Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1345/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ailə üzvləri siyahısında 5-ci sırada “Ərizəçi Ənvər oğlu” qeyd olunmuş Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN-015C, KOD 90800048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN- 015B, KOD 90800048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və Saatlı rayon Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN-015A, KOD 90800048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Saatlı şəhərində anadan olmuşdur. Ərizəçinin atasının adı Vəlidir. Ərizəçinin doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində və digər hüquqmüəyyənedici sənədlərdə onun atasının adı düzgün olaraq “Vəli” kimi göstərilmişdir. Lakin, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN-015C, KOD 90800048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN-015B, KOD 90800048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə. Saatlı rayon Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN- 015A, KOD 90800048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ailə üzvləri siyahısında 5-ci sırada ərizəçinin ata adı “Vəli” yerinə səhvən, “Ənvər” kimi qeyd edilmişdir. Həmin şəhadətnamələrə əsasən, Saatlı rayonu Mircəlal kəndində ümumi birgə mülkiyyətdə olan 2,92 ha, 1,21 ha və 0,56 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişlər. Həmin İdarənin ona ünvanladığı 17.01.2022-ci il tarixli cavab məktubunda göstərilir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarına əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN- 015C, JN-015A, JN-01SB torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə Ərizəçi ata adının “Ənvər" kimi səhvən qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd tərəfinizdən təqdim edilməmişdir. “Daşınmaz əmlakı AR Qanunun 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas (hüquqmüəyyənedici sənəd - məhkəmə qərarı) olduğu halda aparılır. Odur ki, ərizənin icrasından imtina edilir. Qeyd edilən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün Saatlı rayonu Mircəlal kəndində yerləşən torpaq sahələrinin ailə üzvləri siyahısında 5-ci sırada “Ərizəçi Ənvər oğlu" qeyd olunmuş Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN-015C, KOD 90800048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN- 015B, KOD 90800048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və Saatlı rayon Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN-015A, KOD 90800048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktı müəyyən edilməlidir. Həmin sənədin eyni şəxsə məxsus olması faktını başqa yolla təsdiq etmək mümkün deyildir. Odur ki, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun şəkildə çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, onlar nümayəndələrini məhkəmə iclaslarına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən 26.07.2017-ci il tarixdə verilmiş AZ-T seriyalı, 035463 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X6 23.03.2010-cu il tarixdə Saatlı rayonu Nəsimi kənddə doğulmuşdur. Atası Ərizəçi, anası X1r; Saatlı rayonu tərəfindən 27.01.1983-cü il tarixdə verilmiş İX-ЖГ seriyalı, 250359 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Ərizəçi xx.xx.1982-ci il tarixdə Saatlı şəhərində doğulmuşdur. X3, anası X4r; Saatlı rayonu Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-015A. JN 015B və JN: 015C olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətanmələrdə “Ərizəçi” səhvən “Ərizəçi Ənvər oğlu” olaraq qeyd edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin **********65 saylı, 17.01.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”-in surətində “Saatlı rayonu Mircəlal kəndində, JN: 015A, JN: 015B və JN: 015C olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən ümumi birgə mülkiyyətdə olan 2.92 ha. 1.21 ha və 0.56 ha torpaq sahələrinə dair sizin və ailə üzvlərinizin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır. Belə ki, Saatlı rayonu Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-015A. JN 015B və JN: 015C olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə Ərizəçi ata adının “Ənvər" kimi səhvən qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd (məhkəmə qərarı) tərəfinizdən təqdim edilməmişdir. Qeyd edirik ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas (hüquqmüəyyənedici sənəd məhkəmə qərarı) olduğu halda aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.” göstərilmişdir; 08.02.2022-ci il tarixli qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Orderin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə əlavə edilmiş orderin verilməsinə əsas olmuş sənədlərin surətlərindən görünür ki, qeyd edilən orderin verilməsi üçün əsas olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-015A. JN 015B və JN: 015C olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətanmələrdə ad- Ərizəçi Ənvər oğlu kimi göstərilmişdir. Beləliklə, şəxsiyyət vəsiqəsində vətəndaşın atasının adı “Vəli” kimi göstərildiyi halda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-015A. JN 015B və JN: 015C olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətanmələrdə səhvən “Ənvər” kimi göstərilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə baxışı zamanı ərizəçi bildirmişdir ki, torpaq sahələri ərizəçinin paylı mülkiyyətidir, onlarla bağlı hər hansı mübahisə yoxdur. Sənədlərdə ata adının “Vəli” kimi oxunması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinin göstərilən torpaq sahələrini və həmin sahədə inşa etmək istədiyi evi adına rəsmiləşdirmək üçün müvafiq dövlət orqanlarından razılıq alınmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən faktlar müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Yuxarıda sadalanan sübutlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən sənəddə olan adın səhv yazılmasının başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ailə üzvləri siyahısında 5-ci sırada “Ərizəçi Ənvər oğlu” qeyd olunmuş Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN-015C, KOD 90800048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN-015B, KOD 90800048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və Saatlı rayon Aqrar İslahat Komissiyasının 03.12.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN-015A, KOD 90800048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin –Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1345/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1345/2022
12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver