Məhkəmə qərarları › İş №2(005)-1198/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1198/2024

10.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1198/2024 10.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi və X10 göstərilməklə) hərracın yekun nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi göstərilməklə) hərracın yekun nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sifarişçi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və mülkiyyətində olan “Kamaz 5511“ markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük maşının X7 mülkiyyətinə verilməsinə dair 57/01 saylı yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən tərtib edilmiş 57/01 saylı protokol ilə sifarişçi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifariş məktubu əsasında keçirilmiş hərrac ilə mülkiyyətində olan “Kamaz 5511” markalı yük maşını 5420 manat qiymət müəyyənləşdirilərək X1. Keçirilmiş hərrac qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla həyata keçirilmiş və nəticədə mülki qanunvericilik ilə nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4839/2022 saylı qətnaməsi ilə cavabdeh X4 11100 manat məbləğində pulun və iş üzrə ödənilmiş 153 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 11253 manat pulun alınaraq X9 ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Sumqayıt şəhər üzrə İcra İdarəsinə göndərilmiş, icra sənədi üzrə icraata başlanılması və borclu tərəfindən icranın 10 gün müddətində könüllü təmin etməsi təklif olunması ilə bağlı qərar çıxartmışdır. Lakin, icra sənədi üzrə borclu tərəfindən ödəniş aparıİmadığından tələb ona məxsus əmlaka yönəldilmişdir. Qətnaməyə dair verilmiş xx.xx.2022-ci il tarixli icra sənədi üzrə onun mülkiyyətində olan “Kamaz 5511” markalı yük maşının üzərinə həbs qoyulması, əmlakın açıq hərracda satılması və tələbin satışdan əldə olunan vəsaitə yönəldilməsi barədə təqdimat ilə məhkəməyə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-499/2023 saylı qərardadı ilə təqdimat qismən təmin edilərək, icra sənədinin icrası zamanı borclu X5 ərinin, yəni onun mülkiyyətində olan “Kamaz 5511” markalı yük maşınının üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir. Avtomobil qanunsuz olaraq Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-nin müvəqqəti saxlama dayanacağına yerləşdirilmiş və bu barədə akt tərtib edilmişdir. Bundan sonra, icra məmurunun xx.xx.2023-cü il tarixli məktubu ilə mülkiyyətində olan “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün "xxxx" MMC-nin nümayəndəsinin Sumqayıt şəhər üzrə İcra İdarəsinə göndərilməsini xahiş etmişdir. Avtomobilin dəyəri 6000 manat müəyyən edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli, 102/6G saylı sifarişi ilə icra sənədinə əsasən mülkiyyətində olan avtomobilin açıq hərracda satılması üçün hərracın keçirilməsi xahiş olunmuşdır. "xxxx" MMC tərəfindən mülkiyyətində olan “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması üçün keçiriləcək hərracın vaxtı və yeri barədə məlumat verilmədən hərrac keçirilmiş və xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən tərtib edilmiş 57/01 saylı protokol ilə sifarişçi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifariş məktubu əsasında keçirilmiş hərrac ilə mülkiyyətində olan yük maşını 5420 manat qiymət müəyyənləşdirilərək X1. İcra məmurunun hərəkətləri Azərbaycan Respublikasının Mülki Məcələnin 220.6-cı maddəsinin və Azərbaycan Respublikasının Ailə məcələsinin 36 və 37-ci maddələrinin tələblərini kobud şəkildə pozulmuşdur. İcra icraatı zamanı icra məmuru tərəfindən toplanmış materiallardan görünür ki, Azərbaycan Respublikasının Ailə və Mülki Məcəlləsinin tələbləri kobud şəkildə pozularaq, birgə nikah dövründə əldə olunmuş əmlaka pay bölgüsünə və tələbin müvafiq paya yönəldilməsinə dair məhkəmənin yekun aktı olmadan onun mülkiyyətində olan avtomobilin qiymətləndirilməsi və tələbin əldə olunan vəsaitə yönəldilməsinə dair hərəkətləri qanunsuzdur. Daha sonra ərizəyə dəqiqləşmə verərək, daşınar əmlaklar ilə bağlı hərrac tərəfindən ancaq yekun protokol tərtib edildiyindən, sifarişçi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və mülkiyyətində olan “Kamaz 5511“ markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük maşının X7 mülkiyyətinə verilməsinə dair 57/01 saylı yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək hərrac barədə məlumatlarının olmadığını, avtomobil onların əlindən alındığından onun bu qədər ucuz qiymətə satılmasını təsəvvür etmədiklərini, ümumiyyətlə hərracın hansı təşkilat tərəfindən necə keçirilməsini bilmədiklərini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Respublika Xammal və X15 Mərkəzi "xxxx" MMC-nin nümayəndəsi X14 bildirmişdir ki, hərrac barədə bildirişlər tərəflərə göndərilmiş, tərəflərindən heç bir pozuntu olmamış və bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 bildirdi ki, avtomobili keçirilmiş hərracda udmuş, hərrac qanuni olmuş və sonda iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi, o cümlədən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə adı çəkilən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə Respublika Xammal və X15 Mərkəzi "xxxx" MMC-yə ünvanladığı sifariş məktubun surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4839/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X5 həyat yoldaşı İddiaçı mülkiyyətində olan “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 6000 manat məbləğində qiymətləndirilmiş və avtomobilin açıq hərrac yolu ilə satılmasına sərəncam verilməsi xahiş edilmişdir; Açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair açıq hərracın keçirilməsi ilkin satış qiyməti 6000 manat müəyyən edilməklə, xx.xx.2023-cü il tarixə, saat 11:00-17:00-dək təyin edilmişdir. X3 və İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 44, mənzil 59 ünvanına göndərilmişdir; “FM Express” Məktub və bağlama daşınması xidmətinin talonlarının surətindən görünür ki, X8 və İddiaçı ünvanlanmış məktublar “Hilalov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir; Açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair açıq hərracın keçirilməsi ilkin satış qiymətindən 10% aşağı 5400 manat müəyyən edilməklə, xx.xx.2023cü il tarixə, saat 11:00-17:00-dək təyin edilmişdir. X2 və İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 44, mənzil 59 ünvanına göndərilmişdir; “FM Express” Məktub və bağlama daşınması xidmətinin talonlarının surətindən görünür ki, X8 və İddiaçı ünvanlanmış məktublar “Feyziyeva” soyadlı şəxs tərəfindən qəbul edilmişdir; “Birja Yenilikləri” qəzetin xx.xx.2023-cü il tarixli, 374(374) nömrəli və xx.xx.2023-cü il tarixli, 381(381) nömrəli tirajlarının surətindən görünür ki, “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair açıq hərracın keçirilməsi elan edilmişdir. "xxxx" MMC-nin “Hərracın yekunları” barədə xx.xx.2023-cü il tarixli, 57/01 nömrəli protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 4839/2022 saylı icra vərəqəsi və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 102/6G saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (tələbkar) X10 hərrac predmeti olan İddiaçı məxsus “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili 5420 manata əldə etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4839/2022 saylı icra vərəqəsinin icrası proseduruna başlanılmış, “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin “hərracın yekunları” barədə xx.xx.2023-cü il tarixli protokoluna əsasən isə İddiaçı məxsus həmin avtomobil 5420 manata X1. İddiaçı, hərracın ona xəbər verilmədən keçirildiyinə, o cümlədən əmlakın hərraca dəyərindən dəfələrlə aşağı qiymətə çıxarıldığına istinad edərək hazırkı iddia tələbini irəli sürdüyündən məhkəmə, onun irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verməyi zəruri hesab edir. Çünkü hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən, icra şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə və avtomobilin hərracdan satılmasına baxmayaraq, hərrac barədə bildirişlər borclu və avtomobilin sahibinə yanlış ünvana, yəni ünvan 2i, 17-ci mikrorayon, ev 44, mənzil 59 ünvanına göndərilmişdir. Həmin bildirişlər keçirilmiş hərrac barədə tərəflərə məlumat verildiyini təsdiq edən sübut hesab edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, hərrac təşkilatı tərəfindən bildiriş göndərilməsi vəzifəsinin mövcudluğuna baxmayaraq, qanunvericiliyin tələblərinə əməl edilməmiş, tərəflər lazımi qaydada hərracın keçirilməsi barədə məlumatlandırılmamış, bu səbəbdən mübahisəli nəqliyyat vasitəsi X1. Mülki Məcəllənin 416-cı maddəsinə görə isə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, avtomobilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişin göndərilməməsi, hərracın ondan xəbərsiz keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, icra hərəkətləri və hərrac tələbin ər-arvadın birgə əmlakına yönəldilməsi qaydalarının pozulması ilə keçirilmişdir. Belə ki, qanunvericiliyə əsasən tələb borclunun ümumi birgə mülkiyyətinə yönəldikdə, tələb yalnız onun həmin ümumi birgə mülkiyyətdə olan payına yönəldilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tələb yönəlmiş əmlak borclu və iddiaçının ümumi birgə mülkiyyətində olmuşdur. Qanunvericiliyin bu əsasını və işin materiallarını tədqiq edib məhkəmə belə bir nəticəyə gəlir ki, tələb üzrə yönəlmə borclunun ümumi birgə mülkiyyətdə olan payına müvafiq surətdə həyata keçirilməli, yəni tərəflərin payı naturada ayrılmalı, əgər bu mümkün deyilsə və qalan iştirakçılar buna etiraz edirsə, borclu öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmalı yaxud onu məhkəmə qaydasında açıq hərracda sataraq tələbin ödənilməsini təmin etməlidir. Lakin tələbin ödənilməsi üzrə hərəkətlər icra olunarkən qanunvericiliyin bu tələbi nəzərə alınmamış, hərrac borclunun ümumi birgə mülkiyyətdə olan payına mütənasib olaraq deyil, iddiaçının da ümumi birgə mülkiyyət üzrə payı olmaqla, tam həcmdə keçirilmiş və iddiaçının ümumi birgə mülkiyyətə olan pay hissəsində hüquqları qanuna zidd şəkildə pozulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Mülki Məcəllənin: 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 57/01 nömrəli protokol etibarsız hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 57/01 nömrəli protokol etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar