Məhkəmə qərarları › İş №2(005)-1421/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1421/2021

06.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1421/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “ərizənin etibarsız sayılması və pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “ərizənin etibarsız sayılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 54 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 8İ-2474 reystr nömrəsi ilə qeydə alınmış **********474 saylı ərizəni etibarsız hesab edilməsini və ödəniləcəyi gün üçün ABŞ dollarının Azərbaycan manatına münasibətdə məzənnəsi nəzərə alınmaqla 13.000 (on üç min) ABŞ dolları məbləğində pulunun, məhkəmədə hüquqlarının müdafiəsi üçün ödədiyi 100 (yüz) manatın və dövlət rüsumu şəklində ödədiyi 30(otuz) manat Cavabdeh tutularaq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı1 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-Neft mədən fakültəsində Neft-qaz qurğuları mühəndisliyi ixtisası üzrə bakalavr tahsilini bitirdikdən sonra xarici dövlətlərin birində magistr təhsili almaq qərarına gəldi. Ona görə də həmin vaxtı Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “xxxx” MMC-nin xaricdə təhsil alınması məsələlərinin təşkili ilə məşğul olduğu haqda məlumat aldığına görə şirkətin direktoru kimi tanınan Cavabdeh müraciət etdi. Cavabdehlə görüşüb söhbət etdiyim zaman o, xaricdə magistr təhsili almağında bağlı ona müxtəlif variantlar təklif etdi. İddiaçı1 onun təkliflərdən birisini, yəni İngiltərədə ixtisasına uyğun bir illik magistr təhsili almaq istədiyini söylədi. Cavabdeh İngiltərənin “Birminqem” universitetində magistr təhsili almağına köməklik göstərə biləcəyini, lazım olan sənədləşmə işinin aparılması, yataqxana və viza məsələlrinin həll edilməsi, universitetin illik təhsil haqqının ödənilməsi üçün cəmi 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul ödməli olacağını dedi. O, Cavabdeh inanaraq onunla razılaşıb xx xxxx 2016-cı il tarixdə saat 15 radələrində Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yaşadığı 7 saylı binanın yaxınlığında Cavabdeh avtomaşınında ona 25(iyirmi beş) min ABŞ dolları məbləğdə pul verdi. O, həmçinin Cavabdeh dediyi sənədləri toplayaraq ona verdi və o tezliklə İngiltərənin “Birminqem” universitetinə qəbul ediləcəyini söylədi. 2016-cı ilin iyul ayının ortalarına qədər olan müddətdə mən Cavabdehlə müntəzəm əlaqə saxlayaraq universitetə nə vaxt qəbul olunacağı ilə bağlı soruşduqda, ona müəyyən məlumatlar verirdi, lakin həmin ilin iyul ayının ortalarından sonra isə Cavabdeh telefonuna zəng çatmadı, onu tapa bilmədi. Tez-tez xarici ölkələrə gedib-gəldiyi üçün telefonuna zəng çatmamasının bununla əlaqədar olduğunu düşünürdü. Bir bir müddət keçdikdən sonra Cavabdeh həbsə alındığı barədə məlumat aldı və başa düşdü ki, Cavabdeh 25(iyirmi beş) min ABŞ dolları məbləğdə pulumu aldığı zaman etibarından sui-istifadə edib onu aldatmışdır. Ona görə də Cavabdeh ona qarşı törətdiyi həmin qanunsuz hərəkətibarədə ərizə ilə polis idarəsinə müraciət etdi. Məlum oldu ki, Cavabdeh həmçinin digər bir neçə nəfərə qarşı da bu kimi dələduzluq hərəkətləri etmişdir. Cavabdeh barəsində cinayət işi başlanılaraq istintaqı tamamlandıqdan sonra baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmiş və o, məhkum edilmişdir. Sonra da həmin cinayət işinə Bakı Apellyasiya məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılaraq Cavabdeh barəsində müvafiq qərarlar qəbul olunmuşdur. Qeyd etmək istəyir ki, Cavabdeh aldatma yolu ilə ondan almış olduğu 25 min ABŞ dollarından 12 (on iki) min ABŞ dalları məbləğdə pulu sonralar atası tərəfindən qaytarmış, qalan 13 (on (üç) min ABŞ dolları isə hal-hazıradək qaytarılmamışdır. Cavabdeh barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər məhkəməsində baxıldığı zaman iş üzrə digər zərərçəkmiş şəxslərin ona qarşı verdikləri mülki iddialara baxılaraq onların iddia tələbləri təmin olunmuşdur. Məhkəmdə işə baxılan o, uzun müddət Azərbaycan Respublikasından kənarda olduğuma görə məhkəmədə iştirak edə bilməmiş və 13 min ABŞ dolları məbləğdə pulunun ödətdirilməsi ilə bağlı həmin vaxt Cavabdeh qarşı məhkəmədə mülki iddia qaldıra bilməmişdi. Bildirir ki, 2018-ci ilin noyabr ayında Cavabdeh barəsində olan cinayət işinə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasında baxıldığı zaman Eminin atası Vaqif onun böyük qardaşı İddiaçı2la görüşüb söhbət edərkən demişdi ki, Eminin vurduğu ziyanın ödənildiyi, ona qarşı şikayət və tələbin olmadığı barədə əgər notarial qaydada təsdiq olunmuş ərizə vermiş olsa məhkəmədə bu hal nəzərə alınacaq və Eminin cəzası yüngülləşdirilməklə o həbsdən azad edildikdən sonra borclu olduğu pulun qalan 13 (on üç) min ABŞ dollarını da ödəyəcəkdir. Qardaşı İddiaçı2 da həmin vaxtı Cavabdeh atasının söylədiklərinə, verdiyi vədə inananaraq Bakı şəhəri 54 saylı notariat kontoruna gedib onun xahiş etdiyi məzmunda tərtib edilən, xx.xx.2018-ci il tarixdə 8İ-2474 reyestr nömrəsi ilə qeydə alınmış **********474 saylı ərizəni imzalayıb ona vermişdi. Ali Məhkəmədə cinayət işi üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası yüngülləşdirilməklə o, şərti olaraq azadlığa buraxılmışdı. Lakin Cavabdeh həbsdən azad edildikdən sonra 13 (on üç) min ABŞ dollarını qaytarmamış, ona vurmuş olduğu həmin məbləğdə maddi ziyanı hal-hazıra kimi ödəməmişdir. Ona görə də o, qardaşı İddiaçı2 ilə birlikdə bu iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etməli oldular. İddiaçılar bu iddia ərizələrində göstərilənlərin doğru olduğunu bir daha təsdiq edərək bildirirlər ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat kontorunda tərtib olunaraq 8İ-2474 reystr nömrəsi ilə qeydə alınmış **********474 saylı ərizədə familiyamın qarşısındakı imza mənimdir, lakin həmin ərizə mahiyyətcə həqiqəti əks etdirmir, məzmunu uydurmadır, ona görə də etibarsız hesab edilməlidir. Belə ki, qardaşı İddiaçı1 İngiltərənin “Birminqem” universitetində magistr təhsili alması üçün yuxarıda göstərildiyi kimi Cavabdeh onu aldadaraq 25 (iyirmi beş) min ABŞ dolları məbləğdə pulunu ələ keçirmişdir. Onun barəsində olan cinayət işinə məhkəmədə baxıldığı dövrdə atası Vaqif tərəfindən həmin puldan 12 (on iki) min ABŞ dalları bizə qaytarmış, qalan 13 (on üç) min ABŞ dollarını da qaytaracağını vəd edib inandıraraq oğlu Cavabdeh cəzasının Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən yüngülləşdirilməsinə nail olmaqdan ötrü notarial qaydada təsdiq olunmuş ərizə almışdır ki, Emi Quliyev vurduğu ziyanı güya ödəmişdir, ona qarşı heç bir iddia, şikayət və tələbim yoxdur. O, həmin vaxtı Cavabdeh atası Vaqifin söylədiklərinə, vədinə inanaraq aldanıb ərizəni imzalamışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ona müraciət etmiş İddiaçı1 etibarından sui-istifadə edib sonuncunu guya İngiltərədə fəaliyyət göstərən Birminqem universitetində magistr təhsili alması üçün lazımi sənədlərin toplanması, yataqxana və viza məsələlərini həll edilməsi, eləcə də, həmin universitetin illik təhsil haqqının ödənilməsini təmin edəcəyini İddiaçı1 yalan vəd verməklə aldatmış, bu məqsədlə xx xxxx 2016-cı il tarixdə, saat 15 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısında İddiaçı1 universitetin illik təhsil və yataqxana üçün illik kirayə haqqının ödənilməsi, həmçinin viza xərclərinin həll edilməsi adı ilə həmin dövrün məzənnəsi ilə 40.255 manat təşkil edən 25.000 ABŞ dolları məbləğində nağd pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs İddiaçı1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir və nəticədə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özünüidarə orqanlarında təhsillə əlaqədar vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 1(103)-197/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, zərərçəkmiş şəxs Nailə Nəsirovuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etdiyindən, zərərçəkmiş şəxs İddiaçı1 ümumilikdə 40.255 manat təşkil edən 25.000 ABŞ dolları məbləğində nağd pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(102)-886/2018 saylı qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı1 ümumilikdə 40.255 manat təşkil edən 25.000 ABŞ dolları məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan İddiaçı2 Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlandığı notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2018-ci il tarixli, 1(102)-886/2018 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qanuni qüvvəyə minmiş qərarına əsasən, Cavabdeh öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ona müraciət etmiş İddiaçı1 etibarından sui-istifadə edib sonuncunu guya İngiltərədə fəaliyyət göstərən Birminqem universitetində magistr təhsili alması üçün lazımi sənədlərin toplanması, yataqxana və viza məsələlərini həll edilməsi, eləcə də, həmin universitetin illik təhsil haqqının ödənilməsini təmin edəcəyini İddiaçı1 yalan vəd verməklə aldatmış, bu məqsədlə xx xxxx 2016-cı il tarixdə, saat 15 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısında İddiaçı1 universitetin illik təhsil və yataqxana üçün illik kirayə haqqının ödənilməsi, həmçinin viza xərclərinin həll edilməsi adı ilə həmin dövrün məzənnəsi ilə 40.255 manat təşkil edən 25.000 ABŞ dolları məbləğində nağd pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs İddiaçı1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir və nəticədə zərərçəkmiş şəxs İddiaçı1 40.255 manat məbləğində ziyan vurulmuşdur. İddiaçı1 iddia ərizəsində cavabdeh tərəfindən 12000 (on iki min) ABŞ dolları məbləğində vəsaitin ödənilməsini qeyd etmiş və qalan borc 13000 (on üç min) ABŞ dolları məbləğində borcu tələb edir. Habelə İddiaçı2 54 saylı notariat kontorunda tərtib olunaraq 8İ-2474 reyestr nömrəsi ilə qeydə alınmış ərizənin etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(102)-886/2018 saylı hökmü ilə cavabdehin əməli öz təsdiqini tapmış və onun təqsirli bilinməsinə dair hökm çıxarılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13000 (on üç min) ABŞ dolları məbləğində vəsait tutularaq İddiaçı1 xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin “notarial qaydada təsdiqlənmiş ərizənin etibarsız hesab edilməsi” hissəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan cinayət işi üzrə məhkəmə aktlarının surətindən görünür ki, İddiaçı1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda isə digər İddiaçı2 tərəfindən verilmiş notarial ərizənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, həmin ərizə mülki məhkəmə icraatı qaydasında İddiaçı1 özünəməxsus olan pulu Cavabdeh geri tələb etməsi üçün hər hansı maneəçilik törətmir. Digər tərəfdən İddiaçı1 həmin ərizə ilə üzərinə hər hansı öhdəlik götürməmişdir. Belə olanda məhkəmə hesab edir ki, digər iddiaçıya münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə habelə “ərizənin etibarsız hesab edilməsi” tələbi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik müddəalarına əsaslanaraq hesab edir ki, iddiaçılar xx.xx.2018-ci il tarixli ərizənin etibarsızlığını tələb edərək, mahiyyətinin uydurma olmasını, həqiqəti əks etdirməməsini bildirmişlər. Göründüyü kimi, İddiaçı2 ərizə notarial qaydada ərizə imzalayarkən, bu hallardan məlumatlı olmuş, həmin ərizənin etibarsızlığını xx xxxxxx 2021-ci il tarixdə iddia təqdim edərək məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu hər hansı tələb olmadığından iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13000 (on üç min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar