Məhkəmə qərarları › İş №2(005)-1513/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1513/2024

29.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1513/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X25 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyası göstərilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X7 ünvan 1 ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, faktiki olaraq ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, bina 3, mənzil 152-də yaşayır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 4K4DT47000 nömrəli, xx.xx.2016-cı il tarixli arayışına görə, qardaşı X7 ikinci dərəcəli əlildir, 17.10 2016-cı ildə müayinə olunmuş, sonrakı müayinə tarixi müddətsizdir, əmək qabiliyyəti 0%, TSEK-in diaqnozu - “Şzefreniya, paranoid forma, psixi qüsür halı, əməyə qadir deyildir”. X17 evli olmuş, onun iki övladı var. 2019-cu ildə həyat yoldaşı Gövhərlə məhkəmə qaydasında boşanmışlar. Boşandıqdan sonra Gövhər uşaqları da götürüb Türkiyə Respublikasına getmiş, orada yaşayır, Türkiyə vətəndaşı ilə evlidir. Qardaşının övladları yetkinlik yaşına çatmışlar. Qardaşının övladları anaları ilə birlikdə Türkiyə Respublikasında yaşayırlar. Qardaşına həmişə anası X8 baxmış, birlikdə yaşamışlar. Mütəmadi olaraq anası və qardaşı Rüfətlə ünsiyyətdə olmuş, onların problemlərini əsasən o həll etmişdir. 2022-ci ildə anası vəfat etmişdir. Ondan sonra qardaşı Rüfət tamam onun himayəsində qalmış, bütün problemlərini o həll edir. Qardaşı xəstəliyinin nəticəsi olaraq öz hərəkətlərinin mənasını anlamır, öz hərəkətlərini tam idarə edə bilmir, öz hərəkətləri ilə həmişə özünü çıxılmaz vəziyyətə salır. Anası vəfat edəndən sonra qardaşı Rüfətin keçmiş arvadı X22 xəstəliyindən istifadə edərək ondan etibarnamə almış, anası Tamella Musayevadan qalmış miras əmlaklarda X17a qanuna müvafiq olaraq çatmalı olan miras əmlaklardakı payını heç bir mübahisə olmadan almışdır. Sonra miras əmlakda qardaşına çatan payı, qardaşının pensiya kartını və şəxsiyyət vəsiqəsini də götürmüş, X17u köməksiz vəziyyətdə qoyub Türkiyə Respublikasına getmişdir. Hazırda X17a müalicə üçün təyin olunmuş dərmanları X17un sənədləri olmadığına görə almaqda çətinlik çəkir. Həmin dərmanlar olmadan isə onun yaşaması mümkün deyil, xəstəliyi daha da pisləşir. X17 özünə və ya başqasına məxsus istənilən əşyanı mənasını başa düşmədən istənilən şəxsə verə bilər. Həkimə getməkdən, müalicə olunmaqdan imtina edir. Onun daimi olaraq qayğıya böyük ehtiyacı var. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X9 ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyindən və X19 PHŞ 2 nömrəli poliklinikanın arayışından görünür ki, X5 “Şizofreniya, paranoid forma, psixi qüsur halı” diaqnozu qoyulmuşdur; AZ-T seriyalı, 254858 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, ata qrafasında X3, ana qrafasında X10 qeyd edilmişdir; X6 xx.xx.1967-ci il tarixli, 2037 saylı doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, ata qrafasında X14, ana qrafasında X11 qeyd edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 1052 saylı rəyində qeyd edilmişdir ki, X4 “Şizofreniya paranoid forma, psixi qüsur halı” xroniki psixi xəstəlik qeyd olurur, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna ğörə də, X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 müəyyən edilən “Şizofreniya paranoid forma, psixi qüsur halı” ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 317.3, 318.2 və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixiatrik espertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar