Məhkəmə qərarları › İş №2(005)-1449/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1449/2021

21.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1449/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Cavabdeh4 nümayəndəsi və vəkili X1 oglunun Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ticarət Şirkətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh4nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ticarət Şirkəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh4nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ticarət Şirkəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və ““xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən-işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və İddiaçı Ticarət Şirkətinin nümayəndəsinin məhkəmənin çağırışlarına gəlməməsini, habelə cavabdehlərin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Ticarət Şirkətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh4nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar