Məhkəmə qərarları › İş №2(005)-1251/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1251/2024

23.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1251/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, ləğv prosesində olan Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında Daşınar və Daşınmaz əmlakların satışı üzrə hərrac Mərkəzi tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2022-ci il tarixli 61/01-2 saylı Protokolun və Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evinin özgəninkiləşdirilməsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti İddiaçı qarşı "kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 63952,76 manat əsas borc, 16588,63 manat faiz borcu olmaqla, cəmi 80541,39 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evinə və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmmə Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsinə yönəldilməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracdan satılması, satışından əldə olunan vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satıcından əldə olunan vəsait borcun bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin bağ evinin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək əsas borc üzrə 63952,76 manat, faiz borcu üzrə 16588.63 manat olmaqla, cəmi 80541 manat 39 qəpik məbləğində pulun, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 80 manat rüsumun İddiaçı tutularaq iddiaçıya ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evinə və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, onların satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, bağ evi və torpaq sahəsinin satışlarından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin onlardan tutularaq iddiaçına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qətnaməsi ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi. Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsinə yönəldilməsinə dair hissədə ləğv edilmiş və iddia tələbi bu hissədə təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi bu yaxınlarda qanun qüvvəsini almışdır. Cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsi icra hərəkətlərini dayandırmaq əvəzinə Sumqayıt şəhər məhkəməsinin qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən məhkəmə mübahisəsinin davam etdiyi bir vaxtda cavabdeh Daşınar və Daşınmaz əmlakların satışı üzrə hərrac Mərkəzinə sifariş məktubu göndərmiş və İddiaçı aldığı xx.xx.2023-cü il tarixli məktubdan belə məlum olmuşdur ki, xx.xx.2022-ci ildə hərrac keçirilməklə ilkin satış qiyməti 100000 manat olan yaşayış evi 63750 manata bankın özünə satılmışdır və hazırda bank İddiaçı əlavə olaraq 16791,39 manat pul da tələb edir. Bu hərracın keçirilməsi tam qanunsuz olmuş və icra məmuru məhkəmə qətnaməsinin mübahisələndirilməsi səbəbindən hərracın dayandırılması barədə məktub göndərməli olduğu halda bunu etməmiş və nəticədə 150000 manat dəyərində olan evi dəyərindən də 3 dəfə ucuz qiymətə satılmış və İddiaçı bank qarşısında da borclu qalmışdır. Hərraca 100000 manata çıxarılan bu ev təxminən 40000 manata aşağı qiymətlə banka təklif olunmuşdur. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək etirazında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh1 ASC-nin Azadlıq filialı arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 48 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 74900 manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2323 nömrəli bağ evi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A nömrəli torpaq sahəsi banka ipoteka qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün bank tərəfindən İddiaçı qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 287/2022 nömrəli Qətnaməsi ilə iddia qismən təmin edilərək əsas borc üzrə 63952.76 manat, faiz borcu üzrə 16588.63 manat olmaqla cəmi 80541.39 manat pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 80 manat rüsumun cavabdeh İddiaçı tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2323 nömrəli bağ evinə və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A nömrəli torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklrın açıq hərracda satılması, onların satışından əldə edilmiş vəsait hesabına İddiaçı Cavabdeh1 ASC-yə olan borcun ödənilməsi, bağ evi və torpaq sahəsinin satışlarından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ İddiaçı tutularaq iddiaçıya ödənilməsi, tutma yönəlmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2323 nömrəli bağ evinin ilkin satış qiyməti 100000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A nömrəli torpaq sahəsinin isə ilkin satış qiyməti 20000 manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-287/2022 saylı icra vərəqəsi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra İdarəsi tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və tutma yönəlmiş əmlaklarla bağlı hərracın keçirilməsi haqqında “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi" MMC-yə iyul 2022-ci il tarixli sifariş göndərilmişdir. Hərrac Mərkəzi hər iki əmlakın satışı ilə əlaqədar hərracın təşkilinə başlamış və bu məqsədlə ilkin hərrac xx.xx.2022-ci il tarixdə, təkrar hərracı isə xx.xx.2022-ci il tarixdə keçirmişdir. Keçirilmiş hərraclarda ipoteka predmetləri satılmadığı üçün hərrac təşkilatı Birja yenilikləri qəzetinin 13 sentyabr 2022-ci il tarixli 314 nömrəsində hərracın baş tutmaması barədə elan dərc etdirdikdən sonra İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə və Mülki Məcəllənin 298.2 və 319.3.5-ci maddələrinə uyğun olaraq ipoteka predmetlərinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə 30 təqvim günü müddətində əldə olunması barədə ipoteka saxlayan LPO Cavabdeh1 ASC-yə xx.xx.2022-ci il tarixli təklif göndərmişdir. LPO Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli “Hərracın yekunları barədə" 61/01-2 saylı Protokola və "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2323 nömrəli bağ evi LPO Cavabdeh1 ASC tərəfindən 63750 manata (100000-15%-25%) əldə etmişdir. Cavabdeh İddiaçı tərəfindən iddia tələbi üzrə çıxarılmış Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 287/2022 nömrəli qətnaməsindən mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verilməmiş və qətnamənin qəbulundan 6 ay sonra həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətlə məhkəməyə müraciət edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı vəkili X1 tərəfindən verilmiş şikayət də Sumqayıt şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(060)-287/2022 qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmiş və cavabdeh İddiaçı tərəfindən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş prosessual müddətinin buraxılması ilə verildiyi müəyyən edilsə də, şikayət təmin edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qərardadı ləğv edilərək cavabdehin ərizəsi təmin edilmişdir. Məhkəmə Kollegiyası heç bir əsas olmadan iddia tələbi üzrə çıxarılmış qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin cavabdeh İddiaçı tərəfindən buraxılmasını üzürlü sayaraq prosessual müddətin bərpa edilməsi barədə xx.xx.2022-ci il tarixli, 2(105)-2348/2022 nömrəli qərardadı qəbul etmişdir. Həmin qərardad çıxarıldığı andan qanuni qüvvəyə mindiyi üçün qərardaddan şikayət vermək mümkün olmamışdır. Xüsusilə qeyd etmək lazımdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-274/2023 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qətnaməsi yalnız "tutmanın İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsinə yönəlildilməsi"nə dair hissədə ləğv edilmişdir. O da nəzərə alınmalıdır ki, bu müddət ərzində həracın dayandırılması üçün heç bir hüquqi əsas olmamışdır. Yalnız belə bir əsas Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(105)-2348/2022 nömrəli qərardadının qəbulundan sonra yaransa da, artıq tutma yönəlmiş mübahisəli bağ evi ilə əlaqədar hərracın keçirilməsi tam başa çatmış və İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə və Mülki Məcəllənin 298.2 və 319.3.5-ci maddələrinə uyğun olaraq LPO “Amrahbank" ASC ilə "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli "Hərracın yekunları barədə” 61/01-2 saylı Protokola və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barəqə” müqaviləyə əsasən həmin bağ evi bank tərəfindən əldə edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı izahatında bildirdi ki, cavabdehə olan kredit borcunu daima vaxtında ödəsə də, sonradan bankın özünün fəaliyyət göstərməməsi səbəbindən kredit ödənişlərini özündən asılı olmayan səbəblərdən ödəmək imkanı olmamışdır. Hərracın keçirilməsindən də məlumatlı olmamış, hərrac bildirişlərini almamışdır. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi yazılı etirazla eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İddiaçıya və digər cavabdehlərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmənin baxış iclaslarında iştirak etməmiş, cavabdehlər isə nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək əsas borc üzrə 63952.76 manat, faiz borcu üzrə 16588.63 manat olmaqla cəmi 80541.39 manat pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 80 manat rüsumun cavabdeh İddiaçı tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2323 nömrəli bağ evinə və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A nömrəli torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, onların satışından əldə edilmiş vəsait hesabına İddiaçı Cavabdeh1 ASC-yə olan borcun ödənilməsi, bağ evi və torpaq sahəsinin satışlarından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ İddiaçı tutularaq iddiaçıya ödənilməsi, tutma yönəlmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2323 nömrəli bağ evinin ilkin satış qiyməti 100000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A nömrəli torpaq sahəsinin isə ilkin satış qiyməti 20000 manat müəyyən edilməsi qət edilmişdir. İddiaçı, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə və ləğv prosesində olan Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A saylı torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə keçiriləcək hərrac barədə məlumatlar qeyd olunmuşdur. Bildirişə dair xəbərnamələrdən İddiaçı adına ünvanlanmış bildirişlərin xx.xx.2022-ci il tarixdə təhvil alındığı görünür. İddiaçı, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə və ləğv prosesində olan Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A saylı torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə keçiriləcək hərrac barədə məlumatlar qeyd olunmuşdur. Bildirişə dair xəbərnamələrdən İddiaçı adına ünvanlanmış bildirişlərin xx.xx.2022-ci il tarixdə “Şükürov” soyadlı şəxs tərəfindən təhvil alındığı görünür. İpoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklifdən müəyyən olunur ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A saylı torpaq sahəsinə dair təkrar hərrac baş tutumadığından əmlaklar ilkin satış qiymətindən 25% az olmamaqla qeyd edilən əmlaklar müvafiq olaraq 63750 manata və 12750 manata ipoteka saxlayana təklif olunmuşdur. Hərracın yekunları barədə 10 oktyabr 2022-ci il tarixli, 61/01-2 nömrəli protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli müqavilədən müəyyən olunur ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli icra vərəqəsi və Sumqayıt Rayonu üzrə İcra İdarəsinin iyul 2022-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ilkin satış qiymətindən 25% aşağı olmayan qiymətlə 63750 manata tələbkar ləğv prosesində olan Cavabdeh1 ASC-yə təklif olunmuşdur və ASC-nin nümayəndəsi X2 tərəfindən əldə olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-274/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qətnaməsi yalnız "tutmanın İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsinə yönəldilməsi"nə dair hissədə ləğv edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323C saylı bağ evi ləğv prosesində olan Cavabdeh1 ASC-nin tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2022-cü il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. “Birja yenilikləri” qəzetinin 02 avqust 2022-ci il tarixli buraxılışında Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A saylı torpaq sahəsinə dair ilk hərracın baş tutmadığı qeyd olunmuşdur. “Birja yenilikləri” qəzetinin 30 avqust 2022-ci il tarixli buraxılışında Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A saylı torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə saat 11:00-17:00-da ilk hərrac keçiriləcəyi qeyd olunmuşdur. “Birja yenilikləri” qəzetinin 13 sentyabr 2022-ci il tarixli buraxılışında Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A saylı torpaq sahəsinə dair təkrar hərracın baş tutmadığı qeyd olunmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı və Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A saylı torpaq sahəsini kreditor Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Borcalan kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə Cavabdeh1 ASC məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qətnaməsi ilə kredit müqaviləsi üzrə yaranmış borcun İddiaçı tutulması, tutmanın İddiaçı məxsus olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A saylı torpaq sahəsinə yönəldilmiş, həmin əmlakların açıq hərracdan satılması və s. qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evinin ilkin satış qiyməti 100000 manat Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən 93A saylı torpaq sahəsinin ilkin satış qiyməti 20000 manat olmaqla xx.xx.2022ci il tarixdə, ilkin satış qiymətindən 15% aşağı qiymətlə - müvafiq olaraq 85000 manata və 17000 manata xx.xx.2022-ci il tarixdə hərraca çıxarılmış, alıcı olmadığından hər iki əmlak ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə - 63750 manata və 12750 manata ipoteka saxlayana - Cavabdeh1 ASC-yə təklif olunmuşdur. Cavabdeh1 ASC Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evinə aid hissədə təklifi qəbul etmiş və alqı-satqı müqaviləsi bağlanaraq həmin əmlak Cavabdeh1 ASC-nin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3 və 43.4-cü maddələrə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evi ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Cavabdeh hərracdan xəbərsiz olmaması ilə yanaşı sözügedən məhkəmə qətnaməsindən apelyasiya şikayəti verdiyindən hərracın keçirilməsinin dayandırılmalı olduğu halda hərracın keçirilməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-287/2022 saylı icra vərəqəsi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra İdarəsi tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və tutma yönəlmiş əmlaklarla bağlı hərracın keçirilməsi haqqında “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi" MMC-yə iyul 2022-ci il tarixli sifariş göndərilmişdir. İlkin hərrac xx.xx.2022-ci il tarixdə, təkrar hərracı isə xx.xx.2022-ci il tarixdə keçirmişdir. Keçirilmiş hərraclarda ipoteka predmetləri satılmadığı üçün hərrac təşkilatı Birja yenilikləri qəzetinin 13 sentyabr 2022-ci il tarixli 314 nömrəsində hərracın baş tutmaması barədə elan dərc etdirdikdən sonra İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə və Mülki Məcəllənin 298.2 və 319.3.5-ci maddələrinə uyğun olaraq ipoteka predmetlərinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə 30 təqvim günü müddətində əldə olunması barədə ipoteka saxlayan LPO Cavabdeh1 ASC-yə xx.xx.2022-ci il tarixli təklif göndərmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı vəkili tərəfindən verilmiş şikayət Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. LPO Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli “Hərracın yekunları barədə" 61/01-2 saylı Protokola və "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2323 nömrəli bağ evi LPO Cavabdeh1 ASC tərəfindən 63750 manata əldə etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı vəkili tərəfindən verilmiş şikayətin təmin olunması, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və o İddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-274/2023 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qətnaməsi yalnız "tutmanın İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsinə yönəlildilməsi"nə dair hissədə ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, hərracın dayandırılması üçün heç bir hüquqi əsas olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Hazırki iş üzrə isə hərracın keçirildiyi müddət ərzində əsasında icra vərəqinin verildiyi məhkəmə qətnaməsindən apellyasiya şikayəti icraata qəbul edilməmişdir. Tərəfin apelyasiya şikayəti verməsi icra hərəkətlərinin dayandırlmasına əsas ola bilməz. Məhz bu şikayət icraata qəbul edildikdən sonra icra hərəkətləri dayandırılır. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini icraata qəbul etdiyi zaman artıq tutma yönəlmiş mübahisəli bağ evi ilə əlaqədar hərracın keçirilməsi tam başa çatmış və İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə və Mülki Məcəllənin 298.2 və 319.3.5-ci maddələrinə uyğun olaraq LPO “Amrahbank" ASC ilə "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli "Hərracın yekunları barədə” 61/01-2 saylı Protokola və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin bağ evi bank tərəfindən əldə edilmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, həmin qətnamədə Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia tələbi də məhz bu əmlaka dair keçirilmiş hərracın etibarsız hesab edilməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı bu hərracın qanunauyğun keçirilməsinə dair hər hansı hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər "xxxx" MMC, ləğv prosesində olan Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC, ləğv prosesində olan Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar