Məhkəmə qərarları › İş №2(005)-1354/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1354/2023

18.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1354/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X16 Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Göygül rayonu ərazisində yerləşən JN-075H saylı şəhadətnamə əsasında verilmiş 0,25 ha torpaq sahəsi olan miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, mərhum atası xx.xx.2006-cı il tarixində ünvan 1 ünvanında dünyasını dəyişmiş X5 mülkiyyətində olan Göygöl rayonu ərazisində JN - 075H saylı şəhadətnamə əsasında verilmiş 0.25 ha torpaq sahəsi mövcuddur ki, həmin torpaq sahəsinin hazırda miras əmlak olaraq qəbul etməyi məqsədi ilə, mərhum atasının son qeydiyyat ünvanı üzrə Cavabdehna müraciət etmişdir. Müraciətinə cavab olaraq, cavabdeh A.R. Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad edərək vərəsəlik işinin açılmasına imtina etmişdir. Eyni zamanda qeyd edir ki, mərhum atasının ondan başqa 4 övladı vardır: Abbasov ismayıl Müseyib oğlu, X6, X7, X11. Mərhumun yuxarıda qeyd edilən övladları notarial qaydada ərizələri ilə öz paylarına aid olan miras əmlakın hissəsi barədə heç bir tələb və iddia ilə çıxış etmiyəcəklərini təsdiqləmişlər. Beləliklə, mərhum atasından qalan miras əmlakın varisi olaraq, hesab edir ki, qeyd edilən miras əmlaka dair cavabdeh tərəfindən 1/1 hissədə pay almağına dair vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, mirasın qəbul edilməsi üçün qanunvericilikdə müddət nəzərdə tutulmasından xəbəri olmamışdır. Digər bacı-qardaşları notarial qaydada ərizələri ilə öz paylarına aid olan miras əmlakın hissəsi barədə heç bir tələb və iddia ilə çıxış etməyəcəklərini təsdiqləmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 15 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məktublarla müraciət edərək işin çoxluğunu nəzərə alıb, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri 21 saylı notariat ofisinin notariusu D.Kərimovun 19 yanvar 2023-cü il tarixli, 54 saylı məktubundan görünür ki, 14 may 2006-cı il tarixdə vəfat etmiş atasının adına açılmış vərəsəliyin qəbulu müddətini ötürdüyü, vərəsəliyin qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilməsi İddiaçı izah edilmişdir; Abbasov ismayıl Müseyib oğlunun xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, Abbasov ismayıl Müseyib oğlu xx.xx.2007-ci ildə vəfat etmiş mərhum atası X5 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ondan miras qalmış bütün əmlakın ona çatası hissəsini qəbul etməmişdir, etmir və bu barədə gələcəkdə hər hansı bir iddia qaldırmayacaqdır. X2 xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş mərhum atası X4 vərəsəlik yolu ilə ona çatası payı qəbul etməmişdir və gələcəkdə də bununla bağlı heç bir iddiası olmayacaqdır. X3 xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, X4 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmişdir və həmin əmlaka dair heç bir iddiası yoxdur. X8 xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, X5 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ondan miras qalmış bütün əmlakın ona çatası hissəsini qəbul etməmişdir, etmir və bu barədə gələcəkdə hər hansı bir iddia qaldırmayacaqdır. AZ-İ seriyalı, 184598 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 14 may 2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 409 nömrə ilə qeyd edilmişdir; - AZ-İİİ seriyalı, 543567 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1974-cü il tarixdə doğulmuşdur, atası X10, anası X1r; Torpağın mülkiyyətə verilməsinə dair JN-075H saylı şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə 0.25 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2006-cı il tarixində dünyasını dəyişmiş X5 mülkiyyətində olan Göygöl rayonu ərazisində JN - 075H saylı şəhadətnamə əsasında verilmiş 0.25 ha torpaq sahəsi miras qalmışdır. Mərhumun qanun üzrə birinci növbəli vərəsəsi hazırkı iddiaçı şəhəri 21 saylı notariat kontoruna müraciət edərək mərhum atasından qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür, müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X5 14 may 2006-cı il tarixdə ölməsi ilə ona məxsus topaq sahəsi onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan oğlu İddiaçı tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, mərhum hazırkı iddiaçı ilə birlikdə yaşamış, mərhumun dəfn və yas mərasimləri iddiaçı tərəfindən həyata keçirilmişdir. Buna görə iddiaçının mirası qəbul etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır. Lakin iddiaçı hüquqi savadının olmaması ilə əlaqədar mirası rəsmi qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, müvafiq notariat ofisinə qanunla nəzərdə tutulmuş müddətdə müraciət etməmişdir. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum atasının 14 may 2006-cı il tarixdə vəfatından sonrakı mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirərkən ondan asılı olmayan üzrlü səbəblərdən müddəti ötürmüşdür, onun miras əmlakı faktiki olaraq qəbul etməsi müəyyən edildiyindən, mirasın qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı 14 may 2006-cı il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 14 may 2006-cı il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar