Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1329/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X7 Mehdi qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qarabağ küçəsi, 37 saylı binanın 147.0 kv.m olan zirzəmi sahəsi üzərində birinci cavabdeh, Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş ilkin sənədlərin, yəni “Uşaq Dünyası" kiçik müəssisəsinə verilmiş xx.xx.2021-ci il tarixli 001665 nömrəli şəhadətnamənin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********00-05101-083002 reyestr nömrəli xx.xx.2014, xx.xx.2014 və xx.xx.2015-ci il tarixli qeydiyyatlar, “Uşaq Dünyası” kiçik müəssisəsi ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli və X4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqavilələrinin, Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********00-05101-083004 reyestr nömrəli xx.xx.2021 -ci il tarixli qeydiyyatların etibarsız hesab edilməsi, Qarabağ küçəsi, 37 saylı binanın 12.6 kv.m olan zirzəmi sahəsi üzərində ikinci Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş ilkin sənədlərin, yəni X1 verilmiş xx.xx.2005-ci il tarixli 003913 nömrəli şəhadətnamənin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********00-05101-083001 reyestr nömrəli 30.06 2014. 23 07.2014 və xx.xx.2016-cı il tarixli qeydiyyatların, X3 ilə X4 arasında bağlanmış xx.xx.2016cı il tarixli və X4 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi X4 şifahi vəsatətlə müraciət edərək, iddia ərizəsinin aidiyyət qaydaları pozulmaqla verildiyini, bu səbəbdən də mülki işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətin əsassız olduğunu, iddia ərizəsinin aidiyyət qaydalarına əməl edilməklə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə verildiyini bildirərək, vəsatət əsaslı olduğu təqdirdə mülki işin ərazi aidiyyəti üzrə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvanı üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi qeydiyyat ünvanı ünvan 2ldə edilmiş çıxarışdan göründüyü kimi, ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar. Belə olan halda isə hazırki mübahisənin iddia icraatı qaydasında baxıldığını, Azərbaycan Respublikası MPMnin 35, 36, 149 və 152-ci maddələrinin müvafiq maddələrinin tələblərini nəzərə aldıqda, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasının mümkün olmadığı müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmi qeydiyyat ünvanı ünvan 4-ci Sülh döngəsi, ev 84, mənzil 82 kimi göstərmiş, Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinə uyğun olaraq iddia ərizəsinin mümkünlüyünü yoxlayıb, məhkəmə tərəfindən əsaslı olaraq icraata qəbul edilmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehlərin rəsmi qeydiyyatı Bakı Şəhəri Nərimanov rayonu inzibati ərazisində yerləşmir. İddiaçı tərəf isə mülki işin digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvanı üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə olduğu təqdirdə məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi qeydiyyatda olduğu ünvan üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair 2(005)-1329/2023 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1329/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1329/2023
04.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver