Məhkəmə qərarları › İş №2(005)-1268/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1268/2024

16.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1268/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı (açar sözlər: mirasın qəbulu müddətinin uzadılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdehna qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehna qarşı «miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum yoldaşı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının yoldaşı X3 mülkiyyətindədir. İddiaçının həyat yoldaşı A.Qazıyev 03 sentyabr 2021-ci ildə vəfat etmişdir. A.Qazıyev vəsiyyətnamə qoymamışdır. Onun qanun üzrə vərəsələri iddiaçının oğlu X6 və İddiaçıdır. Belə ki, iddiaçı mirası qəbul etmək üçün 6 ay müddətin olduğundan xəbərsiz idi. Mərhumdan qalmış miras əmlakının qəbulu ilə əlaqədar o, Bakı şəhəri, 14 saylı notariat ofisinə müraciət etsə də, müddət ötürüldüyünə görə iddiaçıya imtina verilmişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bununla belə iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -AZ 139627 №-li evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X2 arasında 17 yanvar 1969-cu il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra ərə “Qazıyev”, arvada “Qazıyeva” soyadı verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli və elektron çıxarışlardan görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası tam payla xx.xx.2014-cü il tarixdən X3 xüsusi mülkiyyətindədir. - AZ-İİ seriyalı 208561 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 13 may 2023-cü il tarixli 1732 №li məktubdan görünür ki, Qazıyev Ariİ Şamil oğlunun (xx.xx.2021 -ci ıl tarixdə vəfal etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim edilmişdir. - Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən ərizəçi İddiaçı ünvanlanmış 01 iyun 2023-cü il tarxli 1973 №-li məktubdan görünür ki, miras əmlakın qəbul edilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməməyi, həmçinin, miras əmlakı faktiki qəbul etməməyi müəyyən edilmişdir. Bu səbəbdən də vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçinin nəzərinə çatdırılmışdır ki, ötürülmüş müddətin bərpa edilməsilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və digər zəruri sənədlər notariat ofisinə təqdim edildikdən sonra adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məsələsinə baxıla bilər. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun həyat yoldaşıdır. X3 adına xx.xx.2014-cü il tarixdə ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası tam payla xüsusi mülkiyyət kimi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət etmiş, lakin müddət ötürüldüyünə görə ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. -1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. -1202.2-ci maddəsinə əsasən, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. -1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır -1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. -1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “...O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir”. Göründüyü kimi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir: fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Miras qoyanın adına xx.xx.2014-cü il tarixdə ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası qeydə alınmışdır. İddiaçı miras qoyanın vərəsəsidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə formal qaydada və ya ayrı-ayrı hərəkətlər vasitəsilə qeyriformal qaydada edilə bilər. Məsələn: vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. X3 öldüyü gün, yəni xx.xx.2021-ci il tarixdə miras açılmış və vərəsələrin vərəsəlik hüququ avtomatik olaraq yaranmışdır. İddiaçı isə qeyd olunan mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməmişdir. Nəticədə mirası qəbul etmə müddəti ötürülmüşdür. Mirasın qəbul edilməsi müddəti vərəsəlik institutun vacib aspektlərindən biridir. Mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (“T.Mənsurovun şikayəti üzrə Ali Məhkəmənin 04 oktyabr 2010-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli qərarı). Lakin Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə əsasən, qanunvericinin müəyyən etdiyi müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. İddiaçı vəfat etmiş X3 həyat yoldaşı olmaqla qanun üzrə vərəsəsidir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçıın vərəsəlik hüquqlarının təminatı baxımından onun tərəfindən miras əmlakın qəbul edilməsi müddəti uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar ilə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli, Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməli, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə vərəsəlik münasibətləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarının qanuni qüvvəyə minməsindən əvvəl, yəni X3 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə yarandığından qeyd olunan qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər hazırki mülki iş üzrə münasibətlərə şamil edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddia tələbi üzrə iddiaçının rüsumun ödənilməsinə dair tələbi olmadığından onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1 miras qalmış ünvan 6 ünvanında yerləşən qeyriyaşayış binasının - miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü hesab edilməli, X1 miras qalmış ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının - miras əmlakın qəbul edilməsi müddəti vərəsə İddiaçı münasibətdə uzadılmalıdır. VI. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasının - miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü hesab edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasının - miras əmlakın qəbul edilməsi müddəti İddiaçı münasibətdə uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar