Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1228/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sentyabr ayının 1-dən noyabr ayının 1-nə qədər hər ay 300 manatdan 2 aylıq 600 manat kirayə borcunun, ev telefonu üçün Az.TKQ-a 2 aylıq 5 manat rabitə xərcinin, 20 manat su kanalizasiya xərcinin və 30 manat məhkəməyə dövlət rüsumunun X1 alınıb, ona ödənilməsini haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Mingəçevir şəhərində yaşayır. hal-hazırda işləmir, təqaüddədir. Yuxarıda göstərilən ünvanda iki otaqlı mənzilini xx.xx.2020-ci il tarixdə Cavabdeh notarial qaydada kirayə müqaviləsi əsasında vermişdir. Müqavilədən əvvəl, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər Minayə xanımın “bacısı oğlu” Elməddin müqaviləsiz bir aylıq ilkin ödəniş edərək orada özü, anası və xalasının yaşayacağı bildirmişdir. Odur ki, razılaşmış və onun “xalası” Minayə xanımla müqavilə bağlamışlar. Ancaq müqavilədən sonra heç bir ödəniş edilməmişdir. Bildirmişlər ki, iki ayı birlikdə vercəklər. İddiaçı pandemiya ilə əlaqədar Mingəçevirdən gələ bilməmişdir. Nəhayət oktyabrın 11-də Bakıya gəlmiş, mənzilə baxış keçirərkən məlum olmuşdur ki, bu fırıldaqçılar müqavilənin 3,5,7,8 və 12-ci maddələrini bilərəkdən pozmuşlar. Belə ki, Minayə Nuruyeva nə özü nə də “bacısı və bacısı oğlu” Elməddin bu ünvanda yaşamır və yaşamayıblar. Elməddin (tel:055-894-00-0QA ona bildirmədən ondan mənzil sahibi kimi, aylıq kirayə haqqını əvvəlcədən özü üçün alaraq mənzili həmyerliləri-X3 (Tel:***-***-**-** ) ş/v AA: 1527969) və X2 Tel:***-***-**-** ş/v Aze: ******* vermişdir. Minayə xanıma zəng edib, müqavilə qaydalarının pozulduğunu və mənzil -kirayə haqqının ödənilmədiyini bildirmişdir. Müqavilənin onunla bağlanmasına baxmayaraq, Elməddinin cavabdeh olduğunu bildirmiş, Elməddinin isə həmin gündən bütün əlaqə nömrələri söndürülmüşdür. N.Minayə özünün Müdafiə nazirliyində işlədiyini və müqavilənin bağlanmasında məqsəd Müdafıyə Nazirliyindən kirayə haqqının alınması olmuşdur. İddiaçı bu məsələni nazirliyə xəbər verəcəyini telefonla ona bildirəndə o, bu əməliyyatın guya baş tutmadığını söyləmişdir. Daha sonra Minayə xanımdan öyrənmişdir ki, “bacısı oğlu” olan Elməddin də Müdafıyə Nazirliyinin hərbi işçisidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.0654 ha torpaq sahəsində yerləşən 30 nömrəli, 5 mərtəbəli binada 36.25 kv.m ümumi, 24.3 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 16 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 400 nömrəli reyestr kitabının 37196 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi barədə İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, Kirayəyə verən” ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 36.25 kv/m, yaşayış sahəsi 24.3 kv/m elan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) kirayəyə verir(lər) -Kirayəyə verən İddiaçı (tam hissə 36.25 kv/m. 2 otaq) - Kirayəçi Cavabdeh; Kirayəyə verilən əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən “Kirayəyə verən”ə məxsusdur: DƏDRX tərəfindən xx.xx.2007 tarixdə İddiaçı verilmiş **********68-05101-093008 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 36.25 kv/m. 2 otaq; Kirayə müddəti xx.xx.2023 il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə kirayə müddəti daha 1(bir) il müddətinə uzadılmış hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kirayə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan kirayə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 600 manat kirayə haqqı, 5 manat rabitə xərci, 20 manat su kanalizasiya xərci, eləcə də 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat kirayə haqqı, 5 (beş) manat rabitə xərci, 30 (otuz) manat su kanalizasiya xərci, eləcə də 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1228/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1228/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver