Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1501/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Ofisi və X17) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Ofisi və X17) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixində X13 tərəfindən X11 adına verilmiş AR-İ N: 256101 saylı 7E-11-8844 reyestr nömrə ilə qeydə alınmış etibarnamənin, həmin etibarnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 148a saylı evin, 33 saylı mənzili X17 tərəfindən Cavabdeh adına bağışlanmasına dair xx.xx.2013-cü ildə Bakı şəhəri 51 saylı Notariat Kontorunda reyestr 4Ə/-859 nömrə ilə qeydə alınmış və xüsusi notarius Ü.F.Kərimovun imzası ilə təsdiq edilmiş Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsi əsasında Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********4-05101-093009, qeydiyyat nömrəsi **********, xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1986-cı illərdə Rusiya Federasiyasına işləmək üçün getmişdir. O zaman, onunla birlikdə dostları da Novosbirsk şəhərinə gəlmiş, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə məşğul olmuşlar. 1988-ci ildə o və dostları Bakı şəhərində mənzil almaq istəmişlər və bununla əlaqədar birlikdə Bakı şəhərinə gəlmiş və hər üçü Bakı şəhəri Binəqədi rayonu Azadlıq pros. 148a, ünvanında yerləşən binanın müxtəlif mənzillərini almışdırlar. Belə ki, o həmin binanın 33 saylı mənzilini, digər dostları isə həmin binanın müxtəlif bloklarında 1-ci mərtəbəsində yerləşən mənzillərini almışdır. Lakin, o zaman RF-da qeydiyyatda olub, yaşayan insanlar Bakı şəhərində öz adlarına mənzil ala bilməzdilər. Ona görə həmin vaxtı aldığı mənzili formal olaraq anası- X6 adına rəsmiləşdirmişdir. Mənzil bir neçə müddət boş qalmış və sonradan Naxçıvan Respublikasında qohumlarının maddi vəziyyət ağır olduğuna görə anasına və qardaşı Şahinə icazə vermişdir ki, Bakı şəhərinə gəlib mənzilinə köçüb yaşasınlar. O, Rusiya Federasiyasında Bakı şəhərinə qayıdanda hər dəfə mənzilə gəlmiş və bir neçə gün qalaraq getmişdir. O zaman anası mənzili öz adına keçirməyi bildirsə də, lakin vaxt tapıb Bakı şəhərinə gələ bilməmişdir. Sonrakı danışıqlarında o tezliklə birdəfəlik Bakı şəhərinə köçüb gələcəyini və mənzili birbaşa öz adına keçirəcəyini bildirmişdir. Lakin sonradan müxtəlif səbəblərdən Bakı şəhərinə gələ bilməsə də, lakin tez-tez telefon əlaqəsi saxlamışdır. Həmin vaxtlarda anası və qardaşı Bakıya gəlməsini və mənzili öz adına keçirməsini təkid etmişlər. Bu barədə telefon və WhatsAPP danışıqları vardır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qardaşı, Şahinlə danışıqlarında, Şahin bildirmişdir ki, “Ya sən gəl, bu evi keçirdim adınıza, Vəssəlam”, “Bilirsən də, qardaşın adına keçirtmək ucuz başa gəlir”, “Bu məsələni yubatmayın” . 2022-ci ilin mart ayında qardaşı, Şahinlə telefon danışığında ona bildirmişdir ki, tezliklə Bakıya gəlib mənzili adına keçirəcək. 2022-ci ilin oktyabr ayında o, Bakı şəhərinə gələndə məlum olmuşdur ki, qardaşı Cavabdeh mənzili bağışlama qaydasında adına keçirmişdir. Bunun səbəbini soruşduqda, qardaşı “mənzili sənin adına keçirəcəm” demişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı, Cavabdeh onu aldatmış və öz dostu Əbülfəz Əliyevin adına anasından Baş etibarnamə almış və həmin etibarnamə əsasında ona məxsus mənzili qardaşı Şahinin adına Bağışlama müqaviləsi əsasında sənədləşdirmişdir. Belə ki, yaxınlarından ona məlum olmuşdur ki, qardaşı Şahin anasının savadsızlığından istifadə edərək onun adından dostu Əbülfəz Əliyevin adına Baş etibarnamə yazdırmışdır. Belə ki, qardaşı Şahin anası X6 adından xx.xx.2013-cü il tarixində X11 adına AR-İN: 256101 saylı Etibarnamə verilmişdir. xx.xx.2013-cü ildə də Bakı şəhəri 51 saylı Notariat Kontorunda Reyestr 4Ə/-859 nömrə ilə qeydə alınmış və xüsusi notarius Ü.F.Kərimovun imzası təsdiqlənməklə Bağışlanma Müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti, 148 a saylı evin 33 saylı mənzili X17 tərəfindən Cavabdeh adına bağışlanmışdır. O, cavabdeh qardaşı Cavabdeh mənzili Bağışlanma müqaviləsi əsasında ona qaytarılmasını bildirdik də, ilk vaxtlar razılıq vermiş və birlikdə Notariat Ofisinə getmiş, mənzilin sənədləşdirilməsini notariusa tapşırmışlar. Notariat ofisində sənədləşdirməni həyata keçirən zaman qardaşına telefon zəngi gəlmiş və ondan sonra qardaşı mənzilin sənədləşdirməsindən imtina edərək Notariat Ofisindən çıxıb getmişdir. Həmin vaxtı Cavabdeh ona bu barədə heç bir söz deməmişdir. Sonra o, qardaşı Şahinlə görüşmüş və nə üçün belə etdiyini, mənzilin sənədləşdirilməsini aparmadan və ona heç bir məlumat vermədən getdiyini soruşmuş, həmin vaxtı bildirmişdir ki, həyat yoldaşı mənzilin onun adına sənədləşdirilməsinə icazə vermədiyini demişdir. Bildirmişdir ki, bu mənzil onundur və bunu sənin həyat yoldaşına heç bir aidiyyatı yoxdur. Həmçinin, bütün ailəsi və bacıları da bilir ki, bu mənzili çox çətinliklə pul qazanaraq almış və hazırda ailəsinin mənzilə ehtiyacları vardır və mənzil ona qaytarılmalıdır. Lakin qardaşı Şahin evdə məsləhətləşərək bir söz deyəcəyini demişdir. O zaman bir neçə müddət gözləmiş, lakin Cavabdeh mənzili adına keçirilməsindən imtina etmişdir. Qardaşı Şahinin yaşadığı mənzilə gələrək qanunsuzluq etdiyini, mənzili qaytarılmasını Şahinə bildirdik də, qardaşı ona hədə qorxu gəlmiş və polisə verərəcəyini bildirməklə hədələmişdir. Qeyd etmişdir ki, anasının adından X14 adına olan etibarnamə qanunsuz, saxta olmuşdur. Həmin etibarnamə əsasında mənzilini Şahinin adına qeydiyyatdan keçirilməsi aşağıdakı əsaslara görə qanusuzdur Əvvəla qeyd etmişdir ki, guya anası tərəfindən X15 verilmiş Etibarnamə saxtadır və etibarnamədə anası İbrahimova Nərgizin imzası yoxdur. Həmin Etibarnamənin imza yerinə baxdıqda, imza yerində guya anası öz adını yazmışdır. Bu tamamilə yalandır. Anası savadsız olmuş, onun Etibarnamədə imza yerində latın əlifbası ilə öz adını yazmaq qabiliyyəti olmamışdır. Çünki Etibarnamədə anasının adı yazılan sözləri savadlı şəxs tərəfindən yazılmışdır. Anası nəinki latın əlifbası ilə yazıb oxumağı öyrənməmiş, hətta anasının yaşadığı dövrdə Kiril əlifbasını belə yazıb oxumağı bilmirdi. Bunu o hal təsdiq edir ki, Bağışlanma Müqaviləsinə əlavə edilmiş anasının Şəxsiyyət Vəsiqəsində olan imzası, ilə Etibarnamədə olan imzası arasında böyük fərq vardır. Necə olur ki, anası 2005-ci ildə Şəxsiyyət Vəsiqəsi alanda latın əlifbası ilə yazıb oxumaq bilmədiyi halda, 2013-cü ildə anası latın əlifbası ilə yazı yazır və öz adını yazmaqla imza edir ? Həmin vaxtı anasının 79 yaşı olub, 79 yaşında anası latın əlifbası ilə məgər yazmaq öyrənibmi? İkincisi, əgər anası mənzil barədə notariat əməliyyatı aparılması üçün tanımadığı bir şəxsin adına Etibarnamə verirsə, bunun üçün Notariat kontoruna gələ bilirsə , o zaman ona nə düşmürdü ki, birbaşa Bağışlanma müqaviləsini özü imzalamasın ? Hər bir şəxs öz sağlığında öz adına olan əmlakı Bağışlama müqaviləsini sərbəst imzalamaq hüquqıına malikdir. - Bunun üçün əlavə Notariat əməliyyatı keçirilməsinə , yəni başqa şəxsə Etibarnamə verməsinə heç bir zərurət yoxdur. Bu hal ona dəlalət edir ki, anasının adına aldığı mənzili, anasının adından saxtakarlıq edilərək başqa şəxsin adına sənədləşdirilməsi qanunsuzdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 bildirmişdir ki, cavabdeh, Cavabdeh onun ailəvi dostu və iş yoldaşı olmuşdur. Cavabdeh ona 2013-cü ildə bildirmişdir ki, notariat orqanlarında problem yaşanmasın deyə anası, X5 onun adına etibarnamə versin. O da öz növbəsində həmin etibarnamə əsasında evi Cavabdeh bağışlasın. Lakin, bütün bu notarial hərəkətlərin baş verdiyi dövrdə də Cavabdeh bildirmişdir ki, mənzil qardaşı- İddiaçıdur. Etibarnamənin verilməsində X13 notariat orqanına gəlmişdir, həmin vaxt o, hansı sənədi imzaladığının mənasını anlayırdı. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X4 bildirmişdir ki, iş üzrə tərəfləri tanıyır, belə ki, iddiaçı onun həyat yoldaşıdır. O, Rusiya Federasiyasında fəaliyyət göstərdiyi dövrdə bilavasitə notarial hərəkətlərinin aparılmasını qardaşına etibar etmiş, lakin qardaşı Cavabdeh anası X7 aldadaraq, etibarnamə ilə X1 da öz növbəsində mənzili Cavabdeh bağışlamışdır. Həmin mənzilin artıq qaynı Cavabdeh mülkiyyətində olmasından qaynanasının yas mərasimində xəbər tutmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. 04 iyun 2013-cü il tarixli Etibarnamədən görünür ki, Bakı şəhəri, Azadlıq pr., ev 148A, m.33də yaşayan, xx.xx.2005-ci il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE 04629161 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi X13 həmin etibarnamə ilə Füzuli rayonu, Qarqan kəndi, qeydiyyatda olan müvəqqəti Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, DSK-nın həyətində məskunlaşan X15 xx.xx.2007-ci il tarixdə DƏDRX tərəfindən verilmiş ********* qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Azadlıq prospekti, 148 a nömrəli evin, 33 nömrəli mənzilinə ƏMDKSİ yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsindən üzərində yüklülük və məhdudiyyət olub-olmamasını bildirən arayış almağı, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı dəyişməyi, ipoteka qoymağı, kirayə verməyi, pulunu almağı, buna dair müqaviləni imzalamağı, sənədlərdə imza etməyi, ərizə verməyi, sənədləri təhvil verməyi, almağı, bu tapşırıqlarla əlaqədar ortaya çıxacaq digər zəruri hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. xx.xx.2013-cü il tarixli mənzilin bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, Azadlıq pr., ev 148A, m.33 ünvanında qeydiyyatda olan X6 əvəzinə Bakı şəhəri, 51 saylı, NK xx.xx.2013 tarixli 7E-8844 saylı etibarnaməyə əsasən imza etdi Füzuli rayonu, Qarqan kəndi, qeydiyyatda olan xx.xx.1970-ci il tarixdə doğulmuş gələcəkdə “Hədiyyə verən” adlanan bir tərəf və ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh, xx.xx.1969-cu il tarixdə gələcəkdə “Hədiyyə alan” adlanan digər tərəf, həmin müqaviləni aşağıdakı məzmunda bağışlamışdır; 1.1. Hədiyyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 07a/2958 saylı arayış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən **********304-050101-093009 reyestr nömrəsi., 537 reyestr kitabı 49431 səhifə., ********* qeydiyyatı., xx.xx.2007-ci il tarixdə verilmiş çıxarış əsasında mülkiyyətində olan 2 otaqlı, 42.6 kv.m ümumi sahəsi, 29.6 kv.m yaşayış sahəsi olan ünvan 5 mənzilini Hədiyyə alanın mülkiyyətinə verilir. Hədiyyə alan isə mənzili xüsusi mülkiyyətinə qəbul edir. xx.xx.2023-cü il tarixli X8 tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, ” Mən.X8 bildirirəm ki, qardaşım İddiaçı 1988-ci ildən dostları ilə birlikdə Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. Qardaşını Bakı şəhərində mənzili olmadığı üçün 1989-cu ildə Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospektində anam X6 adına mənzil almışdır Belə ki, qardaşım Rusiya qeydiyyatına düşdüyü üçün, o zaman öz adına Bakı şəhərində ev (mənzil) ala bilmirdi. Qardaşımın aldığı mənzil bır müddət boş qalmışdır. 2003-cü ildə anam Naxçıvanda yaşaması çətin olduğu üçün qardaşım Məmmədbağır anamın gəlib Bakıda ona məxsus mənzildə yaşamasına icazə vermişdi Ona görə anam 2003-cu ildən Bakı şəhəri Nərimanov rayonu ərazisindəki qardaşım Məmmedbağırın mənzilə köçüb yaşamışdır Həmçinin qeyd edim ki. qardaşım Cavabdeh ailəsi ilə birlikdə qardaşıma məxsus mənzilə köçüb yaşamışlar O zaman qardaşım Məmmədbağır bildirmişdir ki. özu və ailəsi Bakı şəhərinə köçüb gələnə kimi onun mənzilində yaşasınlar. Nə zaman özü gələrsə mənzili boşaldıb ona qaytaracaqlar Qardaşım Rusiyada olduğu müddətdə teztez bizimlə, o cümlədən anam və qardaşım Şahin ilə telefon əlaqəsi saxyırdı. Hətta qardaşım Məmmədbağır qardaşım Şahinə pul göndərmiş və qardaşım İbrahimov Şahın göndərən pula torpaq sahəsi almışdır: X22 2020-ci ilin noyabr ayında vəfat etmişdir O zaman qardaşım Məmmədbağır anamın dəfninə gələ bilməmişdir. Qardaşım Məmmədbağır 2022-ci ilin oktyabrında Bakı şəhərinə gəlmiş və məlum olmuşdur ki qardaşım Şahin qanunsuzluq etmiş və qardaşım Məmmədbağırın anamın adına olan mənzilini öz adına keçirmişdir”. xx.xx.2023-cü il tarixli X9 tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, ” X3 bildirirəm ki, qardaşım İddiaçı 1988-ci ildən dostları ilə birlikdə Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. Qardaşını Bakı şəhərində mənzili olmadığı üçün 1989-cu ildə Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospektində anam X6 adına mənzil almışdır Belə ki, qardaşım Rusiya qeydiyyatına düşdüyü üçün, o zaman öz adına Bakı şəhərində ev (mənzil) ala bilmirdi. Qardaşımın aldığı mənzil bır müddət boş qalmışdır. 2003-cü ildə anam Naxçıvanda yaşaması çətin olduğu üçün qardaşım Məmmədbağır anamın gəlib Bakıda ona məxsus mənzildə yaşamasına icazə vermişdi Ona görə anam 2003-cu ildən Bakı şəhəri Nərimanov rayonu ərazisindəki qardaşım Məmmədbağırın mənzilə köçüb yaşamışdır Həmçinin qeyd edim ki. qardaşım Cavabdeh ailəsi ilə birlikdə qardaşıma məxsus mənzilə köçüb yaşamışlar. O zaman qardaşım Məmmədbağır bildirmişdir ki. özü və ailəsi Bakı şəhərinə köçüb gələnə kimi onun mənzilində yaşasınlar. Nə zaman özü gələrsə mənzili boşaldıb ona qaytaracaqlar Qardaşım Rusiyada olduğu müddətdə teztez bizimlə, o cümlədən anam və qardaşım Şahin ilə telefon əlaqəsi saxlayırdı. Hətta qardaşım Məmmədbağır qardaşım Şahinə pul göndərmiş və qardaşım İbrahimov Şahın göndərən pula torpaq sahəsi almışdır: X22 2020-ci ilin noyabr ayında vəfat etmişdir O zaman qardaşım Məmmədbağır anamın dəfninə gələ bilməmişdir. Qardaşım Məmmədbağır 2022-ci ilin oktyabrında Bakı şəhərinə gəlmiş və məlum olmuşdur ki qardaşım Şahin qanunsuzluq etmiş və qardaşım Məmmədbağırın anamın adına olan mənzilini öz adına keçirmişdir”. xx.xx.2023-cü il tarixli X10 tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, ” Mən, X10 bildirirəm ki, qardaşım İddiaçı 1988-ci ildən dostları ilə birlikdə Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. Qardaşını Bakı şəhərində mənzili olmadığı üçün 1989-cu ildə Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospektində anam X6 adına mənzil almışdır Belə ki, qardaşım Rusiya qeydiyyatına düşdüyü üçün, o zaman öz adına Bakı şəhərində ev (mənzil) ala bilmirdi. Qardaşımın aldığı mənzil bır müddət boş qalmışdır. 2003-cü ildə anam Naxçıvanda yaşaması çətin olduğu üçün qardaşım Məmmədbağır anamın gəlib Bakıda ona məxsus mənzildə yaşamasına icazə vermişdi Ona görə anam 2003-cu ildən Bakı şəhəri Nərimanov rayonu ərazisindəki qardaşım Məmmədbağırın mənzilə köçüb yaşamışdır Həmçinin qeyd edim ki. qardaşım Cavabdeh ailəsi ilə birlikdə qardaşıma məxsus mənzilə köçüb yaşamışlar O zaman qardaşım Məmmədbağır bildirmişdir ki. özü və ailəsi Bakı şəhərinə köçüb gələnə kimi onun mənzilində yaşasınlar. Nə zaman özü gələrsə mənzili boşaldıb ona qaytaracaqlar Qardaşım Rusiyada olduğu müddətdə teztez bizimlə, o cümlədən anam və qardaşım Şahin ilə telefon əlaqəsi saxlayırdı. Hətta qardaşım Məmmədbağır qardaşım Şahinə pul göndərmiş və qardaşım İbrahimov Şahın göndərən pula torpaq sahəsi almışdır: X22 2020-ci ilin noyabr ayında vəfat etmişdir O zaman qardaşım Məmmədbağır anamın dəfninə gələ bilməmişdir. Qardaşım Məmmədbağır 2022-ci ilin oktyabrında Bakı şəhərinə gəlmiş və məlum olmuşdur ki qardaşım Şahin qanunsuzluq etmiş və qardaşım Məmmədbağırın anamın adına olan mənzilini öz adına keçirmişdir”. AR BŞİH MKTD Nərimanov rayon MKTB-nin arayışından görünür ki, X13 ünvan 5 ünvanda qeydiyyatda olmuşdur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflər arasında yaranmış hazırkı mübahisələr ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı Bakı şəhəri, Azadlıq pr., ev 148A, m.33 mənzili anası X6 mülkiyətində olmuş, lakin sonradan 04 iyun 2013-cü il tarixində X15 etibarnamə vermiş, sonuncu da o etibarnamə əsasında evi qardaşı Cavabdeh bağışlamışdır. Hazırda İddiaçı anası X6 qardaşı olan iş üzrə Cavabdeh tərəfindən aldadıldığını iddia edərək, xx.xx.2013-cü il tarixində X13 tərəfindən X11 adına verilmiş AR-İ N: 256101 saylı 7E-11-8844 reyestr nömrə ilə qeydə alınmış etibarnamənin, həmin etibarnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 148a saylı evin, 33 saylı mənzili X17 tərəfindən Cavabdeh adına bağışlanmasına dair xx.xx.2013-cü ildə Bakı şəhəri 51 saylı Notariat Kontorunda reyestr 4Ə/- 859 nömrə ilə qeydə alınmış və xüsusi notarius Ü.F.Kərimovun imzası ilə təsdiq edilmiş Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsi əsasında Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********4-05101- 093009, qeydiyyat nömrəsi **********, xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın ləğv edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə xx.xx.2013-cü il tarixində X13 tərəfindən X11 adına verilmiş AR-İ N: 256101 saylı 7E-11-8844 reyestr nömrə ilə qeydə alınmış etibarnamənin etibarsızlığına dair mübahisəyə mülki işin halları və toplanmış sübutlar nəzərdən keçirilərkən Etibarnamənin etibarsızlığına səbəb olacaq hallar aşkar etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə hesab edir ki, X13 özünün mülkiyyətində olan əmlak barəsində sərəncam vermək və digər hüquqlarını X15 ötürmüşdür. İddiaçının anası N.İbrahimova tərəfindən etibarnamə verilərkən onun aldadılması halı iş materialları ilə öz təsdiqini tapmır, əksinə iş üzrə üçüncü şəxs X2 anasının şəxsən notariat orqanında olmasını, etibarnaməyə şüurlu surətdə imza etməsini öz izahatı ilə təsdiq etmişdir. Məhkəmə şahidin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o iş üzrə iddiaçının arvadıdır, həmin əmlakın pulunun İddiaçı tərəfindən ödənilməsi barədə verdiyi ifadə inandırıcı deyil. İddiaçı tərəfin iddia ərizəsinə əlavə etdiyi yaxın qohumlar tərəfindən notarial qaydada təqdim olunmuş ərizələr sübutların mümkünlüyü baxımından mötəbər qiymətləndirilə bilməz. Belə ki, Mülki- Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə bağışlanma müqaviləsinin etibarsızlığına dair mübahisəyə mülki işin halları və toplanmış sübutlar nəzərdən keçirilərkən bağışlanma müqaviləsi etibarsızlığına səbəb olacaq hallar aşkar etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-cı maddəsinə əsasən, bağışlanma müqaviləsinə görə Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Məhkəmə göstərilən hüquq normalarını əsas tutaraq hazırkı iş üzrə bildirir ki, xx.xx.2013-cü il tarixində X13 tərəfindən X11 adına verilmiş AR-İ N: 256101 saylı 7E-11-8844 reyestr nömrə ilə qeydə alınmış etibarnamə, eləcə də hədiyyə verən X6 etibarnamə üzrə nümayəndəsi X17 ilə İbrahimov hədiyyə alan Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində reyestrdə 4Ə/-859 nömrə ilə qeyd edilmiş bağışlanma müqavilələri hər iki tərəfin iradə ifadəsi ilə könüllü və sərbəst şəkildə bağlanmışdır. Belə ki, iş materiallarındakı sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixində X13 tərəfindən X11 adına verilmiş AR-İ N: 256101 saylı 7E- 11-8844 reyestr nömrə ilə qeydə alınmış etibarnamədə X13 etibarnaməni öz imzası ilə təsdiq etmiş, xx.xx.2013-cü il tarixində ünvan 5 mənzilin Cavabdeh bağışlanmasına etiraz etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur . Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Məhkəmə iddia müddətinin tətbiqinə dair məsələyə münasibətdə qeyd edir ki, tərəflər arasında bağışlama müqaviləsini xx.xx.2013-cü ildə bağlanmış, həmin müqavilələrin etibarsızlığına dair iddia ərizəsi isə məhkəməyə 10 ildən sonra təqdim edilmişdir. İddiaçı tərəfindən təmin edilmiş şahid X4 öz ifadəsində bildirmişdir ki, mübahisəli əmlakın Cavabdeh (qaynı) mülkiyyətində olmasından X6 yas mərasimində xəbər tutmuşlar. Bu halda məhkəmə hesab edir ki, əqdin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməklə də iddia ərizəsi rədd edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Məhkəmənin hazırlıq iclasında tərəflərin təqdim etdiyi barışıq sazişinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh məhkəmənin baxış iclasında iştirak etməmiş və məhkəmə araşdırmasını barışıq sazişi ilə tamamlamaq niyyətini bildirməmişdir. Bundan əlavə, iddiaçının vəkili və nümayəndəsinin verdiyii izahatla müəyyən edilmişdir ki, Cavabdeh arvadı Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 148a saylı evin, 33 saylı mənzilə dair belə bir barşıq sazişinin bağlanmasına etiraz etmişdir. Buna görə də, məhkəmə mübahisəyə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinin tələbinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair ilk iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Ofisi və X17) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1501/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1501/2023
13.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver