Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-140/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X4 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Mamedov Akifin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən məhəllə daxili ictimai yolda eni 3 metr, uzunluğu 13 metr, ümumi sahəsi 39 kv.m olan əlavə özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi - ünvan 1 ünvanda 1976-cı ildən yaşayır. Qonşusu Cavabdeh ünvan 1 ünvanında yaşayır. Cavabdeh faktiki olaraq küçənin ümumi istifadədə olan hissəsini zəbt etmiş, nəticədə gediş-gəliş yolu tutulmuş, iddiaçının evinə giriş hissəsi əhəmiyyətli dərəcədə çətinləşmişdir, belə ki, o, sonradan məhəllə daxili yolda eni 3 metr, uzunluğu 13 metr, ümumi sahəsi 39 kv.m olan əlavə özbaşına tikili aparmışdır. İddiaçı bildirir ki, həmin dar döngədə yüksək təzyiqli magistral qaz borusu keçir, qaz paylayıcı qurğu iddiaçının həyətinə giriş hisəssində yerləşdirilmişdir. Cavabdehin özbaşına olaraq küçədə tikinti inşaat işləri aparmasına iddiaçı dəfələrlə irad tutmuş, müvafiq aidiyyəti qurumlara yazılı formada rəsmi şikayət etmişdir. Belə ki, xırda ehtiyatsızlıq ən ağır nəticələrə gətirib çıxara bilər. Həmin qaz paylayıcı qurğu iddiaçının evinin girəcəyində olduğundan oraya nəinki yanğınsöndürmə texnikası, hətta 2 nəfər yanğınsöndürmə əməkdaşı fəaliyyət göstərə bilməz. İddiaçı bildirir ki, bütün bunlar ailəsini daim qorxu və stress içərisində saxlayır, ailəsi 4 nəfərdən ibarətdir, özü ürək xəstəsidir. İddiaçı qeyd edir ki, yaşadığı ərazi Hökümət Bağının («İqamətgahın») böyründədir, onların evləri ondan dar bir döngə ayırır. İddiaçının çoxsaylı şikayətlərindən sonra Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin AR Fövqəladə Hallar Nazirliyinin DYNX-nin 3-cü ərazi X3 İdarəsinin əməkdaşları həmin yerdə baxış keçirmiş, nəticədə cavabdeh haqqında xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin Nərimanov rayon 35 saylı MKİS-nin mühəndisi barəsində də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə həmin qurum xx.xx.2022-ci il tarixli məktubla Bakı Regional Qaz İstismarı Departamentinin rəhbərliyinə və Nərimanov rayon İcra Hakimiyyətinə rəsmi məktub göndərmiş, həmin məsələnin nəzarətdə saxlanıldığı bildirilmişdir. Nərimanov rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli 71-13 saylı məktubla iddiaçıya həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ - izah edilmişdir. O, hesab edir ki, ailəsinin və ümumiyyətlə həmin ərazidə yaşayan qonşuların təhlükəsizliyini təmin etmək məqsədilə cavabdeh tərəfindən özbaşına tikilmiş tikili təcili sökülməlidir. Əks təqdirdə, gələcəkdə faicəvi hadisələrin baş verməsi qaçılmazdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsassız olduğunu qeyd edərək, məhkəmə çıxışlarında bildirdi ki, birincisi, İddiaçı sözügedən iddia tələbini qaldırmaq üçün subyektiv hüququ təsdiq edilmir. Belə ki, iddiaçı özünəməxsus olduğunu iddia etdiyi torpaq sahəsinə və yaşayış sahəsinə dair mülkiyyət, istifadə və ya sahiblik hüquqlarını təsdiq edən bütün sənədləri məhkəməyə təqdim elməli və hüququnu təsdiq etməli olduğu halda, bunu etməmişdir. Onun həqiqətən də sözügedən torpaq və yaşayış sahəsinə hansı hüququ olduğu məlum deyil. Hesab edirəm ki, ilk öncə, onun yaşayış sahəsinə dair hüquqları müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edildiyi kimi, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ: müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun olaraq ilk növbədə İddiaçı öz yaşayış sahəsinə dair hüquqi mövqeyi, yəni mülkiyyət hüququnun və ya digər hüquqlarının mövcud olub-olmaması müəyyən edilməlidir. Lakin iddiaçı öz yaşayış sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının özünün tikdirdiyi yaşayış sahəsi tikinti norma və qavdalatna zidd şəkildə tikilən və qanunsuz olaraq dövlət torpağının zəbt edilməsi nəticəsində ələ keçirilmiş torpaqda olan özbaşına tikilidir. Odur ki, onun subyektiv hüququ təsdiq edilmir. Bundan əlavə, o özü sözügedən ünvanda evinin qarşısında və ümumi istifadədə olan yolda qanunsuz tikili tikməklə başqa şəxslərə heç bir sənəd olmadan onu satmışdır. Onun yaşadığı evə girişi məhdudlaşdıran ilk öncə onun özünün qanunsuz olaraq tikdirdiyi yaşayış sahəsidir. Əgər iddiaçı yaşayış sahəsinin giriş hissəsinin dar olmağından şikayət edirsə, ilk öncə özünün tikdirdiyi yaşayış sahəsini sökməlidir. Odur ki, iddiaçının iddia tələbində göstərdiyi digər yaşayış sahəsinin sökülməsinə dair iddia qaldırması tamamilə absurddur. Ümumiyyətlə, daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair " 25 oktyabr 2010-cu il tarixli Qərarı). Lakin iddiaçının hüquqları rəsmilşdirilməmiş, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının həmin yaşayış sahəsinə dair nə mülkiyyət, nə də istifadə hüquqları qeydə alınmamışdır. İddiaçının özünün tikdirdiyi yaşayış sahəsi qanunsuz tikilidir və heç bir sənədi mövcud deyildir. Bu faktın nəzərə alınmasını xahiş edir. İkincisi, iddiaçı iddia tələbini diizgiiıı olmayan cavabdehə qarşı qaldırmışdır. Belə ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən hər iki yaşayış sahəsi cavabdehin həyat yoldaşı Akif Məmmədova məxsusdur. İş materiallarında olan Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 35 saylı MKİS-nin verdiyi xx.xx.2022-ci il tarixli arayışına əsasən, cavabdeh tikilidə 1983-cü il tarixdən bugünədək ailəsi ilə birlikdə yaşayır. Hər iki tikili 1980-1983-cü illərdə tikilmişdir. Bugünədək cavabdeh və onun həyat yoldaşı bir tikilidə, onun qızı ailəsi ilə birlikdə isə ikinci tikilidə yaşayır, ordan istifadə edirlər. Məsələ burasındadır ki, iddiaçının sökülməsini tələb etdiyi tikili tamamilə başqa bir tikilidir və onun Cavabdeh qızma birbaşa aidiyyəti yoxdur. Sözügedən tikilini cavabdeh tikdirməmiş, həmin tikilidə heç vaxt yaşamamış və istifadə etməmişdir. Cavabdeh bu gün də həmin ünvanda, lakin tamamilə fərqli yaşayış sahəsində yaşayır. İddiaçının sökülməsini tələb etdiyi tikilidə isə başqa şəxslər uzun müddətdir ki, yaşayırlar və istifadə edirlər. Odur ki, iddia tələbi həmin tikilidə yaşayan şəxslərə qarşı qaldırılmalı idi. Göründüyü kimi, iddia tələbi düzgün tərtib edilməmiş, qaldırılan iddia tələbinin cavabdehə heç bir aidiyyəti yoxdur. Odur ki, iddia tələbi mümkünsüz hesab edilməlidir. Üçüncüsü, iddianın mahiyyəti və məzmunu tamamilə absurddur. İlk öncə, qeyd edir ki, İddiaçı, konkret olaraq hansı tikilinin sökülməsini tələb etdiyini iddiada göstərə bilməmişdir. Həmin tikili barədə nə iddiada, nə də məhkəməyə təqdim edilmiş sənədlərdə dəqiq heç bir məlumat mövcud deyil. Tikilinin ölçüləri ilə bağlı iddiada qeyd etdiklərini isə təsdiq edən heç bir sənəd, sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının tikilinin ölçülərini hardan götürdüyü, necə müəyyən etdiyi məlum deyil. Göründüyü kimi, iddianın predmeti qeyri-müəyyəndir. Digər tərəfdən, iddiaçı tikilinin onun öz yaşayış sahəsindən istifadəsinə necə maneçilik törətdiyini də izah edə bilməmişdir. İddiaçının gətirdiyi yeganə səbəb yüksək təzyiqli magistral qaz borusunun və qaz paylayıcısının onun həyətinə giriş hissədə yerləşdirilməsi olmuşdur. Halbuki qaz xəttinin tikiliyə heç bir aidiyyəti yoxdur. İlk öncə qeyd edir ki, həmin qaz borusu magistral qaz borusu deyil, yaşayış sahələrinə çəkilən kiçik ölçülü borudur. Həmin qaz borusu və qaz paylayıcı qurğu yaşayış sahələrinin tikilməsindən xeyli sonra, tamamilə başqa şəxsin yaşayş sahəsinin divarı boyu çəkilmişdir. Həmçinin qaz borusu üzbəüz yaşayış sahəsindən keçdiyi halda, qaz paylayıcı qurğu küçənin tamamilə əks tərəfindədir. Həmçinin, həmin qaz borusu və qaz paylayıcı qurğunun çəkilməsinin cavabdehə heç bir aidiyyəti yoxdur. Onu cavabdeh çəkdirməmiş, onun yaşayış sahəsindən keçmir. Əgər iddiaçı narazıdırsa, həyatı təhlükədə olduğunu iddia edirsə bununla əlaqədar “Azəriqaz” İB-yə və ya digər dövlət orqanlarına müraciət etməli, imtina aldığı təqdirdə həmin orqanlara qarşı məhkəmədə inzibati qaydada iddia qaldırmalı və ya qaz borusunun keçdiyi yaşayış sahəsinin sahibinə qarşı mülki qaydada iddia qaldırmalı idi. Lakin bugünədək onun tərəfindən heç bir dövlət orqanına şikayət edilməmiş, iddia qaldırılmamışdır. Hazırki iddia ilə qaz borusunun yerləşdirilməsi səbəbindən yaşayış sahəsinin sökülməsini tələb etməsi tamamilə absurddur. Çünki sökülmə qaz borusu ilə əlaqədar təhlükəni aradan qaldırmayacaqdır. Digər tərəfdən, qaz borusu və qaz paylayıcı qurğu nə iddiaçının, nə də cavabdehin yaşayış sahələrinin ərazisindən, evlərinin divarından keçmir, qaz xətti üzbəüz yaşayış evinin divarı boyu yerləşdirilmişdir, qaz paylayıcı qurğu isə küçənin sonunda, tamamilə başqa ərazidə yerləşdirilmişdir. Əgər iddiaçı qorxursa və qaz xəttinin çəkilməsinə narazılıq edirsə, öz şikayətini müvafiq orqana və ya divarından qaz xətti çəkilən qonşuya qarşı qaldırmalı idi. Cavabdehin bu məsələ ilə əlaqəsi yoxdur. Odur ki, iddiaçının iddiasının düzgün tərtib edilməməsi, məzmunun dəqiq müəyyən edilməməsi, hansı tikilidən söhbətin getdiyi müəyyən edilməməsi səbəbindən hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia mümkünsüz hesab edilməlidir. Dördüncüsü, məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Lakin ekspert iş üçün zəruri sualları cavablandırmamışdır. Belə ki, ekspert rəyində götərilmişdir ki, metal konstruksiyalı tikilinin diametri 159 ırım-lik orta təzyiqli qaz xəttinin mühafizə zonasına düşür. Həmin qaz xəttinin ölçüsü 159 deyil 130 mm-dir. Ekspert tərəfindən yanlışlığa yol verilmişdir. Həmçinin ekspert rəyi ilə təsdiq edilir ki, “Azəriqaz'* İB tərəfindən tamamilə qanunsuz olaraq həınin ərazidən qaz borusu çəkilmiş və qaz paylayıcı qurğu yerləşdirilmişdir. Təhlükəli mühafizə zonası “Azəriqaz" İB əməkdaşlarının təqsiri ucbatından qanunsuz olaraq salınmışdır. Bunda cavabdehin heç bir təqsiri yoxdur. Digər tərəfdən, ekspert iddiaçının sökülməsini tələb etdiyi metal konstruksiyalı tikilinin tikilmə müddətini müəyyən edə bilməmişdir. Bununla bağlı məlumat verir ki, mühafizə zonası yaşayış sahələri tikildikdən xeyli müddət sonra tamamilə qanunsuz olaraq salınmışdır. Yaşayış sahələri 1970-1980-ci illərdə tikildiyi halda, mühafizə zonası 2014-cü ildə salınmışdır. Göründüyü kimi, yaşayış sahələri 40 ildən artıq bir müddətdə mövcuddur. Lakin mühafizə zonası bir neçə ildir ki, salınmışdır. Bu səbəbdən yaşayış sahələrinin sökülməsi qüvvədə olan qanunvericiliyə əsasən tamamilə ziddir. Qanun pozuntusunu cavabdeh deyil, “Azəriqaz” İB əməkdaşla etmişlər. Bundan əlavə, qaz xətti qonşu ərazidən və qonşu divardan keçir. Əgər təhlükə olacaqsa, bütün yaşayış sahələri, o cümlədən iddiaçının özünün yaşayış sahəsi təhlükədə olacaqdır. Sözügedən tikilinin sökülməsi mövcud problemi aradan qaldırmır. Əgər iddiaçının şikayəti varsa, ərazisindən qaz xətti keçən qonşuya qarşı və ya "Azəriqaz” İB-yə qarşı iddia qaldırmalıdır. Hazırki iş üzrə iddianın cavabdehə qarşı qaldırılmasının heç bir əsası mövcud deyildir. Odur ki, hesab edir ki, ekspert rəyi iş üçün zəruri halları əks etdirmədiyinə görə iddianı təsdiq etmir, işin mahiyyəti üzrə baxılmasında əhəmiyyət kəsb etmir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Mamedov Akif iddia tələbini qəbul etmədiyini, iddianın əsassız olduğunu bildirib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, ekspert rəyini tədqiq edərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birkiyinin xx.xx.2022-ci il tarixli, 35/319 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır və mənzil ona məxsusdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birkiyinin xx.xx.2022-ci il tarixli, 38/340 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayır və mənzil ona məxsusdur. İş materiallarında olan Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli, 71-13 saylı məktubdan məlum olur ki, yerində baxış zamanı X2 tərəfindən son dövrlərdə torpaq sahəsinin zəbt olunması və tikinti işlərinin aparılması müşahidə olunmamışdır. İş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 İdarəsi tərəfindən İddiaçı ünvanlanan 28 fevral 2022-ci il tarixli, 37/H-00030 nömrəli məktubdan məlum olur ki, ünvan 5 ünvanında yaşayan Cavabdeh tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırma sənədləri təqdim olunmadan məhəllə daxili yolda eni 3 metr, uzunluğu 13 metr, ümumi sahəsi 39 kvadrat metr olan 1 mərtəbəli fərdi yaşayış evi inşa edildiyi və İddiaçı məxsus fərdi yaşayış evinin üzərindən orta təzyiqli qaz xətti çəkildiyi müəyyən olunmuşdur. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov Rayonu Mənzil- Kommunal Təsərrüfat Birliyi 35 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və özbaşına tikili olan evdə xx.xx.1983-cü ildən bu günə kimi ailəsi ilə birlikdə qeydiyyatdadırlar və hal-hazırda orada yaşayırlar. İş materiallarında olan Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanan məktubdan müəyyən olunur ki, ünvan 7erləşən Cavabdeh məxsus tikilinin qarşısından keçən Azərbaycan Respublikası Prezident Aparatının Təmir Tikinti İdarəsinə məxsus D159mm-lik yerüstü, orta təzyiqli qaz xətti (işçi təzyiq 0.07Atm) ilə tikili arasındakı məsafə L=2.2 metrdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/3166 saylı ekspert rəyinin nəticəsinə əsasən, Məmməd Araz (keçmiş T.Əliyev) küçəsində məhəllə daxili yolda eni 2.7 metr, uzunluğu 13.32 metr, ümumi sahəsi 36.0 kvadrat metr olan 1 mərtəbəli yaşayış kimi istifadə olunan metal konstruksiyalı tikili ilə diametri 159 mm-lik orta təzyiqli qaz xətti arasındakı məsafənin 2.34 metr olduğu və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında“ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli № 103 nömrəli qərarının 5 № li əlavəsinə əsasən orta təzyiqli (0,05-dən 3-ə qədər (kqq/sm2)) yerüstü qaz kəmərlərindən yaşayış və ictimai binalara qədər olan işıq məsafəsinin 5 metr təşkil etdiyini nəzərə aldıqda, Cavabdeh istifadəsində olan eni 2.7 metr, uzunluğu 13.32 metr, ümumi sahəsi 36.0 kvadrat metr olan metal konstruksiyalı tikilinin diametri 159 mm-lik yerüstü orta təzyiqli qaz xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Tikililərin inşa edilməsinin hansı tarixə aid olub-olmamağını müəyyən etmək üçün hər hansı metodikanın olmadığı səbəbindən bir mərtəbəli yaşayış kimi istifadə olunan metal konstruksiyalı tikilinin quraşdırılmasının hansı tarixə təsadüf edibetməməsinin müəyyən edilməsi üzrə tədqiqat aparılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanda 1976cı ildən yaşayır. ünvan 8 MKİS-in xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və özbaşına tikili olan evdə xx.xx.1983-cü ildən bu günə kimi ailəsi ilə birlikdə qeydiyyatdadırlar və hal-hazırda orada yaşayırlar. Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/3166 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Məmməd Araz (keçmiş T.Əliyev) küçəsində məhəllə daxili yolda eni 2.7 metr, uzunluğu 13.32 metr, ümumi sahəsi 36.0 kvadrat metr olan 1 mərtəbəli yaşayış kimi istifadə olunan metal konstruksiyalı tikili ilə diametri 159 mm-lik orta təzyiqli qaz xətti arasındakı məsafənin 2.34 metrdir, Cavabdeh istifadəsində olan eni 2.7 metr, uzunluğu 13.32 metr, ümumi sahəsi 36.0 kvadrat metr olan metal konstruksiyalı tikilinin diametri 159 mm-lik yerüstü orta təzyiqli qaz xəttinin mühafizə zonasına düşür. Hazırda iddiaçı məhkəmədə onu mübahisələndirir ki, cavabdeh məhəllə daxili yolda eni 3 metr, uzunluğu 13 metr, ümumi sahəsi 39 kv.m olan əlavə özbaşına tikili apardığından gediş-gəliş yolu tutulmuş, iddiaçının evinə giriş hissəsi əhəmiyyətli dərəcədə çətinləşmişdir, həmçinin də dar döngədə yüksək təzyiqli magistral qaz borusu keçir, qaz paylayıcı qurğu iddiaçının həyətinə giriş hisəssində yerləşdirilmişdir. Cavabdeh iddia tələbini qəbul etmir, həmin tikilinin sonradan tikilmədiyini, habelə həmin küçədən yüksək təzyiqli magistral qaz borusunun keçmədiyini, iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququnun olmadığını, habelə mübahisəli tikilinin cavabdehə hər hansı aidiyyətinin olmadığını bildirir. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 160 nömrəli 04 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunmalı və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 27.5-ci maddəsinə əsasən, yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən məhəllə daxili ictimai yolda inşa edilmiş eni 3 metr, uzunluğu 13 metr, ümumi sahəsi 39 kv.m olan əlavə özbaşına tikilinin cavabdehə məxsus olması müəyyən edilmədiyindən (tərəflərin izahatları ilə cavabdehə aidiyyətinin olmadığı təsdiqlənmişdir), həmçinin də iddiaçıya məxsus tikilinin də özbaşına tikili olması səbəbindən, iddiaçının həmin əlavə özbaşına tikilinin cavabdehin hesabına sökülməsini və ərazinin ilkin vəziyyətinin bərpa edilməsini tələb etməkdə subyektiv hüququ yoxdur. Ona görə də iddia tələbi rədd edilməlidir. Nəticə etibarilə, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüququ və mənafeyi pozulmamışdır. Belə olan halda, pozulmayan hüquqlarının bərpa edilməsi ilə bağlı iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmək və mübahisə predmeti olan əlavə özbaşına tikilinin sökülməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə yuxarıda qeyd olunanlardan əlavə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən birbaşa müdaxilə yoxdur, başqa sözlə onun istifadəsində olan özbaşına tikilinin hər hansı formada zəbt edilməsi, maneçilik edilməsi faktı müəyyən olunmayıb, hazırda iddiaçı mübahisəli tikili ilə ona məxsus fərdi yaşayış evinə gələn məhəllə daxili yolun üzərində tikilmiş özbaşına tikilinin qanunvericiliklə nəzərdə tutulmuş tələblərə əməl edilmədən inşa edildiyini, bu səbəbdən də mübahisəli tikilinin sökülməsini xahiş edir. Lakin mülki iş materiallarından göründüyü kimi, hazırda cavabdeh müvafiq tikilidə yaşamır, həmin tikilinin cavabdehə aidiyyəti müəyyən olunmur, o cümlədən qeyd olunan küçədə həmin tikilidən başqa tikintilər də mövcuddur ki, mübahisəli tikilinin sökülməsi ilə iddiaçının mübahisələndirdiyi hallar aradan qalxmayacaqdır. Belə ki, belə bir iddianın qaldırılmasında məqsəd küçənin genişləndirilməsi, habelə iddiaçının iddia etdiyi kimi onun yaşadığı ünvana gediş-gəlişin məhdudlaşdırılmasının aradan qaldırılması deyil, qonşusu ilə aralarında olan gərgin münasibətlərə görə qaldırılmış qərəzli fikirlərdən irəli gəlir. Eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/3166 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Məmməd Araz (keçmiş T.Əliyev) küçəsində məhəllə daxili yolda eni 2.7 metr, uzunluğu 13.32 metr, ümumi sahəsi 36.0 kvadrat metr olan 1 mərtəbəli yaşayış kimi istifadə olunan metal konstruksiyalı tikili ilə diametri 159 mm-lik orta təzyiqli qaz xətti arasındakı məsafənin 2.34 metrdir. Göründüyü kimi, mübahisəli tikilinin yaxınlığındakı qaz borusu iddiaçının qeyd etdiyi kimi yüksək təzyiqli magistral qaz borusu deyil, orta təzyiqli qaz xəttidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi”nə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-nin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq, 50 (əlli) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi”nə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq, 50 (əlli) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-140/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-140/2023
26.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver