Məhkəmə qərarları › İş №2(005)-1348/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1348/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1348/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçılar X2 və İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar X2 və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, X16, 8-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə dair "xxxx" MMC-nin hərracın nəticələrinə dair 28 iyun 2019-cu il tarixli 42/05 saylı protoklunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə qohumu X11 etibarından sui-istifadə edib onu Ukrayna Respublikasında şəxsi biznesi olduğuna inandırıb, oğlu Rişad Aslanovu həmin biznes xəttinə qoşmaq üçün 30000 ABŞ dolları pul lazım olduğunu bildirib, həmin pulun qarşılığında ay ərzində 5000 -10000 manat gəlir verəcəyinə söz verib, daha sonra həmin məbləğdə pulu olmadığnı bildirdikdə ona banklarda işləyən tanışları olduğunu və həmin tanışları vasitəsi ilə 30000 ABŞ dolları kredit götürülməsi üçün yaşadığı evi tanışı X8 etibarnamə verməklə "xxxx" ASC -də girov qoymasını təklif etmiş, o isə onun yalan vədlərinə inanaraq həyat yoldaşının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağları B -3136 saylı evin mülkiyyət hüququna dair notarial qaydada Elxan Əhmədovun adına etibarnamə verdikdən sonra Elçin Mirzəyev qeyd olunan evin "xxxx" ASC -yə girov qoyulmasına nail olub, bankdan 120 000 ABŞ dolları götürdüyü halda ona 30000 ABŞ doları götürdüyünü bildirib, ümumilikdə onun 120000 ABŞ dolları pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib dələduzluq etməsi faktına görə Nəsimi rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə fakta görə cinayət işi başlanmış və istintaqın aparılması üçün Nəsimi RPİ-nin İŞ-ə göndərilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(011)-1318/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC -nin X8 və qeyrilərinə qarşı borcun alınması barədə iddası qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 119923,34(yüz on doqquz min doqquz yüz iyirmi üç dollar otuz dörd sent) ABŞ dolları məbləğində əsas borc ,4502,10(dörd min beş yüz iki dollar on sent)ABŞ dolları məbləğində faiz borcu, 40 (qırx) ABŞ dolları cərimə, cəmi 124465,44 (yüz iyirmi dörd min dörd yüz altmiş beş dollar qırx dörd sent ) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı ,30(otuz ) manat məbləğində dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) X7 alınaraq "xxxx" ASCyə ödənilməsi,tələbin X2 mülkiyyətində olan Sumqayıt şəhəri, X16 B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri,X16 B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 235000 (iki yüz otuz beş min ) manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından ələd edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 124465,44 (yüz iyirmi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent)ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 (otuz ) manat məbləğində dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 30(otuz ) manat məbləğində dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) "xxxx" ASC -yə ödənilməsi, Sumqayıt şəhəri, X16 B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində bağ evinə tutma yönəldikdən və həmin əmlak satıldıqdan 1 (bir) ay sonra X6 və İddiaçı torpaq sahəsi və üzərində yerləşən bağ evindən çıxarılmaları qət olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 04 fevral 2019-cu il tarixdə verilmiş icra vərəqi əsasında 12 fevrəl 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinin icra məmuru X9 icraata başlamaq haqqında qərar qəbul etmişdir. Sumqayıt şəhər İcra idarəsi həyat yoldaşı X3 məxsus fərdi yaşayış evinin satışı lə bağlı hərrac keçirmişdir. Hərracın keçirilməsi ilə bağlı bildirişlər nə iddiaçıya, nə də digər cavabdeh X3 təqdim olunmamaqla yanaşı, "İpoteka haqqında" və "İcra haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri pozulmuşdur. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərfindən "İcra haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra -hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifariş verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. İcra işinə nəzər yetirsələr icra məmurunun ipoteka saxlayan və iddiaçıya 5 ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi ilə bağlı təklif göndərməsi halı ilə bağlı sübut görə bilmir. Halbuki, qanunun bu maddəsində qeyd olunur ki, əgər ipoteka saxlayanla aralarında belə razılıq olmazsa 5 təqvim günü müddətində icra məmuru sifarişi qanuna uyğun olaraq verir. Bununla yanaşı hal-hazırda əmlakının hərracını keçirən "xxxx" MMC-nin 5 ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilat kimi fəaliyyət göstərməsi barədə də məlumat yoxdur. Onu da qeyd etmək istəyir ki, barəsində hərrac keçirilmiş fərdi yaşayış evi onların yeganə yaşayış yeridir, həmin fərdi yaşayış evində o və digər borclu X1 başqa iki oğlu, iki gəlini və yeddi nəvəsi də qeydiyyatda olmaqla yaşayırdılar ki, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi ;onların ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmağı, kirayələrdə yaşamaq məcburiyyətində qalmaları konstitusion hüquqlarını pozmuşdur. Onların maliyyə vəziyyəti olduqca ağırdır. Özü Qarabağ müharibəsi əlilidir və Xocalı şəhərindən məcburi köçkündür. Atası və iki qardaşı Qarbağ müharibəsində şəhid olmuşlar. Barəsində hərracın keçirildiyi fərdi yaşayış evinin qiyməti hərracın yekunlarına dair yekun protokolunda göstərilən qiymətdən dəfələrlə çoxdur. Hərracın keçirilməsi barədə vətəndaşalara məlumat verilibmi? Yuxarıda qeyd etdiyi kimi hərracın keçirilməsi barədə mlumatları olmayıb və "İpoteka haqqında" Qanununun 42-43-cü maddələrinin tələblərinə uyğun olaraq hərracın keçirilməsi barədə bildiriş almamışdırlar. Bu səbəbdən də hərrac etibarsız hesab olunmalıdır. Daha sonra məhkəmə iclasında X6 ərizə ilə məhkəməyə müraciət edərək ipoteka predmeti olan əmlakın onun mülkiyyətində olduğu üçün mülki iş üzrə birgə iddiaçı qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X2 mülki iş üzrə iddiaçı qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx"ASC-nin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və çıxışını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx"nin X3, İddiaçı və Sumqayıt şəhəri üzrə İcra İdaərsinə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 15.04.2019-cu il tarixli № 1 saylı bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə ünvan 7l tarixli icra sənədi üzrə Sumqayıt şəhəri, X16 B-3136 ünvanında 0.12 ha torpaq sahəsndə yerləşən bağ evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 235000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 11750 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx"nin X3, İddiaçı və Sumqayıt şəhəri üzrə İcra İdaərsinə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 19 aprel 2019-cu il tarixli bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə ünvan 7l tarixli icra sənədi üzrə Sumqayıt şəhəri, X16 B-3136 ünvanında 0.12 ha torpaq sahəsndə yerləşən bağ evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 235000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 11750 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx"nin X3, İddiaçı və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 10 may 2019-cu il tarixli bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə ünvan 7l tarixli icra sənədi üzrə Sumqayıt şəhəri, X16 B-3136 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 199750 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 9987.5 manat müəyyən edilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin surətindən görünür ki, X4 məxsus olan Sumqayıt şəhəri, X16 B-3136 ünvanında 0.12 ha torpaq sahəsi ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. İş materiallarında olan 28.06.2019-cu il tarixli hərracın yekunları barədə № 42/05 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları protokolun surətindən görünür ki, X3 məxsus Sumqayıt şəhəri, X16 B-3136 ünvanında 0.12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi 149.812,50 manata ipoteka saxlayan "xxxx"ASC-yə satılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2019-cu il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Sumqayıt şəhəri, X16 B- 3136 ünvanında 0.12 ha torpaq sahəsi ünvan 7l tarixli icra sənədinə əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 235000 manat, əmlakın 25% endirimlə 149.812,50 manat olmaqla "xxxx" ASC-nin balansına keçirilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx"ASC -yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, X16 B-3136 ünvanında 0.12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi Sumqayıt şəhəri, X16 B-3136 ünvanında 0.12 ha torpaq sahəsi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, "xxxx" MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “Birja” qəzetlərində elanlar verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya məxsus mənzil kreditin qaytarılmasının təminatı kimi 2015-ci ildən bank qarşısında yüklü olmuş, mənzilə tutma yönəldilməsi haqqında qətnamə 16 aprel 2018-ci ildə qəbul olunsa da, hərrac bundan 1il sonra – 2019cu ildə keçirilmişdir. İddiaçılar hərrac keçirilənədək ötən müddət ərzində kredit borcunun ödənilməsi, kredit üzrə tutmanın əmlaka yönəldilməsinin qarşısını almaq istiqamətində hər hansı cəhdlər etməmişlər. İşin faktiki hallarından görünür ki, iddiaçılar qətnamənin icrasının gedişi ilə də maraqlanmamışlar. Belə ki onlar hərracla bağlı icra məmuruna faktiki ünvanlarını təqdim edə, keçiriləcək hərracın vaxtı və yeri ilə bağlı məlumat əldə edə bilərdilər. Məhkəmə eyni zamanda iddia tələbinin “beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsinin sifariş edilməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh təşkilatın 5 ildən az fəaliyyət göstərməsi, eyni zamanda iddiaçılar tərəfindən icra məmuru tərəfindən sifariş verilərkən ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşmalarına dair icra məmuruna müraciət etmələri iş materiallarından müəyyən edilmir. Belə olan təqdirdə iddiaçılar X2 və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar X2 və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx"ASC cəlb edilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar X2 və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx"ASC cəlb edilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar