Məhkəmə qərarları › İş №2(005)-1258/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1258/2021

17.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1258/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Cavabdehnə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Cavabdehnə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tutulan pulun qaytarılması və məhkəməyə ödəniləcəkxərcin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə qaz idarəsinin işçiləri blokda yerləşən işlək sayğac smart iton tipli G4 markalı 1002AQ**********4 nömrəli yeni sayğacla dəyişərək getmişlər. Əvvəlki sayğac işlək vəziyyətdə idi. İşlək sayğacın yenisi ilə əvəz olunması da Cavabdeh işçiləri tərəfindən irəli gəlmişdir. xx.xx.2020-ci il tarixdə isə ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş akta əsasən iddiaçıya 216 manat cərimə yazılmışdır ki, iddiaçı bu cəriməni ödəməlidir. Qaz idarəsinin işçisi blokda yerləşən sayğaca iddiaçı müdaxilə etməmiş və cəriməni ödəmək fikirində deyildir. Hal-hazırda 2-ci dəfədir ki, karta 20 manat yükləmiş və kartı sayğaca yükləyəndə hər dəfə 4 manatın yüklənmədiyini görmüşdür. 185 qaynar xəttə zəng edib maraqlanmışdır. Cəriməyə görə kartdan tutumuşlar. Məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəməyə ərizə təqdim edərək xx.xx.2020-ci il tarixli akta əsasən borcun silinməsi və əsassız olaraq ondan tutulan ödənişlərin qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatını dinləyib, təqdim olunan sübutları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərqiaz istehsalat birliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 02858 nömrəli rəyinə əsasən sayğaca baxış keçirilərək, klapanın işlək vəziyyətdə olmadığı, yerli birləşmlərədə karoziya izi mövcuddur. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı 20 (iyirmi) manat məbləğində ödəniş etmiş və ödənilmiş məbləğdən 4(dörd) manat məbləğində borca görə tutma edilmişdir. Borc vərəqəsindən görünür ki, iddiaçıdan xx.xx.2020-ci il tarixdə 216 (iki yüz on altı) manat məbləğində borc məbləği hesablanmışdır. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2020-ci il tairxli məktubundan görünür ki, Nərimanov rayonu,Y.Nəsirov küçəsi, məhəllə 1921, mənzil 2 ünvanında yerləşən mənzilin xx.xx.2019-cu il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunaraq smart itron tipli G-4 markalı 1002AQ**********4 nömrəli sayğacı yenisi ilə əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. SOCAR “informasiya Texnologiyaları və Rabitə İdarəsi”-nin Sənaye və Məişət qaz sayğaclarını kalibirləmə labarotriyasının xx.xx.2020-ci il tarixli MSK-29/1710- 02858 saylı aktına əsasən “sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrində korroziya mövcuddur. Sayğacın element yuvasının qapağına vurulan plombun rəngi hesablama mexaniziminin qoruyucu örtüyünün rəngidən fərqlidir. Sayğacın yaddaş arxivi oxundu xx.xx.2011-ci il tairxində ALARM-1 rejimi aşkarlanıb”. rəyi verilmişdir. Verilmiş rəyə əsasən xx.xx.2020-ci il tairxli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq 216.00 manat dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli xx/xx-1222 nömrəli məktubundan görünür ki, “Normativ hüquqi aktlar haqqında” Konsitutsiya Qanununun 89cu maddəsində nəzərdə tutulan hallarda (normativ hüquqi aktın struktur elementinin tətbiqi müddəti başa çatdıqda, Azərbaycan Respublikasının Konsitutsiyası və digər qanunvercilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edilikdə və Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə) normativ hüquqi aktın struktur elementi öz qüvvəsini itirir. Eyni zamanda sözügedən Konsitutsiya Qanununun 32.1-ci maddəsinə görə normativ hüquqi aktın sturktur elementi (bölməsi, fəsil, maddəsi, hissəsi və.s) qüvvədən düşmüş hesab edildikdə və ya ləğv edildikdə, o qüvvədə olan aktdan çıxarılır. Yuxarıda göstərilən hallar baş vermədiyindən Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “qazdan isifadə qaydaları”nın 4.7-4.9-cu bəndlərinin qüvvədə olduğu qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının yaşadığı ünvanda qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətlərindən görünür ki, iddiaçı 20 (iyirmi) manat məbləğində xx.xx.2020-ci il tarixdə 20 (iyirmi) manat məbləğində ödənişlər etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx xxxx 2020-ci il tarixdə iddiaçıya məxsus olan Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, məhəllə 1921, mənzil 2 ünvanında quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğaca ümumi baxış keçirilən zaman sayğacın klapanı işlək olmadığı, yivli birləşmələrində korrizya izi mövcud olduğu və sayğacın element yuvasının qapağına vurulan plombun rəngi hesablama mexaniziminin qoruyucu örtüyünün rəngindən fərqli olduğu müəyyən edilmişdir. Bu səbəbdən cavabdehə 216 (iki yüz on altı) manat məbləğində dəymiş ziyan hesablanmışdır. iddiaçının evində quraşdırılmış sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 216,00 manat borc hesablamışdır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 216,00 manat məbləğində borc hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış həmin borc Cavabdeh tərəfindən silinməli və Əsassız olaraq tutulan 16 (on altı) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus abonent kodu **********00020 olan ünvan 1 ünvan üzrə xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat cərimə məbləği silinsin. Həmin cərimə məbləğinə görə İddiaçı əsassız olaraq tutulan 16 (on altı) manat məbləğində pul vəsaiti Cavabdehndən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar