Məhkəmə qərarları › İş №2(005)-1519/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1519/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1519/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 və üçüncü şəxs Mustafayev Arif Mustafa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnə qarşı, üçüncü şəxs Mustafayev Arif Mustafa oğlu və Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnə qarşı üçüncü şəxs Mustafayev Arif Mustafa oğlu və Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-1207/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ondan iddiaçı Arif Mustafayevin xeyrinə 50000 ABŞ dolları məbləğində pulun tutulması qət edilmiş, həmin qətnamə icra edilməsi üçün Sabunçu rayon İcra və probasiya şöbəsinə göndərilmiş və Sabunçu rayon İcra və probasiya şöbəsinin İcra məmuru tələbi yeganə yaşayış yeri sayılan Bakı şəhəri. K.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəltmişdir. Onun tərfindən Sabunçu rayon Məhkəməsində cavabdeh Sabunçu rayon İcra və probasiya şöbəsinə qarşı iddia qaldırılmış və Bakı şəhər Sabunçu rayon rayon məhkəməsinin 2(008)-4873/2019 saylı xx xxxx 2019-cıı il tarixli qətnaməsi ilə cavabdeh Sabunçu ravoıı İcra və Probasiya şöbəsinə qarşı iddia tələbim təmin olunaraq Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(008)-1207/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru A.Əmirov tərəfindən tələbin borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyri-qanuni hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən 3-cü şəxs Mustafayev Arif Mustafa oğlu apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12678/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin 2(008)-1873/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12678/2019 saylı xx xxxxxxx 2019-cıı il tarixli qətnaməsindən 3-cü şəxs Mustafayev Arif Mustafa oğlu kassasiya şikayəti vermiş və Ali Məhkəmənin xx.xx.2019-ctı il tarixli 2(102)-8248/2019 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yalnız Azərbaycan Respublikasının Ali Məhkəməsində keçirilən proses zamanı ona məlum olmuşdur ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-l(82)-3255/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı Mustafayev Arif Mustafa oğlunun iddiası təmin olunaraq hərracın nəticələri əsasında Bakı şəhəri, E.Mehdiyev küçəsi, 22 saylı evin 9 saylı mənzilinə onun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın varilməsi öhdəliyinin 1 savlı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Onun tərəfindən verilmiş ərizə əsasında Bakı İnzibati məhkəməsinin hakimi Aytən Oruczadənin sədrliyi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-3255/2019 saylı xx.xx.2019-cu il tarixli qərar ləğv edilmiş və işin icraatı təzələnmişdir. İnzibati işin sənədləri ilə tanış olan zaman məlum olmuşdur ki, yuxarıda qeyd olunan qanuni qüvvəsini almış qətnamələrə baxmayaraq ona məxsus olan Bakı şəhəri, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzili 1 hərraca açıq satışa çıxarılmış və 41/01 saylı xx xxxx 2019-cu il tarixli protokola əsasən Arif Mustafayevə 50000 manata satılmışdır. Cavabdeh təşkilata müraciət edəndən sonra məlum olmuşdur ki, dəyəri 80000 manat olan mənzilə cəmi 50000 manat qiymət qoyulmuş və həmin qiymətə Arif Mustafayevə satılmışdır. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» onun iştirakını təmin etmədən, onun xəbəri olmadan mənzilinin qiymətləndirilməsini keçirmədən 80 000 manat dəyərində olan mənzili 50 000 manat qiyməti ilə hərraca çıxarmış, yəni cavabdeh təşkilat mənzili düzgün qiymətləndirməmiş, bazar qiymətindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarmış, onun qiymətlənmədə və hərracda iştirakını təmin etməmişdir. Daha sonra, hərraca çıxarılan mənzili tələbkar Arif Mustafayev əldə etmişdir. Yenə də qeyd edir ki, hərracın keçirilməsindən və mənzilin Arif Mustafayev tərəfindən alınmasından xəbəri olmayıb. İkinci bir tərəfdən, hərracın keçirilməsinə səbəb olmuş icra məmurunun hərəkətlərindən məhkəməyə iddia ərizəsi vermiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tələbin ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyri-qanuni hesab edilməsi qət edilmişdir. Digər tərəfdən, qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqi şəxslər, yəni hərraclar keçirdikləri hərracları ədalətli şəkildə həyata keçirməyi öz üzərinə götürürlər. Bu öhdəliyin hərrac tərəfindən yerinə yetirilməsi və ya qanun pozuntuları ilə yerinə yetirilməsi əhalinin bu sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Dəgər tərəfdən borclu şəxsin mülkiyyət maraqları və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən Prinsipi lıazırki işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı hərrac keçirilməsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümıınıi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır.Bütün bunlara baxmayaraq, cavabdeh təşkilat tərəfindən heç bir əsas olmadan daşınmaz əmlak 50000 manat kimi düzgün qiymətləndirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» tərəfindən ona məxsus Bakı şəhəri, K.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinin satılmasına dair keçirilmiş hərracın nəticələrinin, 41/01 saylı xx.xx.2019 müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Mustafayev Arif Mustafa oğlu məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirdi və rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC və üçüncü şəxs Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinn tələblərinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyərək, mülki iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzil ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilərək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli 586 №-li hesabatından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzil 50000 manat məbləğində dəyərləndirilmişdir. İş materiallarında olan Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbayçaıı Respublikası Mülki Məçəlləsinin 415-ci maddəsinə, «İcra Haqqında» AR Qanunun 51; 52; 53; 61 va 62 maddələrinin müvafıc bəndlərinə uyğun olaraq Sizin 1307-68136/17 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrası ilə bağlı hərrac keçirilmişdir. Belə ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu. Sabunçu qəsəbəsi, Bişən Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzil 50 000,0(əlli min manat, 00 qəpik) manata tələbkar alıcı Mustafayev Arif Mustafa oğlu əldə etmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə 150.1.13-cü maddəyə edilmiş əlavəyə əsasən sadələşdirilmiş vergi 1289,25 manat (42 saylı, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə)dövləl büdcəsinə ödənilmişdir. (Bu Məcəllənin 220.8-ci və 220.8.1 -ci maddələrinə uyğur olaraq sadələşdirilmiş vergi 1 (bir) bank günü ərzində dövlət büdcəsində ödənilməlidir)ödənişi təsdiq edən sənəd və 41/01 saylı, xx.xx.2019-cu il tarixi- protokol tələbkar alıcıya təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019 tarixli, 2(102)-8248/2019 saylı qərarından görünür ki, üçüncü şəxs Mustafayev Arif Mustafa oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(008)1207/2017 №-li icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayon icra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tələbin borclu İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyri-qanuni hesab ediməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, 2(103)- 12678/2019 saylı mülki iş hazırkı iş üzrə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(103)-273/2019 saylı qərardadından görünür ki, tələbkar Mustafayev Arif Mustafa oğlu tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 8(008)-394/2014 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-1207/2017 saylı qətnaməsinin icrasına izah verilməsi barədə Bakı şəhəri Sabunçu rayon icra və Probasiya Şöbəsinin böyük icra məmuru Amil Əmirovun ərizəsi təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində olan məlur əsasən Naxçıvan şəhər sakini İddiaçı-Mustafa oğlunun adında Naxçıvan şər ünvan 1 ünvanında 327,6 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 39,2 olan 2 otaqlı fərdi yaşayış evi vardır. İddiaçı fərdi yaşayış evini Naxçıvan şəhər 2-ci DNK-nın xx.xx.2001ci il tarixli 4Ə-55 nömrəli alqı-satqı müqaviləsi əsasında etmişdir. Həmin əmlak üzərində məhdudiyyət (yüklülük) qeydiyyata alınmamışdır. Mülki işin araşdırılmış hallarından görünür ki, iddiaçı mənzilin hərraca çıxarılmasına dair görülmüş icra hərəkətlərinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə icra hərəkətləri qeyriqanuni hesab edildiyinə əsaslanaraq, hərracın nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. Məhkəmə tərəfindən araşdırılma aparılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzil hərraca çıxarılarkən icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmamışdır. Hərrac xx.xx.2019-cu il tarixdə keçirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı isə xx.xx.2019 tarixdə çıxarılmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, hərrac yekun qərar çıxarılmamışdan öncə keçirildiyindən qanunsuz olmamışdır. Bundan əlavə, Qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnə qarşı üçüncü şəxs Mustafayev Arif Mustafa oğlu və Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnə qarşı üçüncü şəxs Mustafayev Arif Mustafa oğlu və Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar