Məhkəmə qərarları › İş №2(005)-1453/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1453/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1453/2022 01.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Bakı şəhəri Yasamal rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (Bakı şəhəri Yasamal rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin-Hərrac Mərkəzi Bakı şəhəri, Yasamal rayonıı, A. M.Şərifzadə küç, ev 146 A, mənzil 18 dair və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 21 yanvar 2022-ci il tarixli X6 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə bağlanmış Müqavilələrin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi, habelə ipotekaya xitam verilməsi və əmlakların ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair 21 yanvar 2022-ci il tarixli X6 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı dair bağlanmış Müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş **********02-05101-093015 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı ləğv edilməsi, Bakı şəhəri. Yasamal rayonu X13 (Ə. Ələkbərov) küç, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş **********8-05301-083002 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.ev 146 A, mənzil 18-ə və Bakı şəhəri. Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ipotekalara xitam verilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.ev 146 A, mənzil 18 və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan daşınmaz əmlakların ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlər aparılması və cavabdeh "xxxx" MMC tərəfindən maddi zərər olaraq 6000 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli 2(004)-281/2015 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx"MMC-dən xx.xx.2010-ci il tarixli 441 saylı kredit xətti müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixli, 014 saylı razılaşma üzrə 430052 manat əsas borc, 37789,71 manat faiz borcu olmaqla 467841,71 manat borc, xx.xx.2012-ci il tarixli 017 saylı razılaşma üzrə 352980 manat əsas borc, 37215.86 manat faiz borcu olmaqla 390195,86 manat borc, ümumilikdə isə 858037,57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASCnin xeyrinə tutulması qət edilmişdir. Tutma ipoteka ilə yüklü edilmiş, o cümlədən, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 5 ünvanda yerləşən 4 otaqlı 18 saylı mənzilə və mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən 66,9 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək, həmin əmlaklar açıq hərracdan satılması qət edilmişdir. 27 avqust 2010-ci il tarixli 441/02 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş İddiaçı məxsus olan ünvan 6 ünvanda yerləşən 66,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 200 000 (iki yüz min) manat və 22 iyul 2010-cü il tarixli 441/01 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş İddiaçı məxsus olan ünvan 7 ünvanda yerləşən 76,5 kv.m ümumi, 62,4 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin ilkin satış qiyməti 130950 (bir yüz otuz min doqquz yüz əlli) manat müəyyən edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu"xxxx" MMC, X7 və İddiaçı məxsus ipoteka pedmeti olan əmlaklar barədə hərracın keçirilməsi Yasamal Rayon İcra şöbəsinin 22 iyul 2021-ci il tarixli 132325/3 saylı sifarişi əsasında "xxxx"MMC-Hərrac Mərkəzinə həvalə edilmişdir. Hazırki iş üzrə iddiaçı olan İddiaçı məxsus əmlaklar barədə (İ-A.M.Şərifzadə küç.,ev 146 A ,mənzil 18 və Ak. Ş.Mehdiyev - Ə.Ələkbərov küçəsi, ev 97-də qeyri-yaşayış sahəsi) hərraçın keçirilməsinə dair 1-ci bildiriş (01/3845 saylı) 28 iyul 2021-ci il tarixində və 2-ci bildiriş (01/4306 saylı) 07 sentyabr 2021ci il tarixində ipoteka qoyanın ünvanına göndərilmişdir. Eyni zamanda bu hərraç haqqında elanlar" Birja Yenilikləri" nəşrində yuxarıda qeyd edilən tarixlərdə çap edilmişdir. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün ərzində ipoteka saxlayan "İpoteka Haqqında" Qanuna uyğun olaraq təkrar hərraçda olan qiymətdən 25 faizdən az olmayan qiymətə ipoteka predmetini əldə etmək hüququ vardır. Lakin ipoteka saxlayan "xxxx" ASC bu hüququndan qanunla müəyyən edilmiş müddət ərzində istifadə etməmişdir. Bundan sonra Yasamal rayon icra şöbəsi 03 noyabr 2021-ci il tarixində 132325/3 saylı hərraçın keçirilməsi haqqında sifarişi bir daha Hərraç Mərkəzi -"xxxx" MMC-yə göndərir. Hərraç Mərkəzi 10 noyabr 2021-ci il tarixində 3-cü bildirşi (01/4811 saylı) və 07 dekabr 2021-ci il tarixində 4-cü bildirişi (01/5107 saylı) hazırki iş üzrə İddiaçı ünvanına göndərir. Eyni tarixlərdə hərracın keçirilməsi barədə elanlar "Birja Yenilikləri" nəşrində yerləşdirilir. 28 dekabr 2021-ci il tarixində Hərrac Mərkəzi 01/5274 saylı bildirişlə ipoteka saxlayana— "xxxx"ASC-yə təkrar hərracdakı (4-cü hərracda) ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 83 480,63 manat və 127 500 manat olmaqla ipoteka predmetini əldə olunmasina dair Təklif ünvanlayır. 21 yanvar 2022-ci il tarixində Hərrac Mərkəzi --"Külək MMC" və ipoteka saxlayan"xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi (X18 oglu ) arasında hərracin yekunları barədə müvafiq olaraq 03/01 və 03/02 saylı protokollar imzalanmışdır. Eyni tarixdə həmin protokallar əsasında Hərrac Mərkəzi "xxxx" MMC və ipoteka saxlayan"xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr imzalanaraq yuxarıda qeyd edilən hər iki əmlak ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Yuxarıda qeyd etdiklərinin nəticəsi olaraq məlum olur ki, "İpoteka Haqqında" Qanunun tələbləri kobudcasına pozularaq iddiaçıya məxsus əmlaklara dair 4 (dörd) hərrac keçirilmişdir. Bu halda bir başa iddiaçının hüquqlarını pozmaqla yanaşı, Qanunun tələblərinə uyğun olaraq hərracın nəticələrinin etibarsız hesab edilməsi, hüququ nəticələrinin ləgv edilməsi, ipotekaya xitam verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xaiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etiraz ərizəsində bildirmişdir ki, İddiaçı mülkiyyətində olmuş, ünvan 8 ünvanında yerləşən mənzilə və ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair dörd dəfə (xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021) hərrac keçirilmişdir və bu səbəbdən ipoteka haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, hərrac təşkilatı hərracı icra məmurundan aldığı sifariş əsasında həyata keçirir ki, hərracın keçirilməsi ilə bağlı ilk sifariş Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli xx/xx-132325/3-25935 saylı məktubu əsasında həyata keçirilmiş və buna uyğun olaraq ilk hərracın vaxtı xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. Lakin birinci hərrac hərracın həyata keçirilməsi zamanı yalnız bir alıcı iştirak etdiyindən hərrac “İpoteka haqqında” AR qanununun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış və buna uyğun olaraq xx.xx.2021-ci il tarixinə ikinci hərracın keçirilməsi barədə elan verilmişdir. Birinci hərrac baş tutmadığından hərrac təşkilatı tərəfindən ipoteka predmetləri ipoteka saxlayana təklif edilmiş, lakin ipoteka saxlayan kimi "xxxx" ASC-yə 31 avqust 2021-ci il tarixində 02/368/1 saylı məktub ünvanlanaraq ipoteka predmetlərinin əldə edilməsi hüququndan istifadə etmək niyyətində olmadığı və buna uyğun olaraq növbəti hərracın keçirilməsi xahiş edilmişdir. Lakin elanın verilməsindən sonra Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Anar Əhmədov tərəfindən "xxxx" MMC-nin direktoruna xx.xx.2021-ci il tarixli 17/72- 132325/2 saylı məktub ünvanlanaraq bildirilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 5771/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı mülkiyyətində qeydə alınan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən 18 saylı qeyri- yaşayış sahəsinin üzərinə həbs qoyulduğundan və özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatların aparılması qadağan edildiyindən həmin əmlaklarla bağlı hərracı dayandırılmalıdır. Məhz qeyd edilən məktuba əsasən "xxxx" MMC hərrac mərkəzi tərəfindən İddiaçı mülkiyyətində qeydə alınan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən 18 saylı qeyri-yaşayış sahəsininə münasibətdə hərracın keçirilməsi dayandırılmışdır. Daha sonra xx.xx.2021-ci il tarixində Bakı şəhəri Yasamal rayon icra şöbəsi rəisi, ədliyyə müşaviri Pərviz Zəkəriyyəyev tərəfindən xx/xx-132325/25938 saylı məktub göndərilərək İddiaçı mülkiyyətində qeydə alınan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilinə (ilkin satış qiyməti 130950 manat olmaqla) və Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən 18 saylı qeyri-yaşayış sahəsinə (ilkin satış qiyməti 200000 manat olmaqla) hərracın keçirilməsi sifarişi verilmişdir. Bu müddətdə hazırki iş üzrə İddiaçı tərəfindən əvvəlcə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində, daha sonra Bakı İnzibati Məhkəməsində hərracın keçirilməsinin qadağan edilməsi ilə bağlı iddianın təmin tədbiri və müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizələr verilsə də, həmin ərizələr məhkəmələrin qərardadları ilə təmin edilməmiş, həmin qərardadlardan verilmiş şikayətlər isə təmin edilməmişdir. Belə ki, iddiaçı X11 cavabdeh “Xəzəryanı İxtisaslaşdırılmış "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və sonradan həmin mülki iş üzrə "xxxx" ASC və İddiaçı üçüncü şəxs cəlb edilmişdir. Mülki işin davam etdiyi müddətdə üçüncü şəxs İddiaçı vəkili tərəfindən iddianın təmin tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edilərək, hazırki iddia ərizəsi üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi İddiaçı məxsus olan ünvan 10 ünvanında yerləşən 76,5 kv.m ümumi, 62,4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilə, mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 11 ünvanda yerləşən 66,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, mülkiyyət hüququ əsasında K.V.Bağırovaya məxsus olan ünvan 12 ünvanında yerləşən 5, 6, 19 və 20 saylı mənzillərinə münasibətdə Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmurunun 2/2 132325/3 saylı sifarişi əsasında hərracın keçirilməsinin sözügedən şöbəyə və "xxxx" MMC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 1213/2021 saylı qərardadı ilə 3-cü şəxs İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməmişdir. Həmin qərarddadan üçüncü şəxs kimi İddiaçı tərəfindən şikayət verilsə də, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1213/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir və mülki iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxmış apellyasiya instansiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9377/2021 saylı qərardadı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1213/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçı X14 tərəfindən cavabdeh İddiaçı qarşı “borc tələbinə dair” Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırılmış və iddianın təmin tədbiri olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5771/2021 saylı qərardadı ilə İddiaçı mülkiyyətində qeydə alınan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən binada 18 saylı mağazanın, Şəki rayonu, Daşüz kəndində yerləşən hər biri 0,12 ha olmaqla 2 ədəd torpaq sahələrinin və həmin torpaq sahəsində yerləşən 282,7 kv.m istehsal sahəsinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatların aparılması qadağan edilmişdir. Maraqlarına toxunan şəxs kimi "xxxx" ASC tərəfindən həmin qərardaddan şikayət verilsə də, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli 2(004)-5771/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9818/2021 saylı qərardadı ilə "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(004)-5771/2021 saylı qərardadı qismən - İddiaçı mülkiyyətində qeydə alınan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən binada 18 saylı mağazanın üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatların aparılmasının qadağan edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilməmişdir. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq X8 və İddiaçı tərəfindən ayrıca Bakı İnzibati Məhkəməsində Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra hərəkətlərinin qanunsuz hesab edilməsi və açıq hərracın keçirilməsi barədə şifarişin geri götürülməsi vəzifəsinin icra məmurunun üzərinə qoyulması tələbinə dair” iddia qaldırmış və iddia ərizəsi ilə birlikdə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən “Külək “ Hərrac Mərkəzi MMC-yə verilmiş 22 iyul 2021-ci il tarixli 132325/3 saylı icra sifarişinin dayandırılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli MXMT(112)-225/2021 saylı qərardadı ilə İddiaçı və X1 “müvəqqəti xarakterli müdafiə tədbirinə” dair ərizəsi təmin edilməmişdir. Göründüyü kimi faktiki olaraq hazırki iş üzrə iddiaçı Kərimov X12 rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli xx/xx- 132325/3-17501 saylı sifarişi üzrə keçirilməli olan hərracın keçirilməsinə müxtəlif maneələr yaradılmış və elanların və bildirişlərin göndərilməsinə baxmayaraq hərracın keçirilməsi hazırki ərizələr baxılıb yekunlaşana qədər dayandırılmış və heç bir hərrac hərəkətləri həyata keçirilməmişdir. Qeyd edilən maneələr aradan qaldırıldıqdan sonra xx.xx.2021-ci il tarixində Bakı şəhəri Yasamal rayon icra şöbəsi rəisi, ədliyyə müşaviri Pərviz Zəkəriyyəyev tərəfindən xx/xx-132325/25938 saylı məktub göndərilərək İddiaçı mülkiyyətində qeydə alınan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilinə (ilkin satış qiyməti 130950 manat olmaqla) və Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən 18 saylı qeyri-yaşayış sahəsinə (ilkin satış qiyməti 200000 manat olmaqla) dair hərracın keçirilməsi ilə bağlı sifariş verilmiş və buna uyğun olaraq “X22” MMC tərəfindən hərrac keçirilmişdir. Nəzərə alınması zəruridir ki, hərrac təşkilatı icra sifarişini aldıqdan sonra icra hərəkətlərini həyata keçirə bilər ki, həmin icra sifarişini bank və ya digər şəxslər deyil, icra vərəqəsini icra etməli olan icra və probasiya şöbəsi verə bilər. Faktiki olaraq icra və probasiya şöbəsi tərəfindən hazırki iş üzrə iki dəfə sifariş verilsə də, ilkin sifariş sonradan həmin qurumun müraciəti əsasında dayandırılmış və bununla da hərracın həyata keçirilməsi mümkünsüz olmuşdur. Hərracın mümkünsüzlüyü isə məhz hazırki iş üzrə iddiaçı tərəfindən müxtəlif məhkəmələrdə iddia tələbləri irəli sürməklə həmin əmlakların özgəninkiləşdirilməsinə istiqamətlənmiş hərəkətlərin həyata keçirilməsi maneəçilik yaradılması ilə birbaşa əlaqəlidir. Hazırki iş üzrə Yasamal rayon İcra və Probasiya Şöbəsinin tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xx/xx-132325/3-25935 saylı hərrac sifarişi “İpoteka haqqında” AR qanununun 43.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla deyil, hərracın keçirilməsinin dayandırılmasına səbəb olmuş məhkəmə qərarlarının mövcudluğundan qaynaqlandığından borclu İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən binada 18 saylı mağazanın özgəninkiləşdirilməsinə istiqamətlənən hərəkətlərin həyata keçirilməsi mümkün olmamışdır. Hərracın baş tutmamış elan edilməsi və ya hərracın yekunlarına dair protokolun imzalanması üçün ilk növbədə hərracın keçirilməsinə dair sifariş olmalıdır. Hazırki qanunvericilyin tələbinə əsasən hərracın keçirilməsi ilə bağlı sifarişi icra vərəqəsini qəbul etmiş icra və probasiya şöbəsi tərəfindən verilməlidir. Bu hal “İpoteka haqqında” qanununun 41.3 və “İcra haqqında” qanununun 61-ci maddələri ilə tənzimlənir. Belə ki, “İcra haqqında” qanunun 61-ci maddəsində hərracların hazırlanması və keçirilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Sadalanan normaların məzmunundan da aydın görünür ki, borclunun əmlakının hərracdan satılması yalnız icra məmurunun sifarişi əsasında baş tuta bilər. Yəni, hərracı keçirən ixtisaslaşdırılmış müəssisənin icra məmurunun sifarişi olmadan borclunun əmlakına sərəncam verməyə yönəlmiş hərəkətlərinin heç bir qanuni əsası yoxdur. İcra orqanının hərracın dayandırılmasına dair məktubu da eynilə həmin hüquqi qüvvəyə malikdir və həmin məktub nəzərə alınmadan həyata keçirilən hərəkətlərin etibarszılığına səbəb olur. Bundan əlavə “İcra haqqında” AR qanununun 21.8-ci maddəsinə əsasən dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Nəzərə alınması zəruridir ki, hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclar eyni sifariş əsasında deyil, fərqli vaxtlarda verilmiş sifarişlər əsasında həyata keçirilmişdir ki, yeni sifarişin verilməsi əvvəlki sifarişin həyata keçirilməsinin mümkünsüzlüyündən qaynaqlanır. Belə ki, dayandırılmış hərrac hərəkətləri üzrə hərracın keçirilməsi təmin edilsə idi, bu zaman birinci hərracla ikinci hərracın keçirilməsi anınadək “İpoteka haqqında” qanununda nəzərdə tutulmuş müddətlərə riayət edilməyə bilər, həmçinin həmin hərracın nəticələrinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş müddət pozulmuş olardı. (“İpoteka haqqında” qanununun 42.1, 43.5,43.7 və 43.7-1-ci maddələri) Bundan əlavə qeyd etmək zəruridir ki, iddiaçı məhz ipoteka predmetinin vaxtında əldə edilməməsi səbəbindən ipotekaya xitam verilməsini tələb etsə də, nəzərə alınmalıdır ki, tələbkar "xxxx" ASC tərəfindən ipoteka predmetinin əldə edilməsi xx.xx.2021-ci il tarixli icra sifarişinə əsasən 23 dekabr 2021-ci il tarixində keçirilmiş hərracın baş tutmaması səbəbindən sonra xx.xx.2021-ci il tarixində hərrac təşkilatı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 01/5274 saylı təklif məktubundan sonra əldə edilmişdir. Bu zaman hər-hansı qayda pozuntusuna yol verilməmişdir. Hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifi xx.xx.2021-ci il tarixli icra sifarişi ilə bağlı olmamış, xx.xx.2021-ci il tarixli icra sifarişinə əsasən tərtib edilmişdir. Bu hal “İpoteka haqqında” AR qanununun 43.7 və 43.7-1-ci maddələrinin tələblərindən irəli gəlir. Ayrıca “İpoteka haqqında” AR qanununun 44-cü maddəsində qeyd edilmişdir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Hazırki iş üzrə keçirilmiş hərraca münasibətdə bu müddəanı tətbiq etsək hərracın “İpoteka haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulması ilə keçirilməsi faktı öz təsdiqini tapmır. Belə ki, hərrac təşkilatı hərracı sifariş əsasında həyata keçirir. Sifarişi icra qurumu təqdim edir. Sifarişin olmadığı təqdirdə hərrac keçirilə bilməz və ya sifarişi təqdim etmiş icra məmurunun sifarişin keçirilməsinin dayandırılmasını tələb etməsi halında hərrac həyata keçirilə bilməz. Əksi halda “İpoteka haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulması ilə xarakterizə olunar. (İpoteka haqqında qanununun 42.1-ci maddəsinin tələbləri). Mövcud mülki işə münasibətdə Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən üç dəfə məktub daxil olmuşdur (xx.xx.2021-ci il tarixli icra sifarişi, xx.xx.2021 -ci il tarixli xx.xx.2021-ci il tarixli icra sifarişinin İddiaçı mülkiyyətində olan əmlaklara münasibətdə hərracın keçirilməsinin dayandırılması, xx.xx.2021-ci il tarixli icra sifarişi hansı ki, İddiaçı mülkiyyətində olan daşınmaz əmlaklara münasibətdə yeni hərrac sifarişi). İcra qurumunu xx.xx.2021-ci il tarixli icra sifarişinə əsasən hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixinə təyin edilmiş hərrac keçirilir, lakin alıcı olmadığından baş tutmamış hesab edilərək, xx.xx.2021-ci il tarixinə təyin edilir. Lakin xx.xx.2021-ci il tarixində icra sifarişini vermiş icra qurumu tərəfindən hərrac təşkilatına məktub ünvanlanaraq hərracın keçirilməsinin dayandırılması tələb edilir. Buna müvafiq olaraq xx.xx.2021-ci il tarixinə keçirilməsi planlaşdırılan hərrac keçirilmir. Baxmayaraq ki, buna dair hərrac təşkilatı tərəfindən kütləvi informasiya vasitələrində elan verilmiş, habelə müvafiq bildirişlər tərtib edilərək tərəflərin ünvanlarına göndərilmişdir. Mövcud vəziyyətdə hərracın həyata keçirilməsi mümkün olmadığından və qeyri-müəyyən müddətə təxirə salındığından, habelə dayandırılmış hərracın davam etdirilməsi ilə bağlı icra qurumu tərəfindən dayandırılmanın ləğv edilib hərrac hərəktlərinin həyata keçirilməsinin davam etdirilməsi barədə məktub verilmədiyindən, habelə həmin əmlaklarla bağlı xx.xx.2022-ci il tarixli icra sifarişi verildiyindən hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən edilmir. xx.xx.2021-ci il tarixli hərrac sifarişinin davam etdirilməsi və xx.xx.2021-ci il tarixində keçirilməli olan hərracın sonraki vaxtda təyin edilməsi hərracın keçirilməsi ilə bağlı “İpoteka haqqında” AR qanununun 42 və 43-cü maddələrində nəzərdə tutulmuş hərracın keçirilməsi qaydaları və müddətlərinə, habelə tələbkarın ipoteka predmetlərini əldə etməsi ilə bağlı nəzərdə tutulmuş müddətin birbaşa pozulması ilə xarakterizə olunardı. Məhz göstərilən səbəblərdən də bəlli olur ki, hazırki iş üzrə iddiaçı bir tərəfdən ipoteka predmetləri ilə bağlı icra sifarişinin həyata keçirilməsinə müxtəlif sünii maneələr yaratmış, buna dair fərqli məhkəmələrdən əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı məhkəmə qərarlarının qəbul edilməsinə nail olmaq istəmiş və qismən buna mane olmuş, digər tərəfdən isə hazırda hərracın nəticələrini mübahisələndirmişdir. Nəzərə alınması zəruridir ki, hazırki iş üzrə həm xx.xx.2021-ci il tarixli, həm də xx.xx.2021-ci il tarixli icra sifarişləri üzrə keçirilmiş hərracların heç bir tərəflərin hüquq və vəzifələrinə təsir etməmiş, iddiaçının hüquqlarının hansısa formada məhdudlaşdırmamış, hərracın obyektiv və şəffaf keçirilməsinə səbəb olmamışdır. xx.xx.2021-ci il tarixli icra sifarişi üzrə hərracın dayandırılmasından sonra hərrac hərəkətlərinin həyata keçirilməsi zamanı faktiki olaraq qanunvericilikdə hərracın keçirilməsi ilə bağlı nəzərdə tutulmuş müddətlər pozulmuş hesab oluna bilərdir. Belə ki, Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində hərracın dayandırılması ilə bağlı hərrac təşkilatına ünvanlanmış məktubda hərracın keçirilməsinin hansı tarixədək dayandırılmasının dəqiq göstərilməsi qeyri-mümkün olardı. Bu hal isə həmin hərəkətlərin həyata keçirilməsi zamanı faktiki olaraq birinci hərracla ikinci hərracın keçirilməsi üçün nəzərdə tutulmuş müddətilərin pozulması ilə xarakterizə olunardı. Hərracın keçirilməsinə məhdudiyyətlərin tətbiq edilməsinə nəzərdə tutan məhkəmə qərardadlarının üçüncü və ya maraqlarına toxunan şəxs tərəfindən əldə edilməsi, onların əvvəlcə qərarı qəbul etmiş məhkəmədə mübahisələndirilməsi, nəticədə əldə edilməsi mümkün olmadıqdan sonra isə apellyasiya qaydasında mübahisələndirilməsi və buna dair yekun qərarların hazırlanıb təqdim edilməsi müddətsiz olmasa da, qeyri-müəyyən vaxt ilə məhdudlaşır. Əlavə olaraq hazırki iş üzrə mübahisələndirilən hərracı hərrac təşkilatı müstəqil olaraq keçirtmək hüququna malik deyildir. Hərrac təşkilatının hərracı keçirilməsi üçün mütləq qaydada hərracı sifariş edən qurumun razılığı olmalıdır ki, bu razılıq hərrac sifarişçisi tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş və buna uyğun olaraq hərracın keçirilməsi, vaxtı və yeri barəsində tərəflərə bildiriş göndərilməklə bərabər, aidiyəti üzrə müvafiq qəzetlərdə elanlar verilmiş və bütün bunlar “İpoteka haqqında” AR qanunu ilə müəyyən edilmiş müddətlərə riayət edilməklə həyata keçirilmişdir. Məhkəmə, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, “Falcon Group" MMCdən xx.xx.2010-cu il tarixli 441 saylı Kredit xətti (maksimal borclanma limiti) müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixli, 014 saylı razılaşma üzrə 430052 (dörd yüz otuz min əlli iki) manat əsas borc, 37789,71 (otuz yeddi min yeddi yüz seksən doqquz manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla 467841.71 (dörd yüz altmış yeddi min səkkiz yüz qırx bir manat yetmiş bir qəpik) manat borc, xx.xx.2012-ci ıl tarixli, 017 saylı razılaşma üzrə isə 352980 (üç yüz əlli iki min doqquz yüz səksən) manat əsas borc, 37215.86 (otuz yeddi min iki yüz on beş manat səksən altı qəpik) manat faiz borcu olmaqla 390195,86 (üç yüz doxsan min bir yüz doxsan beş manat səksən altı qəpik) manat borc, ümumilikdə isə 858037,57 (səkkiz yüz əlli səkkiz min otuz yeddi manat əlli yeddi qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, tutma ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında X5 məxsus olan ünvan 14 ünvanda yerləşən 163.7 kv.m ümumi 96.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 40 saylı mənzilə, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 7 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilə, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 15 ünvanda yerləşən 66.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, mülkiyyət hüququ əsasında X3 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cu köndələn), ev 7, 28,3 kv.m ümumi 19,3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 45,2 kv.m ümumi, 35,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 19 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4cü köndələn), ev 7, 39,15 kv m ümumi, 28 kv.m yaşayış sahəsinden ibarət 2 otaqlı 20 saylı mənzilə yönəldilərək həmin əmlaklar açıq hərracda satılsın. 07 iyun 2010-cu il tarixli, 441 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan X5 məxsus olan ünvan 14 ünvanda yerləşən 163.7 kv.m ümumi, 96.2 kv.m yaşayış sahəsi ibarət 3 otaqlı 40 saylı mənzilin ilkin satış qiyməti 519600 (beş yüz on doqquz miı yüz) manat; 22 iyul 2010-cu il tarixli, 441/01 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyulan İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaş» sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin ilkin satış qiyməti 130950 (bir yüz otuz min doqquz yüz əlli) manat; 27 avqust 2010-cu il tarixli, 441/02 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş İddiaçı məxsus olan ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 200000 (iki yüz min) manat; 13 noyabr 2010-cu il tarixli, 441/003 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş X3 məxsus olan Bakı şəhəri, Yasamal rayon Araz küçəsi (4-cü köndələn), ev 7, 28,3 kv.m ümumi, 19,3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 saylı mənzilin ilkin satış qiyməti 60000 (altmış min) manat, Bakı şəhər Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 45.2 kv.m. gmurm, 35,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 saylı mənzilin ilkin satış qiyməti 100000 (bir yüz min) manat, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 19 saylı mənzilin ilkin satış qiyməti 95000 (doxsan beş min) manat və Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 39,15 kv.m ümumi 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 20 saylı mənzilin ilkin satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilməsi, həmin əmlakların satışından əldə olunmuş vəsait “Falcon Group" MMC-nin “Bank Avrasiya' ASC-yə olan borcunun təmin edilməsinə yönəldilməsi, İpoteka predmeti olan əmlakların satışından əldə olunmuş məbləğ "xxxx" tələblərindən artıq olduqda, artıq məbləğ ipoteka qoyanlara qaytarılması, ilkin İddia tələbi "210 manat xidmət haqqının tutulması" hissəsində təmin edilməsin. X2 “Bank Avrasiya' ASC-yə və notarius X9 qarşı onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 441 saylı və xx.xx.2011-cı il tarixli, 441/04 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ilkin iddia tələbinin ona dair hissədə təmin olunmaması barədə qarşılıqlı iddiası təmin edilməsin. Qiymətləndirmə ekspertizaları üzrə aparılmış tədqiqatların dəyəri 400 (dord yüz) manat ilkin iddia üzrə cavabdeh X3 aid edilməklə ondan "xxxx" MMC-nin xeyrinə tutulması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli xx/xx-132325/3 nömrəli sifariş məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün icra vərəqəsinin sürəti ”Külək” MMC-yə göndərilmişdir. Eyni zamanda İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin ilkin satış qiyməti 130950 (bir yüz otuz min doqquz yüz əlli) manat və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 200000 (iki yüz min) manat olması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş ”Külək” MMC tərəfindən tərtib edilmiş 01/3845 nömrəli xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı məxsus olan ünvan 7 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin açıq hərracda satılması üçün xx.xx.2021-ci il tarixdə saat 11:00-17:00-dək ünvan 18 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (01 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş ”Külək” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 65 və 65-1 nömrəli gedişat protokollarından görünür ki, İddiaçı məxsus olan ünvan 7 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair həmin tarixə təyin olunmuş hərracda 3 nəfər iştirak etmiş, İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin ilkin satış qiyməti 130950 manata və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 200000 manat müəyyən edilmişdir.Protokolla alıcı olmadığında hərrac baş tutmamışdır. İş materiallarına əlavə edilmiş ”Külək” MMC tərəfindən “Bank Avrasiya' ASC-yə ünvanlanmış 01/4209 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.ev 146 A, 18 nömrəli mənzilin ilkin 130950 manat və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küç, ev 97 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin dəyəri 200000 manat olmaqla müəyyən edilmiş birinici hərrac İpoteka Haqqında qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır. Qanunun 43.3cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş “Bank Avrasiya" ASC tərəfindən ”Külək” MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 02/1368/1 nömrəli məktubundan görünür ki, ünvanlanmış ünvan 20kin 130950 manat və Bakı şəhəri, Yasamal rayonu, X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin dəyəri 200000 manat qəbul edilməsi təklif üzrə hazırki mərhələdə İpoteka Haqqında qanunun 43.3-cü maddəsinə əsasən nəzərdə tutulmuş hüquqlarından istifadə etməyəcəklərini bildirmişdirlər. İş materiallarına əlavə edilmiş 01/4306 nömrəli xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin və İddiaçı məxsus olan ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin açıq hərracda satılması üçün xx.xx.2021-ci il tarixdə saat 11:00-17:00-dək ünvan 18 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (02 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Anar Əhmədov tərəfindən "xxxx" MMC-nin direktoruna xx.xx.2021-ci il tarixli 17/72- 132325/2 saylı məktubundan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5771/2021 saylı qərardadı ilə İddiaçı mülkiyyətində qeydə alınan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən binada 18 saylı mağazanın, Şəki rayonu, Daşüz kəndində yerləşən hər biri 0,12 ha olmaqla 2 ədəd torpaq sahələrinin və həmin torpaq sahəsində yerləşən 282,7 kv.m istehsal sahəsinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatların aparılması qadağan edildiyindən İddiaçı mülkiyyətində qeydə alınan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən binada 18 saylı mağaza hissəsində hərracın dayandırılması digər əmlaklarla bağlı isə davam etdirilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Yasamal rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli xx/xx-132325/3-25935 nömrəli sifariş məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün icra vərəqəsinin sürəti ”Külək” MMC-yə göndərilmişdir. Eyni zamanda İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaş» sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin ilkin satış qiyməti 130950 (bir yüz otuz min doqquz yüz əlli) manat və İddiaçı məxsus olan ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 200000 (iki yüz min) manat olması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 01/4811 nömrəli xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklənmiş ünvan 7 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin xx.xx.2021-cı il tarixdə saat 11:00-17:00-da ünvan 18 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (01 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş ”Külək” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 78/03 və 78/03-1 nömrəli gedişat protokllarından görünür ki, İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair həmin tarixə təyin olunmuş hərracda 2 nəfər iştirak etmiş, İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin ilkin satış qiyməti 130950 manata və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 200000 manat müəyyən edilmiş, alıcı olmadığından hərrac baş tutmamışdır. Protokolla İddiaçı məxsus olan ünvan 7 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin ilkin satış qiyməti 111307,5 manata və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 170000 manat müəyyən edilməklə təkrar hərrac barədə elan dərc edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 01/5107 nömrəli xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklənmiş ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin xx.xx.2021ci il tarixdə saat 11:00-17:00-da ünvan 18 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (02 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş ”Külək” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 81/02 və 81/03 nömrəli gedişat protokollarından görünür ki, İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair həmin tarixə təyin olunmuş hərracda 2 nəfər iştirak etmiş, İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin ilkin satış qiyməti 111307,5 manata və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 170000 manat müəyyən edilmişdir. Protokolla İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin təkrar hərracda satış qiyməti 25 faiz aşağı qiymətlə 83480,63 manata və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin təkrar satış qiyməti 25 faiz aşağı qiymətlə 127500,6 manat müəyyən edilməklə ipoteka saxlayana təklif edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ”Külək” MMC tərəfindən ipoteka saxlayana göndərilmiş 01/5274 nömrəli xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair Təklifdən görünür ki, İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklənmiş ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərracların baş tutmaması və bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində dərc edilməsi və Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinin müvafiq olaraq ipoteka təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə 83480,63 manat və 127500,6 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən ”Külək” MMC-yə ünvanlanmış 02/27 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ”Külək” MMC-nin 01/5274 saylı xx.xx.2021-ci il tarixli məktubuna cavab olaraq İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin təkrar hərracda satış qiyməti 25 faiz aşağı qiymətlə 83480,63 manata və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin təkrar satış qiyməti 25 faiz aşağı qiymətlə 127500,6 manat müəyyən edilməklə ipoteka saxlayana təklif edilmiş ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracda satılmadığından Bank göstərilən əmlakın öz mülkiyyətinə götürülməsinə razılıq vermişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 03/01 nömrəli protokolundan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsi və Yasamal rayon İcra Şöbəsi xx.xx.2021-ci il tarixli xx/xx-132325/3-25935 nömrəli sifariş məktubu əsasında, İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin təkrar hərracda satış qiyməti 25 faiz aşağı qiymətlə 83480,63 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən "xxxx" ASC-nin (etibarnamə əsasında nümayəndəsi X10) təqdim edilmiş hesab edilməsi və lazımi sənədlər tərtib edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, satıcı ”Külək” MMC olmaqla İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzil 83480,63 manata satmağı, alıcı "xxxx" ASC isə Azərbaycan Respublikası “İcra haqqında” qanunun 78-ci və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərclərin ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş mülkiyyət hüquqularının qeydiyyatı barədə qeydiyyat nömrəsi ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********02-05101-093015 olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin tam mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 03/02 nömrəli protokolundan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsi və Yasamal rayon İcra Şöbəsi xx.xx.2021-ci il tarixli xx/xx-132325/3-25935 nömrəli sifariş məktubu əsasında, İddiaçı məxsus olan ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi təkrar hərracda satış qiyməti 25 faiz aşağı qiymətlə 127500 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən "xxxx" ASC-nin (etibarnamə əsasında nümayəndəsi X10) təqdim edilmiş hesab edilməsi və lazımi sənədlər tərtib edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqaviləsindən görünür ki, satıcı ”Külək” MMC olmaqla İddiaçı məxsus olan ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini 127500 manata satmağı, alıcı "xxxx" ASC isə Azərbaycan Respublikası “İcra haqqında” qanunun 78-ci və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərclərin ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş mülkiyyət hüquqlarının qeydiyyatı barədə qeydiyyat nömrəsi ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********38-05301-083002 olan ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin tam mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən “Falcon Group" MMC-dən xx.xx.2010-cu il tarixli 441 saylı Kredit xətti (maksimal borclanma limiti) müqaviləsinə əsason xx.xx.2012-ci il tarixli, 014 saylı razılaşma üzrə 430052 (dörd yüz otuz min əlli iki) manat əsas borc, 37789,71 (otuz yeddi min yeddi yüz seksən doqquz manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla 467841.71 (dörd yüz altmış yeddi min səkkiz yüz qırx bir manat yetmiş bir qəpik) manat borc, xx.xx.2012-ci ıl tarixli, 017 saylı razılaşma üzrə isə 352980 (üç yüz əlli iki min doqquz yüz səksən) manat əsas borc, 37215.86 (otuz yeddi min iki yüz on beş manat səksən altı qəpik) manat faiz borcu olmaqla 390195,86 (üç yüz doxsan min bir yüz doxsan beş manat səksən altı qəpik) manat borc, ümumilikdə isə 858037,57 (səkkiz yüz əlli səkkiz min otuz yeddi manat əlli yeddi qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, tutma ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında X5 məxsus olan ünvan 14 ünvanda yerləşən 163.7 kv.m ümumi. 96.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 40 saylı mənzilə, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 7 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilə, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 15 ünvanda yerləşən 66.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, mülkiyyət hüququ əsasında X4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cu köndələn), ev 7, 28,3 kv.m ümumi, 19,3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 45,2 kv.m ümumi, 35,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 19 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 39,15 kv m ümumi, 28 kv.m yaşayış sahəsinden ibarət 2 otaqlı 20 saylı mənzilə yönəldilərək həmin əmlaklar açıq hərracda satılsın. 07 iyun 2010-cu il tarixli, 441 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan X5 məxsus olan ünvan 14 ünvanda yerləşən 163.7 kv.m ümumi, 96.2 kv.m yaşayış sahəsi ibarət 3 otaqlı 40 saylı mənzilin ilkin satış qiyməti 519600 (beş yüz on doqquz altı yüz) manat; 22 iyul 2010-cu il tarixli, 441/01 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş İddiaçı məxsus olan ünvan 7 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaş» sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin ilkin satış qiyməti 130950 (bir yüz otuz min doqquz yüz əlli) manat; 27 avqust 2010-cu il tarixli, 441/02 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş İddiaçı məxsus olan ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 200000 (iki yüz min) manat; 13 noyabr 2010-cu il tarixli, 441/003 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş X3 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev

7. 28,3 kv.m ümumi, 19,3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 saylı mənzilin ilkin satış qiyməti 60000 (altmış min) manat, Bakı şəhəri Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 45.2 kv.m. gmurm, 35,2 kv.n yaşayış sahəsindən ibarət 2 otaqlı 6 saylı mənzilin ilkin satış qiyməti 100000 (bir yüz min) manat, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 19 saylı mənzilin ilkin satış qiyməti 95000 (doxsan beş min) manat və Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 39,15 kv m ümumi 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 20 saylı mənzilin ilkin satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilməsi, Həmin əmlakların satışından əldə olunmuş vəsait “Falcon Group" MMC-nin “Bank Avrasiya" ASC-yə olan borcunun təmin edilməsinə yönəldilməsi, İpoteka predmeti olan əmlakların satışından əldə olunmuş məbləğ "xxxx" tələblərindən artıq olduqda, artıq məbləğ ipoteka qoyanlara qaytarılması, ilkin İddia tələbi "210 manat xidmət haqqının tutulması" hissəsində təmin edilməsin. X2 “Bank Avrasiya" ASC-yə və notarius X9 qarşı onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 441 saylı və xx.xx.2011-cı il tarixli, 441/04 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ilkin iddia tələbinin ona dair hissədə təmin olunmaması barədə qarşılıqlı iddiası təmin edilməsin. Qiymətləndirmə ekspertizaları üzrə aparılmış tədqiqatların dəyəri 400 (dord yüz) manat ilkin iddia üzrə cavabdeh X3 aid edilməklə ondan "xxxx" MMC-nin xeyrinə tutulması göstərilmişdir. Hazırda iddia tələbi üzrə mübahisələndirilən İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaş» sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzil və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərraclardır. Qeyd olunan icra sənədi Yasamal rayon İcra Şöbəsinə (bundan sonra mətndə İcra orqanı) göndərilmişdir. İcra orqanı icra sənədinin icraatına başlayaraq ipoteka predmeti olan əmlakların açıq hərracda satılması ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixli xx/xx-132325/3 nömrəli sifariş məktubu ilə "xxxx" MMC-yə (bundan sonra mətndə hərrac təşkilatı) müraciət edilmişdir. Hərrac təşkilatı tərəfindən tərəflərə 01/3845 nömrəli xx.xx.2021-ci il tarixli bildiriş göndərilərək, İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair açıq hərracın xx.xx.2021-ci il tarixdə saat 11:00-17:00-dək keçiriləcəyi barədə məlumat verilmişdir. Hərrac təşkilatı tərəfindən həmin tarixdə keçirilmiş hərrac barədə xx.xx.2021-ci il tarixli 65 və 65-1 nömrəli gedişat protokolları tərtib edilərək əmlaklar satılmadığından hərrac baş tutmamışdır.Daha sonra hərrac təşkilatı tərəflərə 01/4306 nömrəli xx.xx.2021-ci il tarixli bildiriş göndərərək İddiaçı məxsus olan ünvan 7 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə açıq hərracın xx.xx.2021-ci il tarixdə saat 11:00-17:00-dək keçiriləcəyi bildirilmişdir. İcra orqanı xx.xx.2021-ci il tarixli 17/72- 132325/2 saylı məktubla hərrac təşkilatına müraciət edərək, Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5771/2021 saylı qərardadı ilə İddiaçı mülkiyyətində qeydə alınan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən binada 18 saylı mağazanın, Şəki rayonu, Daşüz kəndində yerləşən hər biri 0,12 ha olmaqla 2 ədəd torpaq sahələrinin və həmin torpaq sahəsində yerləşən 282,7 kv.m istehsal sahəsinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatların aparılması qadağan edildiyindən İddiaçı mülkiyyətində qeydə alınan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən binada 18 saylı mağaza hissəsində hərracın dayandırılması digər əmlaklarla bağlı isə davam etdirilməsini xahiş etmişdir. Bundan sonra hərrac dayadırılmış və xx.xx.2021-ci il tarixə təyin edilmiş açıq hərrac keçirilməmiş, hərrac dayandırılmışdır. Daha sonra icra orqanı xx.xx.2021-ci il tarixli xx/xx-132325/3-25935 nömrəli sifariş məktubu ilə hərrac təşkilatına müraciət edərək, İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaş» sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzil və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair açıq hərracın təşkil edilməsi sifariş edilmişdir. Hərrac təşkilatı tərəflərə 01/4811 nömrəli xx.xx.2021-ci il tarixli bildiriş göndərərək İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaş» sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzil və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə açıq hərracın xx.xx.2021-cı il tarixdə saat 11:00-17:00 da keçiriləcəyi bildirilimişdir. Həmin tarixdə keçirilmiş hərracla bağlı hərrac təşkilatı tərəfindən xx.xx.2021-ci il tarixli 78/03 və 78/03-1 nömrəli gedişat ptorokolları tərtib edilərək, əmlakların satılmağı səbəbindən hərracın baş tutmaması və bu barədə müvafiq elanın dərc edilməsi qərara alınmışdır. Bundan sonra hərrac təşkilatı tərəflərə 01/5107 nömrəli xx.xx.2021-ci il tarixli bildiriş göndərək, İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaş» sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzil və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair açıq hərracın xx.xx.2021-cı il tarixdə saat 11:00-17:00-dək keçiriləcəyi bildirilmişdir. Həmin tarixdə keçirilmiş hərracla bağlı hərrac təşkilatı tərəfindən xx.xx.2021ci il tarixli 81/02 və 81/03 nömrəli gedişat protokolları tərtib edilərək, əmlakların satılmadığı səbəbindən hərracın baş tutmamış elan edilərək, İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin təkrar hərracda satış qiyməti 25 faiz aşağı qiymətlə 83480,63 manata və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin təkrar satış qiyməti 25 faiz aşağı qiymətlə 127500,6 manat müəyyən edilməklə ipoteka saxlayana təklif edilməsi qərara alınmışdır. Hərrac təşkilatı tərəfindən "xxxx" ASC-yə (bundan sonra mətndə bank və tələbkar) 01/5274 nömrəli xx.xx.2021-ci il tarixli məktubu ilə ipoteka predmetlərini Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinin müvafiq olaraq ipoteka təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə 83480,63 manat və 127500,6 manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. Tələbkar tərəfindən hərrac təşkilatına ünvanlanmış 02/27 nömrəli xx.xx.2022-ci il tarixli məktubla ipoteka predmetləri olan İddiaçı məxsus ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin təkrar hərracda satış qiyməti 25 faiz aşağı qiymətlə 83480,63 manata və ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin təkrar satış qiyməti 25 faiz aşağı qiymətlə 127500,6 manat müəyyən edilməklə mülkiyyətinə qəbul etməyə razı olduğunu bildirmişdir. Bundan sonra hərrac təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli 03/01 nömrəli protokolu tərtib edilərək, ipoteka predmeti olan İddiaçı məxsus ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzil 83480,63 manata tələbkara satması qərara alınmışdır. Hərrac təşkilatı ilə bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı məxsus olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzil 83480,63 manata satmağı, alıcı "xxxx" ASC isə Azərbaycan Respublikası “İcra haqqında” qanunun 78-ci və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərclərin ödəməyi öz öhdəsinə götürmüşdür. Daşınmaz əmlakın reyestr nömrəsi **********02-05101-093015 olan ünvan 16 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin tam mülkiyyətinə keçmişdir. Eyni zamanda hərrac təşkilatı xx.xx.2022-ci il tarixli 03/02 nömrəli protokolla hərracın başa çatdıraraq İddiaçı məxsus ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi təkrar hərracda satış qiyməti 25 faiz aşağı qiymətlə 127500 manata tələbkara satmağı qərara almışdır. Bundan sonra hərrac təşkilatı ilə tələbkar arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı hərrac təşkilatı İddiaçı məxsus olan ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini 127500 manata alıcı tələbkara satmağı, alıcı "xxxx" ASC isə Azərbaycan Respublikası “İcra haqqında” qanunun 78-ci və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərclərin ödəməyi öz öhdəsinə götürmüşdür. Daşınmaz əmlakın reyestr nömrəsi **********38-05301-083002 olan ünvan 17 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin tam mülkiyyətinə keçmişdir. Bununla razılaşmayan iddiaçı məhkəməyə hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Göründüyü kimi iddiaçının iddiası bir neçə hissədən ibarətdir. İddia tələbinin birinci hissəsi “cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 21 yanvar 2022-ci il tarixli X6 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı dair bağlanmış Müqavilələrin etibarsız hesab edilməsi”, ikinci hissəsi “Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş **********02-05101- 093015 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küç, ev 97 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş **********8-05301-083002 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı ləğv edilməsi”, üçüncü hissəsi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ipotekalara xitam verilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18 və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan daşınmaz əmlakların ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlər aparılması”, dördüncü hissəsi “cavabdeh "xxxx" MMC tərəfindən maddi zərər olaraq 6000 manat pulun İddiaçı xeyrinə tutulmasın”dan ibarətdir. Məhkəmə iddia tələbinin birinci “cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 21 yanvar 2022-ci il tarixli X6 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı dair bağlanmış Müqavilələrin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, icra orqanın sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, 18 nömrəli mənzilə və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küç, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hərracın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli xx/xx-132325/3 nömrəli və xx.xx.2021-ci il tarixli xx/xx-132325/3-25935 nömrəli sifarişlər hərrac təşkilatına verilmişdir. xx.xx.2021-ci il tarixli xx/xx-132325/3 nömrəli sifariş əsasında qeyd olunan əmlaklar üzrə xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş, lakin əmlaklara alıcı olmadığından sifariş baş tutmamış hesab olunaraq, həmin əmlaklara dair növbəti hərrac xx.xx.2021-ci il tarixə təyin edilsədə, İcra orqanın müraciəti əsasında hərrac dayandırılmışdır. Bundan sonra icra orqanı tərəfindən yenidən hərracın təşkilinə dair sifariş verilmiş və xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ipoteka predmetləri olan əmlaklara dair açıq hərrac keçirilmiş ipoteka predmeti alınmadığından hərraclar baş tutmamışdır. Qeyd olunan hərracların keçirilməsi işin mübahisəsiz halı olmaqla yanaşı həm iddia tələbinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş etiraz ərizəsində, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin (bundan sonra mətndə üçüncü şəxs) nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında (Birinci hərrac xx.xx.2021-ci il tarixdə keçirilib və bunu təsdiq ədən sənədlər iş materiallarına əlavə olunmuşdur) öz təsdiqini tapmışdır. Qeyd olunan hissəni məhkəmə işin mübahisəsiz halı olaraq göstərməkdə məqsədi ondan ibarətdir ki, üçüncü şəxsin həmin hərracın keçirilməməsi ilə bağlı deyil, keçirilən hərracdan sonra növbəti hərracın dayandırılması səbəbindən xx.xx.2021-ci il tarixli hərracın keçirilməmiş kimi qəbul edilməsidir. Eyni zamanda hərrac təşkilatı xx.xx.2021-ci il tarixli keçirilmiş hərracdan sonra ipoteka saxlayana ünvanlanmış 01/4209 nömrəli xx.xx.2022-ci il tarixli məktubda ünvan 20kin 130950 manat və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin dəyəri 200000 manat olmaqla müəyyən edilmiş birinici hərrac İpoteka Haqqında qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmadığını yəni hərracda bir nəfərin iştirak etməsini bildirsədə hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli 65 və 65-1 nömrəli gedişat protokollarında hərrac günü 3 nəfərin iştirak etməsini göstərmişdir. Belə olan halda hərrac təşkilatı tərəfindən ipoteka saxlayana Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilməsi barədə təklifin verilməsi ipoteka əmlakı üzrə hərracın keçirilməsi barədə imperativ normalara ziddir. Çünki qeyd olunan qayda hərracda iki nəfərdən az iştirakçı olması halında tətbiq edilən qaydadır. Hər bir halda qeyd olunan məktub və gedişat protokolu ipoteka predmetləri üzrə xx.xx.2021-ci il tarixli hərracın keçirilməsini təsdiq edir. Beləliklə məhkəmə tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, 18 nömrəli mənzilə və Bakı şəhəri, Yasamal rayonu, X13 (Ə.Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair iki sifariş əsasında üç dəfə yəni xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə hərrac keçirilmişdir. Hazırki vəziyyətdə cavabdeh və üçüncü şəxslərin mübahisələndirdikləri məqam birinci sifariş üzrə bir hərrac keçirildikdən sonra hərracın dayandırılması və ondan sonra ikinci sifariş əsasında daha iki hərracın keçiriliməsidir. Yəni birinci sifariş üzrə keçirilməsi nəzərdə tutulan hərrac dayandırıldığından xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəzərə alınmaması bildirilmişdir. Eyni zamanda üçüncü şəxs öz etiraz ərizəsində bu halı “Faktiki olaraq icra və probasiya şöbəsi tərəfindən hazırki iş üzrə iki dəfə sifariş verilsə də, ilkin sifariş sonradan həmin qurumun müraciəti əsasında dayandırılmış və bununla da hərracın həyata keçirilməsi mümkünsüz olması” kimi qiymətləndirmişdir. Məhkəmə qüvvədə olan maddi hüquq normalarının tələblərinə əsasən bu qiymətləndirmə ilə razılaşmır. Belə ki, yuxarıda qeyd olunan qiymətləndirmədə üçüncü şəxs hərracın dayandırlması barədə icra orqanının dayandırma barədə məktubundan sonra hərracın aparılmasını mümkünsüzlüyünü qeyd etməklə xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəzərə alınmaması kimi qəbul etməsi, ipoteka qoyanın qanunla qorunan hüquqlarının pozulmasına səbəbdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, icra orqanı tərəfindən daxil olmuş dayandırma barədə məktubu xx.xx.2021-ci il tarixli sifariş üzrə hərrac təşkilatı tərəfindən edilmiş hərəkətləri və onun nəticələrini ləğv etmir. Əksinə icra orqanı tərəfindən verilmiş dayandırma barədə məktub üzrə daha əvvəl hərrac təşkilatı tərəfindən edilmiş hərəkətləri aktual olaraq saxlayır. Yəni hərrac təşkilatı icra orqanı tərəfindən ona ünvanlanmış hərracın dayandırılması barədə məktub üzrə təyin etdiyi təkrar hərracı keçirməməkdə haqlı olmasına baxmayaraq daha sonra icra orqanın xx.xx.2021-ci il tarixli sifariş məktubundan sonra ipoteka predmeti üzrə ümumi qaydada birinci hərrac təyin etmişdir ki, bununlada ipoteka haqqında qanunun müddəalarını kobud şəkildə pozmuşdur. Belə olan halda Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, 18 nömrəli mənzilə və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hərrac təşkilat tərəfindən xx.xx.2022-ci il tarixdə ipoteka predmetləri üzrə keçirilmiş hərrac sayca 3 cü hərracdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3-cü madəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.9-ci maddəsinə əsasən ipoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. 44-cü maddəsinə əsasən Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda göstərilmiş maddi hüquq normalarının tələblərinə zidd olaraq hərrac təşkilatı tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli hərrac qeyd olunan münasibətləri tənzimləyən normalara zidd olaraq keçirildiyindən, məhkəmə tərəfindən həmin hərrac etibarsız hesab edilərək, hazırda araşdırma predmeti olan iddia tələbləri üçün hər hansı hüquqi nəticə yaratmamalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarının əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, 18 nömrəli mənzilə və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2021ci il tarixli təkrar hərracdan sonra 30 gün müddətində ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə edilməsi nəzərdə tutulmuşdur. Lakin hərrac təşkilatı xx.xx.2022-ci il tarixdə ipoteka saxlayana 01/5274 nömrəli xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair Təklif göndərilmişdir. Habelə ipoteka saxlayan üçün ipoteka predmetini qanunvericiliyə uyğun olaraq əldə etməsi üçün son müddət xx.xx.2022-ci il tarix olsa da ipoteka saxlayan ipoteka predmetlərinin əldə edilməsi barədə hərrac təşkilatı ilə ipoteka saxlayan arasında alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə yəni xx.xx.2022-ci il tarixli təkrar hərracda keçirilməsindən 59 gün sonra bağlayaraq ipoteka predmeti əldə edilmişdir. Belə olan halda hazırda hərracın qanunu pozmaqla keçirildiyindən qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, X6 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı dair bağlanmış Müqavilələrin etibarsız hesab edilməlidir. Eyni zamanda məhkəmə ikinci “Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A.mənzil 18-ə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "xxxx" ASCnin adına rəsmiləşdirilmiş **********02-05101-093015 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş **********8- 05301-083002 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı ləğv edilməsi” hissəsi münasibətdə məhkəmə qeyd edir ki, göründüyü kimi tələbin ikinci hissəsi bilavasitə iddia tələbinin birinci hissəsi üzrə məhkəmənin gəldiyi hüquqi nəticəyə bağlıdır. Hazırda tələbin ikinci hissəsində mübahisələndirilən mülkiyyət sənədləri məhkəmə tərəfindən etibarsız hesab edilmiş X6 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair bağlanmış Müqavilələrin əsasında rəsmiləşdirildiyindən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə uyğun olaraq əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3 maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Həmin məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Mcəllənin 351.4-cü maddəsinə əsasən əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Bundan başqa qanunverici tərəflər arasında bağlanmış etibarsız əqd üzrə tərəflərin həmin əqdi bağladıqları zamana olduqları vəziyyətə gətirilməsini, yəni əqdin şərtləri üzrə yerinə yetirilmiş öhdəliklərin qaytarılmasını nəzərdə tutmuşdur. Belə olan halda əgər əqdin etibarsızlığı tərəflər arasında müəyyən olunmuşsa qeyd olunan hal onların qarşılıqlı razılığı ilə həll olunmalıdır. Əgər həmin əqdin etibarsızlığı məhkəmədə təsdiq edilmişdirsə qeyd olunan əqd üzrə tərəflərin əqdin bağlandığı andan olduqları vəziyyətə gətirilmələri üçün məhkəmə tərəfindən müvafiq hərəkətlər icra edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin üçüncü “Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ipotekalara xitam verilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18 və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə.Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan daşınmaz əmlakların ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlər aparılması” hissəsinə münasibətdə qeyd edir ki, Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. Bununla bağlı məhkəmə qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yəni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. (“İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi).Belə olan halda “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı məhkəmə qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Bundan başqa məhkəmə iddia tələbinin dördüncü cavabdeh "xxxx" MMC tərəfindən maddi zərər olaraq 6000 manat pulun İddiaçı xeyrinə tutulması” hissəsinə münasibət bildirir ki, iddiaçı tələbin qeyd olunan hissəsinə münasibətdə vurulmuş maddi zərərin olmasını iddia etsə də, bu halın cavabdeh hərrac təşkilatının hansı qanunsuz hərəkəti nəticəsində baş verməsini göstərməmişdir. Həmçinin tələbin qeyd olunan hissəsinə münasibətdə aparılmış məhkəmə araşdırması zamanı iddiaçının yəni ipoteka qoyanın ipoteka predmetlərində məhrum olması halının qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası dövrünü əhatə etdiyini müəyyən etmişdir. Bundan başqa iddiaçı tərəfindən dəymiş maddi zərər dair müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırki tələbin dördüncü hissəsi üzrə iddianın əsasını təşkil edən hallar müəyyən edilməsi və ya ümumiyyətlə cavabdeh tərəfindən iddiaçıya zərər vurulması halına dair iddiaçı tərəfindən mötəbər sübutların məhkəməyə təqdim edilməməsi səbəbindən məhkəmə iddia tələbinin dördüncü hissəsi üzrə iddiaçının əsaslandığı halların əslində baş verməməsi qənaətinə gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A. M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 21 yanvar 2022-ci il tarixli X6 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı dair bağlanmış Müqavilələrin etibarsız hesab edilərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş **********02-05101-093015 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların və Bakı şəhəri, Yasamal rayonu, X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş **********8-05301-083002 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatları ləğv edilməli, habelə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ipotekalara xitam verilərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18 və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan daşınmaz əmlakların ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlər aparılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi qismən təmin edilsin Cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A. M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 21 yanvar 2022-ci il tarixli X6 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair bağlanmış Müqavilələr etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş **********02-05101-093015 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş **********8-05301-083002 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair ipotekalara xitam verilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18 və Bakı şəhəri, Yasamal rayonu X13 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyriyaşayış sahəsi olan daşınmaz əmlakların ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlər aparılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar