Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-119/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi X3 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər "xxxx" MMC, Yasamal rayon İcra şöbəsinə, Cavabdeh3, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X5 və Cavabdeh4 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər "xxxx" MMC, Yasamal rayon İcra şöbəsinə və Cavabdeh3 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ysamal rayon İcra şöbəsinin sifarişi əsasında cavabdeh "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.099380 ha torpaq sahəsi və 2315.75 kv.m ibarət əmlak kompleksinin Cavabdeh3 246575 manata satılmasına dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavəyə dair ərizə təqdim edərək, cavabdeh Yasamal rayon İcra şöbəsinin sifarişi əsasında cavabdeh "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.099380 ha torpaq sahəsi və 2315.75 kv.m ibarət əmlak kompleksinin Cavabdeh3 246575 manata satılmasına dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməsi, bunun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına verilmiş **********98- 12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AN-1 seriyalı, ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, bununla əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********8-12301 reyestr nömrəli, 362100/902 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin əraziyə dair onun adına çıxarışın bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan 210000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh3 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsilə Yasamal Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə icra vərəqi göndərilmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 qətnaməni icra etmək məqsədilə ona məxsus olan Zaqatala rayonu Göyəm kəndində yerləşən torpaq sahəsini və əmlak kompleksini qiymətləndirmə tapşırığı vermişdir ki, onları hərrac vasitəsilə sataraq, qanuni qüvvəyə minmiş qətnaməni icra etsin. xx.xx.2021-ci ildə icra məmuruna müraciət edərək, həmin qiymətləndirmə tapşırığın surətini almış və görmüşdür ki, bu sənəd tam qanunsuz və əsassızdır. Buna görə də, Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ona məxsus olan torpaq sahəsi və əmlak kompleksi tikilisini qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli hesabatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinə təqdim edilməsi barədə məktubu cavabdeh Yasamal rayon İcra şöbəsinə təqdim etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1583/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır ona görə ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşir. Şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-3578/2021 saylı qərardadı ilə şikayətim təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1583/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iclasında mərüzəçi hakim elan etdi ki, iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyətinə görə Binəqədi Rayon Məhkəməsinə göndəriləcək. Gözləyirdi ki, Binəqədi Rayon Məhkəməsindən bildiriş gəlsin. İki aydan artıq müddət keçdikdən sonra cavabdeh Yasamal rayon İcra şöbəsindən telefon zəngi gəldi ki, mülkiyyətində olan obyekt hərracdan satılmışdır. Bundan sonra, yuxan instansiyalara şikayət etdikdən sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-3578/2021 saylı qərardadının surətini xx.xx.2021-ci il tarixdə almağa müvəffəq olmuş və indi hazırki iddia ərizəsilə məhkəməyə müraciət edir. Cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC, nə də ki, cavabdeh Yasamal rayon İcra şöbəsi qanunun tələblərinə riayət etməmişlər. O, cavabdeh Yasamal rayon İcra şöbəsinə mülkiyyətində olan əmlaka dair verilmiş ekspert hesabatının qanunazidd olduğuna görə məhkəməyə şikayət verməyi barədə sənəd təqdim etməyinə baxmayaraq, Yasamal rayon İcra şöbəsi hərracın keçirilməsinə dair sifarişlə cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-yə müraciət etmiş, bu barədə ona məlumat verməmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Bundan əlavə, hərracı sifariş verən cavabdeh Yasamal rayon İcra şöbəsi digər cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-yə hərrac keçirilməsini sifariş verərkən qəsdən həqiqətə uyğun olmayan ünvan göstərmiş, mobil telefonumu bildiyi halda nömrəsini göstərməmişdir. Belə ki, yaşadığı ünvan: ünvan 2 Yasamal rayon İcra şöbəsi isə sifarişində ünvanını - ünvan 4ldirişlər ona gəlib çatmamış və hərrac iştirakı olmadan keçirilmişdir. Hərracda yalnız bir nəfər - cavabdeh (tələbkar) Cavabdeh3 iştirak etmiş və xx.xx.2021-ci il tarixdə keçirilən qeyri-qanuni keçirilən hərracda mülkiyyətində olan obyekti dəyərindən qat-qat ucuz qiymətə almışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh3 xeyrinə qalıq borc olan 110425 manat üzərinə üç illik bank faiz dərəcəsinin hesablanması, 600 manat əmlakın qiymətləndirilməsinə, 5000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına çəkilmiş xərclər, 50000 manat vurulmuş mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Cavabdeh3 notariat qaydasında aldığı 210000 ABŞ dolları vəsaiti qaytarmadığından Cavabdeh3 iddiası əsasında Yasamal rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi əsasında qaytarılması təmin olunmuşdur. O məhkəmə qətnaməsini icra etmək əvəzinə yuxarı instansiyalara müraciət etmiş və Yasamal rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlib icra olunmasına baxmayaraq, bu günə kimi pul vəsaitini qaytarmaqdan imtina edir. Məhkəmə icra məmuru tərəfindən onun barəsində icra tədbirləri görülərək əmlakı üzərinə həbs qoyularaq, müvafiq qaydada qiymətləndirmə aparılmış və hərraca çıxarılmış əmlak tələbkar olaraq Cavabdeh3 təklif olunmuşdur. Cavabdeh3 həmin əmlakı 08 aprel 2021-ci il tarixdə hərracdan almışdır .Hərracın nəticələri aidiyyəti üzrə göndərilərək həmin əmlaka Cavabdeh3 adına 06 iyul 2021-ci il tarixdə dövlət reyestrindən Çıxarış verilmişdir. Baxmayaraq ki, Yasamal rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi əsasında 210000 ABŞ dollar, yəni- 357000 manat pul vəsaitinin qaytarılması nəzərdə tutulsa da yalnız əmlak kimi -246575 manat məbləği ödənilmişdir. Qalan 110425 manat hələ ki, ödənilməmiş qalmışdır. Bundan əlavə 600 manat əmlakın qiymətlədirilməsinə, 5 000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına və mənəvi zərərə görə dəymiş ziyan Cavabdeh3 qaytarılmalıdır. Bütün bunlara baxmayaraq, İddiaçı əsassız iddialarla Nərimanov və Binəqədi rayon məhkəmələrinə müraciətlər etməklə qiymətləndirməni və hərracın nəticələrinin etibarsızlığına dair tələblər səsləndirmişdir. Hesab edir ki, cavabdeh İddiaçı qanuni məhkəmə qətnaməsinin icrasına bilərəkdən maneə yaratmaq məqsədilə çoxsaylı iddialar və əsassız şikayətlər verməklə Cavabdeh3 külli miqdarda ziyan vurmuşdur.Bu ziyan məhkəmə qətnamələrinin icra olunmaması nəticəsində Cavabdeh3 psixoloji gərginliyin yaşanması ilə yanaşı bütün məhkəmələrdə iştirakımın təmin olunması Cavabdeh3 əsas işindən ayırmaqla mənə külli miqdarda ziyan vurulmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiasının əsaslı olduğunu bildirərək iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi X6 qarşılıqlı iddiasının təmin olunmasını, ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər "xxxx" MMC-nin və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Belə ki, iş materiallarında olan; AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli, 28/07 nömrəli hərracın yekunları barədə protokolun və xx.xx.2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.099380 ha torpaq sahəsi və 2315.75 kv.m ibarət əmlak kompleksi 246575 manat məbləğə Cavabdeh3 tərəfindən əldə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-962/2019 saylı İcra Vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı 210000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulması) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh3 xeyrinə ödənilməsi qeyd edilmişdir. İddiaçı ünvanı ünvan 6riallarından məlum olur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan 210000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh3 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsilə Yasamal Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə icra vərəqi göndərilmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 qətnaməni icra etmək məqsədilə ona məxsus olan Zaqatala rayonu Göyəm kəndində yerləşən torpaq sahəsini və əmlak kompleksini qiymətləndirmə tapşırığı vermişdir ki, onları hərrac vasitəsilə sataraq, qanuni qüvvəyə minmiş qətnaməni icra etsin. Müvafiq qaydada qiymətləndirmə aparılmış və hərraca çıxarılmış əmlak tələbkar olaraq Cavabdeh3 təklif olunmuşdur. Cavabdeh3 həmin əmlakı 08 aprel 2021-ci il tarixdə hərracdan almışdır .Hərracın nəticələri aidiyyəti üzrə göndərilərək həmin əmlaka Cavabdeh3 adına 06 iyul 2021-ci il tarixdə dövlət reyestrindən Çıxarış verilmişdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı iddia ərizəsində aparılmış qiymətləndirilmə nəticəsində əmlaka verilmiş qiymətdən narazılığı bildirmiş, qiymətin əmlakın real qiymətindən aşağı olduğunu əsaslandırmağa çalışmışdır. Lakin iddiaçı sonda heç bir əsaslandırma gətirmədən məhz keçirilmiş hərracın əsassız olduğunu bildirərək, bu hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Eyni zamanda hərrac bildirişini almadığını bildirsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-962/2019 saylı İcra Vərəqəsində İddiaçı ünvanı ünvan 7vana göndərilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı iddia tələbini əsaslandırmalı və əsaslandığı halları təsdiq edən sübutlar təqdim etməli olduğu halda, iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsi və ona əlavədə bu hallar öz əksini tapmır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, eyni tərəflər arasında mövcud olan eyni mübahisəli hüquq münasibətinə Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmış və xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı 210000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh3 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətinə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir və bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. İddiaçı hərrac keçirildikdən sonra qalan qalıq borcu tələb edir ki, lakin göründüyü kimi qeyd edilən məbləğ əmlakın hərracdan satılmasından sonra qalmış borc məbləğidir, həmin məbləğə dair məhkəmənin yekun aktı mövcuddur. Odur ki, digər məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia təmin edilə bilməz. Məhkəmə qalıq borc olan 110425 manat pul məbləğinin tutulması barədə qarşılıqlı iddia tələbi ilə razılaşmadığından, həmin məbləğin üzərinə üç illik bank faiz dərəcəsinin hesablanması hissəsində də iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə qarşılıqlı iddianın “600 manat əmlakın qiymətləndirilməsinə, 5000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına çəkilmiş xərclər, 50000 manat vurulmuş mənəvi ziyanın tutulması” hissəsi ilə baölı qeyd edir ki, iddiaçı bu tələblərini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən, tərəflər istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları təqdim etmədiyindən məhkəmə qaşılıqlı iddianın da rədd edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Beləliklə, Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia üzrə İddiaçı cavabdehlər "xxxx" MMC, Yasamal rayon İcra şöbəsinə, Cavabdeh3na, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X5 və Cavabdeh4 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia və qarşılıqlı iddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları ilkin və qarşılıqlı iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-119/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-119/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver