Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1349/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakın hamısına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı notariat ofisinin reyestrindəki 2V-1/248 nömrəli qeydin ləğv edilməsi, 29 iyun 2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və 30 dekabr 2014-cü il təvəllüdlü oğlu X4 miras qoyan X2 yeganə vərəsəsi olduğunu nəzərə alaraq ona bütövlükdə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03.06.2022-ci il tarixli iclasında tərəflər öz aralarında razılığa gəldiklərini bildirərək, məhkəməyə barışıq sazişi təqdim etmiş və barışıq sazişinin təsdiq olmasını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək, bu barədə ərizələri məhkəməyə təqdim etmişdilər. Məhkəmə tərəflərin təqdim etdikləri barışıq sazişi, ərizəni və ümumilikdə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilvasitə özüləri və yaxud mediyasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır.
1. İddiaçı - İddiaçı iddiadan tamamilə imtina edir və Sazişin predmet hissəsində Cavabdeh2 çatası miras əmlakı və qanuna müvafiq qaydada ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzrə, mülkiyyət hüququna dair Çıxarış alındıqdan sonra həmin mənzilin ½ hissəsini hədiyyə (əvəzsiz) olaraq qəbul edəcəkdir;.
2. Cavabdeh - Cavabdeh2 Saziş qüvvəyə mindikdən sonra 10 (on) gün ərzində Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə qəbul edəcəkdir. Şəhadətnaməni aldıqdan sonra 10 (on) gün ərzində isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmənin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ona veriləcək vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlak üzrə mülkiyyət hüququnu qeydiyyata aldırır. Qeydiyyata alındıqdan sonra isə 10 (on) gün ərzində miras əmlak hesab edilən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsini tam əvəzsiz olaraq (bağışlanmaq yolu ilə) İddiaçı mülkiyyətinə verir;
3. Cavabdeh - Bakı şəhəri 9 saylı Notariat Ofisi, Cavabdeh2 qanuna müvafiq qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə verəcəkdir;
4. İddiaçı məhkəmə qaydasında qaldırdığı iddiadan tamamilə imtina edir və gələcəkdə tərəflərin heç birinin miras qoyan X1 və X3 ölümü ilə əlaqədar mümkün ola biləcək hər hansı bir vərəsəlik məsələlərindən irəli gələ biləcək iddia və tələbləri olmayacaqdır.
5. Cavabdehlər tərəfindən bu Sazişdə nəzərdə tutulmuş öhdəliyin pozulduğu andan etibarən iddiaçının aidiyyatı məhkəməyə müraciət etmək hüququ vardır;
6. Bu Saziş cavabdehlər tərəfindən pozulduğu halda əldə edilmiş bütün razılıqlar ləğv olunur;
7. Bu Saziş 4 (dörd) nüsxədə tərtib edilir və hər biri tərəflərdə digəri isə Nərimanov Rayon Məhkəməsində saxlanacaqdır. Barışıq sazişinin şərtləri hər iki tərəfə elan edildi, Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələbləri onlara izah edildi və barışıq sazişi hər iki tərəfin imzası ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakın hamısına dair mülki iş üzrə 03 iyun 2022-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. İddiaçı - İddiaçı iddiadan tamamilə imtina edir və Sazişin predmet hissəsində Cavabdeh2 çatası miras əmlakı və qanuna müvafiq qaydada ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzrə, mülkiyyət hüququna dair Çıxarış alındıqdan sonra həmin mənzilin ½ hissəsini hədiyyə (əvəzsiz) olaraq qəbul edəcəkdir;.
2. Cavabdeh - Cavabdeh2 Saziş qüvvəyə mindikdən sonra 10 (on) gün ərzində Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə qəbul edəcəkdir. Şəhadətnaməni aldıqdan sonra 10 (on) gün ərzində isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmənin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ona veriləcək vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlak üzrə mülkiyyət hüququnu qeydiyyata aldırır. Qeydiyyata alındıqdan sonra isə 10 (on) gün ərzində miras əmlak hesab edilən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsini tam əvəzsiz olaraq (bağışlanmaq yolu ilə) İddiaçı mülkiyyətinə verir;
3. Cavabdeh - Bakı şəhəri 9 saylı Notariat Ofisi, Cavabdeh2 qanuna müvafiq qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə verəcəkdir;
4. İddiaçı məhkəmə qaydasında qaldırdığı iddiadan tamamilə imtina edir və gələcəkdə tərəflərin heç birinin miras qoyan X1 və X3 ölümü ilə əlaqədar mümkün ola biləcək hər hansı bir vərəsəlik məsələlərindən irəli gələ biləcək iddia və tələbləri olmayacaqdır.
5. Cavabdehlər tərəfindən bu Sazişdə nəzərdə tutulmuş öhdəliyin pozulduğu andan etibarən iddiaçının aidiyyatı məhkəməyə müraciət etmək hüququ vardır;
6. Bu Saziş cavabdehlər tərəfindən pozulduğu halda əldə edilmiş bütün razılıqlar ləğv olunur;
7. Bu Saziş 4 (dörd) nüsxədə tərtib edilir və hər biri tərəflərdə digəri isə Nərimanov Rayon Məhkəməsində saxlanacaqdır. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakın hamısına dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Aytən Novruzova