Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-135/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsi, vəsiyyətnaməyə əsasən mərhum atasından miras qalmış bütün əmlakların cavabdehlə onun arasında bölünməsi və bağışlama müqaviləsinin ləğvi və mənzilin əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələblərinə dair iddiaları üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, atası X5 08 noyabr 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Atası anaları rəhmətə getdikdən sonra cavabdeh 26 iyun 2008-ci ildə Cavabdeh Nəcəfqulu qızı ilə rəsmi nikaha daxil olaraq evlənmiş və sonuncu da atasının yaşadığı evə köçərək onunla birlikdə yaşamışdır. Atası vəfat etdiyi vaxt cavabdeh onun ölümün belə onlardan gizlətməyə çalışmış, sonradan onun ölümü haqda məlumat aldıqdan sonra onlara bildirmişdir ki, ataları rəhmətə getmişdir. Atası yaşadığı evi və ölən günə kimi ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını ona vəsiyyət etmiş və bu haqda vəsiyyətnamə də qoymuşdur. Lakin atası ölməmişdən bir il əvvəl nə üçün isə 1 saylı ASAN xidmətin notariat ofisində mənzili cavabdehə bağışlamışdır. Bu bağışlama barədə onlara, nə ona, nə də qardaşına bir söz belə deməmişdir. Atasının ölümündən sonra cavabdehdən mənzil barədə soruşduqda ona bu haqda məlumat belə verməkdən imtina etmişdir. Sonradan bu bağışlama haqda sənədləri əldə etmişlər. Atasının ölümündən sonra ondan iki avtomaşın, 2020-ci ildə «Subaru FORESTER » markalı ** HM *** dövlət nömrə nişanlı və 2015-ci ildə «Toyota Prado» markalı ** ZM *** dövlət nömrə nişanlı avtomaşınlar da miras olaraq qalmışdır. Cavabdeh onlardan özünün əmlakı kimi istifadə edir və etibarnamənin qüvvəsini itirməsinə baxmayaraq avtomaşını idarə etməkdə davam edir. Bundan əlavə atasından 2 ədəd kondinsioner, 2 ədəd soyuducu, 2 ədəd böyük televizor, 1 ədəd orta ölçülü televizor, paltaryuyan maşın 1 ədəd, mikrodalğalı soba 1 ədəd, 1 ədəd qaz sobası, elektrik sobası mebelə quraşdırılmış, nahar masası və 6 ədəd stul, qonaq otağı divanı, qonaq otağı masası 6 ədəd stulla birlikdə, qorka 1 ədəd, yataq mebeli çarpayı, dolab, 2 ədəd tumba, trümo, mətbəx mebeli, anasından qalan servislər və bohemiya xrustalları qalmışdır. Atasının 08 noyabr 2021-ci idə Bakı şəhərində vəfat etməsi ilə 5 saylı ASAN xidmətin notariat ofisində vərəsəlik işi açılmışdır. Atası daima yüksək vəzifələrdə işləmiş və yaxşı da qazancı olmuşdur. Cavabdeh atası ilə evləndikdən sonra işə düzəlmiş və aylıq 300 manat maaş almışdır. Burdan da görünür ki, cavabdehin bu əmlakların alınmasında gəlirlərindən istifadə oluna bilməzdi. Onun adına “Kapital” bankda belə pul hesabları olmuşdur ki, bu pulların hesabına atası bu avtomaşınları almışdır. Cavabdeh isə sıravi müəllimə işləmiş və aldığı maaş da cüzi olmuşdur. “Kapital” banka ərizə ilə müraciət etsələr də, onlara cavab verməkdən imtina etmişlər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, 30 noyabr 2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış “Subaru Forester” markalı, ** HM *** dövlət nömrə nişanlı və “Toyota Prado” markalı, ** ZM *** dövlət nömrə nişanlı avtomaşınlar, 2 ədəd kondisioner, 2 ədəd soyuducu, 2 ədəd böyük televizor, 1 ədəd orta ölçülü televizor, 1 ədəd paltaryuyan maşın, 1 ədəd mikrodalğalı soba, 1 ədəd qaz sobası, elektrik sobası mebelə quraşdırılmış, nahar masası və 6 ədəd stul, qonaq otağı divanı, qonaq otağı masası 6 ədəd stulla, 1 ədəd qorka, yataq mebeli, çarpayı, dolab, 2 ədəd tumba, trumo, mətbəx mebeli, anasından qalan servislər və bohemiya xrustalları adlı əmlakların atasının əmlakı sayılmaqla vəsiyyətnamə üzrə onunla cavabdeh arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Cavabdeh qarşı “vəsiyyətnaməyə əsasən mərhum atasından miras qalmış bütün əmlakların cavabdehlə onun arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, atası X5 08 noyabr 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Atası anaları rəhmətə getdikdən sonra cavabdeh 26 iyun 2008-ci ildə Cavabdeh Nəcəfqulu qızı ilə rəsmi nikaha daxil olaraq evlənmiş və sonuncu da atasının yaşadığı evə köçərək onunla birlikdə yaşamışdır. Atası vəfat etdiyi vaxt cavabdeh onun ölümün belə onlardan gizlətməyə çalışmış, sonradan onun ölümü haqda məlumat aldıqdan sonra onlara bildirmişdir ki, ataları rəhmətə getmişdir. Atası yaşadığı evi və ölən günə kimi ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını ona vəsiyyət etmiş və bu haqda vəsiyyətnamə də qoymuşdur. Həmin vəsiyyətnamə bu günə qədər qüvvədədir. Lakin cavabdeh hiylə işlədərək atası ölməmişdən bir il əvvəl atasının ahıl yaşlı və canı ağrımasından öz qara niyyətli məqsədləri üçün istifadə edərək 1 saylı “ASAN xidmət”in notariat ofisində mənzili cavabdeh özünə bağışlatdırmışdır. Bu bağışlama barədə onlara, nə ona, nə də qardaşına bir söz belə deməmişdir. Atasının ölümündən sonra cavabdehdən mənzil barədə soruşduqda ona bu haqda məlumat belə verməkdən imtina etmişdir. Sonradan bu bağışlama haqda sənədləri əldə etməyə nail olmuşlar. 2009-cu il buraxılış ili olan, ağ mirvari rəngli, “Subaru Forester” markalı, ** HM *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının və 2015-ci il buraxılış ili olan ağ mirvari rəngli, “Toyota Prado” markalı, ** ZM *** dövlət nömrə nişanlı avtomaşınlar da atasından miras olaraq qalmışdır. Cavabdeh həmin əmlaklardan istifadə edir və artıq qonşulardan eşitmişlər ki, həmin əmlakları özgəninkiləşdirmək, satmaq və atalarının adından çıxarmaq üçün yollar axtarır və övladlarını vərəsəlikdən tam məhrum etmək üçün müştəri axtarışındadır. Bundan əlavə atasının vəfatından sonra Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 48/54 saylı binada, 137 saylı mənzildə 2 ədəd “Samsung” markalı soyuducu, 2 ədəd böyük dioqanallı “Samsung” markalı televizor, 1 ədəd orta ölçülü “LG” markalı televizor, 1 ədəd “Bosch” markalı paltaryuyan maşın, 1 ədəd “Bosch” markalı mikrodalğalı soba, 1 ədəd mebelə quraşdırılmış qaz sobası, 1 ədəd elektrik sobası, 1 ədəd nahar masası və 6 ədəd stul, qonaq otağı divanı qonaq otağı masası 6 ədəd stulları ilə birlikdə, 1 ədəd qorka, yataq mebeli, çarpayı, dolab, 2 ədəd tumba, trumo, mətbəx mebel dəsti, anasından qalan Çexiya Respublikası istehsalı olan servis və bohemiya xrustalları qalmışdır. Atasının 08 noyabr 2021-ci idə Bakı şəhərində vəfat etməsi ilə 5 saylı ASAN xidmətin notariat ofisində vərəsəlik işi açılmışdır. Atası daima yüksək vəzifələrdə işləmiş və yaxşı da qazancı olmuşdur. Əmlakların əksəriyyəti mərhum anasının sağ olduğu zaman mövcud olan əmlaklardır. Cavabdeh atası ilə evləndikdən sonra atası onu işə düzəltdirmiş və yalnız bundan sonra cavabdehin aylıq məvacibi 300 manat olmuşdur. Burdan da görünür ki, cavabdehin bu əmlakların alınmasında cuzi gəlirlərindən istifadə oluna bilməzdi. Mərhum atasının adına “Kapital” bankda, “Beynəlxalq” bankda və digər banklarda pul hesabları olmuşdur ki, bu pulların hesabına atası bu avtomaşınları almışdır. Cavabdeh isə sıravi müəllimə işləmiş və aldığı maaş da cüzi olmuşdur. Bu barədə “Kapital” banka ərizə ilə müraciət etsələr də, onlara cavab verməkdən imtina etmişlər. O, hesab edir ki, atasından qalan əmlaklar atasının gəliri hesabına alındığına görə bütün əmlaklar atasından miras qalan əmlaklar sayılmalıdır. Bundan başqa, o, hesab edir ki, onun adına vəsiyyətnamə qoyulmasını da nəzərə alaraq ona vəsiyyətnamə üzrə və məcburi vərəsə kimi payı müəyyən olunmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, 30 noyabr 2021-ci il tarixdə vəfat etmiş atası X3 ölümündən əvvəl yazıb rəsmiləşdirdiyi vəsiyyətnaməyə əsasən atasından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 48/54 saylı binanın 137 saylı mənzilinin, 2009-cu il buraxılış ili olan, ağ mirvari rəngli, “Subaru Forester” markalı, ** HM *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının və 2015-ci il buraxılış ili olan ağ mirvari rəngli, “Toyota Prado” markalı, ** ZM *** dövlət nömrə nişanlı avtomaşının, eləcə də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 48/54 saylı binanın 137 saylı mənzilində qalan 2 ədəd “Samsung” markalı soyuducu, 2 ədəd böyük dioqanallı “Samsung” markalı televizor, 1 ədəd orta ölçülü “LG” markalı televizor, 1 ədəd “Bosch” markalı paltaryuyan maşın, 1 ədəd “Bosch” markalı mikrodalğalı soba, 1 ədəd mebelə quraşdırılmış qaz sobası, 1 ədəd elektrik sobası, 1 ədəd nahar masası və 6 ədəd stul, qonaq otağı divanı qonaq otağı masası 6 ədəd stulları ilə birlikdə, 1 ədəd qorka, yataq mebeli, çarpayı, dolab, 2 ədəd tumba, trumo, mətbəx mebel dəsti, anasından qalan Çexiya Respublikası istehsalı olan servis və bohemiya xrustallarının mərhum atasının əmlakları sayılmaqla onunla Cavabdeh arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı cavabdehlər Cavabdeh və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən Notariat Kontoruna və həmin notariat kontorunun xüsusi notariusu X8 qarşı “bağışlama müqaviləsinin ləğvi və mənzilin əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh anaları X9 rəhmətə getdikdən sonra yaşlı atası Tofiq Rəfiyevə baxmaq və qulluğunda durması üçün qonşuluqda yaşayan şəxslərin məsləhəti ilə evlərinə dəvət etmişlər. Cavabdeh ilk əvvəllər onlardan aldığı 350 manat müqabilində rəhmətlik atasının yanında qalmasına razılıq verməsə də, iki ay sonra cavabdehin özünün ailə üzvləri ilə söz-söhbət yarandığından axşam vaxtları və gecə yarısı rəhmətlik atasının yanında qalmağa başladığından atasının yemək və qidalanmasına nəzarət etdiyindən, ailə üzvləri arasında söz-söhbət olmasın deyə aldığı pul vəsaitinin qaldırılmasını və atası ilə nikah bağlanmasını təklif etmişdir. Cavabdeh atasında qədər artıq nikahda olmuş və boşanmışdır. 26 iyun 2008-ci ildə ataları cavabdehlə rəsmi nikaha girdikdən sonra rəhmətlik atasına baxması üçün cavabdehə 500 manat da vəsait ödəməyə başlamışlar. Bütün bunlara baxmayaraq cavabdehin gələcəkdə ona, qardaşı Nazim Rəfiyevə və ailə üzvlərinə qarşı planlaşdırdığı məkrli niyyətindən onlar xəbərsiz olmuşlar. Cavabdeh rəsmi nikaha daxil olduqdan sonra valideynlərinin yaşadıqları mənzildə yaşamağa davam etmişdir. Qohumları, əmisin uşaqları hər dəfə atalarının səhhəti ilə maraqlanmağa başladıqda və yaxud maraqlanarkən atalarının yerə yıxıldığını, xəsarət aldığını və yaxud huşsuz olduğunu müşahidə etmişlər. Hətta atsı sakitlik istəsə də, cavabdeh müxtəlif ailəsindən bezən avara qohumlarını mənzillərinə yığaraq səs-küy yaratmış, atasının rahatlığını dəfələrlə pozmuşdur. Hətta mərhum atası bir neçə dəfə cavabdehi bu cür hərəkət və davranışlarına görə mübahisəli mənzildən qovmuşdur. Sonradan atası X5 08 noyabr 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Atası vəfat etdiyi vaxt cavabdehin onun ölümünü belə onlardan gizlətməyə çalışması artıq onlarda cavabdehin atasının adına olan miras əmlakların ələ keçirilməsi yönümündə şübhə yaratmağa başlamışdır. Bakıda atasının evinə yaxın ərazidə yaşayan qohumları ilə əlaqə saxladıqdan sonra məlum olmuşdur ki, ataları vəfat etmişdir. Atam sağlığında ikən yaşadığı evi və adında olan bütün daşınar və daşınmaz əmlakları ona vəsiyyət etməsi barədə notariat kontorunda vəsiyətnamə yazdırmışdır. Həmin vəsiyyətnamə bu günki günə kimi qüvvədədir. Belə bir şəraitdə pulu və vəsaiti özləri tərəfindən ödədikləri adama mübahisəli evin mərhum atası tərəfindən xəbərləri olmadan, doğma övladları qala-qala bayırdan dayə olaraq pul müqabilində dəvət etdikləri şəxsə bağışlanmasının nə dərəcədə ağlabatan və qanuni olmasını artıq hüquq mühafizə orqanlarının araşdırıb obyektiv, qanuni və ədalətli qərar verməsini gözləyir. Cavabdeh hətta özünə qarşı inam yaratmaq üçün o, Bakı şəhərində olanda «qeydiyyat vəsiqəsi və mənə verilmiş vəsiyyətnaməni də gəlib götürməyimi bildirərək Tofiq Rəfiyevin övladları Siz olduğunuzdan onun əmlakları da sizlərin olmalıdır» kimi sözləri ilə başlarının altına yastıq qoymuşdur. Lakin cavabdeh hiylə işlədərək atası ölməmişdən bir neçə il əvvəl atasının ahıl yaşlı və xəstə olmasından və yaddaşsızlığından öz qara niyyətli məqsədləri üçün və məkrli planları üçün sui istifadə edərək 1 saylı Bakı ASAN xidmətin notariat ofisində, xüsusi notarius X10 və onun işçiləri vasitəsilə mübahisəli olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 48/54 saylı binada 137 saylı mənzili xəstə atasının köməksiz vəziyyətindən istifadə edərək digər qanunun yol verdiyi vasitələri önləməklə, pərdələyərək Cavabdeh bağışlanılması ilə bağlı hərəkətlərə qanuni don geyindirərək rəsmiləşdirmişlər. Bu bağışlama barədə cavabdeh nə ona, nə də qardaşı Nazim Rəfıyevə atasının sağlığında ikən heç bir məlumat verməmişdir. Rəhmətlik atası sağlığında ikən sovet təfəkkürlü, işini bilən, övladlarını sevən və daima onlarla əlaqədə olan dəqiq bir insan idi. O, mübahisəli evi öz adından nəinki rəhmətlik anasına, heç onların, yəni oğlan övladlarının adına belə sağlığında ikən keçirməmişdir. Çünki evin böyüyü hər zaman özünü hesab edirdi və onlar da bu cür qəbul etmişlər. Qaldı ki, mübahisəli evi heç bir qohumluq və yaxud doğmalıq əlaqəsi olmayan, bir neçə il nikahda olduğu, onların dəvətləri ilə dayə adı ilə gətirilib, nikaha daxil olmasına razılıq verdiklərı şəxsə, cavabdehlərin məkrli oyunu ilə bağışlama müqaviləsi ilə adına keçirməsi ümumiyyətlə ağla sığan deyil. Atasının ölümündən sonra vəsiyyətnamə ilə bağlı notariat kontoruna müraciət edərək evi adına özgəninkiləşdirmək istədikdə artıq mübahisəli mənzilin atasının adında olmadığı və mübahisəli mənzildə qeydiyyatda olmadıqlarından mənzili bağışlama müqaviləsi ilə cavabdehlər tərəfindən özgəninkiləşdirildiyini öyrəndikdən sonra cavabdehdən mənzillə və digər əmlaklar ilə bağlı niyə bu cür etdiyini və bunun yaxşı nəticələrə vasil olmadığını cavabdehin özünə demək istədikdə Cavabdeh ona bu haqda məlumat belə verməkdən imtina etmiş, telefon zənglərini isə bloklamışdır. Bağışlama haqqında sənədlərin bir hissəsini sonradan xeyli çətinliklərlə əldə etməyə nail olmuşlar. Rəhmətlik atasından bu günə 2009-cu il buraxılış ili olan, ağ mirvari rəngli, «Subaru FORESTER» markalı ** HM *** dövlət qeydiyyat nömrə nişanlı və 2015-ci il buraxılış ili olan ağ mirvari rəngli, «Toyota Prado» markalı ** ZM *** dövlət nömrə nişanlı avtomaşınlar da miras olaraq qalmışdır. Cavabdeh və qohumları həmin əmlaklardan istifadə edir və artıq qonşulardan eşitmişlər ki, həmin əmlakları özgəninkiləşdirmək, satmaq və atalarının adından çıxarmaq üçün yollar axtarır və onu vərəsəlikdən tam məhrum etmək üçün yollar axtarışındadırlar. Bundan başqa atasının vəfatından sonra Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 48/54 saylı binada 137 saylı mənzildə mərhum valideynlərindən qalan 2 ədəd «Samsung» markalı kondinsioner, 2 ədəd Samsung» markalı soyuducu, 2 ədəd boyuk diaqanallı «Samsung» markalı televizor, 1 ədəd orta ölçülü «LG» markalı televizor, 1 ədəd «Bosch» markalı paltaryuyan maşın, 1 ədəd «Bosch» markalı mikrodalğalı soba, 1 ədəd mebelə quraşdırılmış qaz sobası, 1 ədəd elektrik sobası, 1 ədəd nahar masası və 6 ədəd stul, qonaq otağı divanı, qonaq otağı masası və 6 ədəd stulları ilə birlikdə, 1 ədəd qorka, yataq mebeli dəsti, çarpayı, dolab, iki ədəd tumba, trumo, mətbəx mebel dəsti, analarından qalan Çexiya Respublikası istehsalı olan servis və bohemiya xrustalları da cavabdehin istifadəsində qalmışdır. Həmçinin mərhum atasının adına olan bank hesabları cavabdehlər tərəfindən sorğular verilərək axtarılır ki, həmin hesabdakı pulları da ələ keçirtsinlər. Cavabdehlər mentalitet və ata-baba adətənənələrini heçə saymaqla yanaşı, qanunla qorunan bütün konstitusion və prosessual hüquqlarını pozmuşlar. O, artıq cavabdehlərin özbaşınalığını və qanunsuzluqlarını görüb ədaləti məhkəməyə müraciət etməkdə görür. Təəssüflər olsun ki, bəzi məhkəmə hakimləri cavabdehlərin dolayısı vəsatət və manevrlərinə aldanaraq əlehinə heç bir hüquqi qüvvəsi olmayan qərardadlar çıxarıb ata mülkiyyətlərində olmuş evin əldən çıxarılmasına göz yumurlar. O, ümid edir ki, cavabdehlər tərəfindən başlarına gətirilən bu haqsızlıq məhkəmələrin nəzərindən və diqqətindən kənarda qalmaz. Cavabdehlərin qanunsuz əməllərindən o, artıq digər hüquq mühafizə orqanlarına da şikayət ərizələri ilə müraciət edərək ədalətli, obyektiv və qanuni araşdırmanı tələb etmişdir. Atası daima yüksək vəzifələrdə işləmiş və yaxşı qazancı da olmuşdur. Əmlakların əksəriyyəti hətta mərhum anasının sağ olduğu zaman mövcud olan əmlaklarıdır. Cavabdeh atası ilə nikahlarını rəsmiləşdirdikdən sonra atası öz tanışları vasitəsilə onu işə düzəltdirmiş və yalnız bundan sonra cavabdehin aylıq məvacibi hər ay 300 manat olmuşdur. Hətta atasına baxması üçün dayə olaraq hər ay əvvəlcə 350 manat, sonra isə əlavə 500 manat pullar ödəmişlər. Hətta cavabdehin telefon yazışmaları mövcuddur ki, rəhmətlik atasının baş daşının hazırlanması üçün 7000-8000 manat pul göndərsin. Buradan da görünür ki, bu əmlakların alınmasında cavabdehin cüzi gəlirlərindən istifadə edilə bilməzdi. Mərhum atasının adına “Kapital” bankda, “Beynəlxalq” bankda və digər banklarda pul hesabları olmuşdur ki, bu pulların hesabına atası öz iynə-dərmanlarını alır, özünə əmlaklar və avtomaşınlar almış, digər istədiklərini isə o, və qardaşı alaraq gətirmişlər və yaxud yaxın qohumları vasitəsilə atasına çatdırmışlar. Cavabdeh isə atasının tanışlıq əlaqələri vasitəsilə siravi müəllimə kimi işə düzəlmiş, aldığı maaş isə cüzi olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər 1 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu X10 və onun işçiləri vasitəsilə Cavabdeh arasında mübahisəli olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 48/54 saylı binanın 137 saylı mənzili ilə bağlı 28 avqust 2019-cu il tarixdə bağlanmış və 31 avqust 2019-cu il tarixdə rəsmiləşdirilməsi başa çatdırılmış, bu hərəkətlər nəticəsində sonradan mənzilin özgəninkiləşdirilməsinə şərait yaradılmış bağışlanma müqaviləsinin ləğv edilməsi və mərhum valideynlərinə məxsus olan bütün əmlaklarının qaldığı mübahisəli olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 48/54 saylı binanın 137 saylı mənzilinin mərhum atasının adına əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3282/2022 saylı, 30 sentyabr 2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin də cəlb olunduğu “əmlakların miras əmlak hesab edilərək aralarında bölünməsi” tələbinə dair 2(005)- 3282/2022 nömrəli mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin də cəlb olunduğu “əmlakların miras əmlak hesab edilərək aralarında bölünməsi” tələbinə dair 2(005)-2717/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3786/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən Notariat Kontoruna və həmin notariat kontorunun xüsusi notariusu X8 qarşı “bağışlama müqaviləsinin ləğvi və mənzilin əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbinə dair 2(005)-3786/2022 nömrəli mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-2717/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələblərini müdafiə etməklə yanaşı, iddia ərizələrində göstərilən xüsusatları təsdiq edərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda 2(005)-2717/2022 saylı mülki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının hüquqlarını məhdudlaşdıraraq müqavilə bağlamaq adı ilə mərhum atası ilə bağlı cavabdehlərin apardığı notariat hərəkətlərinin qanunsuz hesab edilməsi, 30 noyabr 2021-ci il tarixdə vəfat etmiş atası X3 ölümündən əvvəl 06 aprel 2007-ci il tarixdə adında olan daşınar və daşınmaz əmlaklar və pul məbləğləri ilə bağlı notariat orqanında yazıb rəsmiləşdirdiyi vəsiyyətnaməyə əsasən iddiaçının onun vərəsəsi olaraq adına vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 cavabdehə qarşı irəli sürülmüş iddia tələblərini qəbul etməməklə yanaşı, iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda 2(005)-2717/2022 saylı mülki iş üzrə “mənzildə olan məişət əşyalarına münasibətdə” ərizə təqdim edərək, sözügedən mənzildə yerləşən və cavabdehə qarşı irəli sürülmüş iddia ərizəsində göstərilən əmlakların Cavabdeh cehiz əmlakları olmasını əsas gətirməklə, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər cavabdehlər 1 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən Notariat Kontoru və həmin notariat kontorunun xüsusi notariusu X10 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən Notariat ofisinin xüsusi notariusu Natiq Səmədov məhkəməyə ərizə ilə müraciət edərək, “ASAN xidmət” mərkəzində fasiləsiz iş rejiminin olması səbəbindən məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin edə bilmədiklərini və məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, məhkəmə işə digər cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 219549 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08 noyabr 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsi tərəfindən Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış 07 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş X20 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə 1939-cu il təvəllüdlü X3 adında 15 aprel 2010-cu il tarixdən “Subaru Forester” markalı ** HM *** dövlət qeydiyyat nişanlı və 09 iyul 2015-ci il tarixdən “Toyota Prado” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X5, anası X6. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2ünvan haqqında məlumatın verilməsi” barədə məktubdan görünür ki, ünvan 3, ev 48/54, 137 saylı mənzil 1 saylı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1161 reyestr nömrəli 31 avqust 2019-cu il tarixli bağışlama müqavilsinə əsasən 12 sentyabr 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən Namik Rafievin etibarnamə üzrə nümayəndəsi X7 ünvanlanmış 27 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, ünvan 7ə 06 aprel 2007-ci il tarixdə 2V-01-20 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanılmış və qeyd olunan vəsiyyətnamənin xx.xx.2021-ci il tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarında olan 31 avqust 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X5 ilə Cavabdeh arasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 97.19 kv/m olan, 4 otaqlı mənzilə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 008681 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Rəfiyeva (Abbasova) Xalidə Şəmsəddin qızı arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış və 193 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən məlum olur ki, arayış verilir X4 ondan ötrü ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan məlum olur ki, Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 7ə tərtib edilmiş 06 aprel 2007-ci il tarixli vəsiyytnamənin dublikatından görünür ki, ünvan 6 ünvanında yaşayan X5 aşağıdakılar barədə sərəncam vermişdir: - Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 8 ünvanında yerləşən mənzilini oğluna – İddiaçı Tofik oğluna vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, b. 48/54, 137 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 12 sentyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-si tərəfindən məhkəməyə ünvanlanmış 21 dekabr 2022-ci il tarixli, 49/1179 nömrəli məktubdan görünür ki, təqdim edilən məlumatlar üzrə X3 cari tarixə qalığı 0,00 olan sosial təyinatlı ******************** nömrəli kart hesabı aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" ASC-si tərəfindən məhkəməyə ünvanlanmış 21 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2717/2022 saylı qərardadı ilə əlaqədar bildirilmişdir ki, X5 "xxxx" ASC-nin Mərkəzi filialının müştərisidir və onun adına ******************** saylı ABŞ dolları hesabı mövcudur. Hesabın qalığı 0 ABŞ dolları təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5978/2022 saylı, 25 avqust 2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2717/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2717/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərardadının ləğv olunması və mülki işin iddia tələbinə mahiyyəti üzrə baxılması, yaxud əgər iş məhkəmədə baxılmalı deyilsə, bununla bağlı əsaslandırılmış məhkəmə aktının qəbul olunması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçının anası X9 vəfat etdikdən sonra iddiaçının atası X5 01 aprel 2008-ci il tarixdə Rəfiyeva (Abbasova) Xalidə Şəmsəddin qızı ilə rəsmi nikaha daxil olmuşdur. Atasının birinci nikahdan 03 fevral 1968-ci il təvəllüdlü İddiaçı və X11 adlı iki övladları olmuş, ikinci nikahdan isə övladı olmamışdır. X5 08 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. X5 öldüyü məqamda onun mülkiyyətində ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 97.19 kv/m olan, 4 otaqlı mənzil, eyni zamanda 15 aprel 2010-cu il tarixdən “Subaru Forester” markalı ** HM *** dövlət qeydiyyat nişanlı və 09 iyul 2015-ci il tarixdən “Toyota Prado” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatda olmuş, 06 aprel 2007-ci il tarixdə onun tərəfindən ünvan 7ə vəsiyyətnamə tərtib edilmiş, həmin vəsiyyətnamə ilə T.Rəfiyev harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 8 ünvanında yerləşən mənzilini oğluna – İddiaçı Tofik oğluna vəsiyyət etmişdir. Daha sonra T.Rəfiyev ilə 31 avqust 2019-cu il tarixdə Cavabdeh arasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 97.19 kv/m olan, 4 otaqlı mənzilə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, b. 48/54, 137 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 12 sentyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda iş materiallarında olan "xxxx" ASC-si tərəfindən məhkəməyə ünvanlanmış 21 dekabr 2022-ci il tarixli, 49/1179 nömrəli məktubdan məlum olmuşdur ki, X3 cari tarixə qalığı 0,00 olan sosial təyinatlı ******************** nömrəli kart hesabı aşkar edilməmişdir. Həmçinin "xxxx" ASC-si tərəfindən məhkəməyə ünvanlanmış 21 dekabr 2022-ci il tarixli məktubdan məlum olmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2717/2022 saylı qərardadı ilə əlaqədar X5 "xxxx" ASC-nin Mərkəzi filialının müştərisidir və onun adına ******************** saylı ABŞ dolları hesabı mövcudur, lakin hesabın qalığı 0 ABŞ dolları təşkil etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qərardadları ilə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri bir icraatda birləşdirildiyindən həmin iddia tələblərinin hər birinə ayrıca qiymət verilməlidir. İlkin olaraq İddiaçı cavabdehlər Cavabdeh və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən Notariat Kontoruna və həmin notariat kontorunun xüsusi notariusu X8 qarşı “bağışlama müqaviləsinin ləğvi və mənzilin əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbinə dair iddiasına münasibətdə qeyd edilməlidir ki, X5 ilə Cavabdeh arasında 31 avqust 2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 97.19 kv/m olan, 4 otaqlı mənzilə dair bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilə bilməz, belə ki, həmin hüquq yalnız müqavilə tərəflərinə mənsub olduğundan, eyni zamanda iddiaçı tərəf həmin bağışlama müqaviləsinin onun maraqlarına toxunması və bununla da həmin müqavilənin ləğvinə əsas olan hallarla bağlı sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı bağlanarkən, həmin müqavilənin tərəfi olmadığından, onun qeyd edilən müqavilənin ləğvini tələb etmək hüququ da olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilənin tərəfi olmadığından, onun qeyd edilən müqavilənin ləğvini tələb etməsi əsassızdır. Digər iddia tələbinə münasibətdə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 48/54 saylı binanın 137 saylı mənzilində qalan 2 ədəd “Samsung” markalı soyuducu, 2 ədəd böyük dioqanallı “Samsung” markalı televizor, 1 ədəd orta ölçülü “LG” markalı televizor, 1 ədəd “Bosch” markalı paltaryuyan maşın, 1 ədəd “Bosch” markalı mikrodalğalı soba, 1 ədəd mebelə quraşdırılmış qaz sobası, 1 ədəd elektrik sobası, 1 ədəd nahar masası və 6 ədəd stul, qonaq otağı divanı qonaq otağı masası 6 ədəd stulları ilə birlikdə, 1 ədəd qorka, yataq mebeli, çarpayı, dolab, 2 ədəd tumba, trumo, mətbəx mebel dəsti, anasından qalan Çexiya Respublikası istehsalı olan servis və bohemiya xrustallarının mərhum atasının əmlakları sayılmaqla onunla Cavabdeh arasında bölünməsi tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən əmlakların anasına məxsus olması ilə bağlı iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Avtomobillərə münasibətdə isə iş materialları ilə təsdiq edilmişdir ki, DİNin Baş X20 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə 1939-cu il təvəllüdlü X3 adında 15 aprel 2010-cu il tarixdən “Subaru Forester” markalı ** HM *** dövlət qeydiyyat nişanlı və 09 iyul 2015-ci il tarixdən “Toyota Prado” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş hazırki iş üzrə Cavabdeh nümayəndəsi Vəkil2 Bakı şəhəri 5 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu Elşən İsmayılova ünvanladığı ərizədən görünür ki, sözügedən avtomobillər mərhum X5 ilə Cavabdeh birgə nikahda olduqları dövrdə T.Rəfiyevin adına qeydiyyata alınmışdır. Digər iddiaya münasibətdə, yəni İddiaçı Cavabdeh qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiaya münasibətdə qeyd edilməlidir ki, iddiaçının mərhum atasının vərəsəsi olaraq adına vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etsə də, notariat orqanına müraciət edib-etməməsi, etdiyi təqdirdə bu barədə sübutları və ya həmin orqan tərəfindən həmin mübahisə ilə bağlı imtina cavabının alıb-almaması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu Məcəllənin müddəalarına istinad ediləcək) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Bu Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.(Maddə 1134.1.) Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçının, miras qoyan X5 vərəsəsi olması müəyyən edilməmişdir; bu isə o deməkdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, İddiaçı qanunla müəyyən edilmiş müddətdə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verməmiş, miras əmlakı faktiki surətdə qəbul etməmişlər. X1 08 noyabr 2021-ci ildə vəfat etməsindən və ona məxsus daşınar və daşınmaz əmlakdan xəbərdar olmuşlar; belə olan halda isə iddia tələbi əsaslı hesab oluna bilməz. İşin müəyyən olunmuş hallarına əsaslanaraq məhkəməhesab edir ki, mülki qanunvericiliyə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 6 ay ərzində mirası qəbul edə biləcəyi və miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi halda, notariat kontoruna hər hansı foqrmada müraciəti olmamışdır. Nəzərə alınmalıdır ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Bundan başqa, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata görə vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsind n və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Şərh olunan mülki qanunvericilik müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı X3 birinci növbədən vərəsəsi kimi onun mirasını rəsmi qəbul etmək məqsədilə notariat kontoruna müraciət etmədən vəsiyyət üzrə vərəsə olduğunu iddia edən Cavabdeh qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmamışdır. Başqa sözlə, qanun üzrə vərəsə olan iddiaçı, Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mərhum X3 mirasını qəbul etmək üçün notariat orqanına müraciət etməli, notarius onu vərəsə kimi tanımaqdan, yaxud şahadətnamə verməkdən imtina etdikdə isə bu orqanın hərəkətlərini məhkəmədə mübahisələndirməli idi. Bu baxımdan, hazırkı iddia üzrə cavabdehlər “notariat hərəkətlərinin qanunsuz hesab edilməsi, onun vərəsəsi olaraq adına vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsi” iddiasına cavab verəcək şəxs deyildir və ona qarşı yönələn bu iddia üzrə qəbul ediləcək qərardan asılı olmayaraq iddiaçı, sözügedən miras əmlak üzərində hər hansı hüquq əldə edə bilməz. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Həmçinin nəzərə alınmalıdır ki, yalnız iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası mövcud olarsa iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun müəyyənləşdirilməsi halında irəli sürülən tələbin təmin edilməsi mümkündür. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamalarının sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədi. Belə ki, göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. .İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməmiş, əmlaka sahiblik və ya əmlakı idarə etməmiş, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirmələrinə dair hər hansı bir hərəkət etməmiş, bununla da miras əmlakı qəbul etməmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə vermədiklərindən, əmlaka sahiblik və ya əmlakı idarə etmədilərindən, habelə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmədiklərindən, bununla da miras əmlakı qəbul etmədiklərindən, iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsi, vəsiyyətnaməyə əsasən mərhum atasından miras qalmış bütün əmlakların cavabdehlə onun arasında bölünməsi və bağışlama müqaviləsinin ləğvi və mənzilin əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələblərinə dair iddiaları təmin edilməsin. İddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçı tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-135/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-135/2023
10.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver