Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-147/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X4, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X4 və Bakı şəhəri Maraqlı şəxsnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “Dəmirbank” X10rşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X4, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X4, Bakı şəhəri Maraqlı şəxsnə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin, protokolun, hərracın yekunları üzrə alqı-satqı barədə müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X5 və “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X5 tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən üç mərtəbəli yeddi otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinin nəticələri haqqında 60 nömrəli, xx xxxxxx 2015-ci il tarixli hesabatın, həmin fərdi yaşayış evinin satışı ilə əlaqədar keçirilmiş hərracın nəticələri haqqında yekun protokolunun etibarsız hesab edilərək ləğv edilməsi, tələbkar bankla bağlanmış alqı-satqı müqaviləsi ləğv edilərək fərdi yaşayış evinin onun mülkiyyətinə qaytarılması, habelə iddiaçının iştirakı təmin olunmaqla qeyd olunan əmlakın yenidən qiymətləndirilməsi, hərrac yolu ilə satışının təşkil edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5071/2012 nömrəli, xx xxxxxx 2012-ci il tarixli qətnaməsinə əsasən “AZKOR KONSTRUKŞN” X2 cəmi 2.914.803,47 (iki milyon doqquz yüz on dörd min səkkiz yüz üç dollar qırx yeddi sent) ABŞ dolları və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iş üzrə tələbkar bank “Dəmirbank” X17 xeyrinə ödənilməlidir. Tələb girov qoyulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evinə yönəldilməli və əldə edilmiş vəsait hesabına banka olan borc ödənilməlidir. Qeyd olunan icra sənədi Bakı şəhəri Maraqlı şəxsnə daxil olmuş və icra məmuru tərəfindən icraata başlanılsa da, göstərilən tələbin könüllü icrası haqqında ona (istər poçt vasitəsi ilə, istərsə də şəxsən) bildiriş təqdim edilməmiş və nəticə etibarı ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci və 44.1.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İcra məmuru tərəfindən iddiaçıya tələbin könüllü icrası haqqında bildiriş verilmədən, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəsisin dəvət edilməsi haqqında qərar qəbul edilmiş, habelə həmin qərar icra olunması üçün ‘'Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” X4 göndərilmiş, lakin ona (istər poçt vasitəsi ilə, istərsə də şəxsən) yenə bu barədə məlumat verilməmişdir. Bundan başqa, icra məmurunun müvafiq qərarı “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” X4 daxil olduqdan sonra ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evi onun iştirakı olmadan və fikri öyrənilmədən 520.000 (beş yüz iyirmi min) məbləğində qiymətləndirilmişdir, habelə qiymətləndirilmənin rəyi ona (istər poçt vasitəsi ilə, istərsə də şəxsən) təqdim edilməmişdir. Həmin əmlakın real bazar qiyməti 1.000.000 (bir milyon) manatdan artıqdır. “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” X5 tərəfindən həmin evi göstərilən məbləğdə qiymətləndirilməsi, həmin əmlakın hazırki real bazar qiymətini əks etdirməyərək, reallığa uyğun olmayan məbləğdir. Bundan sonra icra məmuru “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" X4 əmlakının hərrac yolu ilə satılması üçün sifariş göndərmiş və adı çəkilən hərrac təşkilatı ona məlumat vermədən guya ki, hərraca çıxarır və hərrac mərkəzi tətəfindən isə əmlakı 331.500 (üç yüz otuz bir min beş yüz) manat qiyməyə tələbkar banka satılmışdır. Hərracın keçirildiyi vaxt və yer barədə ona heç vaxt istər hərrac təşkilatı, istərsə də hərracın sifarişçisi tərəfindən məlumatlandırılmamışdır və nəticə etibarı ilə İddiaçı əmlakı qanuna zidd şəkildə çox aşağı qiymətə satılmışdır. Hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. İddiaçı hərracın keçirilməsi barədə bildiriş göndərilməsi barədə hər hansı sübut yoxdur. Deməli, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Hesab edir ki, “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” X5 və “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X5 tərəfindən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinin nəticələri haqqında hesabat, həmin evin satışı ilə əlaqədar keçirilmiş hərracın nəticələri haqında yekun protokol ləğv edilməli və nəticə etibarı ilə tələbkar bankla bağlanmış alqı-satqı müqaviləsi ləğv edilərək, ev onun mülkiyyətinə qaytarılmalı, habelə onun iştirakı təmin olunmaqla qeyd olunan əmlak yenidən qiymətləndirilməli və hərraca çıxarılmalıdır. Ləğv prosesində olan “Dəmirbank” X24 mülki iş üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X25 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “Dəmirbank” X17 nümayəndəsi X22 iddianı qəbul etməyərək onun rədd olunmasını xahiş etmişdir. Cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X4, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X4 və Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X3, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X3 və Bakı şəhəri Maraqlı şəxs nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(004)-5071/2012 nömrəli icra vərəqəsinin surətindən və məzmunundan görünür ki, iddiaçı “Dəmirbank” X17 cavabdehlər “Azkor Konstrukşn” X4, X11, X12, X13, İddiaçı, Baturina Şövkət-xanım Sadıx qızına, Gözüm (Məmmədova) İranə Adil qızına, X19 və X20 qarşı 3.914.053,47 (üç milyon doqquz yüz on dörd min əlli üç dollar qırx yeddi sent) ABŞ dolları məbləğində borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh “Azkor Konstrukşn” X2 “Dəmirbank” X17 xeyrinə xx xxxxxx 2008-ci il tarixli, 04 USD nömrəli kredit xətti müqaviləsi üzrə 1.500.000 (bir milyon beş yüz min) ABŞ dolları məbləğində əsas, 1.294.803,47 (bir milyon iki yüz doxsan dörd min səkkiz yüz üç dollar qırx yeddi sent) ABŞ dolları məbləğində faiz, 120.000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində cərimə (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulması, xx xxxxxx 2008-ci il tarixli, 04 USD nömrəli kredit xətti müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş cavabdeh X11 məxsus Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 0,0592 ha torpaq sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 593-cü məhəllədə yerləşən 64 nömrəli evin, 91 kv.metr ümumi sahədən ibarət 4 otaqlı 64 nömrəli mənzilə və cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən üç mərtəbəli, yeddi otaqlı, 213 kv.metr yaşayış, 481,8 kv.metr köməkçi sahədən ibarət 25a nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğ hesabına cavabdeh “Azkor Konstrukşn” X3 iddiaçı “Dəmirbank” X6 borcunun ödənilməsi, cavabdeh X7 mülkiyyətində olan Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 593-cü məhəllə ünvanında yerləşən 64 nömrəli evin 64 nömrəli mənzili açıq hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər X8 və X9 mənzildən çıxarılmaları, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsi ünvanında yerləşən 25a nömrəli fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər İddiaçı, Baturina Şövkət-xanım Sadıx qızının, Gözüm (Məmmədova) İranə Adil qızının, X14 və X15 mənzildən çıxarılmaları müəyyən edilmişdir; Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X16 icraata başlamaq haqqında xx xxxx 2013-cü il tarixli qərarının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(004)-5071/2012 nömrəli icra vərəqəsi üzrə göstərilən tələbin könüllü surətdə icra olunması üçün borcu İddiaçı 10 (on) gün müddət təyin olunmuşdur; Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X23 tərəfindən İddiaçı ünvanladığı xx xxxx 2013-cü il tarixli bildirişin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(004)-5071/2012 nömrəli icra vərəqəsi üzrə göstərilən tələbin könüllü surətdə icra olunması üçün borcu İddiaçı 10 (on) gün müddət təyin olunmuşdur; “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X3 xx xxxxxx 2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 520.000 (beş yüz iyirmi min) manat müəyyən edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X3 açıq hərracın keçirilməsinə dair xx xxxxxxx 2016-cı il tarixli 01 nömrəli və xx xxxxxxx 2016-cu il tarixli 01/2 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 25A nömrəli fərdi yaşayış evi 520.000 (beş yüz iyirmi min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxx 2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X3 açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2016-cı il tarixli 02 nömrəli və xx xxxxxx 2016-cı il tarixli 02/2 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 25A nömrəli fərdi yaşayış evi 442.000 (dörd yüz qırx iki min) manat məbləğində (520.000-15%=442.000) açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxx 2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X3 Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə, “Dəmirbank” X21, “Azkor Konstrukşn” X4, X11, X12, X13, İddiaçı, Baturina Şövkət-xanım Sadıx qızına, Gözüm (Məmmədova) İranə Adil qızına, X19 və X20 ünvanladığı xx xxxxxx 2016-cı il tarixli məktubun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq icra şöbəsinin xx xxxxxx 2016-cı il tarixli 29240-2517/5-15 nömrəli sifariş məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 25A nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2016cı il tarixli buraxılışında elan dərc edilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X3 xx xxxxxx 2017-ci il tarixli 04/01 nömrəli hərracın yekunları barədə protokolun surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evi 520.000 (beş yüz iyirmi min) manat qiymətə ilkin hərraca çıxarılmış, ipoteka predmeti təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 442.000 (dörd yüz qırx iki min) manat qiymətə çıxarılmış, təkrar hərrac baş tutmadığından ipoteka predmeti 25% aşağı qiymətə, yəni 331.500 (üç yüz otuz bir min beş yüz) manat qiyməyə tələbkar banka- “Dəmirbank” X21 təklif edilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X3 xx xxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evini 331.500 (üç yüz otuz bir min beş yüz) manat qiymətə “Dəmirbank” X24 tərəfindən əldə edilmişdir; “Dəmirbank” X24 tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanladığı xx xxx 2017-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, “Dəmirbank” X24 İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evini 331.500 (üç yüz otuz bir min beş yüz) manat qiymətə əldə etmiş və bununla əlaqədar olaraq yeddi faiz icra ödənişinin köçürülməsindən ötrü icra şöbəsinin depozit hesabı rekvizitlərinin banka təqdim edilməsi üçün göstəriş verilməsini xahiş etmişdir; xx xxx 2017-ci il tarixli ********* nömrəli ödəmə tapşırığının surətindən görünür ki, “Dəmirbank” X24 tərəfindən məhkəmə nəzarətçiləri (depozit) hesabına 23.205 (iyirmi üç min iki yüz beş) manat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(004)- 5071/2012 nömrəli icra vərəqəsi üzrə yeddi faiz məbləğində olan pul vəsaitini köçürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 25a nömrəli fərdi yaşayış evi xüsusi müılkiyyət hüququ üzrə “Dəmirbank” X17 adına daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 7832 nömrəli vərəqində xx xxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məkrubunun məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 25A nömrəli fərdi yaşayış evi xx xxxx 2017-ci il tarixdə “Dəmirbank” X17 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; “X18” X3 xx xxxx 2020-ci il tarixli 016/20 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən üç mərtəbəli yeddi otaqlı 694,8 kv.metr ümumi sahədən ibarət 25a nömrəli fərdi yaşayış evinin 2015-ci il üçün orta bazar qiyməti 625.000 (altı yüz iyirmi beş min) manat, hazırkı dövrə olan orta bazar qiyməti 680.000 (altı yüz səksən min) manat təşkil edir; Sabunçu RPİ tərəfindən xx xxxxx 2005-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 25A ünvanında qeydiyyatdadır; xx xxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, qiymətləndirilmə aparılarkən qanunvericiliyin tələbləri pozulmamış, İddiaçı iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında İddiaçı qiymətləndirilmə barədə rəyin etibarsız hesab olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun: 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Qanunun qeyd edilən tələblərindən görünür ki, qiymətləndirmənin nəticələri haqqında rəy Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının: 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır; 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi X1 üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir; 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X3 xx xxxxxx 2015-ci il tarixli 60 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, qiymətləndirici tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət olunmuş, onun tələblərinə müvafiq əsaslandırılma aparılaraq mübahisəli obyektin qiyməti təyin edilmişdir. Məhkəmə tərəfindən təkrar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 25A nömrəli fərdi yaşayış evinin 2015-ci il tarixə və hazırda bazar qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin olunmuş, bu dəfə müvafiq fərdi yaşayış evinin 2015-ci il üçün orta bazar qiyməti 625.000 (altı yüz iyirmi beş min) manat, hazırkı dövrə olan orta bazar qiyməti 680.000 (altı yüz səksən min) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X3 xx xxxxxx 2015-ci il tarixli 60 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatında göstərilən fərdi yaşayış evinin qiymətinin aşağı göstərilməsi barədə İddiaçı dəlili əsassızdır. İddiaçı iddia ərizəsinin “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbi əsas tələb olduğundan, həmin tələbin dəlilləri öz təsdiqini tapmadığından və əsassız hesab edilərək təmin edilmədiyindən, müvafiq iddia ərizəsinin “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi və evin iddiaçıya qaytarılması” kimi tələb qeyd edilən əsas tələbdən törənmiş tələblər olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X29 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X4, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X4 və Bakı şəhəri Maraqlı şəxsnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “Dəmirbank” X10rşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X4, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X4 və Bakı şəhəri Maraqlı şəxsnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “Dəmirbank” X10rşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-147/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-147/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver