İddiaçı MMC mülkiyyətçiyə onun mənzilinin ümumi sahəsinə 20% əlavə etməklə inşa olunacaq 1-ci binanın l-ci girişinin 4-cü mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 90 kv\m olan təmirli mənzili verməyi öz öhdəsinə götürmüşdür. Lakin sonradan müxtəlif sənədləşmə və araşdırma işləri aparılarkən məlum olmuşdur ki, cavabdehlə aralarında bağlanmış həmin müqavilədə texniki səhvlər getmişdir. Belə ki, göstərilən ünvanda cavabdehə məxsus bir mənzil olmuşdur. Həmin mənzilə dair Bakı şəhər İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Məhərrəmova (Əliyeva) Ramilə Zahid qızına xx xxxxxx 1997-ci ildə Qeydiyyat Vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsində mənzilin texniki göstəriciləri qeyd edilməmişdir. Lakin həmin mənzilin cavabdehdən öncəki mülkiyyətçisi X1 adına mənzilin teniki pasportu tərtib edilmişdir ki, bu teniki pasporta əsasən Cavabdeh Zahid qızının ümumi sahəsi 37 kv\m olan 2 otaqlı mənzili olmuşdur. Onların arasında bağlanmış müqaviləyə əsasən isə Mülkiyyətçiyə - cavabdehə məxsus mənzilin ümumi sahəsi 74 kv\m olaraq göstərilmişdir. Göründüyü kimi müqavilənin tərtibatı zamanı texniki qüsur baş vermiş, mənzilin ümumi sahəsi 74 kv\m - 37 kv\m = 37 kv\m səhv göstərilmişdir. Müqavilənin tərtibatı zamanı yol verilmiş texniki qüsur kifayət qədər əhəmiyyətli qüsurdur və həmin qüsurun nəticəsində İddiaçı MMC-yə böyük ölçüdə ziyan dəyməsi mümkündür. Müqavilədəki texniki qüsur barədə cavabdehə şüfahi məlumat verib bu yanlışlığın aradan qaldırlmasını xahiş elsək də cavabdeh bununla razılaşmamışdır və bu fürsətdən yararlanmaq istəyir. Odur ki, İddiaçı MMC-yə ziyanın dəyməməsi üçün məhkəməyə müraciət etməyimiz zərurəti yaranmışdır. Yuxarıda göstərdiyim Sərəncamın icrası məqsədi ilə, Bakı şəhəri. Nərimanov Rayonu İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx xxxxxxx 2017-ci il tarixli müqavilə imzalanmışıdr. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən "İddiaçı“ MMC Nərimanov RİH qarşısında sakinlərə məxsus mənzilin sökülməsinə görə həmin mənzillərin ümumi sahəsinə 20% əlavə olunmaqala Sakinə yeni mənzil təhvil vermək öhdəliyini öz üzərinə götürmüşdür. Beləliklə nəzərə alsaq ki, cavabdehin mənzilinin ümumi sahəsi 37 kv\m olmuşdur . 37 kv\m-in 20%-i 7.4 kv\m təşkil etdiyini nəzərə alaraq “İddiaçı“ MMC cavabdehlə- Cavabdeh Zalıit qızı ilə onun söküntüyə düşən və ümumi sahəsi 37 kv\m olmuş 2 otaqlı mənzilinin müqabilində ümumi sahəsi 44.4 kv\m olan mənzilin ona verilməsinə dair müqavilə bağlamalı idi. Lakin texniki qüsura görə hazır ki, müqavilə imzalanmışdır və hesab edirik ki, həmin müqavilə etibarsız hesab olunmalı və cavabdehlə yeni müqavilə bağlanmalıdır. AR Mülki Məcəlləsinin 337-ci maddəsi əqdləriıı etibarsızlığını özündə əks etdirir. Mülki Məcəllənin 337.1 -ci maddəsində deyilir: "Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər." Həmin Məcəllənin 337.2 -ci maddəsində deyilir. "Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçir ilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3 -cü maddəsində deyilir ki. "Əhəmiyyətsiz əqd məhkəmə tərfmdən etibarsız sayılıb sayıl mamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. ” Həmin məcəllə maddə 337.4 "Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır". Göründüyü kimi, İddiaçıMMC cavabdehə məxsus olmuş ümumi sahəsi 37 kv\m olmuş bir ədəd mənzilin əvəzində Cavabdehlə ümumi sahəsi 44.4 kv'un olan bir ədəd mənzilin ona verilməsinə dair müqavilə bağlamaq əvəzində onunla ümumi sahəsi 90 kv\m-lik mənzilə dair qüsurlu müqavilə imzalamışdır. Texniki qüsur nəticəsində “xxxx” MMC-yə 90 kv\m - 44.4 kv'un = 45.6 kv\m həcmində ziyan dəyməsi mümkündür ki, bunun da pulla ifadəsi kifayət qədər əhəmiyyətə malikdir. xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 məhkəməyə Cavabdeh İddiaçı MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini təqdim edərək, ilk iddianı rədd edib, qarşılıqlı iddianı təmin edərək qarşılıqlı cavabdeh "İddiaçı" MMC -dən xx xxx 2018-ci il tarixli, «84-10K/18 saylı müqavilə üzrə ödənilməmiş 1350 (bir min üç yüz əlli) manat məbləğində pulun onun xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi, ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hesab edir ki, iş üzrə qarşılıqlı cavabdeh "İddiaçı" MMC- dən onun xeyrinə müqavilə üzrə nəzərdə tutulan amma ödənilməmiş hər ay üçün 450 manat olmaqla, noyabr 2020-ci il tarixdən fevral 2021-ci il tarixədək cəmi olaraq 1350 (bir min iiç yüz əlli) manat məbləğində pulun ödənilməsinə dair qətnamə qəbul etməklə qarşılıqlı iddia təmin olunmalıdır. ünvan 3 ünvanda yerləşən mənzil mülkiyyət hüququ üzrə ona məxsusdur. Yaşayış üçün qəzalı olan binaların sökülüb yerində yeni yaşayış binasının inşa edilməsi məqəsədi ilə iddiaçı "İddiaçı” MMC ilə onun arasında xx xxx 2018-ci il tarixdə 84-10K/18 saylı müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən ünvan 4 ünvanda yerləşən mülkiyyətində olan iki otaqlı, ümumi sahəsi 74 kv.m mənzilin dövlət reyestrində Çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20 faiz əlavə edilməklə 1-ci girişdə 4-cü mərtəbədə, tam ləmirli. 2 otaqlı, ümumi sahəsi 90 kv.m olan mənzili onun mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ilə müqavilə bağlanandan sonra bu günə kimi yaşayış binası tam tikilib tikintisi başa çatdırılmamış və mənzil ona bu günə kimi rəsmi qaydada təhvil verilməmişdir. Yaşayış binasının tikintisi müqavilədə göstərilən müddətdə başa çatdırılmadığından kirayə haqqı bağlanmış müqavilənin şərtlərinə əsasən əlavə olaraq ödənilməmiş və ödənilməsindən “İddiaçı" MMC tərəfindən dolayısı ilə imtina edilmişdir. Onun tərəfindən “İddiaçı" MMC-yə bağlanmış müqavilənin şərtlərinə əməl olunması barədə rəsmi ərizə ilə müraciət olunmuş, müraciətə baxmadan ona qarşı məhkəmədə müqavilənin etibarsız hesab edilməsinə dair qanunsuz və əsassız iddianı qaldırmışdır. İddiaçı, qarşılıqlı cavabdeh onunla bağladığı müqavilənin şərtləri daxilində mülkiyyətində olan mənzili 2018-ci il tarixdən etibarən sökmüş və həmin ərazidə tikinti işlərini həyata keçirməkdədir. Müqavilə şərtlərinə iddiaçı özü əməl etmir və özünə haqq qazandırmaq üçün qanunsuz hərəkətlərə yol verməkdədir. O hal-hazırda 6 nəfər ailə üzvü ilə birlikdə kirayədə yaşamaqda davam edir. Kirayə haqqını qohumlardan borc alaraq ödəyir. “xxxx" MMC kirayə haqqını ödəməmək məqsədi ilə onun mənzilə köçməyini tələb edir. O belə bir vəziyyətdə həmin mənzilə köçmək imkanında deyil, səbəb isə yaşayış binasının rəsmi qaydada təhvil verilməsi, binada qazın olmaması, orada tikinti işlərinin davam etməsi və himayəsində xəstə uşağının olmasıdır. Oğlu xx xxxxxxx 2002-ci ildə anadan olmuş X5 xx xxxxxx 2016-cı ildən xx xxxxxx 2017-ci ilə qədər hemodializ xəstəsi olmuş, xx.xx.2017-ci ildə atasının donorluğu əsasında “Son mərhələ böyrək çatışmazlığı" diaqnozuna əsasən “böyrək transplantasiyası" əməliyyatı keçirmişdir. Mənzildə istiliyin olmaması ətrafın tikinti tullantıları və tozlu olması övladının sağlamlığını risq altına atır. Bundan əlavə himayəmdə daha iki azyaşlı övladı var. İşləmir, bu və digər neqativ halları nəzərə alaraq “İddiaçı" MMC-nin mənzilə köçmə tələbinə etiraz edərək kirayə üçün veriləcək məbləği tələb etdiyinə görə əsassız şəkildə müqavilənin yenilənməsi iddiasını irəli sürmüşlər. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi və vəkili X14 oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edib, ilkin iddia tələbinə yazılı etirazını təqdim etdi. Etiraz onunla əsaslandırılmışdır ki, onun tərəfindən İddiaçı MMC-yə onunla bağlanmış müqavilənin şərtlərinə əməl olunması barədə rəsmi ərizə ilə müraciət olunmuş, müraciətə baxmadan ona qarşı məhkəmədə qanunsuz və əsassız iddianı qaldırmışdır. İddiaçının bu iddia tələbi ilə məhkəməyə müraciət etməsi ona qarşı hədə-qorxu və təzyiq göstərməsidir. Hansı ki, iddiaçı onunla bağladığı müqavilənin şərtləri daxilində onun mülkiyyətində olan mənzili 2018-ci il tarixdən etibarən sökmüş və həmin ərazidə tikinti işlərini həyata keçirməkdədir. Müqavilə şərtlərinə iddiaçı özü əməl etmir və özünə haqq qazandırmaq üçün qanunsuz hərəkətlərə yol verməkdədir. Müqavilə iki və daha çox şəxs tərəfindən özünün iradə ifadə formasını bildirən yazılı əqddir. Müqavilə öhdəliyi onu bağlayan şəxslər üçün məcburi xarakter daşıyır. Hazırki vəziyyətdə iddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi tələbi qanunsuz və əsasızdır. Hazırda "xxxx” MMC kirayə haqqını ödəməmək məqsədi ilə onun mənzilə köçməyini tələb edir. O belə bir vəziyyətdə həmin mənzilə köçmək imkanında deyil, səbəb isə yaşayış binasının rəsmi qaydada təhvil verilməməsi, binada qazın olmaması, orada tikinti işlərinin davam etməsi və himayəmdə xəstə uşağının olmasıdır. İddiaçı “İddiaçı" MMC-nin onunla, mənzilə dair baglanılmış müqavilənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Müqavilə qanuni əsaslar üzərində təsbit olunaraq bağlanmış, mülkiyyətində olan mənzilin həm dövlət reyestri xidmətindən olan Çıxarışından həm də mənzilin faktiki sahəsindən ibarət ölçüləri qabaqcadan səlahiyyətli şəxslər vasitəsilə bir neçə dəfə ölçülmüş (direktor Cavid, hüquşünas Asif, mütəxəssis kimi Arif və Ehtiram adlı şəxslər) və bununla bağlı aralarında müqavilə bağlanmışdır. Onun mülkiyyətindəki mənzilin faktiki sahəsi 74 kv.mdir. Tikinti şirkəti olaraq "İddiaçı" MMC mənzilə 20 faiz əlavə elməklə onu 90 kv.m sahəsi olan tam təmirli yaşayış evi i ilə təmin etməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, bu tələblərə qarşı edilən əsası kimi cavabdehin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı, 066939 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 10, 9 saylı mənzili X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 125 saylı reyestr kitabında 19938 vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxx 2018-ci il tarixli 84-10K/18 nömrəli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini əsas tutaraq bir tərəfdən «xxxx» MMC, onun nizamnaməsinə əsasən fəaliyyətinə göstərən direktor X9 və digər tərəfdən «Mülkiyyətçi» adlanacaq ünvan 5 ünvanında yaşayan Cavabdeh (AZE N ********: xx.xx.2013 tarixdə ASAN 1) birlikdə tərəflər adlanacaq şəxslər aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar. İddiaçı MMC ünvan 5 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan iki otaq, ümumi sahəsi 74 kv\m mənzilin dövlət reysterində çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə 1-ci girişində 4-cü mərtəbədə tam təmirli 2 (iki) otaqlı, ümumi sahəsi 90 kv\m olan mənzili «Mülkiyyətçi»-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi həmin mənzili qəbul etməyi öz öhdəsinə götürür. (1.1-ci bəndi) Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün “xxxx’' MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş məhzili qəbul etməyi öhtəsinə götürür.(1.2-ci bəndi) Müqavilənin 2.1.2-ci bəndinə əsasən, "Mülkiyyətçi"-nin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayışı məqsədi ilə iki otaqlı mənzili üçün aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqı almaq hüququ var. Müqavilənin 2.2-ci bəndi İddiaçı MMC-nin hüquq və vəzifələri: Müqavilənin 2.1.2. bəndində nəzərdə tutulmuş ödənişi rübdə 1 (bir) dəfə hər rübün birinci ayının 05-də «Mülkiyyətçi»ə ödənilməsini təmin etmək; (2.2.3-cü bəndi) Hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə 2.1.2. bəndində nəzərdə tutulmuş ödənişin müddətini 3 (üç) ay müddətinə uzadılmasını təmin etmək;(2.2.4-cü bəndi) Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən «Mülkiyyətçi»-yə mənzil təmir edib təhvil vemək; (2.2.5-ci bəndi) Binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş nöqsanları, görülməyən işləri tamamlamaq; (2.2.6-cı bəndi) Yaşayış binasının müvafiq qaydada dövlət Komissiyasına təhvil vermək; (2.2.7-ci bəndi) Bina tikilib təmir edildikdən sonra «Mülkiyyətçi»-dən mənzilin təhvil alınmasını tələb etmək; (2.2.8-ci bəndi) Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ilkin iddia üzrə İddiaçı MMC ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında xx xxx 2018-ci il tarixli 84-10K/18 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən ilkin iddia üzrə iddiaçı "İddiaçı” MMC ünvan 5 ünvanda yerləşən "Mülkiyyətçi"-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan iki otaq, ümumi sahəsi 74 kv\m mənzilin dövlət reysterində çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə 1-ci girişində 4-cü mərtəbədə tam təmirli 2 (iki) otaqlı, ümumi sahəsi 90 kv\m olan mənzili «Mülkiyyətçi»-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, "Mülkiyyətçi"-nin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayışı məqsədi ilə iki otaqlı mənzili üçün aylıq 450 ( dörd yüz əlli) manat kirayə haqqı almaq hüququ təsbit edilmişdir. Hazırda isə İddiaçı MMC-nin cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh- Cavabdeh ilə aralarında bağlanmış xx xxx 2018-ci il tarixli, 84-10K/18 saylı müqavilənin etibarsız hesab edilməsinə və Cavabdeh ilə “İddiaçı" MMC arasında ümumi sahəsi 44.4 kv\m olan mənzilə dair yeni müqavilə bağlamağa dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə xx xxx 2018-ci il tarixli, «84-10K/18 saylı müqavilə üzrə ödənilməmiş 1350 (bir min üç yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsini xahiş edərək, ilkin iddia tələbinin rədd edilməsini tələb edir. Məhkəmə ilkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərarı) Məhkəmə bildirir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxx 2018-ci il tarixli 84- 10K/18 nömrəli müqaviləsi bağlanan zaman Azərbaycan Respublikasının MM-də iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni müqavilənin tərtibatı zamanı texniki qüsur baş verməsi, mənzilin ümumi sahəsinin əslində 74 kv\m deyil, 37 kv\m olması, müqavilə bağlanan zaman texniki səhvə yol verilməsi, bununla da iddiaçının əhəmiyyətli dərəcədə ziyana məruz qalması, bu səbəbdən də xx xxx 2018-ci il tarixdə bağlanmış müqavilənin texniki qüsur nəticəsində bağlanmış əqd olması və bu səbəbdən də etibarsız əqd olması halları sübuta yetmir. Məhkəmə ümumiyyətlə hesab edir ki, hazırda iddiaçının iddia tələbləri mülki qanunvericiliyin əqdlərin etibarsızlığı əsaslarının dispozitiv şərtlərinə uyğun gəlmir. Belə ki, texniki qüsur əqdin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, şirkətin söküntüsü aparılmış fərdi yaşayış evinin əslində 74 kv\m deyil, 37 kv\m olması barədə izahatları inandırıcı deyil, bu baxımdan tərəflər arasında bağlanmış mübahisəli müqavilənin özündə belə “dövlət reysterində çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun)” ifadəsi qeyd edilmişdir. Göründüyü kimi müqavilə ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi tərəflər arasında bağlnmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsızlığı ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə mülkiyyət toxunulmazdır və qanunla müdafiə olunur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx xxx 2018-ci il tarixdə bağlanmış müqavilənin 1.1-ci və 2.1.2-ci maddələrinə əsasən İddiaçı MMC “mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyətində olan iki otaqlı, ümumi sahəsi 74 kv/m olan dövlət reysterində çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə 1-ci girişində 4-cü mərtəbədə tam təmirli 2 (iki) otaqlı, ümumi sahəsi 90 kv/m olan mənzili «Mülkiyyətçi»-nin mülkiyyətinə verməsi barədə öhdəlik götürmüşdür. Bundan başqa Müqavilənin 2.1.2-ci bəndinə əsasən, "Mülkiyyətçi"-nin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayışı məqsədi ilə iki otaqlı mənzili üçün aylıq 450 ( dörd yüz əlli) manat kirayə haqqı almaq hüququ təsbit edilmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə nəzər yetirsək, hazırki mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. Belə ki, tərəflər arasında müqavilə xx xxx 2018-ci il tarixdə bağlanmışdır. Ancaq İddiaçı MMC-nin nümayəndəsinin məhkəmə proseslərində izahatlarından müəyyən olunmuşdur ki, hazırda şirkət xx xxx 2018-ci il tarixli 84-10K/18 nömrəli müqavilənin 2.2-ci bəndi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada bütün öhdəliklərini yerinə yetirməmişdir, habelə öhdəliklərin icrasına dair hər hansı sübutlar təqdim etməmiş, bundan əlavə Müqavilənin 2.2.6 və 2.2.8-ci bəndləri üzrə müvafiq öhdəliyin şirkət tərəfindən tam olaraq icra edildiyini məhkəmə iclasında mübahisələndirməmişdir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı MMC ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında xx xxx 2018-ci il tarixli 84-10K/18 nömrəli müqavilinin 2.1.2-ci və 2.2-ci bəndlərinin tələbləri müqavilə üzrə tərəf olan İddiaçı MMC tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur, bu səbəbdən də qarşılıqlı iddia təmin edilməli, cavabdeh İddiaçı MMC-dən xx xxx 2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1350 manat məbləğində kirayə haqqı Cavabdeh ödənilməlidir. Məhkəmə eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin iddia üzrə iddiaçının hər hansı tələbi olmadığından, iddiaçının ödədiyi 30 (otuz) manat, habelə Qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı MMC-dən xx xxx 2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1350 manat məbləğində kirayə haqqı Cavabdeh ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1133/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1133/2021
04.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver