Məhkəmə qərarları › İş №2(005)-1522/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1522/2021

08.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1522/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı və onun vəkili X1, Cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 250(iki yüz əlli) manat olmaqla 3 (illik) kirayə haqqı kimi 9000 (doqquz) min manat kompensasiya verilməklə Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 35 saylı evin 22 №-li mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 avqust 2007-ci il tarixli MN ******* № li daşınmaz əmlaka dair reystrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 35 saylı evin 22 №-li mənzil onun mülkiyyətindədir. Cavabdeh onun övladı olmaqla evlənmiş və ayrı təsərrüfat ilə yaşayır. O, özündə başqa bir qadın ilə evlənmişdir və bu evlilikdən övladı var. Mülkiyyətində olan mənzili iki otaqlı kiçik ölçülü qaranlıq, təmirsiz balaca bir mənzildir. İki ailəninin birlikdə yaşaması qeyri-mümkündür. Buna görə qərara gəlmişdir ki, Cavabdeh kompensasiya ödəməklə, onun onun mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilmişdir. Tərəfidən onunla danışarkən o, 9000 (doqquz) min manat kompensasiya təklif etmişdir. Lakin o buna razı olmur. Onu da qeyd edir ki, mənzili təmirsiz qaranlıq bir vəziyyətdə olan mənzildir. Onun mənzili kirayəyə bu vəziyyətdə verilsə belə hər ay üçün 250 (iki yüz əlli )manatdan artıq kirayə haqqı almaq mümkün deyil. Qeyd edilənləri və məhkəmə təcrübəsini nəzərə alaraq onun mülkiyyətində qeyd olunan şəraitdə təmirsiz, qaranlıq mənzilə hər ay 250 (iki yüz əlli) manat olmaqla 3 (illik) kirayə haqqı 9000 (doqquz) min manat kompensasiya verilməklə mübahisəli mənzilin istifadə hüququna xitam verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili X2 məhkəməyə məhkəmə iclasında barışıq sazışı təqdim edərək sazişin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X6 ayrı-ayrılıqda müvafiq barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: Biz-iddiaçı-İddiaçı bir tərəfdən və Cavabdeh digər tərəfdən Nərimanov Rayon Məhkəməsində İddiaçı iddia tələbinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflərin razılaşmasına müvafiq aşağıda təsbit edilən qaydada müvafiq bu barışıq sazişini bağlayırlar.

1. 25 avqust 2007-ci il tarixli MN 00874403 №-li daşınmaz əmlaka dair reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 35 saylı evin 22 №-li mənzilə istifadə hüququna xitam verilməsi, habelə həmin mənzildən qeydiyyatdan çıxması şərti ilə Cavabdeh 18000 (on səkkiz min) manat kompensasiya ödəmək öhdəliyi götürür.

2. Cavabdeh 25 avqust 2007-ci il tarixli MN 00874403 №-li daşınmaz əmlaka dair reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 35 saylı evin 22 №-li mənzilinə 18000 (on səkkiz min) manat kompensasiya qəbul etmək öhdəliyi götürür.

3. Barışıq sazişinin təsdiq olunduğu tarixdən 5 gün ərzində qeyd edilən mənzildən Cavabdeh qeydiyyatdan çıxmaq öhdəliyi götürür.

4. Cavabdeh barışıq sazişi ilə bağlı 18.000 (on səkkiz min) manat kompensasiyanı qəbul etdikdən sonra qeyd olunan mənzil üzrə İddiaçı qarşı daha hər hansı tələb irəli sürməmək öhdəliyi götürür.

5. İddiaçı hazırki barışıq sazişini məhkəmə tərəfindən təsdiqləndiyi andan Cavabdeh qarşı bu mənzil ilə bağlı hər hansı iddia tələbi irəli sürməmək öhdəliyi götürür. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh qarşı “kompensiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar