Məhkəmə qərarları › İş №2(005)-1191/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1191/2021

27.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1191/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun qəyyumluğunun X6 üzərində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin himayəsində olan X10 04.03.2002-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 02.09.2020-ci 09.09.2020-ci il tarixlərində müayinədən keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2 nömrəli Psixiatriya Xəstəxanasına daxil olmuşdur. 09.09.2020-ci il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) "Çıxarışa" əsasən X10 barəsində diaqnoz qoyulmuşdur. Həmin diaqnoza əsasən Dərya Sadıqovada G80-Serebral iflic, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, dərin spastik tetraparez, hiperkinetik forma, dərin kəmağıllıq (idiotiya), kobud nitq davranış, dayaq hərəkəti aparatın pozuntusu, bundan başqa ağırlaşma G82.4 spastik tetraplegiya, dərin spastik tetrapez, hiperkinetik formada xəstəliklər müəyyən edilmişdir. Həyat yoldaşı X12 07.10.2004-cü il tarixində Moskva şəhərində dünyasını dəyişmişdir. Birgə nikahdan 2 övladları olmuş, digər övladları 22.10.1996-cı il təvəllüdlü X5 danışıq və eşitmə qabiliyyətində anadangəlmə qüsur var. Hər iki övladı onun himayəsindədir. Bundan başqa X10 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında keçirilmiş sonuncu müayinə əsasında yuxarıda qeyd edilən diaqnozlar öz təsdiqini tapmışdır. Göründüyü kimi 04.03.2002-ci il təvəllüdlü qızı Dərya Sadıqova fəaliyyət qabiliyyətli olmadığı üçün tək başına hərhansı hərəkəti həyata keçirə bilmir, buna görə də, kənar şəxsin qulluğuna ehtiyacı var. Hal-hazırda X6 18 yaşı tamam olduğu üçün onun adına hər-hansı fəaliyyəti həyata keçirə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X13 ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Moskva şəhəri Akademik VVAQ şöbəsi tərəfindən 13.08.2002-ci il tarixdə verilmiş İ-MÖ seriyalı, 896249 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq və tərcümə olunmuş surətinə əsasən 04.03.2002-ci il tarixdə Moskva şəhərində doğulmuş X6 atası – X12, anası isə – Ərizəçidır; 09.06.2018-ci il tarixdə ASAN 1 tərəfindən verilmiş AZE seriyalı, 15165192 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 04.03.2002-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş X10 ünvan 1 ünvanında qeydiyyatdadır; 01.06.2009-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1972-ci il tarixdə Naxçıvan MR, Ordubad şəhərində anadan olmuş Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır; Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatının surətinə əsasən, X8 birinci dərəcəli əlillik verilmişdir, onda G80-Serebral iflic, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, dərin spastik tetraparez, hiperkinetik forma, dərin kəmağıllıq (idiotiya), kobud nitq davranış, dayaq hərəkəti aparatın pozuntusu, bundan başqa ağırlaşma G82.4 spastik tetraplegiya, dərin spastik tetrapez, hiperkinetik formada və s. diaqnozu ilə qiymətləndirilmişdir. 18.11.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün ərizəçi tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 942 saylı, 03.04.2021-ci il tarixli rəyinə əsasən X7 dərin əqli gerilik uşaq serebral iflici aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X3, X14 və 2 saylı X1 müalicə olunması, İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün primitivliyi, əhavli-ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 04.03.2002-ci il təvəllüdlü X6 anasıdır. Ərizəçi oğlu X10 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X6 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə hazırlıq iclasında onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 məhkəmə psixiatrik ekspertizasının 942 saylı, 03.04.2021-ci tarixli rəyinə əsasən X7 dərin əqli gerilik uşaq serebral iflici aşkar olunur. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04.03.2002-ci il Rusiya Federasiyası, Moskva şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317- 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04.03.2002-ci il Rusiya Federasiyası, Moskva şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar