Məhkəmə qərarları › İş №2(005)-1303/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1303/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1303/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-yə qarşı, Ağcabədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 5 girişli, ümumi sahəsi 441,7 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza) hərraca çıxarılaraq hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 dekabr 2022-ci il tarixli hərracın yekunları haqqında 135 №li yekun protokolun; Ağcabədi şəhəri, X6 küçəsində olan 0,14 ha torpaq sahəsində yerləşən 8 girişli, ümumi sahəsi 1288,5 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının (mebel mağazası) hərraca çıxarılaraq hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 dekabr 2022-ci il tarixli hərracın yekunları haqqında 132 №-li yekun protokolun; Ağcabədi şəhəri, 20 Yanvar küçəsində olan 0,43 ha torpaq sahəsində olan 903,8 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının (anbar) hərraca çıxarılaraq hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 dekabr 2022-ci il tarixli hərracın yekunları haqqında 134 №-li yekun protokolun; Ağcabədi şəhəri, X6 küçəsində yerləşən 108 saylı fərdi yaşayış evinin hərraca çıxarılaraq hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə 15 dekabr 2022-ci il tarixli hərracın yekunları haqqında 133 №-li yekun protokolun qanunsuz və etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(047)-714/2017 saylı qətnaməsi ilə "xxxx" QSC-nin iddia tələbi qismən təmin edilmiş, həmin mülki iş üzrə cavabdehlər İddiaçı oğlu və Əhmədova Nailə Məhərrəm qızından müştərək qaydada ümumilikdə 1122186,69 ABŞ dolları məbləğində borcun və 62,84 manat məhkəmə xərclərinin tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayətləri vermiş, lakin Şirvan Apelyasiya Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(106)-40/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilərək ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilmişdir. Daha sonra həmin qətnamədən də kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)- 4873/2020 saylı qərarı ilə Əhmədova Nailə Məhərrəm qızının kassasiya şikayəti təmin olunmamışdır. İddiaçı və Əhmədov Ələkbər Əzim oğlunun kassasiya şikayətləri qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-40/2019 nömrəli iş üzrə 26 dekabr 2019-cu il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinə və Əhmədov Ələkbər Əzim oğluna aid hissələrdə ləğv edilməsi, işin həmin hissələrdə yeni apelyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(106)-1277/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Əhmədov Ələkbər Əzim oğluna aid hissədə iddia təmin edilməmiş, daşınmaz əmlakın qiyməti isə yenidən müəyyən edilmiş, apellyasiya şikayətləri isə qalan hissədə təmin edilməmişdir. Lakin qətnamə dəyişdirilərək ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 2340/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də qismən təmin edilmiş, daşınmaz əmlakların qiyməti bir daha yenidən müəyyən edilmişdir. Bundan sonra hərrac sifariş olunmuş və hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC isə öz növbəsində İddiaçı iştirakına imkan yaratmadan, onun xəbəri olmadan mülkiyyətində olan əmlakları hərrac vasitəsilə dəfələrlə aşağı qiymətə satılmasına şərait yaratmışdır. İddiaçı bildirir ki, hərracın keçirilməsi barədə ona şərait yaradılmamış, hətta formal olaraq tərtib olunmuş bildirişləri ona göndərilməmişdir. Hərracın yekunlarına dair protokolun surəti isə sifarişçi orqanın rəhbəri tərəfindən imzalanmadan Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmiş və bankın adına müvafiq çıxarışlar verilmişdir. İddiaçı hərracda iştirak etmək hüququ pozulmuş, əmlakları dəyərindən dəfələrlə ucuz qiymətə, onun iştirakı olmadan satılmışdır. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 QSC-nin nümayəndəsi X3 iddia ərizəsini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, Ağcabədi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, 217611/22-387-7 saylı sifariş məktubuna əsasən təşkilat tərəfindən hərrac keçirilmişdir. Təqdim edilmiş icra vərəqəsindən də göründüyü kimi əmlakın satış dəyəri öz əksini qanuni qüvvəsini almış icra vərəqəsində qeyd edilmişdir. Qanuni qüvvəsini almış icra vərəqəsində qeyd edilmiş dəyər ilə həmin əmlak hərraca çıxarılmışdır. Hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il göstərilməklə, ilkin hərrac barədə xx.xx.2022-ci il tarixdə “525-ci” qəzetində elan verilmiş, və bildirişlər tərəflərə göndərilmişdir. Hərrac baş tutmadığından ikinci hərrac keçirilmişdir. İkinci hərracın vaxtı xx.xx.2022-ci il göstərilməklə, xx.xx.2022-ci il tarixində “525-ci” qəzetində elan verilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 15% endirimlə hərracın keçirilməsi ilə bağlı bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmədən iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Ağcabədi rayon icra və probasiya şöbəsinin nümayəndəsi hazırki məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Ağcabədi Rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2340/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus Ağcabədi şəhəri, X6 küçəsində yerləşən 0.14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, ümumi sahəsi 1288.5 kv.m olan 1 mərtəbəli qeyriyaşayış binası, X6 küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, ümumi sahəsi 243.7 kv.m olan 2 mərtəbəli, 108 nömrəli fərdi yaşayış evi, 20 Yanvar küçəsində yerləşən ümumi sahəsi 903.8 kv.m olan anbar təyinatlı qeyri-yaşayış binası, Ə.Bünyadov küçəsində yerləşən 0.07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli ümumi sahəsi 441.7 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının satılması ilə bağlı hərracın keçirilməsi "xxxx" MMC-dən xahiş olunmuşdur. - "xxxx" MMC tərəfindən Ağcabədi Rayon İcra və Probasiya şöbəsinə, "xxxx" ASC-yə və İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən və bu bildirişlərə dair poçt xəbərnamələrindən müəyyən olunur ki, Ağcabədi şəhəri, X6 küçəsində yerləşən 0.14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, ümumi sahəsi 1288.5 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası, X6 küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, ümumi sahəsi 243.7 kv.m olan 2 mərtəbəli, 108 nömrəli fərdi yaşayış evi, 20 Yanvar küçəsində yerləşən ümumi sahəsi 903.8 kv.m olan anbar təyinatlı qeyri-yaşayış binası, Ə.Bünyadov küçəsində yerləşən 0.07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli ümumi sahəsi 441.7 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası açıq hərracının müvafiq olaraq xx.xx.2020-ci il tarixdə saat 11:00-da və xx.xx.2022-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında keçiriləcəyi barədə məlumat verilmiş və hərrac barədə elanın “525-ci” qəzetdə dərc edildiyi bildirilmişdir. Bildirişlər müvafiq olaraq xx.xx.2022-ci il tarixdə “Əhmədov” və xx.xx.2022-ci il tarixdə “Babayeva” soyadlı şəxslər tərəfindən poçt xəbərnamələrinə imza atılmaqla təhvil alınmışdır. - xx.xx.2023-cü il tarixli teleqramın surətindən aydın olur ki, SS 796 343 074 AZ S/ məktub xx.xx.2022-ci il tarixdə “Əhmədov” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. - “525-ci qəzet”in 11 noyabr 2022-ci il tarixli, 205 (6011) saylı buraxılışının nüsxəsindən görünür ki, iddia ərizəsində göstərilmiş əmlakların Cavabdeh1 MMC tərəfindən 10 noyabr 2022-ci il tarixində ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması barədə məlumat əks etdirilmişdir. -“ 525-ci qəzet”in 2 dekabr 2022-ci il tarixli, 220 (6026) saylı buraxılışının nüsxəsindən görünür ki, iddia ərizəsində göstərilmiş əmlakların Cavabdeh1 MMC tərəfindən 01 dekabr 2022-ci il tarixində ilkin satış qiymətindən 15% aşağı qiymətlə açıq hərraca çıxarılması və alıcısı olmadığı üçün baş tutmamış olması barədə məlumat əks etdirilmişdir. - Hərracın nəticələri haqqında 132 nömrəli protokoldan müəyyən olunur ki, Cavabdeh2 QSC Ağcabədi şəhəri, X6 küçəsində yerləşən 0.14 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1288.5 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasını 414375 manata açıq hərracdan almışdır. - Hərracın nəticələri haqqında 133 nömrəli protokoldan müəyyən olunur ki, Cavabdeh2 QSC Ağcabədi şəhəri, X6 küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 108 saylı fərdi yaşayış evini 51000 manata açıq hərracdan almışdır. - Hərracın nəticələri haqqında 134 nömrəli protokoldan müəyyən olunur ki, Cavabdeh2 QSC Ağcabədi şəhəri, 20 Yanvar küçəsində yerləşən ümumi sahəsi 903.8 kv.m olan anbar təyinatlı qeyri-yaşayış binasını 94350 manata açıq hərracdan almışdır. - Hərracın nəticələri haqqında 135 nömrəli protokoldan müəyyən olunur ki, Cavabdeh2 QSC Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yerləşən 0.07 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 441.7 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasını 178500 manata açıq hərracdan almışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, X6 küçəsi, ev 108 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 QSC-nin tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh2 QSC-nin tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, X6 küçəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh2 QSC-nin tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, 20 Yanvar küçəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh2 QSC-nin tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2340/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci i tarixli Qərarından görünür ki : 1.Ağcəbədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(017)-714/2017 nömrəli qətnaməsi ilə (hakim E.Quliyev) iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 15R000003448 nömrəli kredit razılaşması üzrə 65807,92 ABŞ dolları məbləğində əsas, 10035,71 ABŞ dolları məbləğində faiz və 250 ABŞ dolları məbləğində cərimə; 15R000004374 nömrəli kredit razılaşması üzrə 53644,17 ABŞ dolları məbləğində əsas, 10280,50 ABŞ dolları məbləğində faiz və 200 ABŞ dolları məbləğində cərimə; 15R000005221 nömrəli kredit razılaşması üzrə 545560,8 ABŞ dolları məbləğində əsas, 85077,37 ABŞ dolları məbləğində faiz və 2200 ABŞ dolları məbləğində cərimə; 15R000005816 nömrəli kredit razılaşması üzrə 150000 ABŞ dolları məbləğində əsas, 23275,05 ABŞ dolları məbləğində faiz və 560 ABŞ dolları məbləğində cərimə; 015R********** nömrəli kredit razılaşması üzrə 140735,68 ABŞ dolları məbləğində əsas, 21946,95 ABŞ dolları məbləğində faiz və 530 ABŞ dolları məbləğində cərimə; 015KK**********01 nömrəli kredit razılaşması üzrə 9999,00 ABŞ dolları məbləğində əsas, 2063,54 ABŞ dolları məbləğində faiz və 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 1.122.186,69 ABŞ dolları borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat 84 manat xidmət haqqı, həmçinin 22 manat dövlət rüsumunun cavabdehlər İddiaçı və Əhmədov Ələkbər Əzim oğlundan müştərək qaydada alınaraq Cavabdeh2 QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan, İddiaçı məxsus - Ağcabədi şəhəri, X6 küçəsində mülkiyyətdə olan 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri- yaşayış binası (mebel mağazası); Ağcabədi şəhəri, X6 küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evi; Ağcabədi şəhəri, 20 Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 903,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binası; Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 310,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına (mağaza) yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun Cavabdeh2 QSC-nə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan İddiaçı verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlər İddiaçı və Əhmədov Ələkbər Əzim oğlundan ümumi qaydada tutulması qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin olunmamışdır. 2.Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli, 2(106)-40/19 nömrəli qətnaməsi ilə Cavabdeh2 QSC-nin İddiaçı, Əhmədova Nailə Məhərrəm qızına və Əhmədov Ələkbər Əzim oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, əmlaka istifadə hüququnun itirilməsi, evdən çıxarılma və ipoteka predmetlərinin boşaldılaraq alıcıya təhvil verilməsi tələbinə dair Ağcabədi rayon məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(047)714/2017 saylı qətnaməsindən İddiaçı, Əhmədova Nailə Məhərrəm qızı və Əhmədov Ələkbər Əzim oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, qeyd edilən mülki işlə birləşdirilmiş olan X1 və Əhmədova Nailə Məhərrəm qızının Cavabdeh2 QSC-yə və İddiaçı qarşı “əqdin etibarsızlığı” tələbinə dair Bakı şəhəri, Bakı şəhəri, Yasamal Rayon məhkəməsinin 2(004)378/2019 saylı qətnaməsindən iddiaçılar X2 və Əhmədova Nailə Məhərrəm qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Bakı şəhəri, Yasamal Rayon məhkəməsinin 2(004)-378/2019 saylı qətnaməsinin dəyişdirilməməsi, Ağcabədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(047)714/2017 saylı qətnaməsinin dəyişdirilməsi, İddiaçı ilə Cavabdeh2 QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 15R000003448 nömrəli kredit razılaşması üzrə 65807,92 ABŞ dolları məbləğində əsas, 10035,71 ABŞ dolları məbləğində faiz və 250 ABŞ dolları məbləğində cərimə; 15R000004374 nömrəli kredit razılaşması üzrə 53644,17 ABŞ dolları məbləğində əsas, 10280,50 ABŞ dolları məbləğində faiz və 200 ABŞ dolları məbləğində cərimə; 15R000005221 nömrəli kredit razılaşması üzrə 545560,8 ABŞ dolları məbləğində əsas, 85077,37 ABŞ dolları məbləğində faiz və 2200 ABŞ dolları məbləğində cərimə; 15R000005816 nömrəli kredit razılaşması üzrə 150000 ABŞ dolları məbləğində əsas’ 23275,05 ABŞ dolları məbləğində faiz və 560 ABŞ dolları məbləğində cərimə; 015R********** nömrəli kredit razılaşması üzrə 140735,68 ABŞ dolları məbləğində əsas, 21946,95 ABŞ dolları məbləğində faiz və 530 ABŞ dolları məbləğində cərimə; 015KK**********01 nömrəli kredit razılaşması üzrə 9999,00 ABŞ dolları məbləğində əsas, 2063,54 ABŞ dolları məbləğində faiz və 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 1.122,186,69 ABŞ dolları məbləğində borcun öhdəliklər icra edilən zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə icra olunmasının müəyyən edilməsi, İddiaçı məxsus - Ağcabədi şəhəri, X6 küçəsində mülkiyyətdə olan 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının (mebel mağazasının) orta bazar qiymətinin 650.000 (altı yüz əlli min) manat, Ağcabədi şəhəri, X6 küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evinin orta bazar qiymətinin 70.000 (yetmiş min) manat, Ağcabədi şəhəri, 20 Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 903,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binasının orta bazar qiymətinin 120.000 (bir yüz iyirmi min) manat, Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 310,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasınıin (mağazanın) ilkin satış qiymətinin 220.000 (iki yüz iyirmi min) manat müəyyən edilməsi, Ağcabədi rayon məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(047)714/2017 saylı qətnaməsinin qalan hissədə dəyişdirimədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yuz qırx beş) manat ekspertiza xərcinin cavabdehlər İddiaçı, Əhmədova Nailə Məhərrəm qızından və Əhmədov Ələkbər Əzim oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ilkin iddia tələbi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və xidmət haqqı ilə bağlı ödənilmiş 84 manatın cavabdehlərdən tutularaq Cavabdeh2 QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

3. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2340/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci i tarixli Qərarınə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-1277-2021 saylı qətnaməsi X6 küçəsindəki 0.14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288.5 kv.m ümumi, 929.9 kv.m əsas, 358.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, həmin əmlakın ilkin satış qiymətinin 650000 manat müəyyən edilməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, ipoteka predmeti olmuş Ağcabədi şəhəri, X6 küçəsində yerləşən 0.14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, ümumi sahəsi 1288.5 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası, X6 küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, ümumi sahəsi 243.7 kv.m olan 2 mərtəbəli, 108 nömrəli fərdi yaşayış evi, 20 Yanvar küçəsində yerləşən ümumi sahəsi 903.8 kv.m olan anbar təyinatlı qeyri-yaşayış binası, Ə.Bünyadov küçəsində yerləşən 0.07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli ümumi sahəsi 441.7 kv.m olan 1 mərtəbəli qeyriyaşayış binasına tutmanın yönəldilməsi məqsədilə Cavabdeh1 tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. Belə ki, hərrac təşkilatçısı qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana və ipoteka qoyana keçiriləcək hərracla bağlı bildirişlər göndərmiş, kütləvi informasiya vastiəsində də elanlar yerləşdirilmişdir. Məhkəmə vurğulayır ki, hərrac bildirişlərinin göndərilməsi zamanı qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçının həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 QSC-yə qarşı, Ağcabədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-yə qarşı, Ağcabədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar