Məhkəmə qərarları › İş №2(005)-133/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-133/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-133/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı Mehdiyeva (Zərbalıyeva) Günay İlham qızı cavabdehlər Cavabdeh1 MTK-ya, "xxxx" MMC-yə qarşı “mənzilinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Mehdiyeva (Zərbalıyeva) Günay İlham qızı cavabdehlər Cavabdeh1 MTK-ya, "xxxx" MMC-yə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin və “KONSTRA MTK”-nin qanunsuz hərəktlərinə son qoyulması və 01 mart 2019-cu il tarixli, C-189/08 nömrəli müqavilə əsasında onaməxsus olan 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv/m yaşayış sahəsi, 87,90 kv/m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı mənzilin digər şəxslərə satışının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv/m yaşayış sahəsi, 87,90 kv/m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı mənzili ona verilməsi və ya mənzilin indiki bazar dəyərini cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata götürülərək, müvafiq prosessual hərəkətlər edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü hesab olunması barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişlər. Lakin iddiaçı Mehdiyeva (Zərbalıyeva) Günay İlham qızının nümayəndəsi və vəkili Vəkil1 22.07.2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin dəftərxanasına ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizələrə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarının 15-ci bəndinə əsasən, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1523/2020 saylı, 26.11.2020-ci il tarixli qərardadı ilə görülmüş təmin tədbiri ləğv edilməlidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1523/2020 saylı, 26.11.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, İşə mahiyyəti üzrə baxılıb həll edilənədək, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv/m yaşayış sahəsi, 87,90 kv/m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1523/2020 saylı, 26.11.2020-ci il tarixli qərardadı ilə görülmüş təmin tədbiri ləğv edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Mehdiyeva (Zərbalıyeva) Günay İlham qızı cavabdehlər Cavabdeh1 MTK-ya, "xxxx" MMC-yə qarşı “mənzilinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizələrinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1523/2020 saylı, 26.11.2020-ci il tarixli qərardadı ilə görülmüş təmin tədbiri ləğv edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar