Məhkəmə qərarları › İş №2(005)-1327/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1327/2025

03.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1327/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı Əlibalə qızının iştirakı ilə, İddiaçı Əlibalə qızınun cavabdeh Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X15 və X3 cəlb edilməklə) “miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin bərpa olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlibalə qızınun cavabdeh Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X15 və X3 cəlb edilməklə) “miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə və mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mərhum anası X5 məxsus olmuş və onun xx.xx.2022-ci il tarixdə vəfatından sonra miras əmlak kimi onlara keçmişdir. O və digər vərəsələr mirası qəbul etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdılar. Belə ki, onlar- yəni vərəsələr arasında miras əmlak barəsində əvvəllər heç bir mübahisə olmamış, vərəsə kimi öz paylarından sərbəst şəkildə istifadə etmişdilər. Lakin mirası rəsmi olaraq qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddət ərzində notariat kontoruna müraciət etməmişdir. 12 dekabr 2024-cü il tarixdə xx.xx.2022-ci ildə vəfat etmiş anası X13 vəfatından sonra ondan mirasın qəbulu üçün 9 saylı Notariat ofisinə müraciət etmişdir. Bildirir ki, onun müraciətinə 12 dekabr 2024-cü il tarixli, 3289 nömrəli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarla cavab verilmişdir və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında İddiaçı Əlibalə qızı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin üzrlü hesab edilərək, bərpa edilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxs və cavabdeh Bakı Şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdilər, lakin cavabdeh məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə digər üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AR ƏN Bakı Şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 3289 №-li notarial hərəkətlərinin aparmaqdan imtina edilməsi barədə qərarından görünür ki, ərizəçi X4 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciətinə baxılmış, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. - AR ƏMDX DƏDKR X29 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X6 mülkiyyətindədir. Bu barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə ********** №-li qeydiyyat aparılmışdır. - AZE № 05503707 saylı Azərbaycan Resspublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 447379 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 548 nömrə ilə qeyd edilmişdir. - AZE № 0******* saylı Azərbaycan Resspublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 18.xx.xx.1975-ci il tarixdə doğulmuşdur. - 30 saylı MKİS tərəfindən verilən arayışdan görünür ki, X13 ünvan 3 ünvanında yaşamasına dair 30 saylı MKİS də heç bir məlumat yoxdur. - 7 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-16-5-8/Ə-69-1629-2024 saylı arayış surətindən görünür ki, X7 ilə X13 arasında nikah Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.1997-ci tarixdə pozulmuşdur, bu barədə akt qeydləri kitabında xx.xx.1997-ci ildə 329 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69-16xx-xx-2024 saylı arayış surətindən görünür ki, X16 xx.xx.1955-ci tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.1955-ci ildə 1937 № ilə qeyd edilmişdir. X8, anası X2r. - İİİ-JQ-485677 nömrəli, xx.xx.1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X9r. - AZ-T № 485677 nömrəli, xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 21.031977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X9r. - 7-JQ 334369 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X23 ilə X10 arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 534 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mərhum anası X5 məxsus olmuş və onun xx.xx.2022-ci il tarixdə vəfatından sonra miras əmlak kimi onlara keçmişdir. O və digər vərəsələr mirası qəbul etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdılar. Belə ki, onlar- yəni vərəsələr arasında miras əmlak barəsində əvvəllər heç bir mübahisə olmamış, vərəsə kimi öz paylarından sərbəst şəkildə istifadə etmişdilər. Lakin mirası rəsmi olaraq qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddət ərzində notariat kontoruna müraciət etməmişdir. 12 dekabr 2024-cü il tarixdə xx.xx.2022-ci ildə vəfat etmiş anası X13 vəfatından sonra ondan mirasın qəbulu üçün 9 saylı Notariat ofisinə müraciət etmişdir. 12 dekabr 2024-cü il tarixli, 3289 nömrəli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərara əsasaən müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Hazırki mübahisəli işin hallarından göründüyü kimi, miras qoyan X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin bərpa olunması tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı hazırki mübahisəyə şamil olunmur. Belə olanda İddiaçı Əlibalə qızının miras əmlakı faktiki qəbul edilibedilməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi əsas götürüb, hesab edir ki, X6 xx.xx.2022-ci il tarixdə ölməsi ilə ona məxsus ünvan 1 ünvanında olan əmlak onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan qızı İddiaçı Əlibalə qızı tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, iddiaçı mərhumun ölümündən əvvəl də mərhumla birlikdə həmin evdə yaşamışdır. Həmçinin, mərhumun ölümündən sonra yaşayış yeri həmin mənzildir. Buna görə iddiaçının mirası qəbul etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır. Lakin iddiaçı miras əmlakın qəbul edilməsi ilə bağlı vaxtında notariat orqanına müraciət edə bilməmişdir. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum anasının xx.xx.2022-ci il tarixdə vəfatından sonrakı mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirərkən ondan asılı olmayan üzrlü səbəblərdən müddəti ötürmüşdür, onun miras əmlakı faktiki olaraq qəbul etməsi müəyyən edildiyindən, mirasın qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı Əlibalə qızının xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X4 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilməli və mərhum X4 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 9 saylı Notariat ofisinin üzərinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Əlibalə qızının xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X4 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. Cavabdeh Bakı şəhəri 9 saylı Notariat ofisinin üzərinə mərhum X4 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi həvalə edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar