Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-134/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Yunis qızının cavabdeh X1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Yunis qızı cavabdeh X1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı ünvanda qonşusu Ehtiram sanitar qaydalarını pozmaqla onun evinin divarına bitişik dədə- baba formasında olan sanitar qovşağı tikmişdir. Belə ki, həmin sanitar qovşağı dövlət kanalizasiya sisteminə qoşulmur. Çünki həmin şəxs dövlət kanalizasiya sisteminə qoşulmayıb və evinin bütün çirkab sularını onun evinin divarının dibinə axıdır. Bununla əlaqədar Nərimanov rayon Gigiyena və Epidiemologiyaya müraciət etmişdir. Onlar da sanuzelin sökülməsini tələb etmişdir. Buna baxmayaraq qonşu sanuzeli sökməmişdir. Qeyd edilənləri nəzərə alaraq, qanunsuz inşa edilmiş sanitar qovşağının cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbləri əsaslıdır və aşağıdakı səbəblərə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayonu İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 38 saylı Mənzil-Kommunal İstismarı sahəsinin xx.xx.2020-ci il tarixli 051066 nömrəli arayışdan görünür ki, İddiaçı1 ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli, 04-22/1-1708 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə daxil olmuş, Nərimanov rayonu, ev 27/206 ünvanda yaşayan İlham Mahmudovun şikayət ərizəsi aidiyyəti üzrə araşdırılıb müvafiq tədbir görülməsi üçün göndərilmişdir. Görülən tədbirlərin nəticəsi barədə 5 (beş) iş günü müddətinə vətəndaşa və araşdırma sənədlərinin nüsxələri ilə birlikdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə cavab vermək vacibdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin FM seriyalı 022065 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 27/206 saylı fərdi yaşayış evi İddiaçı1, digər paylar üzrə X5, X3, X2 adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2587 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 27 saylı ünvanda yerləşən 206 saylı mənzilə bitişik vəziyyətdə 1,25m uzunluğunda 0,95 enində 2,30m hündürlükdə mişar daşından inşa olunmuş ayaqyolu tikilisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04,09.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 27 saylı evin 206 saylı mənzilinə bitişik 207 saylı mənzilə aid ayaqyolu tikilisi inşa olunduğunu və eləcə də, 206 saylı mənzilə bitişik vəziyyətdə şambonun qazıldığını və çirkab suların axıdılmasını nəzərə alaraq 206 saylı mənzilin havalandırılmasına, rütübətin tənzimlənməsinə mənfi təsir göstərdiyi müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 27 saylı evin 206 saylı mənzilinin zirzəmisinin (şambo quraşdırıldığı hissə) divarları nəm oluğunu nəzərə alaraq, 206 saylı mənzilinin alt hissəsinə çirkab sularının axıdıldığı müəyyən edilir. Lakin çirkab suların axıdılması nəticəsində mənzil üçün hər hansı təhlükənin yaradıb-yaradmadığını müəyyən etmək səlahiyyətlərindən kənardır. Məhkəmə mülki işin materiallarını araşdıran zaman müəyyən etmişdir ki, iddiaçılar Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 27/206 saylı fərdi yaşayış evi iddiaçıların paylı mülkiyyətindədir, onlar həmin evdə qeydiyyatdadırlar və orada yaşayırlar. Qeyd edilən mənzilə qonşu həyətdə bitişik tikilmiş sanuzel kanalizasiya sisteminə düzgün qoşulmadığından cavabdehə həm iddiaçılar həm də dövlət orqanları tərəfindən müraciətlər edilmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən tikilinin könüllü şəkildə sökülməməsi səbəbindən İddiaçı1 və İddiaçı2 Yunis qızı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin ülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.1.3-cü maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1-ci bəndinə əsasən Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Həmin qaydaların 4.2-ci bəndinə əsasən Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidi Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 27 saylı ünvanda yerləşən 206 saylı mənzilə bitişik vəziyyətdə 1,25 m uzunluğunda 0,95 enində 2,30m hündürlükdə mişar daşından inşa olunmuş tikilinin yuxarıda göstərilən bəndlərin tələblərinə uyğun inşa olunmadığı və dövlət orqanlarından müvafiq icazələr alınmadan inşa edildiyi müəyyən edilmişdir. Qeyd edilən hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2587 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Bundan əlavə, həmin rəyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 27 saylı evin 206 saylı mənzilinə bitişik 207 saylı mənzilə aid ayaqyolu tikilisi inşa olunduğunu və eləcə də, 206 saylı mənzilə bitişik vəziyyətdə şambonun qazıldığını və çirkab suların axıdılmasını nəzərə alaraq 206 saylı mənzilin havalandırılmasına, rütübətin tənzimlənməsinə mənfi təsir göstərdiyi müəyyən edilmişdir. Əldə edilmiş nəticələrə əsasən məhkəmə hesab edir ki, həmin tikililərin sökülməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 27/206 saylı fərdi yaşayış evinin divarına bitişik tikilmiş cavabdeh X1 məxsus qanunsuz tikili (sanitar qovşağı) cavabdehin hesabına sökülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-134/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-134/2021
22.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver