Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1243/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 Saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X14 məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsi Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsində atasının adının yanlış olaraq “Məhəmməd” yazılması, həmin hüquqmüəyyənedici sənədin ona məxsus olması barədə hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsi Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanında mənzil sahəsi onun adına qeydiyyata alınmışdır. Həmin mənzil, əri X3 adına verilmiş 06 fevral 1987-cı il tarixli 256905 №li order əsasında onun adına özəlləşdirilib. Həmin orderə əsasən əri X4 və ona qeyd olunan mənzilə köçmək hüququ verilib. Onlar uzun müddətdir ki, iki övladı ilə həmin mənzilə köçüb yaşamışlar, hal-hazırda həmin mənzildə yaşayır. Həmin mənzil üzərində əvvəllər tanınmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnması ilə bağlı xx.xx.2024-cü il tarixdə o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib. Lakin həmin xidmət, hüquqmüəyyənedici sənədlərdə hüquq sahibinin ata adının “Məhəmməd”, şəxsiyyəti təsdiq edən sənəddə isə “Məmməd” kimi qeyd edilməsi, lakin əlaqəli sənəd təqdim edilməməsi səbəbi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X6 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, soyadı ərizəsinə əlavə etdiyi nikah haqqında şəhadətnamədən, o cümlədən digər sənədlərdən də görünür ki, atasının adı Məmməddir. O, X1 İsmayıl Cahangir oğlu ilə 04 sentyabr 1986-cı il tarixdə nikaha daxil olmuşdur. Yuxarıda qeyd olunan mənzili də əri X9 xx.xx.1993-cü il tarixli müqavilə əsasında əvəzsiz qaydada onun adına keçirmişdir. Qeyd olunanlardan göründüyü kimi, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsi Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsində atasının adının səhvən “Məhəmməd” yazılması ilə bağlı təsdiqedici sənədi başqa yolla əldə edə bilmir. Buna görə də qeyd edilən təsdiqedici sənəddə ata adının səhvən “Məhəmməd” yazılması barədə hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranıb. Bu hüquqi faktın müəyyən olunması yuxarıda qeyd olunan mənzil üzərində əvvəllər tanınmış hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ona lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, arası X10r. ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsi Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsində atasının adı yanlış olaraq “Məhəmməd” yazılmışdır. Onun adına əmlak var, oğluna bağışlamaq istəyir. Lakin ata adında yanlışlıq olduğu üçün bu mümkün olmur. Order yoldaşına verilmişdir, o isə evi onun adına keçirmişdir. Başqa heç bir rəsmi sənəddə yanlışlıq yoxdur.Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. X2, anası X11r; “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir; Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 nikahları xx.xx.1986-cı il tarixdə bağlanmışdır; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsi Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş 30112706 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, “B” yaşayış sahəsindəki, 25 saylı evin 82 saylı mənzili üzrə hüquq subyekti Ərizəçi Məhəmməd qızıdır; “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, hüquqmüəyyənedici sənədlərdə hüquq sahibinin ata adı “Məhəmməd”, şəxsiyyəti təsdiq edən sənəddə isə “Məmməd" kimi qeyd edilmiş, lakin əlaqəli sənəd təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azerbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir; 1 saylı Bakı “Asan Xidmət” X6 xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Tovuz rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli rəyinə əsasında Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 33 saylı, xx.xx.1955-ci il tarixli doğum haqqında akt qeydi üzərində onun soyadı “Mamedov”-dan ,,Memmedova”-ya, adı “Ludmira”- dan “Lyudmila”-ya, atasının soyadı “Mamedov”-dan “Məmmədov”-a, atasının adı “Maməd”-dən “Məmməd”-ə, ata qrafasında adı “Fətalı”-dan “Fətəli”-yə , ana qrafasında soyadı “Mamedova”-dan “Məmmədova"-ya, adı “Gülüsüm”- dən “Gülsüm”-ə dəyişiklik edilmişdir və Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən ona xx.xx.2022-ci il tarixdə AZ-İV 759287 saylı şəhadətnamə verilmişdir; Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, Yeni Günəşli, mənzil 79 ünvanında yaşayır, ərizəçi onların üst mərtəbə qonşusudur. O, 1987-1988-ci illərdən orada yaşayır, ərizəçini həmin vaxtlardan tanıyır; Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirmişdir ki, ərizəçi onun qonşusudur. X25 qəsəbəsində yaşayırlar. 5 yaşı tamamında o evə köçmüşdür və o vaxtdan ərizəçi orada yaşayır. Ərizəçinin özünü tanıyıb, ailəsi ilə indi də həmin ünvanda yaşayırlar. Onlar 5-ci mərtəbədə yaşayırlar, o isə 5-ci blok ikinci mərtəbədə yaşayır. Blokları yanaşıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi xx.xx.1987ci il tarixli order əsasında ona verilmiş Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, ev 25, 82 saylı mənzilin onun adına rəsmi qeydiyyata alınması üçün dövlət qurumuna müraciət etsə də, onun rəsmi sənədlərdə ad, soyad və ata adının fərqli yazılması səbəbindən eyniləşdirmənin aparılması mümkün olmamış və onun tələbi yerinə yetirilə bilməmişdir. Hazırda iddiaçı qeyd edilən mənzilə dair verilmiş qeydiyyat vəsiqəsinin ona məxsusluğunun müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-in 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubu ilə onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə uyğun olaraq, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin Qərarın 6.2 və 6.3-cü bəndlərinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş qeydiyyat vəsiqəsinə başqa qaydada düzəliş edilməsi mümkün olmamışdır. İş materiallarından göründüyü kimi, ərizəçinin şəxsiyyətini müəyyən edə bilmək üçün kifayət qədər sübut (şəxsiyyət vəsiqəsi, doğum və nikah haqqında şəhadətnamə və s.) məhkəməyə təqdim edilmiş, eləcə də şahid ifadələri dinlənilmişdir. Həmin sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnaməsində, eləcə də atasının ölüm haqqında şəhadətnaməsində atasının adı “Məmməd” olaraq qeyd edilsə də, mübahisələndirilən qeydiyyat vəsiqəsində yalnışlıqla “Məhəmməd” yazılmışdır. Məhkəmə tədqiq edilmiş sübutlar əsasında belə qənaətə gəlir ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsi Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli Qeydiyyat Vəsiqəsi Ərizəçi məxsusdur. Qeydiyyat vəsiqəsində yanlışlıqla “Ərizəçi” əvəzinə “Ərizəçi Məhəmməd qızı” göstərilmişdir. Qeydiyyat vəsiqəsi hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin düzəldilməsi başqa qaydada mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı ərizəçinin adının qeydiyyat vəsiqəsində səhv göstərilməsi iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Həmçinin qeyd olunduğu kimi, şəxsin ata adı, soyadı, adı müxtəlif sənədlərdə müxtəlif cür yazılsa da, sonradan qeydiyyat orqanı tərəfindən müvafiq sənədlərə düzəliş edilmiş, mərhumun ata adı Məmməd kimi qeyd edilmişdir. Eləcə də iş materiallarına əlavə edilmiş fotoşəkillərdən və şahid ifadələrindən də görünür ki, mübahisələndirilən mənzil ərizəçinin istifadəsində və sahibliyindədir. Göstərilənlərə əsasən, qeydiyyat vəsiqəsinin ərizəçiyə məxsus olmasının müəyyən edilməsi barədə ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ünvan 1 ünvanda yerləşən mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsi Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş 30112706 reyestr nömrəli, xx.xx.1993cü il tarixli Qeydiyyat Vəsiqəsinin Ərizəçi məxsus məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsi Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş 30112706 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli Qeydiyyat Vəsiqəsinin Ərizəçi məxsus məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1243/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1243/2025
10.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver