Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1421/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 qarşı miras əmlakla bağlı razılaşmanın və müqavilələrin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən bölünmüş əmlaklarla bağlı alınmış çıxarışların ləğv edilməsi, miras qalmış bütün əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 qarşı miras əmlakla bağlı razılaşmanın və müqavilələrin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən bölünmüş əmlaklarla bağlı alınmış çıxarışların ləğv edilməsi, miras qalmış bütün əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 16.05.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddiaçının ərizəsi təmin edilərək iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1.-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 qarşı miras əmlakla bağlı razılaşmanın və müqavilələrin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən bölünmüş əmlaklarla bağlı alınmış çıxarışların ləğv edilməsi, miras qalmış bütün əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1421/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1421/2022
16.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver