Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1379/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə qarşı “müavinətin, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə qarşı “müavinətin, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrlərə görə ona ödənilməmiş 2000 manat məbləğində müavinətin, hazırki tarixədək ona ödənilməli olan 1300 manat məbləğində əmək haqqının və ona vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehndə elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixində Mərkəzi Klinikanın poliklinikasına müraciət etmiş və xx.xx.2020-ci il tarixinədək əsəbləri ilə əlaqədar ambulator qaydada müalicə almışdır. Bununla bağlı olaraq müvafiq xəstəlik vərəqəsini Trestə təqdim etmişdir. Buna baxmayaraq, Trestin rəhbərliyi müxtəlif bəhanələr gətirərək ona həmin dövrə görə ödənişin həyata keçirilməsini təmin etməmişdir. Bundan əlavə, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı xəstəlik vərəqəsini Trestə təqdim etmişdir. Buna baxmayaraq, hazırki tarixədək həmin dövrə görə ona heç bir ödəniş həyata keçirilməmişdir. Ümumiyyətlə, 2020-ci ilin dekabr ayına görə ona əmək haqqı da ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddia tələbinə yazılı etiraz təqdim etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "X7” trestinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Mərkəzi Klinikanın poliklinikasına müraciət edərək xx.xx.2020-ci il tarixədək əsəblərilə ələqədar olaraq ambulator qaydada müalicə almış və bu barədə xəstəlik vərəqəsini Trestə təqdim etmiş, lakin ödəniş həyata keçirilməmişdir. Bundan əlavə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yenidən xəstəlik vərəqəsi Trestə təqdim etmiş, yenidən ödəniş həyata keçirilməmişdir. İddiaçı bildirmişdir ki, ümumiyyətlə 2020-ci ilin dekabr ayına görə ona əmək haqqı ödənilməmişdir. Hesab edirik ki, İddiaçı iddiası əsassız olduğundan aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, “X7" trestinin Logistika bölümünün Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək xəstə olması ilə bağlı 825812 və 840064 nömrəli iki xəstəlik vərəqəsi təqdim etmişdir. Qanunvericiliyə uyğun olaraq sənədləşmə aparılaraq xx.xx.2020-ci il tarixli, 09 nömrəli protokolla ("Protokor arayışa əlavə olunur) rəsmiləşdirilərək ilk 14 gün müəssisə tərəfindən ödənilmişdir, 14 gündən artıq hissəsi isə DSMF-nin X4 vasitəsi ilə ödənişə verilmişdir. 840064 nömrəli xəstəlik vərəqəsində xəstəliyin mənşəyi nə vaxtsa alınmış zədənin fəsadı ilə bağlı olduğu göstərildiyi üçün DSMF İddiaçı izahatını tələb etmişdir. İddiaçı izahatını yazmışdır, lakin DSMF bu izahatı qənaətbəxş hesab etməmişdir (“İzahat" arayışa əlavə olunur-2 vərəqdə). İddiaçı trestə dəvət olunaraq xəstəlik vərəqəsi ilə bağlı izahatını yazması təklif edilmişdir. Lakin, Bədəlov məqsədli şəkildə imtina etmişdir. Bu səbəbdən də köhnə izahatı yenidən sistemə yerləşdirilmişdir və proses bir neçə dəfə təkrarlanmışdır. Nəticə olaraq vəziyyətdən çıxış kimi DSMF-nin tələbinə uyğun olaraq xx.xx.2021-ci il tarixində Trestin komissiyası tərəfindən akt ("Akt” arayışa əlavə olunur-1 vərəqdə) tərtib edilərək DSMF-yə təqdim edilmişdir və qeyd edilən xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixində DSMF tərəfindən ödənişə göndərilmişdir (EHP çıxarış əlavə olunur-1 vərəqdə). İddiaçı müvafiq və məqsədəuyğun olmayan izahatlar verməklə dövlət sosial sığorta haqları hesabına ödəniş zamanı özü çaşqınlıq yaratmışdır. Bundan əlavə, İddiaçı xx.xx.2020 ci il tarixindən xx.xx.2020-ci il tarixinədək xəstə olması barədə 916134 nömrəli xəstəlik vərəqəsi təqdim etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Bədəlov xəstə olması barədə xətti rəhbərinə məlumat verməmiş, xəstəlik vərəqəsini bölümdə qeydiyyata aldırmamış, saxtakarlıq edərək xətti heyətin rəhbərinin yerinə öz imzasını çəkərək ödəniş məqsədilə trestə təqdim etmişdir. Bu araşdırmalar zaman aparmış və nəticədə trestin komissiyasının xx.xx.2021-ci il tarixli, 01 nömrəli protokolu (“Protokol arayışa əlavə olunur- 3 vərəqdə) ilə rəsmiləşdirilərək ilk 14 gün müəssisə tərəfindən ödənilmiş,14 gündən artıq hissəsi isə ödəniş üçün DSMF-yə göndərilmişdir. Qeyd edirlər ki, DSMF ilə bütün yazışmalar X4 üzərindən elektron qaydada aparılmışdır. Məlumat üçün bildirilir ki, Bədəlovun bu saxtakarlığı müəyyən edildikdən sonra “X7" Trestinin Logistika bölümünün rəis müavini Z.Alisultanov SOCAR**********30340381X00041 nömrəli, xx.xx.2020-ci il tarixli xidməti yazı ilə Trest rəhbərliyinə müraciət edərək bildirmişdir ki, R. Bədəlov xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar təqdim etdiyi xəstəlik vərəqəsinə qeyri-qanuni olaraq sahə rəisinin yerinə imza edərək X5 söbəsinə təqdim etmişdir. İddiaçı qeyri qanuni hərəkəti aşkar edildikdən sonra ona izahat verilməsi təklif edilmiş, lakin o izahat verməkdən imtina etmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Gələcəkdə belə halların baş verməməsi və müəssisədaxili intizam qaydalarının pozulmasının qarşısını almaq məqsədilə Trestin Logistika bölümünün rəis müavini Z.Alisultanov İddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir. Bununla da “KQİ” trestinin Logistika bölümünün Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən töhmət verilmişdir. Sənədin saxtalaşdırılması ilə iddiaçı sosial sığorta haqqları hesabına edilməli olan ödənişində özü çaşqınlıq yaratmışdır. "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 6-cı bəndinə əsasən, Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Hər iki əmək qabiliyyətinin itirilməsi vərəqələri üzrə ödənişlər Trest tərəfindən tam olaraq ödənilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək haqqı dövrü xx.xx.2021-xx.xx.2021-ci il tarixləri olan Haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı cəmi ödəniləcək məbləğ 2562,33 manat, cəmi tutulmalar 2164,68 manat ödəniləcək məbləğ 397,65 manat təşkil edir. Əmək haqqı dövrü xx.xx.2020-xx.xx.2020-ci il tarixləri olan Haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı cəmi ödəniləcək məbləğ 1414,80 manat, cəmi tutulmalar 1831,17 manat, ödəniləcək məbləğ 416,37 manat təşkil edir. Əmək haqqı dövrü xx.xx.2020-xx.xx.2020-ci il tarixləri olan Haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı cəmi ödəniləcək məbləğ 979,79 manat, cəmi tutulmalar 426,49 manat ödəniləcək məbləğ 553,30 manat təşkil edir. Əmək haqqı dövrü xx.xx.2020-xx.xx.2020-ci il tarixləri olan Haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı cəmi ödəniləcək məbləğ 1373 manat, cəmi tutulmalar 1020,58 manat, ödəniləcək məbləğ 352,42 manat təşkil edir. xx.xx.2020-ci il tarixli İddiaçı izahatından görünür ki, Mən iki il bundan qabaq müraciət etmişəm bölüm rəisinə peşəkarlığın verilməsinə məndən başqa hamıya verib peşəkarlığı, deyir ki dayısı olanlara verilir. İşimdə işləməsi üçün kompyüterin təmirini demişəm bir ildi təmirə gedib iki kompyuter seximizdən hələ də düzəlmir. Kompyuterlə işləməsi üçün bir bir otaqları gəzirəm kimdə boşdu işimi işləyim, outlokun, internetin, telefonuma vəsait qoyulmasını demişəm bölüm rəisimə verilmir. İşdə içməli su barədə hər dəfə dedikcə sonra verilir, geyim barədə deyəndən sonra verilir. (ayaqqabı,kurtka,kaska ) 2014 cü ildə bölümə gəlmişəm kaskanı 2-3 ildən sonra verilib ola ola dayım yoxdu ona görə, bunları istəmək üçün bölüm rəisinə deyilməlidi bu haqsızlıqları görüb əsəblərim korlanır. Bölümə şənlik biletləri gələndə gedirsən götürməyə K.Q.İ.T.-nin həmkarının kürəkəni Anar Sadıqov baxır, adamı ələ salır get hələ indi vermirəm sonra gələrsən kefi nə vaxt istəyir o vaxt verir sözdə demək olmur vlastı veriblər ona. xx.xx.2020 vaxta xəstələnmişəm zəng edib sex rəisimə və iqtisadçı Anar Sadıqova demişəm qəsdlə xx.xx.2020 vaxta Təşkilatı Boş dayanma yazıb. Sex rəisimin sənədlərində xəstə yazılıb. Anar nə istəyir edir qaynatası Əhmədaga və Hikmət müəlimlər durub. xx.xx.2020 xəstə olmuşam Anarın hərəkətinə görə məndən hələ də idarə borc tutur bulletendə ola ola necə T.B. yazmağ olar. İki uşağım var biri Autizm xəstəsidi, Aliment ödəyirəm, kirayədə qalıram, ailəliyəm, ailəmi necə dolandırım bilmirəm bu ayda pul almamışam. Bülletinin pulunu 40 günə 27 gün hesablanıb baş mühasib Vüqar Əlizadə deyir ki şənbə-bazar hesablanmır, get kimə istəyirsən şikayət et. Mənim hüquqlarım taptalanır. Buna görə də yuxarı rəhbərlərə deyirəm ölcü götürülmür. Bu şeylər olduqca yığılır əsəblərim korlanır sonra da xx.xx.2020-xx.xx.2020 müalicə qəbul etdim əsəblərimə görə. Travmam da 7 il bundan qabaq olub xx.xx.2013-ci ildə işdən çıxıb evə gedəndə qəzaya düşmüşdüm. Sağlamlığım yaxşı idi bunlar qəsdlə əsəblərimi qıcıqlandırırlar. SOCAR Cavabdeh xx.xx.2021-ci il tarixli “İntizam tənbehinin verilməsi barədə” əmrinin təsdiqlənmiş surətindən görünür ki, “X7" Trestinin Logistika bölümünün rəis müavini Z.Alisultanov SOCAR**********30340381X00041 nömrəli, xx.xx.2020-ci il tarixli xidməti yazı ilə Trest rəhbərliyinə müraciət edərək bildirmişdir ki, həmin bölümün Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar təqdim etdiyi xəstəlik vərəqəsinə qeyri-qanuni olaraq sahə rəisinin yerinə imza edərək X5 söbəsinə təqdim etmişdir. İddiaçı qeyri-qanuni hərəkəti aşkar edildikdən sonra ona izahat verilməsi təklif edilmiş, lakin o izahat verməkdən imtina etmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Gələcəkdə belə halların baş verməməsi və müəssisədaxili intizam qaydalarının pozulmasının qarşısını almaq məqsədilə Trestin Logistika bölümünün rəis müavini Z.Alisultanov İddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, gələcəkdə belə halların baş verməməsi, əmək və müəssisədaxili intizam qaydalarının tələblərinə əməl edilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin təlebləriıi rəhbər tutaraq, əmr edirəm: "KQİ" trestinin Logistika bölümünün Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən töhmət verilsin. “KQr trestinin Logistika bölümünün rəis müavini Z.Alisultanova tapşırılsın ki, İddiaçı bu əmrlə tanış etsin. Hazırkı əmrin bütün bölümlərdə və buruqlarda müzakirə olunması təmin edilsin və bir daha belə hallara yol verilməməsi üçün müvafiq tədbirlər görülsün. Əmrin icrasına nəzarət İstehsalat üzrə müdir müavini S.Allahverdiyevə həvalə edilsin; xx.xx.2020-ci il tarixli Logistika bölümünün rəisinin Cavabdeh baş mühəndisinə ünvanlanmış xidməti yazının təsdiqlənmiş surətindən görünür ki, nəzərinizə çatdırırıq ki, Elektrik avadanlıqlarına xidmət sahəsinin mexaniki İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan xəstəlik vərəqəsində qeyri-qanuni olaraq sahə rəisinin yerinə saxta imza edərək “KQİ’ trestinin İnsan Resursları söbəsinə təqdim edərək ödənişə verilməsinə cəhd etmişdir. Belə ki, İddiaçı sahə rəisi tərəfindən bölümə dəvət olunaraq etdiyi hərəkət ilə bağlı izahat verməsi bildirilmiş, lakin izahat verməkdən imtina etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq kobud şəkildə intizam və qanun pozuntusu etdiyini nəzərə alaraq EAX sahəsinin mexaniki X6 barəsində ciddi intizam tədbirinin görülməsinə köməklik etməyinizi sizdən xahiş edirik; xx.xx.2020-ci il tarixli Cavabdeh baş mühəndisinə ünvanlanmış xidməti yazının təsdiqlənmiş surətindən görünür ki, Yazıb nəzərinizə çatdırıram ki, Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan xəstəlik vərəqəsində qeyri-qanuni olaraq sahə rəisinin İmzası olan yerdə saxta imza edərək "KQİ" trestinin İnsan Resursları şöbəsinə təqdim etmişdir. Bu hərəkətinə görə izahatının alınması üçün tərəfimdən Logistika bölümünə çağınlmış, lakin saymamazlıq edib gəlməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq EAXS-nin böyük mexaniki İddiaçı etdiyi hərəkətə görə ölçü götürməyinizi xahiş edirəm. xx.xx.2020-ci il tarixli aktın təsdiqlənmiş surətindən görünür ki, Biz aşağıda imza edənlər: “KQİ” trestirin Logistika bölümünün baş energetiki Niftalıyev Rauf, TGX-nin rəis müavini Əliyev Rəşad, EAXS-in rəisi Əliyev Fikrət, ƏM və TT üzrə böyük mühəndis jpov Rəşad və böyük mühəndis Sadıqov Anar bu aktı tərtib edirik ondan ötrü ki, EAXS-in böyük çaniki İddiaçı xx.xx.2020-ci il tarxdən xx.xx.2020-ci il tarixədək olan xəstəlik vərəqəsində qeyri-qanuni olaraq sahə rəisinin yerinə saxta imza edərək “KQİ" trestinin İnsan Resursları şöbəsinə təqdim etmişdir. Bu hərəkətinə görə izahatının alınması üçün tərəfimizdən Logistika bölümünə çağırılmış, lakin saymamazlıq edib gəlməmişdir. SN 00006 Seriyalı, 916134 nömrəli İddiaçı Əmək qabiliyyətinin olmamasına dair vərəqənin surətindən görünür ki, görmə sinirinin atrofiyası diaqnozu ilə xx xxxxxx 2020-ci il tarixindən işdən azad edilir, işə başlamalı xəstəlik davam edir.; xx.xx.2021-ci il tarixli Xəstəlik vərəqələrinin ödənilməsi haqqında 1 saylı protokolun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 916134 və 938883 nömrəli xəstəlik vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə "X7" trestinə daxil olan bütün xəstəlik vərəqələri komissiya tərəfindən qanunvericiyə uyğun olaraq araşdırılmış və ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi qarara alınmışdır; xx.xx.2020-ci il tarixli Xəstəlik vərəqələrinin ödənilməsi haqqında 09 saylı protokolun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 840064 və 825812 nömrəli xəstəlik vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə "X7" trestinə daxil olan bütün xəstəlik vərəqələri komissiya tərəfindən qanunvericiyə uyğun olaraq araşdırılmış və ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi qarara alınmışdır; "X7" trestinin LB işçisinin xəstəlik vərəqəsinin araşdırılması haqqında xx.xx.2021-ci il tarixli Aktın təsdiqlənmiş surətindən görünür ki, biz, aşağıda imza edənlər “Kompeks qazma işləri” trestinin Əməyin mühafizəsi üzrə müdir müavini N.Əhmədov, İqtisadiyyat və uçot departamentinin rəis müavini A.Mirzəyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Ə.Əzizov, insan resursları şöbəsinin rəisi S.İsmayılov, Personal və əmək haqqı şöbəsinin rəisi M.Ağalarov, Sosial şöbənin rəis müavini T.Əliyev, və Sənaye-sanitariya laboratoriyasının müdiri Ə.Fiqarov bu aktı ona görə tərtib edirik ki, SOCAR Cavabdeh Logistika bölümünün Elektrik avadanlıqlarına xidmət sahəsində böyük mexanik vəzifəsində çalışan İddiaçı 840064 saylı “Kəllə sinirlərinin travması. Mədəciklərinin şuntlanmasından sonra kəllədaxili hipertenziya” diaqnozlu xəstəlik vərəqəsi ilə əlaqədar araşdırılma aparıldı. Məlum oldu ki, işçi 2013-cü ildə qeyri-iş saatlarında iş yerindən kənar xəsarət almışdır, istehsalat zədələnməsi kimi qeydə alınmamışdır və xəsarət faktı ilə bağlı heç bir sənədləşmə işi aparılmamışdır. Haqq-hesab cədvəllərinə baxışın elektron qaydada əldə edilmiş surətindən görünür ki, xəstəlik vərəqəsi xx.xx.2021-ci ildə göndərilmiş, xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixdə ödənişə göndərilmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin l bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək hüququ vardır. 74-cü maddəsinin qeyd hissəsinə əsasən, Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə əlillik dərəcəsi və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, əmək haqqı dövrü xx.xx.2020-xx.xx.2020-ci il tarixləri olan Haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı cəmi ödəniləcək məbləğ 979,79 manat, cəmi tutulmalar 426,49 manat ödəniləcək məbləğ 553,30 manat təşkil edir. Əmək haqqı dövrü xx.xx.2020-xx.xx.2020-ci il tarixləri olan Haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı cəmi ödəniləcək məbləğ 1373 manat, cəmi tutulmalar 1020,58 manat, ödəniləcək məbləğ 352,42 manat təşkil edir. Əmək haqqı dövrü xx.xx.2021-xx.xx.2021-ci il tarixləri olan Haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı cəmi ödəniləcək məbləğ 2562,33 manat, cəmi tutulmalar 2164,68 manat ödəniləcək məbləğ 397,65 manat təşkil edir. Əmək haqqı dövrü xx.xx.2020-xx.xx.2020-ci il tarixləri olan Haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı cəmi ödəniləcək məbləğ 1414,80 manat, cəmi tutulmalar 1831,17 manat, ödəniləcək məbləğ 416,37 manat təşkil edir. xx.xx.2020-ci il tarixdə İddiaçı izahat yazmışdır. SOCAR Cavabdeh xx.xx.2021-ci il tarixli “İntizam tənbehinin verilməsi barədə” əmrinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı qeyri-qanuni hərəkəti aşkar edildikdən sonra ona izahat verilməsi təklif edilmiş, lakin o izahat verməkdən imtina etmişdir. Bununla bağlı akt tərtib edilmişdir. "KQİ" trestinin Logistika bölümünün Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. xx.xx.2020-ci il tarixli Logistika bölümünün rəisinin Cavabdeh baş mühəndisinə ünvanlanmış xidməti yazının təsdiqlənmiş surətindən görünür ki, EAX sahəsinin mexaniki X6 barəsində ciddi intizam tədbirinin görülməsinə köməklik edilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixli Cavabdeh baş mühəndisinə ünvanlanmış xidməti yazının təsdiqlənmiş surətindən görünür ki, EAXS-nin böyük mexaniki İddiaçı etdiyi hərəkətə görə ölçü götürülməsi xahiş olunmuşdur. SN 00006 Seriyalı, 916134 nömrəli İddiaçı Əmək qabiliyyətinin olmamasına dair vərəqənin surətindən görünür ki, görmə sinirinin atrofiyası diaqnozu ilə xx xxxxxx 2020-ci il tarixindən işdən azad edilir, işə başlamalı xəstəlik davam edir. xx.xx.2021-ci il tarixli Xəstəlik vərəqələrinin ödənilməsi haqqında 1 saylı protokolun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 916134 və 938883 nömrəli xəstəlik vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə "X7" trestinə daxil olan bütün xəstəlik vərəqələri komissiya tərəfindən qanunvericiyə uyğun olaraq araşdırılmış və ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi qarara alınmışdır; xx.xx.2020-ci il tarixli Xəstəlik vərəqələrinin ödənilməsi haqqında 09 saylı protokolun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 840064 və 825812 nömrəli xəstəlik vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə "X7" trestinə daxil olan bütün xəstəlik vərəqələri komissiya tərəfindən qanunvericiyə uyğun olaraq araşdırılmış və ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi qarara alınmışdır; "X7" trestinin LB işçisinin xəstəlik vərəqəsinin araşdırılması haqqında xx.xx.2021-ci il tarixli Aktın təsdiqlənmiş surətindən görünür ki, işçi 2013-cü ildə qeyri-iş saatlarında iş yerindən kənar xəsarət almışdır, istehsalat zədələnməsi kimi qeydə alınmamışdır və xəsarət faktı ilə bağlı heç bir sənədləşmə işi aparılmamışdır. Haqq-hesab cədvəllərinə baxışın elektron qaydada əldə edilmiş surətindən görünür ki, xəstəlik vərəqəsi xx.xx.2021-ci ildə göndərilmiş, xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixdə ödənişə göndərilmişdir. Hazırda iddiaçı iddia edir ki, xx.xx.2020-ci il tarixdə Mərkəzi Klinikanın poliklinikasına müraciət edərək xx.xx.2020-ci il tarixədək əsəblərilə ələqədar olaraq ambulator qaydada müalicə almış və bu barədə xəstəlik vərəqəsini Trestə təqdim etmiş, lakin ödəniş həyata keçirilməmişdir. Bundan əlavə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yenidən xəstəlik vərəqəsi Trestə təqdim etmiş, yenidən ödəniş həyata keçirilməmişdir. İddiaçı bildirir ki, 2020-ci ilin dekabr ayına görə ona əmək haqqı ödənilməmişdir. Bununla yanaşı mənəvi zərərə də məruz qalmışdır. Cavabdeh iddia tələbini qəbul etmir, iddiaya yazılı etiraz təqdim edərək, cavabdeh trestin iddiaçıya hər hansı əmək haqqı borcunun olmadığını, dekabr ayında xəstəliyə görə məzuniyyətdə olması səbəbindən iddiaçıya əmək haqqının hesablanmadığını, lakin iddiaçıya hər iki əmək qabiliyyətinin itirilməsi vərəqələri üzrə ödənişlərin Trest tərəfindən tam olaraq ödənildiyini bildirir. Məhkəmə dekabr ayı üçün əmək haqqının ödənilməməsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirmişdir. Həmin müddət üçün iddiaçıya "X7" trestinin 9 nömrəli protokolu ilə xəstəliyə görə müavinətin ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi qarara alınmış və ilk 14 gün müəssisə tərəfindən ödənilmiş,14 gündən artıq hissəsi isə ödəniş üçün DSMF-yə göndərilmişdir. Bundan başqa iş materiallarında olan Haqq-hesab vərəqələrindən göründüyü kimi, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilmişdir. Məhkəmə iddia tələbinin “əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrlərə görə ona ödənilməmiş 2000 manat məbləğində müavinətin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanununun: 1-ci maddəsinə əsasən, Sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 6-cı maddəsinə əsasən, Sosial sığorta hadisəsi baş verdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 1.1-ci bəndinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 6-cı bəndinə əsasən, sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. 7-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər. 8-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir. Mülki işin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020ci il tarixinədək xəstə olması ilə bağlı 825812 və 840064 nömrəli iki xəstəlik vərəqəsi təqdim etmişdir.(xəstəlik vərəqələri məhkəməyə təqdim edilməmişdir, lakin həmin vərəqələrin mövcudluğu işin mübahisəsiz halıdır) Mülki iş üzrə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyinin mənşəyi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı İddiaçı izahatını tələb etmişdir. İddiaçı izahatını yazmışdır, lakin Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı bu izahatı qənaətbəxş hesab etməmişdir. İddiaçı xəstəlik vərəqəsi ilə bağlı izahatı yazması təklif edilsə də o, bundan imtina etmişdir. Nəticə olaraq xx.xx.2021-ci il tarixində Trestin komissiyası tərəfindən akt tərtib edilərək DSMF-yə təqdim edilmişdir və qeyd edilən xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixində DSMF tərəfindən ödənişə göndərilmişdir. (Qeyd olunan hallara dair müvafiq sübutlar mülki iş materiallarına əlavə olunmuşdur). Bununla yanaşı mülki iş materiallarından aydın olur ki, yuxarıda qeyd olunan xəstəlik vərəqəsindən əlavə, İddiaçı xx.xx.2020 ci il tarixindən xx.xx.2020-ci il tarixinədək xəstə olması barədə 916134 nömrəli xəstəlik vərəqəsi təqdim etmişdir. Həmin xəstəlik vərəqəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, SOCAR Cavabdeh xx.xx.2021-ci il tarixli “İntizam tənbehinin verilməsi barədə” əmrinin təsdiqlənmiş surətindən görünür ki, “X7" Trestinin Logistika bölümünün rəis müavini Z.Alisultanov SOCAR**********30340381X00041 nömrəli, xx.xx.2020-ci il tarixli xidməti yazı ilə Trest rəhbərliyinə müraciət edərək bildirmişdir ki, həmin bölümün Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar təqdim etdiyi xəstəlik vərəqəsinə qeyri-qanuni olaraq sahə rəisinin yerinə imza edərək X5 söbəsinə təqdim etmişdir. İddiaçı qeyri-qanuni hərəkəti aşkar edildikdən sonra ona izahat verilməsi təklif edilmiş, lakin o izahat verməkdən imtina etmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Gələcəkdə belə halların baş verməməsi və müəssisədaxili intizam qaydalarının pozulmasının qarşısını almaq məqsədilə Trestin Logistika bölümünün rəis müavini Z.Alisultanov İddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq, gələcəkdə belə halların baş verməməsi, əmək və müəssisədaxili intizam qaydalarının tələblərinə əməl edilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərini rəhbər tutaraq, "KQİ" trestinin Logistika bölümünün Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən töhmət verilmişdir. Bu səbəbdən də iddiaçının özü tərəfindən yaradılmış maneələr nəticəsində müavinətin ödənilməsində gecikmə baş vermişdir. Bununla belə İddiaçı 916134 nömrəli xəstəlik vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ilk 14 gün müəssisə tərəfindən ödənilmiş,14 gündən artıq hissəsi isə ödəniş üçün DSMF-yə göndərilmişdir. (xx.xx.2021-ci il tarixli Xəstəlik vərəqələrinin ödənilməsi haqqında 1 saylı protokol) Bundan başqa, məhkəmə İddiaçı iddia ərizəsində vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması ilə bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilir: “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” x xxxxxx 2008ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” İddiaçı məhkəmə araşdırması zamanı bununla bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi iddiaçıya vurulmuş 10.000 manat mənəvi ziyanın tutulması hissəsində də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə qarşı “müavinətin, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə qarşı “müavinətin, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1379/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1379/2021
10.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver