Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-127/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh Heba Consulting MMC-nin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun (LPO "xxxx" ASC) nümayəndəsi Nümayəndə2 iştirakıları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Nərimanov Rayon İcra şöbəsinə qarşı (3-cü şəxs qismində LPO "xxxx" ASC) “qiymətləndirmə rəyinin və hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Nərimanov Rayon İcra şöbəsinə qarşı (3-cü şəxs qismində "xxxx" ASC) “qiymətləndirmə rəyinin və hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən 0395/22 saylı 11 may 2022-ci il tarixli Daşınar Əmlakların Qiymətləndirilməsinə dair Hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh Heba Consulting MMC-nin nümayəndəsi Nümayəndə1, üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun (LPO "xxxx" ASC) nümayəndəsi Nümayəndə2 iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 445/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MMC və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə 10 aprel 2014-cü il tarixli, 100.LN. 2005.100414.00001 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 969.379 (doqquz yüz altmış doqquz min üç yüz yetmiş doqquz) manat faiz, borcu qismində 277.757 (iki yüz yetmiş yeddi min yeddi yüz əlli yeddi) manat 74 (yetmiş dörd qəpik) qəpik, cərimə qismində 10.000 (on min) manat 96 (doxsan altı) qəpik, kredit üzrə 1 faiz komissiya borcu qismində 10.000 (on min) manat, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş xərc qismində 25 (iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzində 30 (otuz) manat, cəmi 1.267,192 (bir milyon iki yüz altmış yeddi min bir yüz doxsan iki) manat 70 (yetmiş qəpik) qəpik məbləğində pul vəsaitinin tutulması; Tutmanın İddiaçı MMC-yə məxsus olan 12 may 2014-cü il tarixli girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilmiş tibbi avadanlıqlara yönəldilməsi; İddiaçı MMC-yə məxsus olan 12 may 2014-cü il tarixli girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilmiş İddiaçı MMC ilə “Labservis LTD” arasında bağlanmış 153 saylı müqaviləyə əsasən alınmış ümumi dəyəri 641.500 (altı yüz qırx bir min beş yüz) manat olan tibbi avadanlıqlar açıq hərracda satılması və həmin avadanlıqların açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına İddiaçı MMC-nin 10 aprel 2014-cü il tarixli, 100.LN.2005,100414.00001 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcunun ödənilməsi, X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsində yerləşən 50 saylı fərdi yaşayış evinin sökülməsinə görə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış və X3 bank hesabında olan 248.770 (iki yüz qırx səkkiz min yeddi yüz yetmiş) manat pul vəsaitinə yönəldilməsi; İddiaçı MMC ilə “Labservis LTD” arasında bağlanmış 153 saylı müqaviləyə əsasən alınmış ümumi dəyəri 641.500 (altı yüz qırx bir min beş yüz) manat olan tibbi avadanlıqlarının satışından əldə edilmiş pul vəsaitinə tutma yönəldildikdən sonra qalan qalıq pul vəsaitinin İddiaçı MMC-nə və X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsində yerləşən 50 saylı fərdi yaşayış evinin sökülməsinə görə ayrılmış Yasamal Rayon İcra Hakimiyyətinin hesabında olan 248.770 (iki yüz qırx səkkiz min yeddi yüz yetmiş) manat pul vəsaitinə tutma yönəldildikdən sonra qalan qalıq pul vəsaiti X4 qaytarılması qət edilmişdir. Nərimanov rayon icra və probasiya şöbəsinin 3026-79997/19-15-28 saylı, xx.xx.2022-ci il tarixli sifarişli məktubuna əsasən İddiaçı MMC-yə məxsus X6 Spa modeli və Qamma Kamera aparatını (X7 Electronics modeli) qiymətlənləndirilməsi "HEBA Consulting” MMC-yə həvalə edilmişdir. İddiaçının iddia ərizəsində cavabdehdən tələb etdiyi Heba Consulting” MMC tərəfindən 0395/22 saylı 11 may 2022-ci il tarixli Daşınar Əmlakların Qiymətləndirilməsinə dair Hesabatın ləğv edilməsi barədədir. Tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 445/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə hərrac keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Bu baxımdan İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Nərimanov Rayon İcra şöbəsinə qarşı (3-cü şəxs qismində "xxxx" ASC) “qiymətləndirmə rəyinin və hesabatının etibarsız hesab edilməsi” tələbinə dair ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında) Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “iş üzrə icraata xitam verilməli və iddiaçıya icra hərəkətləri ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Nərimanov Rayon İcra şöbəsinə qarşı (3-cü şəxs qismində "xxxx" ASC) “qiymətləndirmə rəyinin və hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddiası məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-127/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-127/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver