Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1353/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X4, Mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinə dair protokolların, bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinə dair protokolların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 26 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş 50/01 nömrəli 21 dekabr 2020-ci il tarixli və 03/01 nömrəli 07 yanvar 2021-ci il tarixli protokolların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2019-cu il tarixli 2(102)-5291/2019 nömrəli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, 2(103)-2206/2019 nömrəli qətnaməsi cərimə borcuna dair hissədə dəyişdirilmiş, cərimə borcu 300 (üç yüz) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmış, yəni 46.527,91 (qırx altı min beş yüz iyirmi yeddi dollar doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 9.486,52 (doqquz min dörd yüz səksən altı dollar əlli iki sent) ABŞ dolları məbləğində faiz borcu, 300 (üç yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 56.314,43 (əlli altı min üç yüz on dörd dollar qırx üç sent) ABŞ dolları, 61 (altmış bir) manat məbləğində məhkəmə xərci İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza xərcinə görə 50 (əlli) manat İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, tutmanın İddiaçı2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 88 nömrəli evin 25 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 (bir yüz on min) manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Əvvəla qeyd edilməlidir ki, uzun çəkən məhkəmə prosesləri və çəkişmələr nəticəsində bank və məhkəmənin müvafiq əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində onların hüquqları kobud şəkildə pozulmuş və saxta sənədlərin heç biri araşdırılmayaraq diqqətdən yayındırılmış və üzdə olan sənədlər əsasında araşdırmalar aparılaraq nəticədə qanunsuz qərarlar qəbul edilmişdir. Bundan başqa bir qanunsuz və haqsız əməl də ondan ibarət olmuşdur ki, məhkəmələr vətəndaş olaraq onların ağırlaşan vəziyyətini nəzərə almaq əvəzinə, maddi vəziyyəti yaxşı olan bankın mənafeyini daha üstün tutaraq pul vəsaitinin tutulmasını təmin etmək üçün girov qoyulmuş əmlaka yönəldilməsi məsələsini həll edərkən əsas girov olan əmlaka deyil, əlavə girov kimi zaminə məxsus mənzilə yönəltmiş və onun ağır olan vəziyyətini daha da ağırlaşdırmışdır. Halbuki, zaminə məxsus olan ev əlavə girov olmaqla ona yönəltmə zamanı həmin mənzilin tək yaşayış evi olmasını, həmin mənzilin məxsus olduğu mülkiyyətçinin 5 (beş) övlad atası olmasını, heç bir yerdə işləməməsini, heç bir gəlirinin olmamasını nəzərə almamış və nəticədə həm qanunsuz, həm də ədalətsiz bir qətnamə qəbul etmişdir. Bundan başqa vacib məqam olaraq onu da qeyd etmək lazımdır ki, onlara heç bir məlumat verilmədən Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin 27 noyabr 2020-ci il tarixli məktubu ilə (həmin məktubu sonradan hərrac mərkəzindən əldə etmişdir) yuxarıdakı qərar icra edilməsi üçün hərrac mərkəzinə göndərilmiş və mənzilin ilkin satış qiyməti isə 110.000 (bir yüz on min) manat məbləğində müəyyən edilmişdir. Daha sonra yenə də onlara nə Bakı şəhəri Xətai İcra və Probasiya Şöbəsi, nə də hərrac mərkəzi tərəfindən heç bir məlumat və bildiriş göndərilmədən və onların xəbəri olmadan “xxxx” Məhdud Məsuliyytli Cəmiyyəti tərəfindən iki dəfə hərrac keçirilmiş və hər iki hərracda mənzil satılmamışdır. Əvvəla qeyd edilməlidir ki, müvafiq bildirişlər göndərilməmişdir, bundan başqa isə bildirişlərdə yalnız İddiaçı1 adı qeyd edilmişdir, yənu guya tək ona göndərilmişdir. Halbuki hərracın keçirilməsi nəzərdə tutulan ev onun özünə, yəni Sultanov Eİşən Sabir oğluna məxsusdur. Bu barədə nəinki ona məlumat verilməmiş, hətta rəsmi qaydada belə buldirişlərdə adı qeyd edilməmişdir. Bütün bu hərəkətlər barəsində onlar 13 yanvar 2021-ci il tarixdə hərrac mərkəzinə şəxsən müraciət edən zaman məlumat almışlar və həmin hərracın bildirişləri və protokollarını 13 yanvar 2021-ci il tarixdə əldə etmişlər. Qeyd etmək lazımdır ki, həmin hərraclar qanunsuz keçirilmiş və bunu faktlar da sübut edir. Belə ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, hərraclar 21 dekabr 2020-ci il tarixdə, bildirişə əsasən isə 14 yanvar 2021-ci il tarixdə keçirilməli imiş, bildiriş isə ən azı “İpoteka haqqından” Azərbaycan Respublikası Qanununa əsasən 20 (iyirmi) gün qabaq göndərilməli idi. Bununla bağlı qeyd edilməlidir ki, ilk hərrac barədə bildiriş 01 dekabr 2020-ci il tarixdə tərtib edilmiş və həmin bildirişdə hərracın keçirilmə vaxtı 25 dekabr 2020-ci il müəyyən edilmişdir. Lakin hərracın keçirilməsi barədə protokoldan görünür ki, hərrac qanunsuz olaraq vaxtından əvvəl, yəni 21 dekabr 2020-ci il tarixdə onların məlumatı və iştirakı olmadan keçirilmişdir. İkinci hərrac barədə bildiriş isə 29 dekabr 2020-ci ildə tərtib edilmiş və hərracın keçirilməsi tarixi 14 yanvar 2021-ci ildə qeyd edilmişdir. Həmçinin, bildirişlərdə qeyd olunmuş tərtib edilmə tarixləri hələ onların həmin vaxt həqiqətən tərtib edilməsi və göndərilməsini təsdiq etmir, belə ki, onlar həmin bildirişlər və protokolları 13 yanvar 2021-ci il tarixdə qəbzlərə imza etməklə əldə etmişlər. Qəbzlər iddia ərizələrinə əlavə edilmişdir. Bunun özü qanunsuz olaraq müddət proseduru gözlənilməmiş və bundan əlavə protokoldan da görünür ki, hərrac yenə də qanunsuz olaraq 07 yanvar 2021-ci il tarixdə onların iştirakları olmadan keçirilmişdir. Ən əsas məqam ondan ibarətdir ki, hazırki pandemiya şəraitində, bütün dövlət orqanlarının məhdud fəaliyyət göstərdiyi, virusun yayılması təhlükəsinin mövcud olduğu şəraitdə, həmçinin həmin bu hərracın keçirilməsinin sərtləşdirilmiş karantin dövrünə təsadüf etməsi və SMS icazə sistemi dövründə bu cür hərəkətlərin edilməsi, ağır olan vəziyyətin daha da ağırlaşdırılması və icazə sistemi və karantin dövründə belə hərracda iştirak etməyin qeyri-mümkün olduğu bir zamanda qanunsuz və əsassız olaraq bankın yüksək vəzifəli şəxslərinin təyziqi altında onların xəbərləri olmadan tələm-tələsik hərracın keçirilərək beş övlad atası və tək yaşayış yeri olan mənzillərinin əlindən alınmasına cəhd edilməsi nəinki qanunsuz, həmçinin ədalətsiz və vicdansız bir yanaşma olmuşdur. Bundan başqa qiymətləndirmə haqqında qərardan da narazı olaraq qeyd edilməlidir ki, mübahisə gedən zaman həmin mənzilin qiyməti 110.000 (bir yüz on min) manat məbləğində göstərilsə də, artıq həmin vaxtdan üç il müddət keçmişdir. Bu üç il müddət ərzində mənzillərin qiymətində yüksəliş olmuşdur. Bundan əlavə bu dövr ərzində o həmin mənzilə küllü miqdarda, yəni 30.000 (otuz min) manatdan çox məbləğdə pul qoyaraq, təmir və əlavə bərpa işləri aparmışdır. Bu şəbədən həmin qiymətlə hazırda razı ola bilməz və yenidən qiymətləndirmə keçirilməli, mənzilin hazırki vəziyyəti və bazar qiyməti nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X6 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzilinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş 50/01 nömrəli 21 dekabr 2020-ci il tarixli və 03/01 nömrəli 07 yanvar 2021-ci il tarixli protokolların, həmçinin həmin hərracın nəticəsi olaraq bağlanmış alqı-satqı müqaviləsinin və həmin mənzilə dair alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 23 aprel 2021-ci il tarixdə eyni tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd edilən əmlaka dair ilkin hərrac 25 dekabr 2020-ci il tarixdə, təkrar hərrac isə 14 yanvar 2021-ci il tarixdə alıcı müraciəti olmadığından baş tutmamışdır. Hərracın baş tutmaması barədə 50/01 və 03/01 nömrəli protokola olan texniki səhvin düzəldilməsi barədə düzəlişlər nəzərə alınaraq, 50/01 nömrəli protokolda qeyd edilmiş 21 dekabr 2020-ci il tarixi 25 dekabr 2020-ci il kimi, 03/01 nömrəli protokolda qeyd edilmiş 07 yanvar 2021-ci il tarixi 14 yanvar 2021-ci il kimi oxunmalıdır. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2, həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X6 hər biri ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasında mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh təşkilatın və üçüncü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli 2(004)-1313/2017 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, İddiaçı1 cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilələrin etibarsız hesab olunması” tələbinə dair ilkin iddia ərizəsi rədd edilmiş, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı1, İddiaçı2 və X2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 46.527,91 (qırx altı min beş yüz iyirmi yeddi dollar doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 9.486,52 (doqquz min dörd yüz səksən altı dollar əlli iki sent) ABŞ dolları məbləğində faiz borcu, 1.000 (bir min) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 57.014,43 (əlli yeddi min on dörd dollar qırx üç sent) ABŞ dolları, 61 (altmış bir) manat məbləğində məhkəmə xərci İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza xərcinə görə 50 (əlli) manat İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, tutmanın İddiaçı2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 88 nömrəli evin 25 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 (bir yüz on min) manat məbləğində müəyyən edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 dekabr 2020-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 110.000 (bir yüz on min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 25 dekabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Bununla bağlı müvafiq elan “Birja yenilikləri” qəzetinin 01-07 dekabr 2020-ci il tarixli 225 nömrəli buraxılışında elan dərc edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş 07 dekabr 2020-ci il tarixdə İddiaçı2 soyadlı şəxs tərəfindən qəbul edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 dekabr 2020-ci il tarixli 50/01 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzilinin hərracı alıcı müraciəti olmadığı üçün baş tutmamış elan edilmiş, növbəti hərrac satış qiymətinin ilkin satış qiymətindən 15% aşağı olmaqla 07 yanvar 2021-ci il tarixdə keçiriləcəyi qərara alınmışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 dekabr 2020-ci il tarixli 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 93.500 (doxsan üç min beş yüz) manat məbləğində (110.000-15%=93.500) açıq auksion formasında təkrar hərracın keçirilməsi 14 yanvar 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş 13 yanvar 2021-ci il tarixdə İddiaçı2 soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Bununla bağlı müvafiq elan “Birja yenilikləri” qəzetinin 29 dekabr 2020ci il tarixli 229 nömrəli buraxılışında elan dərc edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş 30 dekabr 2020-ci il tarixdə İddiaçı2 soyadlı şəxs tərəfindən qəbul edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 yanvar 2021-ci il tarixli 03/01 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzilinin hərracının alıcı müraciəti olmadığı üçün satışının baş tutmamış elan edilməsi qərara alınmışdır; “Birja yenilikləri” qəzetinin 19 yanvar 2021-ci il tarixli 232 nömrəli buraxılışının surətindən və məzmunundan görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin müvafiq bəndlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzilinin 70.125 (yetmiş min bir yüz iyirmi beş) manat qiymətə hərracı baş tutmamışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı1 və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı 19 yanvar 2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, müvafiq icra şöbəsinin 27 noyabr 2020-ci il tarixli 17/74-1521/4k nömrəli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 19 yanvar 2021-ci il tarixli nömrəsində dərc edilmişdir. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 70.125 (yetmiş min bir yüz iyirmi beş) manat olmaqla ipoteka saxlayana təklif olunur. Müvafiq poçt qəbzindən görünür ki, qeyd edilən məktubu Sultanov soyadlı şəxs 22 yanvar 2021-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 09 fevral 2021-ci il tarixli müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 88 nömrəli evin 74 kv.metr ümumi sahəsi olan 25 nömrəli mənzilini 70.125 (yetmiş min bir yüz iyirmi beş) manat dəyərində “xxxx” Qapalı Səhmdar Cəmiyyəti almışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 88 nömrəli evin 74 kv.metr ümumi sahəsi olan 25 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin adına ********** qeydiyyat nömrəsi ilə 17 fevral 2021-ci il tarixdə qeydiyyata alınmışdır; 18 yanvar 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı1 tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beç) faizi məbləğində beh ödəməlidir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi - göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2019-cu il tarixli 2(102)-5291/2019 nömrəli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, 2(103)-2206/2019 nömrəli qətnaməsi cərimə borcuna dair hissədə dəyişdirilmiş, cərimə borcu 300 (üç yüz) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmış, yəni 46.527,91 (qırx altı min beş yüz iyirmi yeddi dollar doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 9.486,52 (doqquz min dörd yüz səksən altı dollar əlli iki sent) ABŞ dolları məbləğində faiz borcu, 300 (üç yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 56.314,43 (əlli altı min üç yüz on dörd dollar qırx üç sent) ABŞ dolları, 61 (altmış bir) manat məbləğində məhkəmə xərci İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza xərcinə görə 50 (əlli) manat İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, tutmanın İddiaçı2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 88 nömrəli evin 25 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 (bir yüz on min) manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 dekabr 2020-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişi ilə qeyd edilən əmlakla bağlı 110.000 (bir yüz on min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 25 dekabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Bununla bağlı müvafiq elan “Birja yenilikləri” qəzetinin 01-07 dekabr 2020-ci il tarixli 225 nömrəli buraxılışında elan dərc edilmişdir, qeyd edilən bildiriş 07 dekabr 2020-ci il tarixdə İddiaçı2 soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 dekabr 2020-ci il tarixli 50/01 nömrəli protokoluna əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzilinin hərracı alıcı müraciəti olmadığı üçün baş tutmamış elan edilmiş, növbəti hərrac satış qiymətinin ilkin satış qiymətindən 15% aşağı olmaqla 07 yanvar 2021-ci il tarixdə keçiriləcəyi qərara alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 dekabr 2020-ci il tarixli 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişi ilə qeyd edilən əmlakla bağlı 93.500 (doxsan üç min beş yüz) manat məbləğində (110.000-15%=93.500) açıq auksion formasında təkrar hərracın keçirilməsi 14 yanvar 2021-ci il tarixə saat 11:00-a təyin edilmiş, qeyd edilən bildiriş 13 yanvar 2021-ci il tarixdə İddiaçı2 soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Bununla bağlı müvafiq elan “Birja yenilikləri” qəzetinin 29 dekabr 2020-ci il tarixli 229 nömrəli buraxılışında elan dərc edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 yanvar 2021-ci il tarixli 03/01 nömrəli protokoluna əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzilinin hərracının alıcı müraciəti olmadığı üçün satışının baş tutmamış elan edilməsi qərara alınmışdır. Habelə, “Birja yenilikləri” qəzetinin 19 yanvar 2021-ci il tarixli 232 nömrəli buraxılışında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin müvafiq bəndlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzilinin 70.125 (yetmiş min bir yüz iyirmi beş) manat qiymətə hərracı baş tutmaması barədə elan verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 yanvar 2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzili ilə bağlı təkrar hərrac baş tutmadığından ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 70.125 (yetmiş min bir yüz iyirmi beş) manat olmaqla ipoteka saxlayana təklif olunmuş və qeyd edilən əmlak həmin dəyərdə ipoteka saxlayan-tələbkar “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınmış, bununla bağlı 17 fevral 2021-ci il tarixdə tələbkar bank tərəfindən müvafiq çıxarış alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzilinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş 50/01 nömrəli 21 dekabr 2020-ci il tarixli və 03/01 nömrəli 07 yanvar 2021-ci il tarixli protokolların, həmçinin həmin hərracın nəticəsi olaraq bağlanmış alqı-satqı müqaviləsinin və həmin mənzilə dair alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişi əmlakın sahibinə göndərməmiş, yalnız İddiaçı1 hərrac təşkilatçısı olan cavabdeh tərəfindən hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmışdır. Lakin buna baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq icra vərəqəsi ilə qeyd edilən əmlak ilkin satış qiyməti 110.000 (bir yüz on min) manat olmaqla hərraca çıxarılmış, birinci hərrac 25 dekabr 2020-ci il tarixinə təyin edilmiş, alıcı olmadığından ikinci hərrac 93.500 (doxsan üç min beş yüz) manat olmaqla 14 yanvar 2021-ci il tarixinə təyin edilmiş, bundan sonra, İddiaçı2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzili yenidən hərraca çıxarılmış, 93.500 (doxsan üç min beş yüz) manat olmaqla 14 yanvar 2021-ci il tarixinə təyin edilmiş, alıcı olmadığına görə 09 fevral 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən 70.125 (yetmiş min bir yüz iyirmi beş) manat qiymətinə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir. Cavabdeh hərrac təşkilatı tərəfindən göndərilmiş 07 dekabr 2020-ci il və 30 dekabr 2020-ci il tarixli qaimələrdə alınma tarixi müvafiq olaraq 13 yanvar 2021-ci il tarixi göstərilmiş, deməli hərracın təyin edildiyi tarixdən müvafiq olaraq 1 gün əvvəl alınmışdır. Beləliklə, mülkiyyətçi şəxsə müvafiq bildirişlərin göndərilməməsi, hərrac bildirişlərinin borclu şəxslərə vaxtında göndərilməməsi, göndərilmiş bildirişlərin alınma tarixlərinin hərracdan bir gün əvvəlki tarixə təsadüf etməsi alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi üçün birbaşa hüquqi əsasdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki dəfə (hərrac və təkrar hərrac) hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Qeyd edilən qərarda həm də qeyd edilmişdir ki, bəzən hərrac təşkilatçısı ipoteka saxlayanın təklifini də hərracın keçirilməsi kimi qiymətləndirərək üçüncü hərracı keçirir. Bundan başqa, müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təcrübədə təsadüf edilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. Qeyd edilən qərarda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı1 və İddiaçı2 hazırkı iddia tələbləri əsaslıdır, iddiaçı şəxslər iddia tələblərini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmişlər, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzilinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə 09 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi və həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17 fevral 2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 88 nömrəli evin 25 nömrəli mənzilinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə 09 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi və çıxarış ləğv edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1353/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1353/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver