Məhkəmə qərarları › İş №2(005)-1488/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1488/2020

12.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1488/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X3, Cavabdeh Bakı şəhəri Cavabdeh4in nümayəndəsi X6 iştirakları ilə, İddiaçı1 cavabdehlər Bakı şəhəri Cavabdeh4ə, “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxslər İddiaçı2 və İddiaçı3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin bərpa edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3nə və Bakı şəhəri Cavabdeh4ə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, birgə mülkiyyət hüququ əsasında onlara məxsus olan ünvan 1 ünvanda yerləşən 8 nömrəli mənzilə dair Cavabdeh1 ilə “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli T42 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanda yerləşən 8 nömrəli mənzili paylı mülkiyyət hüququ əsasında Cavabdeh1 1 otaq (15 kv.metr), dəhliz (8 kv.metr), mətbəx (3 kv.metr) və sanitar qovşağı (1,5 kv.metr); X4 1 otaq; X1 1 otaq (15 kv.metr), dəhliz (8 kv.metr), mətbəx (3 kv.metr) və sanitar qovşağı(1,5 kv.metr) məxsus olmaqla, daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində 723 nömrəli reyestr kitabının 67800 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda onlara məlum olmuşdur ki, xx xxxxxxx 2016-cı il tarixdə Cavabdeh1 ilə “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında T42 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti ondan ibarət olmuşdur ki, “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1, mənzil 8 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 29,9 kv.metr mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.metr mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Eləcə də, həmin müqaviləni İİbəndinin 2.1.2-ci hissəsinə əsasən “mülkiyyətçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 300 (üç yüz) manat kirayə almaq hüququ vardır”. Bundan əlavə, həmin müqavilənin İİ bəndinin 2.2.4-cü hissəsinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 (on səkkiz) ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəsi olaraq müəyyən edilmişdir. İlk olaraq qeyd etmək lazımdır ki, sözügedən mənzil onunla Cavabdeh1 birgə nikahları dövründə əldə edilməyinə baxmayaraq, həmin müqavilə onun xəbəri və razılığı olmadan bağlanmışdır. Eləcə də o, İddiaçı2, həmçinin İddiaçı3 həmin mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşamalarına baxmayaraq, həmin müqavilə onun xəbərivə razılığı olmadan bağlanmışdır. Bundan əlavə hazırda onlara məlum olmuşdur ki, onlara məxsus olan mənzilə dair müqavilə “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış olsa da, hazırda Bakı şəhəri Cavabdeh4 Başçısının xx xxx 2017-ci il tarixli 181 nömrəli sərancamını əldə etdikdən sonra Cavabdeh3 xx xxxxx 2017-ci il tarixli 03 nömrəli məktubu ilə Bakı şəhəri Cavabdeh4ə müraciət edərək, Bakı şəhəri Cavabdeh4 başçısının xx xxxx 2016-cı il tarixli 65 nömrəli sərancamını dəyişdirilərək Cavabdeh3 adına keçirilməsini xahiş etmişdir. Bu sərancamda “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə sökülməsini və həmin binaların yerində yeni hüdürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılmasına icazə verilmişdir. Sərancamın Cavabdeh3 adına sənədləşdirilməsi üçün “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxx 2017-ci il tarixli 78 nömrəli məktubu ilə öz razılığını bildirmişdir. Həmin sərancamla Bakı şəhəri Cavabdeh4 başçısının xx xxxx 2016-cı il tarixli 65 nömrəli sərancamı qüvvəsindən düşmüş hesab edilmiş, rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində 0,45 ha torpaq sahəsi Cavabdeh3 daimi istifadəsinə verilmişdir. Göründüyü kimi, Bakı şəhəri Nərimanov rayonunun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə sökülməsini və həmin binaların yerində yeni hüdürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılması Bakı şəhəri Cavabdeh4 başçısının xx xxxx 2016-cı il tarixli 65 nömrəli sərancamına əsasən “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. Yuxarıda sadalanan xüsusatlardan göründüyü kimi, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq, ünvan 1 ünvanda yerləşən 8 nömrəli mənzilə dair Cavabdeh1 ilə “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında T42 nömrəli müqavilə bağlanarkən onların razılıqları alınmalı olduğu halda onların razılıqları alınmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx xxxxxxxx 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə təqdim edərək, birgə mülkiyyət hüququ əsasında onlara məxsus olan ünvan 1 ünvanda yerləşən 8 nömrəli mənzilə dair Cavabdeh1 ilə “Araz- 2011A” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli T42 nömrəli müqavilənin etibarsız hesab edilməsi, onlara məxsus olan ünvan 1 ünvanda yerləşən 8 nömrəli mənzilin bərpa edilməsi, hər ay üçün 300 (üç yüz) manat məbləğində olmaqla, yeddi ay üçün 2.100 (iki min bir yüz) manat məbləğində kirayə haqqının onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. İddiaçı1 cavabdehlər Bakı şəhəri Cavabdeh4ə, “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxslər İddiaçı2 və İddiaçı3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin bərpa edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair dəqiqləşdirmə ərizəsini xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim edərək, İddiaçı2 və İddiaçı3 iddiaçı qismində çıxarılmaları və onların mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 və İddiaçı3 mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Cavabdeh4in nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxslər İddiaçı2 və İddiaçı3 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlərin nümayəndələri və üçüncü şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Cavabdeh3 nümayəndələrinin, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxslər İddiaçı2 və İddiaçı3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon VVADQ Şöbəsi tərəfindən xx xxxxxx 2002-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 441418 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 arasında xx xxxxxx 2002-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2002-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının notariat qaydasında təsdiq edilmiş suərtindən görünür ki, ünvan 1 ünvanda yerləşən 8 nömrəli mənzili paylı mülkiyyət hüququ əsasında Cavabdeh1 1 otaq (15 kv.metr), dəhliz (8 kv.metr), mətbəx (3 kv.metr) və sanitar qovşağı (1,5 kv.metr); X4 1 otaq; X1 1 otaq (15 kv.metr), dəhliz (8 kv.metr), mətbəx (3 kv.metr) və sanitar qovşağı(1,5 kv.metr) məxsus olmaqla, daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq xx xxxx 2012-ci il, xx xxxxxx 2012-ci il və xx xxxxx 2012-ci il tarixdə 723 nömrəli reyestr kitabının 67800 nömrəli vərəqində qeydiyyata alınmışdır; “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli T42 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1, mənzil 8 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisni həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 (bir) otaqlı, 29,9 kv.metr mənzilin dövlət reyestrindən çıxarışında göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 1(bir) otaqlı, 38 kv.metr mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür (1.1-ci bənd). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (1.2-ci bənd). Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 (bir) otaqlı mənzil üçün aylıq 300 (üç yüz) manat məbləğində kirayə almaq mülkiyyətçinin hüquq və vəzifəsi kimi qeyd edilmişdir (2.1.2-ci bənd); Bakı şəhəri Cavabdeh4 Başçısının xx xxx 2017-ci il tarixli 181 nömrəli sərəncamının surətindən və məzmunundan görünür ki, Cavabdeh3 xx xxxxx 2017-ci il tarixli 03 nömrəli məktubla Bakı şəhəri Cavabdeh4ə müraciət edərək, Bakı şəhəri Cavabdeh4 başçısının xx xxxx 2016-cı iİ tarixli 65 nömrəli sərəncamının dəyişdirilərək Cavabdeh3 adına keçirilməsini xahiş etmişdir. Bu sərəncamda “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirii mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayrş binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılmasına icazə verilmişdir. Sərəncamın Cavabdeh3 adına sənədləşdirilməsi üçün “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxx 2017-ci il tarixli, 76 nömrəli məktubu ilə öz razılığını bildirmışdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 66 nömrəli “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə Bakı şəhəri Cavabdeh4ə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tırtaraq Bakı şəhəri Cavabdeh4 başçısının xx xxxx 2016-cı il tarixli 65 nömrəli sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, rayonun Qarabağ ve Tələt Şıxəliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində 0,45 ha torpaq sahəsi Cavabdeh3 daimi istifadəsinə verilməsi qərara alınmışdır; 37 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli 050094 nömrəli arayışının məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 53 nömrəli evin 8 nömrəli mənzilində 1974-cü il təvəllüdlü Cavabdeh1, 1950-ci il təvəllüdlü İddiaçı2, 1987-ci il təvəllüdlü İddiaçı3, 1978-ci il təvəllüdlü İddiaçı1, 2003-cü il təvəllüdlü X2 və 2006-cı il təvəllüdlü İddiaçı2 Ruhvan oğlu qeydiyyatdadırlar; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-3643/2019 nömrəli qətnaməsinin məzmunundan görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Cavabdeh4ə qarşı “evin bərpası, sərəncamın ləğv edilməsi, cavabdehin ona qarşı hərəkətlərinin pis rəftara məruz qalmaq, mülkiyyət və mənzil hüquqlarının pozulması kimi hesab edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 2961/2020 nömrəli qətnaməsinin məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-3643/2019 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-4190/2020 nömrəli qərarının məzmunundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-2961/2020 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı1 arasında xx xxxxxx 2002-ci il tarixdə nikah bağlanmışdır. ünvan 1 ünvanda yerləşən 8 nömrəli mənzili paylı mülkiyyət hüququ əsasında Cavabdeh1 1 otaq (15 kv.metr), dəhliz (8 kv.metr), mətbəx (3 kv.metr) və sanitar qovşağı (1,5 kv.metr); X4 1 otaq; X1 1 otaq (15 kv.metr), dəhliz (8 kv.metr), mətbəx (3 kv.metr) və sanitar qovşağı(1,5 kv.metr) məxsus olmaqla, daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq xx xxxx 2012-ci il, xx xxxxxx 2012-ci il və xx xxxxx 2012-ci il tarixdə 723 nömrəli reyestr kitabının 67800 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli T42 nömrəli müqaviləyə əsasən “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1, mənzil 8 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisni həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 (bir) otaqlı, 29,9 kv.metr mənzilin dövlət reyestrindən çıxarışında göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 1(bir) otaqlı, 38 kv.metr mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (1.2-ci bənd). Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 (bir) otaqlı mənzil üçün aylıq 300 (üç yüz) manat məbləğində kirayə almaq mülkiyyətçinin hüquq və vəzifəsi kimi qeyd edilmişdir. Eləcə də müəyyən edilmişdir ki, Bakı şəhəri Cavabdeh4 Başçısının xx xxx 2017-ci il tarixli 181 nömrəli sərəncamı ilə Bakı şəhəri Cavabdeh4 başçısının xx xxxx 2016-cı il tarixli 65 nömrəli sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, rayonun Qarabağ ve Tələt Şıxəliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində 0,45 ha torpaq sahəsi Cavabdeh3 daimi istifadəsinə verilməsi qərara alınmışdır. Habelə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 53 nömrəli evin 8 nömrəli mənzilində 1974-cü il təvəllüdlü Cavabdeh1, 1950-ci il təvəllüdlü İddiaçı2, 1987-ci il təvəllüdlü İddiaçı3, 1978-ci il təvəllüdlü İddiaçı1, 2003-cü il təvəllüdlü X2 və 2006-cı il təvəllüdlü İddiaçı2 Ruhvan oğlu qeydiyyatdadırlar. Eləcə də müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-3643/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər “Araz- 2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Cavabdeh4ə qarşı “evin bərpası, sərəncamın ləğv edilməsi, cavabdehin ona qarşı hərəkətlərinin pis rəftara məruz qalmaq, mülkiyyət və mənzil hüquqlarının pozulması kimi hesab edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-2961/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-3643/2019 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-4190/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-2961/2020 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir; Məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış əqdin etibarsız hesab olunmasını iddia etsə də, həmin etibarsızlığa səbəb olan halların nədən ibarət olmasını, onlara dair sübutları göstərməmişdir. Halbuki, qanunvericiliyin mənasına görə əqdin bağlanması üçün ilkin zəruri olan şərtlərdən biri də tərəflərin iradə ifadəsidir. Araşdırma zamanı xx.xx.2016-cı tarixli, T42 saylı müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı isə bu müqavilənin tərəfi olmamışdır. Bununla belə, məhkəmə iddiaçı tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik müddətin ötürüldüyünü nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə ilk iddiaya iddia müddəti tətbiq edilməli və İddiaçı1 cavabdehlər Bakı şəhəri Cavabdeh4ə, “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxslər İddiaçı2 və İddiaçı3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin bərpa edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdehlər Bakı şəhəri Cavabdeh4ə, “Araz-2011A” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxslər İddiaçı2 və İddiaçı3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin bərpa edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar