Məhkəmə qərarları › İş №2(005)-1392/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1392/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1392/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMCyə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMCyə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin ‘‘ipoteka saxlayanın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinin “V” tikilisini əldə edilməsi üzrə hərracın yekunları barədə protokolumun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli İcra vərəqəsinə əsasən QSC “Bank Standart” KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı Kredit müqaviləsinə əsasən yaranmış 94 873,33 manat əsas, 35172,77 manat məbləğində faiz borcu olmaqla, cəmi 144046,10 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin 20 manat hissəsi cavabdeh İddiaçı tutularaq iddiaçı QSC “Bank Standart" KB-nin hesabına ödənilməsi, tələbin kredit öhdəliklərinin yerinə yetirilməsinin təminatı kimi tərəflər arasında bağlanılmış xx.xx.2007-ci il tarixli İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi 26 saylı fərdi yaşayış evinin 72 kv.v yaşayış, 175.4 kv.m ümumi sahəsi olan, 4 otaqlı “V” tikilisinə yönəldilməsi, həmin yaşayış sahəsinin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində QSC “Bank Standart” KB-ya ödənilməsi, satışdan əldə edilmiş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin İddiaçı verilməsi, ipotekaya qoyulmuş tikilisinin açıq hərracda satıldıqda, həmin evi ən geci 1 ay ərzində boşaldılaraq, İddiaçı həmin evdən çıxaırılması müəyyən edilmişdir. Hazırki icra vərəqəsinin və Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin 111-12356/13 saylı, xx.xx.2016cı il tarixli sifariş məktubuna əsasən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti’' MMC-nin xx.xx.2016-cı il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatına əsasən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinin “V” tikilisinin tələb-təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 227000 manat məbləğində müəyyən edilmişdir. Buna müvafiq olaraq hərrac təşkilatçısı kimi "xxxx" MMC tərəfindən əvvəlcə xx.xx.2016-cı il tarixində birinci hərrac barədə 01/3463 saylı Bildiriş göndərilmiş və bildirişdə hərracın keçirilmə vaxtı kimi xx.xx.2016-cı il saat 11:00, keçirilmə yeri olaraq Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A), 1933 məh, 1 mərtəbə, hərracın forması kimi açıq auksion, əmlakın ilkin satış qiyməti kimi isə 227000 manat göstərilmişdir. Daha sonra "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixində yenidən birinci hərrac barədə 01/3618 nömrəli, 01/2 saylı Bildiriş göndərilmişdir. Bildirişdə hərracın keçirilmə vaxtı kimi 31 oktyabr 2016-cı il saat 11:00 göstərilmişdir. Daha sonra "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixində yenidən ikinci hərrac barədə 01/4061 nömrəli, 02/2 saylı Bildiriş göndərilmişdir. Bildirişdə hərracın keçirilmə vaxtı kimi xx.xx.2016-cı il saat 11:00 göstərilmişdir. İkinci hərracın baş tutmaması əsas gətirilərək ipoteka predmeti ipoteka saxlayan kimi "xxxx" QSC-yə təklif edilmiş və buna müvafiq olaraq ipoteka saxlayan həmin daşınmaz əmlakı 144712,50 manata əldə etmiş və buna dair tərəflər arasında hərracın yekunlarına dair protokol imzalanmışdır. Hərrac təşkilatı tərəfindən göndərilmiş xx.xx.2016-cı il tarixli 01/3463, xx.xx.2016-cı il tarixli 01/3618 və xx.xx.2016-cı il tarixli 01/4061 saylı bildirişlər müvafiq olaraq xx.xx.2017-ci il tarixdə və xx.xx.2017-ci il tarixində Sabunçu rayon İcra Şöbəsinə daxil olmuşdur. Hərrac təşkilatı tərəfindən isə həmin protokol yalnız xx.xx.2017-ci il tarixində rəsmi olaraq qeydə alınmışdır. Halbuki 01 Yanvar tarixi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən qeyri-iş günüdür. Belə olan təqdirdə həmin protokolun xx.xx.2017-ci il tarixdə hansı formada və nə əsasla qeydə alınması qeyri-müəyyəndir. Əlavə olaraq hərracın keçirilmə yeri və vaxtı barədə İddiaçı ümumiyyətlə məlumatlandırılmamış və hazırda buna dair heç bir sübut mövcud deyildir. Bildirişlərin vaxtında və lazımı qaydada təqdim edilməməsi həmin bildirişlərin Sabunçu rayon İcra Şöbəsinə 7 ay sonra, yəni xx.xx.2017-ci il tarixində təqdim edilməsi ilə də sübut olunur. Hərrac təşkilatı tərəfindən göndərilmiş xx.xx.2016-cı il tarixli 01/3463, xx.xx.2016-cı il tarixli 01/3618 və xx.xx.2016-cı il tarixli 01/4061 saylı bildirişlərin hər biri Sabunçu rayon İcra Şöbəsinə xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərində daxil olmuşdur. Həmin bildirişlərdən xx.xx.2016-cı il tarixli 01/3463 saylı bildiriş xx.xx.2017-ci il tarixində 5371 saylı qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixli 01/3618 saylı bildiriş xx.xx.2017-ci il tarixində 5621 saylı qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixli 01/4061 saylı bildiriş xx.xx.2017-ci il tarixində 5613 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd edilən hallar özü bir daha sübut edir ki, faktiki olaraq həmin bildirişlər formal olaraq tərtib edilmiş, əslində aidiyyəti üzrə və vaxtında göndərilməmişdir. Nəticədə bildirişlərin göndərilməsi və buna dair elanların verilməsi ilə bağlı qanunvericliyin tələbləri hərrac təşkilatı tərəfindən pozulmuşdur. Birinci hərrac xx.xx.2016-cı il tarixində keçirilmiş və buna dair bildiriş yalnız xx.xx.2016-cı il tarixində tərtib edilməklə tərəflər təqdim edilmişdir. Bu zaman hərrac təşkilatı iki halda qaydanı pozmuş olur. Qeyd edilən pozuntular onunla xarakterizə olunur ki, hərrac təşkilatı tərəfindən birinci hərracla bağlı iki dəfə elan verilmiş, həmin elanlardan birincisinin etibarlı olmaması halında ikinci elanın verilməsi ilə bağlı həmin nəzərdə tutulmuş 20 günlük müddət, həm də hərrac təşkilatı tərəfindən icra məmuru tərəfindən sifarişin alındığı tarixindən sonraki 5 iş günü müddətində edilməli olan hərəkətlərlə bağlı nəzərdə tutulmuş müddətlər pozulmuşdur. İcra məmuru tərəfindən sifariş xx.xx.2016-cı il tarixində 2986- 12356/13 saylı məktubla olmuşdur ki, belə olan halda qanunvericliklə nəzərdə tutulmuş 5 iş günü müddəti hərrac təşkilatı tərəfindən ötürülmüşdür. Digər tərəfdən nəzərə alınması zəruridir ki, hərracın keçirilməsi vaxtı və yeri barəsində hərrac təşkilatı tərəfindən ilkin hərracla bağlı iki dəfə bildiriş tərtib edilmişdir ki, həmin bildirişlərin hansı səbəbdən iki dəfə tərtib edilməsi qeyri-müəyyəndir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iddiaçının nümayəndə və vəkilinin izahatını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Respublika Xammal və X1 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2016-cı il tarixli 01/3463 nömrəli məktubu əsasında 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2016-cı il tarixdə, saat 11:00-da keçiriləcək hərrac zamanı Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933 məh (İ mərtəbədə) mənzilin ilkin satış qiyməti 227000 manat müəyyən olunmuşdur. Bildiriş İddiaçı Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 45, mənzil 39 ünvanına göndərilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X1 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2016-cı il tarixli 01/3618 nömrəli məktubu əsasında 01/2 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2016-cı il tarixdə, saat 11:00-da keçiriləcək hərrac zamanı Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933 məh (İ mərtəbədə) mənzilin ilkin satış qiyməti 227000 manat müəyyən olunmuşdur. Bildiriş İddiaçı Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 45, mənzil 39 ünvanına göndərilmişdir. 02/2 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2016-cı il tarixdə, saat 11:00-da keçiriləcək hərrac zamanı Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933 məh (İ mərtəbədə) mənzilin ilkin satış qiyməti 227000 manatdan 15% azaldılaraq 192850 manat müəyyən olunmuşdur. Bildiriş İddiaçı Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 45, mənzil 39 ünvanına göndərilmişdir. Səbail Rayon Məhkəməsinin İcra vərəqəsinin surətindən görünür ki, İddiaçı ünvanı ünvan 2ətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı qeydiyyatı və yaşayış yeri Səbail Rayon Məhkəməsinin İcra vərəqəsinin surətində Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 45, mənzil 39 qeyd edilmişdir. Bu səbəbdən açıq hərracın keçirilməsinə dair bildirşlər bildirilişlər qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya həmin ünvana göndərilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuşdur. Qeyd edilənlərə görə hərrac qanunvericilikdə nəzərdə tutulan qaydaya uyğun olaraq keçirilmişdir. Eyni zamanda hərracın keçrilməsi vaxtı barədə iddiaçıya poçt vasitəsi ilə məlumat verilmişdir. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə tərəfindən tətqiq olunmuş sübutlardan göründüyü kimi iddiaçının ünvanı icra vərəqəsində ünvan 3r. Hərracla bağlı bildirilişlər də qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya həmin ünvana göndərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin iddiaçı yaşayış ünvanı olan haqlı olmuşdur. Hərracla bağlı bildirişlər bu ünvana cavabdeh tərəfindən bu ünvana göndərilmişdir. İddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (iddiaçı tərəfindəın imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin bildirişin qeyd edilən ünvan üzrə göndərilməsi iddiaçının yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMCyə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar