Məhkəmə qərarları › İş №2(005)-1216/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1216/2022

11.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1216/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, X1 adına qeyd edilmiş 19 fevral 2021- ci il tarixli 198 saylı ölüm haqqında şəhadətnamənin 24 sentyabr 1988-ci il tarixli nikah haqqında şəhadətnamədə göstərilən X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 həyat yoldaşı olmuşdur. O 14 fevral 2021-ci il tarixdə Bakı şəhərində vəfat edib. Mərhum həyat yoldaşı ilə 24 sentyabr 1988-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. 24 sentyabr 1988-ci il tarixli nikah haqqında şəhadətnaməsində və onun doğum haqqında şəhadətnaməsində soyadı Rzazadə kimi qeyd edilmişdir. Sonradan onlara məlum olmayan səbəbdən mərhum həyat yoldaşı Rzazadə soyadını Sadıxov soyadına dəyişdirərək Şəxsiyyət Vəsiqəsi almışdır. 19 fevral 2021-ci il tarixində ölüm haqqında şəhadətnamə alınarkən onun soyadı şəxsiyyət vəsiqəsinə uyğun olaraq Sadıxov kimi qeyd edilmişdir. Göründüyü kimi, mərhum həyat yoldaşının doğum haqqında şəhadətnaməsi və nikah haqqında şəhadətnaməsi ilə ölüm haqqında şəhadətnaməsindəki soyadlarında fərq mövcuddur. Bu fərqin aradan qaldırılması üçün Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də müraciəti təmin edilməmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin 01 fevral 2022-ci il tarixli imtina məktubunda göstərilir ki, 23.12.1965-ci il təvəllüdlü yoldaşı X2 Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 54-b saylı 21.07.2004-cü il tarixli doğum haqqında akt qeydində soyadı “Rzazadə”, 1 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində 19.02.2021-ci il tarixli haqqında akt qeydində isə soyadı “Sadıxov” qeyd edilmişdir. Sizin müraciətiniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001- ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara” əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçiriir. Akt qeydində düzəliş edilməsi üçün zəruri sənədlər olmadığından yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, mərhum ərinin onun nikahdan əvvəlki soyadına keçməsindən məlumatlı olmadığını, bu haqda yalnız onun ölümündən sonra xəbərdar olduğunu, ərizəsinin əsaslı olduğunu, bu səbəbdən də məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 01.02.2022-ci il tarixli №18 saylı məktubunda qeyd olunur: 23.12.1965- ci il təvəllüdlü yoldaşı X2 Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 54-b saylı 21.07.2004-cü il tarixli doğum haqqında akt qeydində soyadı “Rzazadə”, 1 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində 19.02.2021-ci il tarixli haqqında akt qeydində isə soyadı “Sadıxov” qeyd edilmişdir. Sizin müraciətininiz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001- ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara” əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçiriir. Akt qeydində düzəliş edilməsi üçün zəruri sənədlər olmadığından yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan № 399644 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Rzayev (zadə) Çingiz Məhərrəm oğlu ilə X10 arasında 24.09.1988-ci il tarixdə nikah müqaviləsi bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Rzayev, arvada Rzayeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 14.02.2021-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02-ci ayının 19-cü günündə 198 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ- №508125 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23.12.1965-ci il tarixdə Masis rayonunda doğulmuşdur. X5, anası Rzayeva Laçın M.Əli qızıdır. İş materiallarında olan AZE seriyalı P4655537 nömrəli Azərbaycan Respublikasının pasportunun surətindən görünür ki, X8 23.12.1965-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuşdur. İş materiallarında olan X6 64 saylı 08.11.1991-ci il tarixli doğum akt qeydinin surətindən görünür ki, atası X9, anası Ərizəçidır. İş materiallarında olan X4 1113 saylı 31.07.1997-ci il tarixli doğum akt qeydinin surətindən görünür ki, atası Rzayev Çingiz, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci maddəsinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, mərhum X1 adına qeyd edilmiş 19 fevral 2021-ci il tarixli 198 saylı ölüm haqqında şəhadətnamənin 24 sentyabr 1988-ci il tarixli nikah haqqında şəhadətnamədə göstərilən X3 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 adına qeyd edilmiş 19 fevral 2021-ci il tarixli 198 saylı ölüm haqqında şəhadətnamənin 24 sentyabr 1988-ci il tarixli nikah haqqında şəhadətnamədə göstərilən X3 məxsus olması faktı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar