Məhkəmə qərarları › İş №2(005)-1446/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1446/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1446/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər “Daşınar və X2 üzrə Hərrac Mərkəzi” MMC-yə, Cavabdeh3 ASCyə, Cavabdeh2nə qarşı “hərrac nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınar və X2 üzrə Hərrac Mərkəzi” MMC-yə, Cavabdeh3 ASCyə, Cavabdeh2nə qarşı “hərrac nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu. Digah kəndində olan 0.68 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına və emal sexinə yönəldilmiş və cavabdeh “xxxxxxxxxx" ASC tərəfindən öz balansına keçirilmiş qeyri-yaşayış sahəsi barədə hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Cavabdeh3" ASC cavabdeh “xxxxxxxxxxxx" MMC və İddiaçı qarşı borcun ödənilməsi, tələbinin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış və Lənkəran Rayon Məhkəməsinin xx xxxx 20419-cu il tarixli 2(049)-422/2019 saylı qətnaməsi ilə iddianı qismən təmin etmiş, cavabdeh “xxxxxxxxxxx" MMC-dən “Cavabdeh3" ASC-nin xeyrinə xx xxx 2013-cii il tarixli 7080/SKMF nömrəli kredit müqaviləsinin müddəti bitdiyi tarixə banka əsas borc üzrə 1395116.12 manat, faiz borcu 237292.39, cərimə 115704,50 manat, cəmi 1748113,01 manat kredit borcu və 30 manat dövlət rüsumu tutulması qət edilmişdir. Tələb "Cavabdeh3" ASC ilə cavabdeh İddiaçı arasında bağlanan xx xxx 2013-cü il tarixli 7080/SKMF nömrəli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 166 nömrəli vərəqində qeydiyyata alınmış Lənkəran rayonu, Digah kəndində olan 0,68 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına və emal sexinə yönəldilməsi qət edilmişdir. İpoteka ilə yüklü edilmiş həmin mənzilin hərracda ilkin satış qiyməti ******* manat müəyyən edilməsi qət edilmişdir. Həmin əmlaklar açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh “xxxxxxxxxxx” MMCnin banka olan borcunun ödənilməsi qət edilmişdir. Bankın tələbləri ödənildikdən qalan məbləğ İddiaçı qaytarılması qət edilmişdir. Lənkəran rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli. 2(149)-422/2019 saylı qətnaməsi İddiaçı xx xxxxxxx 2019-cu ildə rəsmi qaydada verilmiş və xx xxxxxx 2019-cu ildə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi üçün apellyasiya şikayəti Lənkəran Rayon Məhkəməsinin dəftərxanasına rəsmi təqdim olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli. 2(149)-422/2019 saylı qətnaməsinin icrasını və hərracın dayandırılması barədə qərar qəbul edib, bu barədə bizə rəsmi məlumat verməyinizi xahiş etmişəm və bu barədə o, xx xxxxxx 2019-cu il tarixdə 1042 saylı məktub göndərmişəm. Həmin məktubdan sonra Sizə xx xxxxxx 2019-cu il tarixdə hərracın dayandırılması barədə rəsmi məlumat vermişəm. Lənkəran rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli. 2(149)-422/2019 saylı qətnaməsindən verdiyimiz şikayətə Şirvan Apellyasiya Məhkəməsi xx xxxxxx 2020-ei il tarixdə baxacaqdır. Lakin, bizə məlum olmuşdur ki. xx xxxxxx 2019-cu il tarixdə bizə heç bir rəsmi məlumat vermədən 2-ci hərrac keçirilmişdir. Bununla əlaqədar olaraq Sizə təkrarən rəsmi müraciət olunmuş xx xxxxxx 2020-ci il tarixdə 309 saylı məktubla 14 vərəqədən ibarət hərracla bağlı sənədlərin surətlərini iddiaçıya göndərmiziniz və həmin sənədlərdən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə 1501 saylı məktubla "Cavabdeh3" ASC-yə ipoteka predmetinin əldə olunmasına dair təklif olunmuşdur və təkrarən cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə sorğu verilərək aradan 2 aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh "Cavabdeh3” ASC-nin təklifə münasibəti soruşulmuş, xx xxxxxx 2020-ci il tarixdə 364 saylı məktubla bildirilib ki, Lənkəran rayonu, Digah kəndində yerləşən qeyriyaşayış binası üzrə hərrac keçirilmiş və Cavabdeh3 ASC əmlakı öz balansına keçirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkiliddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyətək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdehlərin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xxxxxxxxxxx MMC-yə, Cavabdeh3 ASC-yə, İddiaçı və Cavabdeh2nə ünvanlanmış xx.xx.2019, xx.xx.2019-cu il tarixli, 01, 01/2 nömrəli, xx.xx.2019-cu il tarixli 02 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 2(049)- 422/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Lənkəran rayon, Digah kəndində yerləşən qeyri-yaşayış binası və emal sexinə (0,68 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, hərracda ******* manat ilkin, təkrar hərracda ******* manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixdə keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 76/01 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan Lənkəran rayon, Digah kəndində yerləşən qeyri-yaşayış binası və emal sexinə (0,68 ha torpaq sahəsi ilə birlikdə) Lənkəran Rayon Məhkəməsinin 2(049)-422/2019 nömrəli, xx.xx.2019cu il tarixli icra vərəqəsi icra vərəqəsinin, Lənkəran Rayon İcra Şöbəsinin 2518/06 nömrəli, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və Cavabdeh3 ASC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 1591 000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti ******* manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 1014 262,5 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakn alqı-satqı barədə müqaviləyə əsasən “Cavabdeh3 Bank” ASC əmlakı qəbul edərək balansına götürmüşdür. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Lənkəran rayon, Digah kəndində yerləşən qeyri-yaşayış binası və emal sexi (0,68 ha torpaq sahəsi ilə birlikdə) ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Lənkaran Rayon Məhkəməsinin (hakim M.İsayev) xx xxxx 2019-cu il tarixli, 2(049)- 422/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxxxxxxxxx” MMC-dən Cavabdeh3 ASC-nin xeyrinə xx xxx 2013-cü il tarixli 7080/SKMF №-li Kredit müqaviləsinin müddətinin bitdiyi tarixə Banka əsas borc üzrə 1.395.116,12 (bir milyon üç yüz doxsan beş min bir yüz on altı manat 12 qəpik) manat, faiz borcu 237.292,39 (iki yüz otuz yeddi min iki yüz doxsan iki manat 39 qəpik), cərimə 115.704,50 (bir yüz on beş min yeddi yüz dörd manat 50 qəpik) manat, cəmi 1.748.113,01 (bir milyon yeddi yüz qırx səkkiz min bir yüz on üç manat 01 qəpik) manat kredit borcunun və xx xxxxx 2015-ci il tarixli, 7080 B №li Kredit müqaviləsinin müddətinin bitdiyi tarixə Banka əsas borc üzrə 675.000 (altı yüz yetmiş beş min) manat, faiz borcu 59.175 (əlli doqquz min bir yüz yetmiş beş) manat, cərimə borcu 29.654 iyirmi doqquz min altı yüz əlli dörd) manat, cəmi 763.829 (yeddi yüz altmış üç min səkkiz yüz iyirmi doqquz min) manat kredit borcunun, 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh3 ASC ilə cavabdeh İddiaçı arasında bağlanan xx xxx 2013-cü il tarixli 7080/SKMF nömrəli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 166 nömrəli vərəqində qeydiyyata alınmış, Lənkəran rayonu, Digah kəndində olan 0,68 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına, emal-sexinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş həmin mənzilin hərracda ilkin satış qiymətinin 1.591.000 (bir milyon beş yüz doxsan bir min) manat müəyyənləşdirilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh “xxxxxxxxxxx” MMC-nin banka olan borcunun ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, əldə edilən vəsaitin borcun tam ödənilməsinə yetərli olmadıqda, qalıq borcun “xxxxxxxxxxx” MMC-dən Cavabdeh3 ASCnin xeyrinə tutulması, ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakların boşaldılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Babayev (sərlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) xx xxxxxx 2020-ci il tarixli, 2(106)-406/20 nömrəli qətnaməsi ilə Lənkaran Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(3691)-3691/2020 tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-406/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2019-cu ilin noyabr ayında yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiqmüddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Lənkəran rayon, Digah kəndində yerləşən qeyri-yaşayış binası və emal sexinə (0,68 ha torpaq sahəsi ilə birlikdə) Lənkəran Rayon Məhkəməsinin 2(049)-422/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi icra vərəqəsinin, Lənkəran Rayon İcra Şöbəsinin 2518/06 nömrəli, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və Cavabdeh3 ASC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti ******* manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti ******* manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 1014262,5 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakn alqı-satqı barədə müqaviləyə əsasən “Cavabdeh3 Bank” ASC əmlakı qəbul edərək balansına götürmüşdür. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh3 ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Lənkəran rayon, Digah kəndində yerləşən qeyri-yaşayış binası və emal sexi (0,68 ha torpaq sahəsi ilə birlikdə) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi qeyri-yaşayış binası və emal sexi (0,68 ha torpaq sahəsi ilə birlikdə) ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində qeydiyyatda olduğu ünvanını ünvan 2 kimi qeyd etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş poçt göndərişləri ilə bağlı xəbərnamələr də göstərilən ünvana göndərilmişdir. Həmçinin iddiaçı qeyd edir ki, Lənkəran Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(149)-422/2019 saylı qətnaməsi qanuni qüvvəsini almadan hərrac keçirilmiş, bu səbəbdən də onun nəticələri ləğv olunmalıdır. İddiaçının istinad etdiyi bu hala münasibətdə məhkəmə qeyd edir ki, hərracın keçirilməsi ilə bağlı sifariş qanunvericiliyə əsasən icra məmuru tərəfindən verilir, hərrac təşkilatı isə qanunla üzərinə düşən öhdəlikləri etməklə, hərracı təşkil edir. Digər tərəfdən icra sənədi üzrə icraatın dayandırılması icra məmurunun səlahiyyətlərinə daxildir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Lənkaran Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən isə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, formal əsaslara görə hərracın etibarsız hesab edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, hərracın yekunları barədə xx xxxxxx 2019-cu il tarixli, 76/01 saylı Protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər “Daşınar və X2 üzrə Hərrac Mərkəzi” MMC-yə, Cavabdeh3 ASC-yə, Cavabdeh2nə qarşı “hərrac nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Daşınar və X2 üzrə Hərrac Mərkəzi” MMC-yə, Cavabdeh3 ASCyə, Cavabdeh2nə qarşı “hərrac nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar