Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1505/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Oqtay qızının Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi cəlb edilməklə) qarşı “müqavilə öhdəliklərinin icrasına məcbur edilməyə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Oqtay qızının Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “müqavilə öhdəliklərinin icrasına məcbur edilməyə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı (sifarişçi) ilə “xxxx” MMC (Podratçı) arasında bağlanmış 04 aprel 2019-cu il tarixli 652 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 5-ci girişində 1 ədəd yeni sərnişin liftinin quraşdırılması və ərazinin abadlaşdırılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək İddiaçı (sifarişçi) ilə “xxxx” MMC (Podratçı) arasında bağlanmış 04 aprel 2019-cu il tarixli 652 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 5-ci girişində 1 ədəd işlək vəziyyətdə olan sərnişin liftinin quraşdırılması və ərazinin abadlaşdırılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 04 aprel 2019-cu il tarixdə İddiaçı (Sifarişçi) ilə “xxxx”MMC (VÖEN:**********) (Podratçı) arasında 652 saylı müqavilə bağlanmışdır. Qeyd: 27 yanar 2020-ci İl tarixdə “VERGİLƏR'’ sosial-iqtisadi onlayn qəzetinin https://vergiler.az/announcomonts/?search text-&seərch tvpe=comr>anv n*mpRnaee=86 İnternet səhifəsində yerləşdirilən elandan görünür ki, “xxxx” MMC (VÖEN:**********) “xxxx”MMC-yə (VÖEN: 1503:51571) qoşularaq ləğv olunduğunu, “xxxx” MMC (VÖEN: **********) “xxxx” MMC-nin (VÖEN:**********) ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan etmişdir. Təhvil aktına uyğun olaraq “xxxx” MMC-nin bütün hüquq, vəzifə və öhdəlikləri Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin müqaviləyə əsasən, sifarişçi Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 12, ümumi sahəsi 96.5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 82 saylı mənzilin tikintisini podratçıya həvalə edərək, müqavilədə göstərilmiş 91.675 manat məbləği ödəməyi, podratçı isə tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirməyi öhdəsinə götürmüşdür. 04 aprel 2019-cu il tarixli maliyyə arayışına əsasən, iddiaçı tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. Cavabdeh tərəfindən inşa edilən binada təmir-tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən dəfələrlə cavabdehə yeni sərnişin liftinin nə zaman quraşdırılacağı barədə verilmiş suallara cavab olaraq tikinti işləri tamamilə yekunlaşdıqdan sonra binanın yeni liftlə təmin olunacağı bildirilmişdir. Təmir-tikinti işləri tamamilə yekunlaşdıqdan sonra cavabdeh tərəfindən yaşayış binasına istismara yararsız sərnişin lifti quraşdırılmışdır. Sakinlər tərəfindən həmin liftin quraşdırılmasına etiraz edilsə də, cavabdeh tərəfindən buna məhəl qoyulmamış, yeni tikilmiş yaşayış binasına istismara yarasız vəziyyətdə olan lift quraşdırılmışdır. İddiaçı və binada yaşayan digər sakinlər tərəfindən dəfələrlə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilmiş, Nazirliyin əməkdaşları tərəfindən dəfələrlə liftə yerində baxış keçirilmiş, lift bina sakinlərinin həyatı üçün ciddi təhlükəli və istismara yararsız olduğundan lift bağlanmış və istifadəsi qadağan olunmuşdur. Lakin həmin liftdən istifadə edilməsinin sakinlərin həyatı üçün ciddi təhlükə olduğunu bilə-bilə bir müddət sonra cavabdeh tərəfindən lift yenidən sakinlərin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Naizrliyi tərəfindən verilmiş 18.08.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Yaşadığınız ünvan 1 ünvanında köhnə qəzalı vəziyyətdə olan liftlərin quraşdırıldığı və hər iki liftin yararsız vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş müraciətiniz Agentliyin mütəxəssisləri tərəfindən 04.08.2020ci il tarixində "xxxx" MMC-nin komendantı Abuzər Şükürovun və Sizin iştirakı ilə yerində araşdırılmış və akt tərtib edilmişdir. Araşdırma zamanı qeyd olunan ünvanda istismar olunan liftlərin texniki sənədləri təqdim olunmadı. Liftlərdə bir sıra ciddi texniki nasazlığın aşkar olunduğu və liftlərə servis xidməti göstərmək üçün ixtisaslaşdırılmış təşkilatla müqavilənin olmadığı, təhlükəsiz istismarına cavabdeh şəxsin təyin edilmədiyi müəyyən olunmuş və liftlərin istismarı qadağan edilmişdir. Liftlərin təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki servis xidməti göstərilməsi üçün ixtisaslaşdırılmış təşkilat ilə müqavilənin bağlanması, aşkar olunmuş nöqsanların qısa müddət ərzində aradan qaldırılması və texniki pasportları Agentliyə təqdim edilməsi "xxxx” MMC-nin rəhbərliyindən tələb olunmuşdur (surəti əlavə olunur). Sözügedən liftlərin yenisi ilə əvəz olunması Agentliyin səlahiyyətinə aid deyildir” Bundan əlavə, iddiaçının yaşadığı binanın ərazisində heç bir abadlaşdınlma işləri də aparılmamışdır. Həmçinin İddiaçı nümayəndəsi və vəkili X5 14.04.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə iddia ərizəsinə əlavə izahat təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X7 Agentliyi haqqında” Əsasnamənin 7.2-ci bəndinə əsasən, Agentlik onun səlahiyyətlərinə aid edilən texniki təhlükəsizlik məsələləri üzrə dövlət nəzarəti funksiyalarını həyata keçirir. Əsasnamənin 8-ci bəndinə əsasən, Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 8.20. Energetika obyektlərinin, metallurgiya və təzyiq altında işləyən avadanlıqların, buxar qazanlarının və qabların, buxar və isti su kəmərlərinin, yükqaldıran qurğuların və liftlərin, eskalatorların, funikulyorların, sərnişin və yük asma kanat yollarının, mexanikləşdirilmiş attraksionların qeydiyyatını aparmaq və onların təhlükəsiz istismarına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə X2 X3 və X7 Agentliyi tərəfindən verilmiş 18.08.2020-ci il tarixli məktubu ilə liftlərdə bir sıra ciddi texniki nasazlığın aşkar olunduğu və liftlərə servis xidməti göstərmək üçün ixtisaslaşdırılmış təşkilatla müqavilənin olmadığı, təhlükəsiz istismarına cavabdeh şəxsin təyin edilmədiyi müəyyən olunmuş və liftlərin istismarı qadağan edilmişdir. Göründüyü kimi liftlərin qeydiyyatını aparmaq və onların təhlükəsiz istismarına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək vəzifəsini daşıyan Agentlik tərəfindən liftlərin istismara yararsız vəziyyətdə olması bir daha təsdiq olunmuşdur. Şərh edilənlərdən göründüyü kimi, cavabdeh istismara yararsız liftləri quraşdırmaqla və istismara buraxmaqla iddiaçının, o cümlədən bina sakinlərinin həyatını açıq-aşkar, qərəzli şəkildə təhlükədə qoyur. İddia ərizəsində, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə və iddia ərizəsinə əlavə izahatda qeyd edilənlərə əsasən, məhkəmədən İddiaçı (Sifarişçi) ilə “xxxx” MMC (Podratçı) arasında bağlanmış 04 aprel 2019-cu il tarixli 652 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 5ci girişində l ədəd işlək vəziyyətdə olan sərnişin liftinin quraşdırılması və ərazinin abadlaşdırılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında köhnə qəzalı vəziyyətdə olan liftlərin quraşdırıldığı və hər iki liftin yararsız vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş müraciət Agentliyin mütəxəsissləri tərəfindən 04.08.2020-ci il tarixində “xxxx” MMC-nin komendatı Abuzər Şükürovun iştirakı ilə araşdırılmış və akt tərtib edilmişdir. Araşdırma zamanı qeyd olunan ünvanda istismar olunan liftlərin texniki sənədləri təqdim olunmamışdır. Liftlərdə bir sıra ciddi tüxniki nasazlığın aşkar olunduğu və liftlərə servis xidməti göstərmək üçün ixtisaslaşdırılmış təşiklatla müqavilənin olmadığı, təhlükəsiz istismarına cavabdeh şəxsin təyin edilmədiyi müəyyən olunmuş və liftlərin istismarı qadağan edilmişdir. Liftlərin təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki servis xidməti göstərilməsi üçün ixtisaslaşdırılmış təşkilat ilə müqavilənin bağlanması, aşkar olunmuş nöqsanların qıssa müddət ərzində aradan qaldırılması və texniki pasportları Agentliyə təqdim edilməsi “xxxx” MMC-nin rəhbərliyindən tələb olunmuşdur. Sözügedən liftlərin yenisi ilə əvəz olunması Agentliyin səlahiyyətinə aid deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan; 01.02.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. “xxxx” MMC ilə “sifarişçi” İddiaçı arasında 04.04.2019-cu il tarixdə bağlanmış 652 nömrəli müqavilənin 10-cu bəndinə əsasən cavabdeh ərazinin abadlaşdırılmasını, 11-ci bəndə əsasən isə bir sərnişin və bir ədəd yük liftlərinin quraşdırılması öhdəliyini öz üzərinə götürmüşdür. “xxxx” MMC-nin 04.04.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanda “xxxx” MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, 12-ci mərtəbəsində, ümumi sahəsi 96,5 m2-dən ibarət olan, 82 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı “xxxx” MMC-yə borcu yoxdur. “xxxx” MMC-nin 04.04.2019-cu il tarixli 80/03 nömrəli mədaxil orderin qəbzindən görünür ki, İddiaçı Yasamal rayonu, Şərifzadə küçəsi, 12,82 saylı mənzilə (5-ci giriş) aid sayğacın quraşdırılması üçün 1200 (min iki yüz) manat məbləğində ödəniş etmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə doğulmuşdur. Vergilər sosial-iqtisadi onlayn qəzetinin 27.01.2020-ci il tarixli məlumatından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdehnə qoşularaq ləğv olunduğunu elan edir. Cəmiyyətin debitor və kreditorları 2 ay müddətində ünvan 3 ünvanına müraciət edilməsi qeyd edilmişdir. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir. Təhvil aktına uyğun olaraq “xxxx” MMC-nin bütün hüquq, vəzifə və öhdəlikləri Cavabdeh MMC-yə təhvil verilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X7 Agentliyinin 18.08.2020-ci il tarixli 37/kol-00621 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında köhnə qəzalı vəziyyətdə olan liftlərin quraşdırıldığı və hər iki liftin yararsız vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş müraciət Agentliyin mütəxəsissləri tərəfindən 04.08.2020-ci il tarixində “xxxx” MMC-nin komendatı Abuzər Şükürovun iştirakı ilə araşdırılmış və akt tərtib edilmişdir. Araşdırma zamanı qeyd olunan ünvanda istismar olunan liftlərin texniki sənədləri təqdim olunmamışdır. Liftlərdə bir sıra ciddi tüxniki nasazlığın aşkar olunduğu və liftlərə servis xidməti göstərmək üçün ixtisaslaşdırılmış təşiklatla müqavilənin olmadığı, təhlükəsiz istismarına cavabdeh şəxsin təyin edilmədiyi müəyyən olunmuş və liftlərin istismarı qadağan edilmişdir. Liftlərin təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki servis xidməti göstərilməsi üçün ixtisaslaşdırılmış təşkilat ilə müqavilənin bağlanması, aşkar olunmuş nöqsanların qıssa müddət ərzində aradan qaldırılması və texniki pasportları Agentliyə təqdim edilməsi “xxxx” MMC-nin rəhbərliyindən tələb olunmuşdur. Sözügedən liftlərin yenisi ilə əvəz olunması Agentliyin səlahiyyətinə aid deyildir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 4ülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələblər pozulduğundan iddia tələbi təmin edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh “xxxx” MMC ilə iddiaçı İddiaçı arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli 652 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 5-ci girişində 1 ədəd işlək vəziyyətdə (istifadəyə yararlı) sərnişin liftinin quraşdırılması və ərazinin abadlaşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC ilə iddiaçı İddiaçı arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli 652 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 5-ci girişində 1 ədəd işlək vəziyyətdə (istifadəyə yararlı) sərnişin liftinin quraşdırılması və ərazinin abadlaşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun . Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1505/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1505/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver