Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1140/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09.06.1998-ci il tarixli MH 126806 nömrəli Qeydiyyat Vəsiqəsində göstərilən "Ərizəçi Okuşalı oğlu" ilə, Ermənistan SSR, Krasnoselo rayonu, Çaykənd kənd sovetliyində 22.05.1969-cu ildə qeydiyyata alınmış doğum haqqında şəhadətnamədə göstərilən Ərizəçi eyni şəxs olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu ildə Ermənistan SSR, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuşdur. X1 08.07.1926-cı ildə Ermənistan SSR, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuşdur. 09.06.1998-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzili alqı-satqı yolu ilə almış və həmin tarixdə sözügedən mənzilə dair ona MH 126806 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. X4 atasının adı Ərizəçi Okuşalı oğlu kimi göstərilmişdir. Doğum haqqında şəhadətnaməsində və digər sənədlərində ad, soyad və ata adı Ərizəçidur. Mülkiyyətində olan mənzillə bağlı sənədləşmə işi apararkən, atasının adının yanlış yazıldığı müəyyən edilmişdir. Sənədlər arasında ziddiyyət olduğundan, həmin ziddiyyətin aradan qaldırılması zəruridir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X5 ərizənin dəlillərinə uyğun şəkildə çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Ərazi İdarəsi məhkəmə iclasında üzrlü səbəbdən nümayəndələrinin iştirak edə bilməyəcəyini, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsassız olduğundan təmin edilməməldir. Belə ki, iş materiallarında olan: Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 126806 nömrəli Qeydiyyat Vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 20, 32 saylı mənzil Ərizəçi Okuşalı oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə Reyestr kitabında 09.06.1998-ci il tarixdə qeydiyyat aparılmışdır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Çaykənd kənd sovetliyində doğulmuş, ata qrafasında “X3” qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.04.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, təqdim edilmiş sənədlərdə Ərizəçi ata adında uyğunsuzluq mövcuddur. Bu səbəbdən ərizənizin icrası mümkün olmamış və hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, 09.06.1998-ci il tarixli MH 126806 nömrəli Qeydiyyat Vəsiqəsində ərizəçinin ata adında texniki səhvə yol verilmiş və 09.06.1998-ci il tarixli MH 126806 nömrəli Qeydiyyat Vəsiqəsində göstərilən "Ərizəçi Okuşalı oğlu" ilə, Ermənistan SSR, Krasnoselo rayonu, Çaykənd kənd sovetliyində 22.05.1969-cu ildə qeydiyyata alınmış doğum haqqında şəhadətnamədə göstərilən "Ərizəçi" eyni şəxs olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.06.1998-ci il tarixli MH 126806 nömrəli Qeydiyyat Vəsiqəsində göstərilən "Ərizəçi Okuşalı oğlu" ilə, Ermənistan SSR, Krasnoselo rayonu, Çaykənd kənd sovetliyində 22.05.1969-cu ildə qeydiyyata alınmış doğum haqqında şəhadətnamədə göstərilən Ərizəçi eyni şəxs olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1140/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1140/2022
13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver