Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1289/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı (X12, X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mirasın qəbul edilməsi müddətin bərpası və vərəsəlik işinin açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 mart 2022-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik işinin açılması öhdəliyinin cavabdeh 9 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum X2nun mülkiyyətində olmuşdur. Lakin mərhum 06 mart 2022-ci il tarixdə ürək xəstəliyindən vəfat etmişdir. 5 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən 15 mart 2022-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. O, mərhumun qanun üzrə vərəsəsidir. Lakin, səhhəti ilə əlaqədar yaranan problemlərə görə vərəsəlik hüququ ilə bağlı zamanında vərəsə kimi müraciət etmək imkanı olmamışdır. Miras əmlakın qəbulu ilə bağlı nə digər vərəsələr tərəfindən, nə də notariat ofisindən ona heç bir məlumat verilməmişdir. 9 saylı Notariat Ofisinə müraciət etmiş, lakin sonuncu tərəfindən imtina verilmişdir. Ötən məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin hazırlışq iclasında X13 iddia tələbinə etirazının olmadığını. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehna, 3-cü şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin və 3-cü şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5, 185.6cı maddələrinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına olan 24 noyabr 1963-cü il tarixli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, X7 xx.xx.1963-cü il tarixdə doğulmuşdur. X2, anası X14r. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 92 saylı evi X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. 5 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notarial hərəkətlərin aparılmasından imtina edilmişdir. Bakı Şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən X9 əri, mərhum X8 ilə birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır ( ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X6 verilmiş **********62-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.20 kv.m olan mənzildən ibarətdir). O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ünvan 3 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarətdir, Bakı Şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X12 ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X6 verilmiş **********62-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.20 kv.m olan mənzildən ibarət əmlakdan 1/8 hissədə pay almalıdır. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin məzmunundan görünür ki, X16 babası, X3 qalmış mirası qəbul etmişdir. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin məzmunundan görünür ki, X12 əri, X3 qalmış mirası qəbul etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil keçmiş Nərimanov Rayon Xalq Deputatları Soveti Başçısının 4/44 nömrəli xx.xx.1989-cu il tarixli qərarına, Bakı Şəhər İcraiyyə Komitəsinin 120 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə ictimai komissiyasının 6A nömrəli xx.xx.2004-cü il tarixli protokolundan çıxarışa, 016200 nömrəli forma 2 arayışına və X9 razılıq ərizəsinə əsasən xx.xx.2004-cü il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı Şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X11 ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X6 verilmiş **********62-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.20 kv.m olan mənzildən ibarət əmlakdan 3/8 hissədə pay almalı olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.20 kv.m olan mənzil İddiaçı X2nun mülkiyyətində olmuşdur. İddiaçının X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.20 kv.m olan mənzilinin mülkiyyətçisi olmuş X4 xx.xx.2022-ci il tarixdə ölməsi ilə həmin mənzilə dair vərəsəlik açılmışdır Belə ki, Azərbaycan Respublikası MM-nin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamasının sübutu kimi – vərəsənin miras qoyanla birgə yaşadığı haqqında mənzil-istismar sahəsinin arayışını, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlarını və ya bu ödənişlər barədə qəbzləri və digər sənədləri sübut kimi təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədi. Belə ki, göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İddiaçı isə mirasın yalnız bir hissəsinə sahiblik etməsinə dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş, bu müddəti üzürlü səbəbdən ötürməsinə dair sübut təqdim etməmiş, miras əmlaka sahiblik və ya əmlakı idarə etməmiş, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkət etməmiş, bununla da miras əmlakı qəbul etməmişdir. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından və işin digər hallarından aydın olur ki, miras açılan zaman iddiaçı ünvan 6 ünvanında pasport qeydiyyatında olmaqla yaşamışdır. Bu iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surəti ilə də təsdiq olunur. Bundan başqa, işin materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notarial hərəkətlərin aparılmasından haqlı olaraq imtina edilmişdir.. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə qanunla müəyyən edilmiş müddət ərzində verilmədiyindən, əmlaka sahiblik və ya əmlakı idarə etmədiyindən, habelə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmədiyindən, bununla da miras əmlakı qəbul etmədiyindən, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barəsində iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehna qarşı “mirasın qəbul edilməsi müddətin bərpası və vərəsəlik işinin açılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1289/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1289/2023
12.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver