Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-131/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "Daşınar Və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X7 küçəsi, ev 107, 45 nömrəli mənzilin açıq hərracda satılmasına dair Nərimanov rayon İcra Şöbəsinin 19 avqust 2014-cü il tarixli 2(005)-3442/2014 saylı icra sənədi əsasında 19 aprel 2023-cü il tarixli 2001 nömrəli potokol əsasında keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və mənzilin əvvəlki statusunun qaytarılıması yəni mənzilin iddiaçının adına keçirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, onun xüsusi mülkiyətində olan Bakı şəhəri X8 küçəsi 107 №li evin, 45 №li mənzili onun iştirakı və xəbəri olmadan cavabdeh Nərimanov rayon İcra Şöbəsi tərəfindən 19 avqust 2014-cii il tarixli 2(005)- 3442/2014 saylı icra sənədi əsasında hərraca çıxarılmış, lakin satılmamış, hərracdan geri qaytarılmışdır. Bu ilin yanvar ayında ona məlum olmuşdur ki, onun mənzili 2023-cü ilin yanvar ayında Əmanətlərin Sığortalanması Fondundan aldığı məlumata görə 19 aprel 2023-cü il tarixlində "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" MMC tərəfindən 20/01 nömrəli protokol əsasında cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-yə satılmışdır. İddiaçı aşağıdakı səbəblərə görə belə hesab edir ki, onun xüsusi mülkiyyətində olan mənzilin satılması barədə keçirilmiş hərracın nəticəsi ləğv edilməlidir. Bütün bunlar barədə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən mənzildən çıxarılmağı barədə xəbərdarlıq edildikdən sonra məlumatı olub. Ona görə də hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin bu iş üzrə icraatı dayandırılmalıdır. Göstərilənlərə əsasən hesab edir ki, Nərimanov Rayon İcra Şöbəsinin sifarişi əsasında onun yeganə mənzili Nərimanov Rayon Məhkəməsinin qərardadı ilə açıq hərracda satışa çıxarılması qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil edir. Bundan başqa ipotekaya qoyulmuş evinin real bazar qiyməti 150000 manatdır. Lakin onun evini əlindən çıxarmaq üçün 62000 manata qiymətləndirilib. Sonra da formal hərrac keçirilərək 39525 manata tələbkarın özünə satılmışdır. İddiaçı bildirir ki, bütün bunlardan onun xəbəri olmayıb. Əgər xəbəri olsaydı həmin pulu ödəyərdi, həmçinin qiymətləndirmədən şikayət verə bilərdi. Bundan başqa bildirir ki, borcun mənzilə yönəlməsi tam qanunsuzdur. Çünki həmin mənzil onun yeganə yaşayış yeridir. Əgər mənzili özünə qayıdarsa o banka olan borcunu verə bilər. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi X3 iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, hərrac həyata keçirilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Mübahisəli əmlak hazırda bankın balansındadır. İddiaçının yeganə yaşayış yeri olduğundan, o, mübahisəli əmlakı satmaq niyyətində deyil. Onlar tərəfindən borcun bir qisminin ödənilməsi şərti ilə razılığa gəlməyin mümkün olduğu təklif olunsa da, iddiaçı hazırki vaxtadək heç bir ödəniş etməmişdir. İddiaçının ümumi borcu 26.000 manat təşkil edir. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.4 və 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3442/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24386 (iyirmi dörd min üç yüz səksən altı) manat əsas 1098.84 (min doxsan səkkiz manat səksən dörd qəpik) manat faizlər üzrə hesablanmış məbləğ 660,34 (altı yüz altmış manat otuz dörd qəpik) manat dəbbə ümumilikdə 26145,18 (iyirmi altı min yüz qırx beş manat otuz dörd qəpik) manat 30 (Otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu Ak. H. Əliyev küçəsi 107 saylı evin 45 nömrəli mənzilə yönəldilməsi, əmlakın hərracdan satılaraq tələb edilən borcun ödənilməsi və mənzilin ilkin satış qiymətinin 62000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının 19 aprel 2023-cü il tarixli 20/01 №-li Hərracın yekunları barədə protokolun surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3442/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinə və Nərimanov rayon İcra şöbəsinin 131428586/20-15-28 nömrəli, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə X1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 107, 45 saylı mənzili 39525 manata tələbkar "xxxx" ASC-yə satılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, № 01 “açıq hərracın keçirilməsinə dair bildiriş”dən müəyyən olunur ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC tərəfindən Nərimanov rayon İcra Şöbəsinə, "xxxx" ASC və İddiaçı Nərimanov Rayon Məhkəməsinin 2(005)-3442/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən ipoteka qoyulan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 107, 45 saylı mənzili dəyəri ilkin satış qiyməti 62000 manat olmaqla, 02 mart 2023-cü il il tarixində, saat 11:00- 17:00 dək Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə 156, 1933-cü məh(1-ci mərtəbədə) ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, № 02 “açıq hərracın keçirilməsinə dair bildiriş”dən müəyyən olunur ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC tərəfindən Nərimanov rayon İcra Şöbəsinə, "xxxx" ASC və İddiaçı Nərimanov Rayon Məhkəməsinin 2(005)-3442/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən ipoteka qoyulan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 107, 45 saylı mənzili dəyəri 15% endirimlə 52700 manat olmaqla, xx.xx.2023-cü il il tarixində, saat 11:00- 17:00-dək Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə 156, 1933-cü məh(1-ci mərtəbədə) ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, № 02 “açıq hərracın keçirilməsinə dair bildiriş”dən müəyyən olunur ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC tərəfindən Nərimanov rayon İcra Şöbəsinə, "xxxx" ASC və İddiaçı Nərimanov Rayon Məhkəməsinin 2(005)-3442/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən ipoteka qoyulan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 107, 45 saylı mənzili dəyəri 15% endirimlə 52700 manat olmaqla, xx.xx.2023-cü il il tarixində, saat 11:00- 17:00-dək Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə 156, 1933-cü məh (1-ci mərtəbədə) ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC tərəfindən Nərimanov rayon İcra Şöbəsinə, "xxxx" ASC və İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli təklifin surətindən görünür ki, Nərimanov Rayon icra Şöbəsinin № 131428586/20- 15-28 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən ipoteka Bakı şəh, Nərimanov ray, Ak.H.Əliyev küç, 107 saylı evin 45 nömrəli mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2023- cü il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunim 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 39525 (otuz doqquz min beş yüz iyirmi beş) manat olmaqla ipoteka saxlayana təklif olunur. İş materiallarında olan xx.xx.2023-ci il tarixində dərc olunmuş “Birja Yenilikləri” qəzetinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 107, 45 saylı mənzilə dair hərrac keçiriləcəyi barədə elan verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 107, 45 saylı mənzil Ləğv prosesində olan "xxxx" ASCnin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixində ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 9/44xx-xx/4221 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 107, 45 saylı ümumi sahəsi 41,9 kv.m olan mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 90000 (41,9 kv.m x 2150 man) manat məbləğində, 10% azalma əmsalı tətbiq etməklə həmin mənzilin likvid dəyəri təqribən 81000 (90000-10%) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2022-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə, ilk növbədə bildirir ki, hazırda iddiaçının tələbi hərracın nəticələrinin ləğv edilməsi olsa da, məhkəmə ümumilikdə keçirilmiş hərracın keçirilməsinin qanuniliyini yoxlayıb, həmin hərracın etibarsızlığı ilə bağlı hala qiymət verməyi zəruri hesab edir. Hər bir halda tələbin hansı formada irəli sürülməsindən asılı olmayaraq, hərracın etibarsızlığı ilə bağlı məsələyə qiymət verilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən isə hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmamış və bununla bağlı əsaslandırma aparılmamışdır. 560.1-ci maddəsinə əsasən, Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Bakı şəhəri X7 küçəsi, ev 107, 45 saylı mənzili Bakı Şəhəri Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3442/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinə və Nərimanov rayon İcra şöbəsinin 131428586/20-15-28 nömrəli, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar verilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə ki, hərracın ilkin satış qiyməti 62000 manat, əmlakın alış qiyməti təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə, yəni 39525 manata "xxxx" ASC hərracda əldə etmişdir. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, hərrac düzgün şəkildə keçirilməyib və mənzil dəyərindən aşağı qiymətə satılmış, beləliklə hərrac təşkilatçısı tərəfindən kobud şəkildə iddiaçının hüquqları pozulub. Hərracın qanunsuz olaraq keçirilməsi ilə bağlı iddiaçının qeyd etdiyi hallarla bağlı məhkəmə qeyd edir ki, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC-nin vəzifəsi hərracın keçirilməsi fəaliyyəti ilə bağlıdır. Mülki iş materiallarından da görünür ki, hərrac təşkilatı öz üzərinə düşən vəzifəsini qanunamüvafiq qaydada yerinə yetirmiş, hərrac keçirilməsi ilə bağlı iddiaçınının qeydiyyatda olduğu ünvan üzrə iddiaçıya müvafiq qaydada bildirişlər göndərilmiş və “Birja yenilikləri” qəzetində elanlar verilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur. Məhkəmə sadalananlardan əlavə qeyd edir ki, hazırki mülki mübahisə Azərbaycan Respublikası MPM 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Məhkəmə iddia tələbinin İddiaçı onun evini çox ucuz qiymətə hərraca çıxarması ilə bağlı mübahisələndirilən hissəsini də əsassız hesab edir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3442/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri X7 küçəsi, ev 107, 45 saylı mənzilinin ilkin satış qiyməti 62.000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəli mənzilin ilkin satış qiyməti sözügedən qətnamə ilə müəyyənləşdirilmişdir. Belə olan halda, məhkəmə, həmin qətnamənin hazırki mübahisədə preyudisial əhəmiyyətə malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbində mənzilin iddiaçının əlindən çıxarmaq üçün 62000 manata qiymətləndirilib, sonra da formal hərracın keçirildiyi, nəticədə 39525 manata tələbkarın özünə satılması barədə dəlilləri əsassızdır. Yuxarıda sadalanan hallara məcmu halda qiymət verib məhkəmə bir daha bildirir ki, mübahisələndirilən hərrac qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Eyni zamanda sözügedən qətnamədən görünür ki, Bakı şəhəri X7 küçəsi, ev 107, 45 saylı mənzilinin ilkin satış qiyməti 62000 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə, iddiaçının mənzilin satış qiymətinin cavabdeh hərrac təşkilatının və bankın hərəkətləri nəticəsində aşağı qiymətə satılmasını mübahisələndirməsini əsassız hesab edir. Həmçinin məhkəmə xx.xx.2024-cü il tarixli, 2(005)-1668/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə, «Daşınar və Daşınmaz Əmlakların Satışı X9» MMC-yə və LPO Cavabdeh3 ASC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 9/44xx-xx/4221 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 107, 45 saylı ümumi sahəsi 41,9 kv.m olan mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 90000 manat məbləğində, 10% azalma əmsalı tətbiq etməklə həmin mənzilin likvid dəyəri təqribən 81000 manat müəyyən olunmuşdur. Lakin ekspert tərəfindən 2014cü il üçün hazırki mənzilin real dəyərinin müəyyən edilməsi mümkün olmasa da, məhkəmə hesab edir ki, sözügedən mənzilin dəyərinin ötən 10 il müddətində 15-20% bahalaşması, yəni qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Bundan başqa İddiaçı iddia ərizəsində mübahisələndirdiyi - mübahisəli mənzilin qiymətinin daha yüksək 150000 manat olmasını sübut edəcək hər hansı bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclasında mübahisəli mənzilin həmin dövrdə bazar dəyərinin daha yüksək olması sübuta yetirilməmişdir. Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, mənzilin bazar dəyərinin yüksək olması hərracın qanunsuz hesab edilməsi üçün əsas deyildir. Belə ki, hərrac təşkilatı əmlakın satış qiymətini müəyyən etmir, hərrac təşkilatının vəzifəsi icra məmurunun sifarişini aldıqdan sonra hərracın keçirilməsini təşkil etmək və hərracın keçirilməsinin vaxtı və yeri barədə qanunvercilikdə nəzərdə tutulmuş qaydada tərəfləri məlumatlandırmaqdan ibarətdir. Göründüyü kimi, iddiaçı hərracın etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürərkən hər hansı mötəbər dəlillərə istinad etməmiş, iddia tələbini formal tələblərlə əsaslandırmağa çalışmışdır. Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiyasına əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Nəticə etibarilə məhkəmə tərəfindən hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmur və bununla bağlı iddiaçı tərəfindən də hər hansı əsaslandırma aparılmamışdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "Daşınar Və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "Daşınar Və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-131/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-131/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver