Məhkəmə qərarları › İş №2(005)-1360/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1360/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1360/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı Ləğv prosesində olan “DəmirBank” X16 ləğvedicisi X3 nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “DəmirBank” X16 ləğvedicisi X3 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X7 və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “cavabdeh hərrac mərkəzi tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “DəmirBank” X16 ləğvedicisi X5 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X7 və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “cavabdeh hərrac mərkəzi tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X9 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan “DəmirBank” X16 ləğvedicisi X5 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8796/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən cavabdehlər Maraqlı şəxs və X2 cəmi 4.685,45 (dörd min altı yüz səksən beş dollar qırx beş sent) ABŞ dolları və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq iddiaçı “DəmirBank” X16 xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh Maraqlı şəxs məxsus olan girov qoyulmuş qızılzinət əşyalarına, o cümlədən çəkisi 15 qram olan 1 ədəd saata, çəkisi 17,8 qram olan 1 ədəd dəstə, çəkisi 11 qram olan 2 ədəd üzüyə, çəkisi 6,20 qram olan 1 cüt sırğaya, çəkisi 8,60 qram olan 1 ədəd “onluq” pula yönəldilməsi və həmin zinət əşyaları ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracdan satılaraq tələb edilən borcun iddiaçı “DəmirBank” X16 xeyrinə ödənilməsi müəyyən edilmişdir. İcra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlakın ilkin satış qiyməti 2.000 (iki min) manat olmaqla “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X7 hərracın keçirilməsi həvalə edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X9 tərəfindən keçirilmiş hərracda xx xxxxxx 2018-ci il tarixli, 09/05 nömrəli hərrac təşkilatının açıq hərracın nəticələri haqqında protokola əsasən qızıl zinət əşyaları 2.000 (iki min) manata qalib alıcı X1. Lakin qalib alıcı X17 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə yəni hərrac qurtardıqdan sonra 7 (yeddi) ay sonra qızıl zinət əşyalarının dəyəri ödənilmişdir. Bu baxımdan, keçirilmiş hərrac ipoteka haqqında qanunun tələblərinə zidd olaraq keçirildiyindən hərracın nəticələri etibarsız hesab edilməklə ləğv edilməlidir. Göründüyü kimi, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X9 ipoteka haqqında qanunun müvafiq tələblərinə riayət etmədən hərrac keçirmişdir. Belə ki, qalib alıcı qızıl zinət əşyalarının alış qiymətini 7 (yeddi) təqvim günü ərzində ödəməmişdir. Məhkəmə tərəfindən X18 cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan “DəmirBank” X16 ləğvedicisi X3 nümayəndəsi X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X7 və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs və X14 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X6 nümayəndəsi və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X6 Maraqlı şəxs, X4, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə və “Dəmirbank” X19 ünvanladığı xx xxxxxx 2017-ci il tarixli məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8796/16 nömrəli, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinə və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin 17/68014251/10 nömrəli xx xxxxxx 2017-ci il tarixli sifariş məktubuna əsasən qızıl zinət əşyalarının ilkin satış qiyməti 2.000 (iki min manat olmaqla mövcud qanunvericiliyə əsasən xx xxxxxx 2017-ci il tarixdə “Birja yenilikləri” qəzetində elanı çıxmış və xx xxxxxx 2018-ci il tarixə, saat 11:00-da hərracı təyin olunmuşdur; “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2017-ci il-xx xxxxxx 2018-ci il tarixli 96 nömrəli buraxılışının surətindən görünür ki, Maraqlı şəxs məxsus 583 əyarlı çəkisi 15 qram olan 1 ədəd saat, çəkisi 17,8 qram olan 1 ədəd komplekt, çəkisi 11 qram olan 2 ədəd üzük, çəkisi 6,20 qram olan 1 cüt sırğa, çəkisi 8,60 qram olan 1 ədəd “onluq” pul ilə bağlı keçirilən hərrac xx xxxxxx 2018-ci il tarixə, saat 11:00-da təyin olunmuşdur; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X6 Hərracın təşkilatının açıq hərracın nəticələri haqqında xx xxxxxx 2018-ci il tarixli 09/05 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, Maraqlı şəxs məxsus 583 əyarlı çəkisi 15 qram olan 1 ədəd saat, çəkisi 17,8 qram olan 1 ədəd komplekt, çəkisi 11 qram olan 2 ədəd üzük, çəkisi 6,20 qram olan 1 cüt sırğa, çəkisi 8,60 qram olan 1 ədəd “onluq” pul 2.000 (iki min) manat qiymətə qalib alıcı X17 tərəfindən alınmışdır; xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X9 tərəfindən 2.000 (iki min) manat məbləğində pul vəsaiti Ləğv prosesində olan “DəmirBank” X16 hesabına köçürülmüşdür; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X6 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-14251/10 nömrəli, xx xxxxxx 2017-cı il tarixli sifariş məktubuna əsasən xx xxxxxx 2018-ci tarixində hərrac təyin olunaraq Maraqlı şəxs məxsus 1 ədəd 583 əyarlı çəkisi 15,0 qram olan saat, 1 ədəd 583 əyarlı çəkisi 17,8 qram olan komplekt, 2 ədəd 583 əyarlı çəkisi 11,0 qram olan üzük, 1 cüt 583 əyarlı çəkisi 6,20 qram olan sırğa, 1 ədəd 900 əyarlı çəkisi 8,60 qram olan onluq pul X1. Qeyd olunan qızıl-zinət əşyalarının dəyəri 09/05 nömrəli, xx xxxxxx 2018-ci il tarixində verilmiş protokola əsasən vaxtında həyata keçirilmiş, lakin Ləğv prosesində olan “DəmirBank” X16 depozit hesabının rekvizitləri gec əldə olunduğundan əmlakın dəyəri xx xxxxxx 2018-ci tarixində depozit hesabına ödənilmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan “DəmirBank” X21 müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.7-ci maddəsinə əsasən hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 (yeddi) təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır; 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1.hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2.hərracın iştirakçısı olmadıqda; 43.1.3.hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4.hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 (üç) təqvim günü gec olmayaraq dərc etdirilir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8796/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən cavabdehlər Maraqlı şəxs və X2 cəmi 4.685,45 (dörd min altı yüz səksən beş dollar qırx beş sent) ABŞ dolları və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq iddiaçı “DəmirBank” X16 xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh Maraqlı şəxs məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına, o cümlədən çəkisi 15 qram olan 1 ədəd saata, çəkisi 17,8 qram olan 1 ədəd dəstə, çəkisi 11 qram olan 2 ədəd üzüyə, çəkisi 6,20 qram olan 1 cüt sırğaya, çəkisi 8,60 qram olan 1 ədəd “onluq” pula yönəldilməsi və həmin zinət əşyaları ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracdan satılaraq tələb edilən borcun iddiaçı “DəmirBank” X16 xeyrinə ödənilməsi müəyyən edilmişdir. İcra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlakın ilkin satış qiyməti 2.000 (iki min) manat olmaqla “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X7 hərracın keçirilməsi həvalə edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X9 tərəfindən keçirilmiş hərracda xx xxxxxx 2018-ci il tarixli, 09/05 nömrəli hərrac təşkilatının açıq hərracın nəticələri haqqında protokola əsasən qızıl zinət əşyaları 2.000 (iki min) manata qalib alıcı X1. Qalib alıcı X17 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə, yəni hərrac qurtardıqdan sonra 7 (yeddi) aya yaxın bir müddət keçdikdən sonra qızıl zinət əşyalarının dəyəri ödənilmişdir. İddiaçı Ləğv prosesində olan “DəmirBank” X16 ləğvedicisi X5 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.7-ci və 43.1-ci maddələrinə istinad edərək hesab edir ki, keçirilmiş hərrac ipoteka haqqında qanunun müvafiq tələblərinə zidd olaraq keçirildiyindən hərracın nəticələri ləğv edilməlidir. Göründüyü kimi, iddiaçı Ləğv prosesində olan “DəmirBank” X16 qeyd edilən vaxt hüquqları pozulmuş və cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X9 tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.7-ci və 43.1-ci maddələrinin tələbləri pozulmuşdur. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin müvafiq tələbləri cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X9 tərəfindən pozulsa da, keçirilmiş hərracın nəticələrinə dair ödənilmiş pul vəsaiti sonradan iddiaçı Ləğv prosesində olan “DəmirBank” X16 hesabına köçürülmüş və bununla da hüquqları pozulmuş şəxsin hüquqları sonradan bərpa edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı Ləğv prosesində olan “DəmirBank” X21 hüquqlarının pozulduğu vaxt deyil, məhz keçirilmiş müvafiq hərracın nəticəsi olaraq ödənilmiş pul vəsaitinin onların hesabına köçürüldüyü vaxtdan bir il yarımdan çox müddət keçdikdən sonra məhkəməyə qeyd edilən tələblə müraciət etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki,iddiaçı Ləğv prosesində olan “DəmirBank” X16 ləğvedicisi X3 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X7 və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “cavabdeh hərrac mərkəzi tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Ləğv prosesində olan “DəmirBank” X21 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan “DəmirBank” X16 ləğvedicisi X3 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X7 və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “cavabdeh hərrac mərkəzi tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar