Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1142/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 46A-a (Abonentin kodu: **********00461) əsassız olaraq hesablanmış 1.762,56 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil MKİS-də aparılmış qeydiyyat kitabına əsasən onun mərhum qaynanasına məxsus olmuş, onun xx.xx.2019-cu ildə vəfatından sonra isə onun istifadəsinə və sahibliyinə keçmiş, bu barədə 38 saylı MİKS tərəfindən xx.xx.2024-cü ildə müvafiq arayış verilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin özbaşına tikildə qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixində Cavabdeh nümayəndələri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Akt tərtib edilərək sayğaca ümumi baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində "Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Akt onun iştirakı olmadan tərtib edilmiş və onun iştirakı təmin edilməmişdir. Bu aktdan məlumatsız olmuşdur. Həmçinin **********00461 nömrəli abonent kodlu qaz sayğacı elektron formada olduğu üçün, yəni smart kartla olduğu üçün ona heç bir müdaxilə etmək olmur və smart qaz kartına hansı həcmdə ödəniş edilsə, qaz sayğacına həmin həcmdə ödəniş çıxır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin evdə təbii qazdan istifadəyə görə heç zaman problem olmamışdır. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır. Çünki iddiaçı istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə pulunu ödəmişdir. Bundan başqa qaz sayğacına nə iddiaçı, nə də ailə üzvləri heç bir müdaxilə və ya digər təsir etməmişdir. Eyni zamanda, evdən kənarda quraşdırılmış qaz sayğacına görə iddiaçı heç bir məsuliyyət daşıya bilmir. İddiaçı bu qışda havalar soyuduğu üçün təbii qazdan istifadə edərkən, hər dəfə sayğaca ödəniş edərkən, pulun yoxa çıxdığı məlum oldu. Bu barədə Azəriqaza şikayətə gedərkən məlum oldu ki, onlar əsassız olaraq onun evinə külli məbləğdə borc yazmışlar. Cavabdeh təşkilat qışın bu vaxtında onu və azyaşlı nəvələrini soyqırıma məruz qoymuş, azyaşlı nəvələrinin xəstə düşməsinə səbəb olmuşdur. Nəticədə 2023-cü ilin dekabr ayında **********00461 nömrəli abonent kodlu qaz sayğacına gəlmiş 1.762 manat 56 qəpik qaz borcu qanunsuz və əsassız olaraq yazılmışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını iddiaçının ona xüsusi mülkiyyətində olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 46A (abonent kodu **********00461) əsassız olaraq qaz xəttinə sayğacsız qanunsuz qoşulması nəticəsində hesablanmış 1.762,56 borcun silinməsi təşkil edir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00461 saylı abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına baxış keçirilən zaman sayğacdan kənar sayğacsız qeyriqanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Aşkar olunmuş qanunazidd fakt dərhal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Eyni zamanda iddia ərizəsində qeyd edildiyi kimi fotoşəkillərdə də qaz xəttlərinin boru vasitəsi ilə birləşdirildiyi aşkar görünür (şəkillər Qlobal Mövqe təyinetmə Sistemi (GPS) vasitəsi ilə çəkilmiş, yəni həmin qəbuledicilərlə yer səthindəki obyektin yerini yüksək dəqiqliklə müəyyən etmək olur). Bu qanunazidd hərəkət nəticəsində Cavabdehnə böyük məbləğdə ziyan dəymişdir. Yuxarıda qeyd olunmuş qanunazidd faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 14.688 m3 təşkil etmişdir. Hesablanmış 1.762,56 manat məbləğində dəymiş ziyan 2023-cü ilin dekabr ayından abonentin koduna yerləşdirilmişdir. Beləliklə müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin 2.3.1-ci bəndinin tələblərinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən), və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 46A (Abonent kodu: **********00461) ünvanına əsassız olaraq hesablanmış 1.762,56 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, bildirir ki, ünvan 3 ünvanında yerləşən mənzil MKİS-də aparılmış qeydiyyat kitabına əsasən iddiaçının mərhum qaynanasına məxsus olmuş, onun xx.xx.2019-cu ildə vəfatından sonra isə, iddiaçının istifadəsinə və sahibliyinə keçmiş, bu barədə 38 saylı MİKS tərəfindən xx.xx.2024-cü ildə müvafiq arayış verilmişdir. Bununla bağlı tərəfindən iddia qaldırılaraq, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 46A-a (Abonentin kodu: **********00461 ) əsassız olaraq hesablanmış 1762,56 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, iddia ərizəsini iddiaçı imza etsə də, adının əvəzinə səhvən rəhmətlik qaynanası X2 qeyd edilmişdir. Halbuki, qeyd olunan yaşayış evi əvvəllər X1 məxsus olmuş, həmin şəxs 27 aprel 2019-cu ildə vəfat etmiş, sonradan yaşayış evi xx.xx.2020-ci ildə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış, bu barədə müvafiq çıxarış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə işə iştirakı olmadan baxılması barədə ərizə ünvalamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, X1 (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 46A; abonent kodu: **********00461) 2023-cü ilin dekabr ayına cədvəlin “qalıq və aktlar” hissəsində 1.762,56 manat borc yazılmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, qanunsuz qoşulma aşkar edilmişdir. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən təsdiq olunmuş “Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 14.688 m3 təşkil etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Döclət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Məhkəmə iclasında iş materialları və iddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçın mülkiyyətindədir. Həmin evdə quraşdırılmış qaz sayğacına məxsus abonent kodu Pürzə Bayramovaya məxsus olsa da, sonuncu 2019-cü ildə ölmüş, 2020-ci ildə isə iddiaçı fərdi yaşayış evinə dair mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Sözügedən ünvanda yerləşən evdə qanunsuz qoşulma olması barədə Cavabdeh İB tərəfindən 2023-cü ilin dekabr ayında akt tərtib edilmiş və iddiaçıya məxsus ünvanda qazdan istifadəyə görə 1.762,56 manat borc yazılmışdır. Hazırda iddiaçı qaz sərfinə görə ondan tələb olunan 1.762,56 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir; «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə yerləşdirilən qaz sayğacına baxış zamanı “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilməsi yəni, sayğaca qanunsuz müdaxilənin olduğu aşkar edildiyini, bu səbəbdən də cavabdeh Birlik tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edildiyi bildirilmişdir. Lakin məhkəmə hesab edir ki, 25 fevral 2022-ci il tarixli 486- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Göründüyü kimi, qeyd olunan qanunsuz müdaxilə ilə bağlı cavabdehin müvafiq icra hakimiyyəti orqanlarına iddiaçının hərəkətlərində inzibati və ya cinayət əməlinin olması barədə hər hansı müraciəti olmamış, iddiaçının əməlinə müvafiq qanunlara əsasən hüquqi qiymət verilməmişdir. Belə olanda məhkəmə hesab edir ki, iddia tələbi abonentin saldosu məlumatları və cavabdehin etirazının dəlilləri nəzərə alındıqda, iddiaçı əsassız hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli ******* saylı aktın əsasında iddiaçının **********00461saylı abunə koduna hesablanmış 1.762,56 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, cavabdeh tərəfindən qaz sərfinə görə müəyyən edilən 1.762,56 manat məbləğində borc əsassızdır və silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, məhkəmə hesab edir ki, hazırki iddia tələbinin əsasını əsassız hesablanmış borcun silinməsi təşkil etdiyindən, həmin iddia tələbi qiymətləndirilən iddialar kateqoriyasına aid edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 37,63 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00461 saylı abonent koduna əsassız olaraq hesablanmış 1.762,56 manat borc silinsin. Cavabdehndən 37,63 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1142/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1142/2025
17.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver