Məhkəmə qərarları › İş №2(005)-1438/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1438/2020

20.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1438/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi Cavabdehlər Cavabdeh2 və X2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2000-ci il tarixdə X8 ilə ailə qurmuşdur. Bu nikahdan 4 övladları doğulmuşdur. Böyük oğlu X9 2018-ci il 2 aprel tarixdə dünyasını dəyişmişdir. Rəhimov Etibar ruhi əsəb xəstəliyindən-şizofreniyadan dəfələrlə 1 saylı X12 müalicə almasına baxmayaraq son vaxtlar xəstəliyi kəskinləşmişdir. Ona və uşaqlara qarşı aqressiv münasibəti və zorakı hərəkətləri onlara eyni evdə yaşamağa imkan verməmişdir. İddiaçı məcbur olub Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərarı ilə xx xxxxxx 2019-cu il tarixdə boşanmışlar. Məhkəmə uşaqların himayəsini ona vermişdir. Uşaqları ilə birgə xx xxxx 2019-cu il tarixdə yaşadıqları evi tərk etmişdir. Həmin evi Rəhimov Etibar İ qrup əlil olduğu üçün dövlət onlara vermişdir. Sonradan bir müddət Xırdalandakı uçuq-sökük, şəraitsiz evlərində yaşamışlar. xx xxxx 2019-cu il tarixdə eşitmişdir ki, keçmiş həyat yoldaşı Etibar intihar etmişdir. Uşaqları dəfn mərasiminə aparmaq istəsə də, qohumları buna icazə verməmişdir. Bu hadisə uşaqların psixologiyasına çox pis təsir etmişdir. Elə həmin vaxtdan keçmiş qaynanası Cavabdeh2 və oğlu X1 qəsəbəsində Dövlət Qaçqınlar Komitəsi tərəfindən tikilib onlara verilən 4 otaqlı evləri ola-ola onların evini zəbt etmişlər. Yuxarıda qeyd etdiyi kimi Xırdalanda yerləşən ev yaşayış üçün yararsız olduğundan neçə vaxtdır Kürdəxanıda bibisigildə qalırlar. Qeyd edilənləri nəzərə alaraq, onun 3 yetkinlik yaşına çatmayan uşağı ilə birgə Nərimanov rayonu F.Yusifov 188 mənzil 102 ünvanına köçürülməyi və cavabdehlərin həmin ünvandan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və X2 vəkili Vəkil iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ 323865 saylı, xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə İddiaçı arasında xx.xx.2019cu il tarixdə nikah pozulmuş və bu barədə 175 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan AZ-İ 914830 saylı, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ 050701 saylı, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 893286 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X8, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 204548 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X8, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 624162 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X8, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X6, X13 və X5 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 188 saylı evin 102 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan məlumatdan görünür ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirinin xx.xx.2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış gözdən əlil şəxslərdən aşağıda qeyd olunan imtiyazlı vətəndaş- X4 Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli, 132 mənzilli yaşayış evindən mənzil verilmişdir. Qeyd: ev Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx xxxxxx 2011-ci il tarixli 379 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tərəfindən inşa edilmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzildə uşaqları ilə birgə pasport qeydiyyatındadır, hal hazırda ora köçürülməsini, cavabdehlərin isə oradan çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 ünvanda yerləşən mübahisəli mənzili X4 gözdən əlilliyinə görə Azərbaycan Respublikası Əmək və X7 Nazirinin xx.xx.2016-cı il tarixli 11/7-34 nömrəli əmrinə əsasən verilmişdir. Hazırda İddiaçı və onun uşaqları mənzildə qeydiyyatdadır və həmin mənzilə istifadə hüququ əldə etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı uşaqları - X5, X13 və X6 ilə birlikdə ünvan 1 köçürülməlidirlər. İddiaçının digər tələbi cavabdehlərin mübahisəli mənzildən çıxarılmalarıdır. Məhkəmə bu hissədə iddia tələbini əsassız hesab edir və qeyd edir ki, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqları olmadığından, o, cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları barədə iddia tələbi irəli sürmək subyektiv hüquqa malik deyil. Bu səbəbdən məhkəmə iddianın bu hissədə təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119cu, 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı uşaqları - X5, X13 və X6 ilə birlikdə ünvan 1 köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar