Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-117/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh “Bank Respublika” ASC-nin nümayəndəsi Nümayəndə oglunun iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və “Bank Respublika” ASC-yə qarşı “hərracın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasının aşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və “Bank Respublika” ASC-yə qarşı “hərracın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan İmişli şəhəri H.Əliyev prospekti dl 6A ünvanında yerləşən evin satılmasına dair hərracın ləgv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X1 Respublika ASC-dən 30000 USD kredit götürmək barədə bankla 16 sentyabr 2014-cü il tarixli müqavilə bağlamışdır. Mən İddiaçı 16 sentyabr 2014-cü il tarixli 14035-/224029 1 saylı ipoteka müqaviləsi ilə yaşadığı İmişli şəhəri H.Əliyev prospekti dl 6A ünvanında yerləşən evi banka girov qoymuşdur. İmişli Rayon Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Bank Respublika ASC arasında 16 sentyabr 2014 cü il tarixli müqavilənin ləğv edilməsi X2 30585.85 ABS dolları kredit borcunun alınıb banka verilməsi, ggöstərilən məbləğin ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ev açıq hərracda satılması üçün boşaldılması və satışdan əldə edilən pul borca yönəldilməsi qət edilmişdir. AR Respublika Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 23.02.2021-ci il tarixli 01/563 saylı məktubu- hərrac 19.03.2021-ci il saat 11-ə təyin edilmişdir. Evin ilkin qiyməti onlardan sorusulmadan dəyərindən çox az-32000 manat qoyulmuşdur. Halbuki evin dəyəri ən azı 80000 manatdır. 2014-cü ildə evin qeydiyyat vəsiqəsində qiyməti 45000 manat göstərilib qiymətləndirmə gəlib 65000 manat qiymət qoyub. 1-ci hərrac keçirilib 19.03.2021-ci ildə evə onlara məlumat vermədən 32000 manat qiymət qoyulub. 2-ci hərrac 08 04 2021-ci ildə keçirilib bildiriş ona 09 04.2021-ci ildə saat 15-20-də verilib iştirak etmədiyinə görə onun hüquqları pozulub. İddiaçı hər ay ödəniş edir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, İmişli Rayon Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli 2(036)-155/2016 saylı qətnaməsinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş İmişli şəhəri, Heydər Əliyev prospekti, d1, 6A ünvanında yerləşən evə yönəldilməsi ilə əlaqədar cavabdeh “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən 08 aprel 2021-ci il tarixdə saat 11:00-da keçirilmiş hərracın, ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 07 may 2021-ci il tarixli 40/03 saylı protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" 07 may 2021 ci İ tarixli Müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 01.12.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, İmişli rayon məhkəməsinin 25 yanvar 2016-cı il tarixli 2(036)-155/2016 saylı qətnaməsinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş İmişli şəhəri, Heydər Əliyev prospekti, d1, 6A ünvanında yerləşən evə yönəldilməsi ilə əlaqədar cavabdeh "xxxx" MMC tərəfindən 08 aprel 2021- ci il tarixdə saat 11:00-da keçirilmiş hərracın, ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 07 may 2021 -ci il tarixli 40/03 saylı protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 may 2021-ci il tarixli Müqavilənin etibarsız hesab edilməsi, ipoteka ilə yüklü edilmiş İmişli şəhəri, Heydər Əliyev prospekti, d1, 6A ünvanında yerləşən evin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh “Bank Respublika” ASC-nin nümayəndəsi Nümayəndə Hikmət oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək hərracın qanuni əsaslarla keçirildiyini, əmlakın hazırda bankın mülkiyyətində olduğunu qeyd edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 23.02.2021-ci il tarixli 01 nömrəli bildirişinin surətindən görünür ki, İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair açıq auksion formasında hərracın keçirilməsi 19 mart 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir; “Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 30.03.2021-ci il tarixli 02 nömrəli bildirişinin surətindən görünür ki, İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair açıq auksion formasında hərracın keçirilməsi 08 aprel 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir; İmişli Rayon Məhkəməsinin 25.01.2016-cı il tarixli, 2(036)-155/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş, X2 pul tutulması və tutmanın İddiaçı məxsus İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. İpoteka saxlayan- Cavabdeh2 ASC-nin İmişli filialı ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış 16.09.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi borclu X3 bank qarşısındakı öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. “Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.05.2021-ci il tarixli hərracın yekunları barədə 40/03 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilkin satış qiyməti 32000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 27200 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-20400 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07 may 2021-ci il tarixli müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 20400 (iyirmi min dörd yüz) manat qiymətə tələbkar Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır; "xxxx" MMC-nin 17.02.2021-ci il tarixli, 75 №-li hesabatından görünür ki, İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 32.000 manat məbləğində qiymətləndirilmişdir. “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 noyabr 2021-ci il tarixli 087/21 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan orta bazar qiyməti 95.000 manat, likvid qiyməti 85.000 manat təşkil edir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 dekabr 2021-ci il tarixli 67/ FYE/21 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan orta bazar qiyməti 57.000 manat, likvid qiyməti 35.000 manat təşkil edir; Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) Həmin Qanunun 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Qanunun qeyd edilən tələblərindən görünür ki, qiymətləndirmənin nəticələri haqqında rəy Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. "xxxx" MMC-nin 17.02.2021-ci il tarixli, 75 №-li hesabatından görünür ki, İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 32.000 manat, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 noyabr 2021-ci il tarixli 087/21 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan orta bazar qiyməti 95.000 manat, likvid qiyməti 85.000 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 dekabr 2021-ci il tarixli 67/ FYE/21 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, İmişli şəhəri H.Əliyev prospekti d1 ev 6A ünvanında 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan orta bazar qiyməti 57.000 manat, likvid qiyməti 35.000 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin 17.02.2021-ci il tarixli, 75 №-li əmlakın qiymətləndirilməsi barədə hesabatında göstərilən əmlakın dəyərinin aşağı göstərilməsi barədə iddiaçının dəlili əsassızdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və “Bank Respublika” ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və əmlkın dəyərinin müəyyən edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-117/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-117/2022
06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver