Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1525/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisi və Maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 Saylı Dövlət Notariat Ofisi, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2745445X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin, Cavabdeh2 cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin qismən etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi, vəsiyyətnamənin qismən etibarsız hesab edilməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisi və Maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 Saylı Dövlət Notariat Ofisi, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2745445X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin, Cavabdeh2 cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin qismən etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları: İlkin iddiaçının babası, qarşılıqlı iddiaçının atası olan X10 14 iyul 2001-ci ildə vəfat etmişdir. Mərhum öz əmlakı barədə 11 iyun 2001-ci il tarixdə 1 saylı Abşeron Rayon Notariat Ofisində vəsiyyətnamə tərtib etmişdir. Həmin vəsiyyətnaməyə istinad edən ilkin ididaçı İddiaçı mərhumun bütün əmlakının ona vəsiyyət edildiyini bildirir və cavabdeh - əmisi Cavabdeh2 qanunsuz və əsassız olaraq mərhuma məxsus olan Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 22, mənzil 10 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni əldə etdiyi bildirir. 15 oktyabr 2002-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri 42 saylı notariat kontorunun notariusu Soltanov M.N. təsdiq edir ki, 14 iyul 2001-ci il tarixində vəfat etmiş X3 vərəsələri Cavabdeh2 ½ hissə, X8 ½ hissədə açıq qalmışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir. 06 aprel 2003-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında 14 iyul 2001-ci il tarixində vəfat etmiş X3 vərəsəsi Cavabdeh2 miras əmlakdan bərabər hissələrdə irs almışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən mənzildən ½ paydır. Vəsiyyətnamənin qismən etibarsız hesab edilməli olmasına istinad edən cavabdeh (qarşılıqlı iddiaçı) bildirir ki, vəsiyyətnaməyə əsasən mərhum bütün əmlakını deyil, yalnız Abşeron rayon,Xırdalan Masazır yolunun şimalında yerləşən fərdi yaşayış evini ilkin didaçı X5 vəsiyyət etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh2 qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisi və Maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 Saylı Dövlət Notariat Ofisi, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2745445X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (ofisi) tərəfindən Cavabdeh2 verilmiş 06 aprel 2003-cü il tarixli 2V/68 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2 adına verilmiş ünvan 4-a dair verilmiş qeydiyyat vəsiqəsinin və Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, ünvan 6, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının babası X1 Vasif Cümşüd oğluna bütün əmlakını vəsiyyət qoymuşdur. Bu barədə xx.xx.2001-ci il tarixində 1 saylı Abşeron rayon Notariat ofisində vəsiyyətnamə tərtib edilmişdir. Vəsiyyətnamənin qüvvədə olması barədə Notariat arxivinə sorğu verilmişdir və bu barədə müvafiq məlumat alınmışdır ki vəsiyyətnamə qüvvədədir. Allahverdiyev İsrafil 14 iyul 2001- ci ildə vəfat etmişdir. İş üzrə cavabdeh, Cavabdeh2 təmsil etdiyim şəxsin babasından qalmış əmlaka dair 2003-cü il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. 14 saylı notariat ofisi vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən 2001-ci ildə tərtib edilmiş vəsiyyətnaməni nəzərə almamış tam payı iş üzrə cavabdehə vermişdir. Tamamilə qanunsuz olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında cavabdeh İsrafildən miras qalmış Nərimanov rayonu S.Rəhman 22 mənzil 10 na dair çıxarış alınmışdır. Notariat ofisi iddiaçının vəsiyyət üzrə payını açıq saxlamalı olduğu halda tam olaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni cavabdehə vermişdir, halbuki vəsiyyətnaməyə diqqət edilərsə orada bütün əmlakını vəsiyyət etmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin qismən etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 1 saylı dövlət notariat ofisində xx.xx.2001 -ci il tarixdə 2B-41 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin 1 -ci bəndinin “ harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ,ölən günə kimi mənə məxsus olan bütün əmlakımı, o cümlədən”hissəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı tərəfindən ona qarşı verilmiş 06 aprel 2003-cü il tarixli,2V/68 saylı qanuni vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin vərəsəlik şəhadətnaməsi əsamda verilmiş qeydiyyat vəsiqəsi və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının əsasını Abşeron rayonu 1 saylı dövlət notariat ofisində 1 1.06.2001 -ci il tarixdə 2B-41 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə təşkil edir. 14 iyul 2001 -ci ildə vəfat etmiş atası X10 həmin vəsiyyətnamə ilə bütün əmlakını İddiaçı vəsiyyət etmişdir, lakin Cavabdeh1 tərəfindən atası X2 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 22 saylı evin 10 saylı mənzilə dair birinci növbəli qanuni vərəsə kimi onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən həmin vəsiyyətnamə nəzərə alınmamışdır, bu səbəbdən adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə, qeydiyyat vəsiqəsi və çıxarış etibarsız hesab edilməlidir. Bildirir ki,qeyd edilən vəsiyyətnamə tədqiq edildikdə vəsiyyətnamənin bir hissəsinin nəşriyyatda çap edilmiş hazır blank şəklində olduğu, digər hissəsinin isə maşinkada çap edilmiş formada olduğu müəyyən olunur. Müəyyən olunur ki, vəsiyətnamənin ümumi məlumatları əks etdirən hissəsi,eyni zamanda vəsiyətnamənin məzmununu təşkil edən 1 -ci bəndin “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi mənə məxsus olan bütün əmlakımı, o cümlədən” hissəsi nəşriyyatda çap edilmiş hazır blank formasındadır, həmin bəndin 2 hissəsində yazılmış “Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən şəxsi evimi nəvəm X12” vəsiyyət edirəm hissəsi isə maşinkada çap edilmiş formadadır. a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə qarşılıqlı iddia üzrə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Cavabdeh1 (ofisi) tərəfindən Cavabdeh2 verilmiş 06 aprel 2003-cü il tarixli 2V/68 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2 adına verilmiş ünvan 4-a dair verilmiş qeydiyyat vəsiqəsinin və Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, ünvan 6, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021- ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia ərizəsi ilə Allahveridyev Cabbar məhkəməyə müraciət edərək Abşeron rayonu 1 saylı dövlət notariat ofisində xx.xx.2001 -ci il tarixli 2B-41 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyətnamənin 1-ci bəndinin “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi mənə məxsus olan bütün əmlakımı o cümlədən” hissəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia etirazla qarşılanır, beləki qarşlıqlı iddia tamamilə əsassızdır, hazır blank forması olmuş olsada belə şəxsin iradəsini ifadə etmiş və vəsiyyət qoyan tərəfindən imzalanmışdır. Qarşılıqlı iddiada bildirilir ki, texniki vasitədən istifadə edilərək tərtib edilmişdir, bu belə də ola bilər ancaq bir məsələni nəzərə almaq lazımdır ki, vəsiyyət edənin iradə ifadəsini əks etdirmiş və onun tərəfindən şahidlər tərəfindən imzalanaraq rəsmiləşdirilmişdir. Qarşlıqlı iddia ərizəsi ancaq ona əsaslanmışdır ki, texniki vasitədən istifadə edilərək yazılmışdır, bu məsələnin mahiyyətini dəyişmir. Hesab edir ki, cavabdehin işi uzatması və suni şəkildə bu formada iddia verməsidir. Qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi və Cavabdeh1 (ofisi) tərəfindən Cavabdeh2 verilmiş 06 aprel 2003-cü il tarixli 2V/68 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2 adına verilmiş ünvan 4-a dair verilmiş qeydiyyat vəsiqəsinin və Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, ünvan 6, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, İddiaçı Rusiya Federasiyasında yaşadığı üçün Cavabdeh2 tərəfindən vəsiyyətnamə nəzərə alınmadan vərəsəlik haqqında şəhadətnamə əldə edilmişdir. İddiaçı Azərbaycan Respublikasında olmadığından məlumatsız olmuş, bu səbəbdən də məhkəməyə gec müraciət etmişdir. İlkin iddia üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq, mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 işə mahiyyəti üzrə baxılmasını tələb etmiş və qarşılıqlı iddia tələbini müdafiə etdiklərini bildirmişdirlər. Məhkəmə mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinin rədd edilməsini, qarşılıqlı idida ərizəsinin isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahatında bildirmişdir ki, Cavabdeh2 onun həm qardaşı oğlu, həm də keçmiş kürəkənidir. Hazırda onun qızı ilə Cavabdeh2 arasında olan nikah pozulmuşdur. Cavabdeh2 onlar arasında olan münasibətlər pozulduqdan sonra qisas məqsədilə 20 il sonra məhkəməyə müraciət etmişdir. Mülki işin materialları - Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 04 sentyabr 2001-ci il tarixində kəskin ürək-damar çatışmazlığından Bakı şəhərində vəfat etmişdir. - 02 iyun 2001-ci il tarixli vəsiyyətnamədən görünür ki, X10 vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən şəxsi evini ünvanda yerləşən şəxsi yaşayış mənzilini nəvəsi İddiaçı vəsiyyət edir. Bundan əlavə olaraq aşağıdakılara sərəncam verir. Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən 4 tam otaqlı, yaşayış sahəsi 88.6 kv.m kökəkçi sahəsi 87.0 kv.m olan şəxsi evi. AR Mülki Məcəlləsinin 537-538ci maddələrinin məzmunu notarius tərəfindən ona izah edildi. - 15 oktyabr 2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 42 saylı notariat kontorunun notariusu Soltanov M.N. təsdiq edir ki, 14 iyul 2001-ci il tarixində vəfat etmiş X3 vərəsələri Cavabdeh2 ½ hissə, X8 ½ hissədə açıq qalır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir. - 06 aprel 2003-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 14 iyul 2001-ci il tarixində vəfat etmiş X3 vərəsəsi Cavabdeh2 miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən mənzildən ½ pay. - 34210 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 ½ hissə, X8 ½ hissədə açıq qalır. - “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə Yaşayış yeri üzrə qedyiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışdan görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatdadır. - AR Qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən ondan ötür ki, AR Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən 4 yaşayış otaqlı yaşayış sahəsi 88.6 kv.m kökəkçi sahəsi 87.0 kv.m olan Abşeron rayonu 1 nömrəli dövlət notariat kontoru müqaviləsi 3M-98 16 aprel 1998-ci il tarilxi qəraraı əsasında X6 verilir. - 310778 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 03 avqust 1995-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X8, anası X11r. - 631102 nömrəli 11 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 6 ünvanında yerləşən kooperativ binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 4 mərtəbəsində, sahəsi 97 kv.m olan 16 saylı mənzilin dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. - 631102 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 76,78,80,82, mənzil 16, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 82, M4, m4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. - Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 17 mart 2022-ci il tarixində verilən nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 arasında olan nikaha xx.xx.2022-ci il tarixində xitam verilmişdir. - 01 oktyabr 2022-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 76,78,80,82, mənzil 16, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 82, M4, m4 saylı mənzili X4 hədiyyə vermişdir. - 631102 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 76,78,80,82, mənzil 16, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 82, M4, m4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X4 məxsusdur. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Maddə 337. Bbu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1170.1 Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1170.2. Vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Maddə 1172. Vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 1228. Əgər bir neçə vəsiyyət sərəncamından biri etibarsızdırsa və ya qüvvədən düşmüşdürsə və miras qoyan başqa sərəncamlar verməmişdirsə, vəsiyyətnamənin qalan sərəncamları qüvvədə qalır. Maddə 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir; Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər; Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Sadalanan normaların tələblərinə istinadən qeyd edilməlidir ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın”: 7-ci bəndinə əsasən Vəsiyyətnamələr haqqında arayışlar (vəsiyyətnamənin olması, onun məzmunu və s.) yalnız vəsiyyətçinin ölümündən sonra onun ölümü haqqında şəhadətnamə təqdim olunduqda verilə bilər. Notarius, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər. Bu barədə notarius bu şəxsləri xəbərdar edir. 44-cü bəndinə əsasən Notariat qaydasında təsdiq edilən əqdlərin məzmunu ifadə olunan müqavilələr, vəsiyyətnamələr, etibarnamələr və digər sənədlər (ərizələr istisna olmaqla) azı iki nüsxədə tərtib edilir, bunlardan bir nüsxə notariat ofisində saxlanılır, digəri isə əqdin iştirakçılarına verilir. Bütün nüsxələr əqdin iştirakçıları tərəfindən imzalanır. Təsdiq qeydi də bütün nüsxələrdə aparılır. 57-ci bəndinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 58-ci bəndinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir. 59-cu bəndinə əsasən notariuslar fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. 60-cı bəndinə əsasən vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyət ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığı alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Xeyrinə əmlakın vəsiyyət olunduğu şəxs vəsiyyətnamə təsdiq olunarkən iştirak edə bilməz və vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalaya bilməz. Notarius da vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalaya bilməz. 61-ci bəndinə əsasən Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər. 62-ci bəndinə əsasən Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir. 66-cı bəndinə əsasən Vəsiyyətin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyəti iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyət onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyəti imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətdə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsi ilə vəsiyyəti təsdiqləməlidirlər. 67-ci bəndinə əsasən Notarius vəsiyyətnamənin təsdiqi barədə xahişlə müraciət edən şəxsi qanun üzrə vərəsələrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunmuş dairəsi ilə tanış etməli və vəsiyyət edənə onun aşağıdakı hüquqlarını izah etməlidir, o cümlədən: bütün əmlakını və ya onun bir hissəsini qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə şəxsə, dövlətə və ya ayrı-ayrı təşkilata vəsiyyət üzrə bilər, vəsiyyətnamədə qanun üzrə vərəsələrin birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; vəsiyyət edən vəsiyyətnamədə təyin edilmiş vərəsələrin mirasdan paylarını müəyyənləşdirə bilər və ya hansı əmlakın verildiyini konkret göstərə bilər; vəsiyyət bir neçə şəxsin xeyrinə edildikdə vəsiyyət edən vəsiyyətnamədə mirasdan onların hər birinə düşən payı göstərə bilər; istənilən vaxt bu barədə ərizə verməklə və ya yeni vəsiyyətnamə tərtib etmək yolu ilə qoyulmuş vəsiyyətnaməni dəyişə və ya ləğv edə bilər. Vəsiyyət edən həmçinin həmin Qaydanın 39-cu bəndinə uyğun olaraq vəsiyyətnamənin saxlanılmaq üçün göndərildiyi notariat ofisinə və ya dövlət notariat arxivinə ərizə vermək yolu ilə də vəsiyyətnaməni ləğv edə bilər və sair. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk növbədə qarşılıqlı iddia tələbinə - “vəsiyyətnamənin qismən etibarsız hesab edilməsi” tələbinə qiymət verməyi zəruri hesab edir. Belə ki, qarşılıqlı iddia tələbinin təmin edilməsi mahiyyəti üzrə ilkin iddia tələbinin rədd edilməsi üçün əsasdır. Digər tərəfdən ilkin iddia ərizəsinin əsas dəlili məhz vəsiyyətnamənin qüvvədə olmasına, vəsiyyətnamə ilə mərhum İsrafil Allahverdiyevin bütün əmlakını iddiaçı (mərhumun nəvəsi) İddiaçı vəsiyyət etməsinə baxmayaraq, Cavabdeh2 (mərhumun oğlu) qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Bakı şəhəri, S.Rəhman küçəsi, ev 22, mənzil 10 üzərində mülkiyyət hüquqlarını əldə etməsidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, ilk növbədə 11 iyun 2001-ci il tarixli vəsiyyətnaməyə münasibət bildirilməlidir. Məhkəmə qeyd edilən normalara istinad etməklə, qarşılıqlı iddia tələbinin dəlillərinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi əsasızdır. Belə ki, 02 iyun 2001-ci il tarixli vəsiyyətnamənin məzmununda qeyd edilmişdir ki, X10 vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən şəxsi evini ünvanda yerləşən şəxsi yaşayış mənzilini nəvəsi İddiaçı vəsiyyət edir. Bundan əlavə olaraq aşağıdakılara sərəncam verir: Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən 4 tam otaqlı, yaşayış sahəsi 88.6 kv.m kökəkçi sahəsi 87.0 kv.m olan şəxsi evi. AR Mülki Məcəlləsinin 537-538-ci maddələrinin məzmunu notarius tərəfindən ona izah edildi. Vəsiyyətnaməyə nəzər yetirildikdə aydın şəkildə görünür ki, vəsiyyətnamə tipoqrafiya (nəşriyyatda) tərtib edilmiş hazır şablon forma üzərində çap edilmişdir. Bu zaman ifadələrdən bir qismi həmin şablon formanın tərkib hissəsidir: “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi mənə məxsus olan bütün əmlakımı, o cümlədən “, “bundan əlavə olaraq aşağıdakılara sərəncam verirəm” və s. Teniki vaitələrdən istifadə edərək, vəsiyyət qoyanın və vəsiyyət edilənin adı, soyadı, ata adı, və miras qoyulması nəzərdə tutulan əmlakın yerləşdiyi ünvan qeyd edilmişdir. İlkin iddiaçı iddia edir ki, vəsiyyətnamənin mətnində mərhumun bütün əmlakı vəsiyyət edildiyindən, notariat ofisi düzgün olmayaraq hazırki mlki iş üzrə cavabdehə qanun üzrə vərəsəlik hüququnu təsdiqe edən şəhadətnamə vermişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə vəsiyyətnamənin qismən - yuxarıda göstərilən issəd etibarsız hesab edilməsini tələb edir. Məhkəmə vəsiyyətnamədə iki dəfə konkret bir əmlakın - Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən fərdi yaşayış evinin göstərilməsini, vəsiyyətnaməyə məhz bu əmlaka hüquqmüəyyənedici sənədin – qeydiyyat vəsiqəsinin əlavə edilməsini nəzərə alaraq hesab edir ki, vəsiyətedənin iradə ifadəsi məhz həmin konkret əmlakın iddiaçının mülkiyyətinə keçirilməsi olmuşdur. Tərəflərin izahatlarından da aydın olur ki, ilkin iddiaçı Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən fərdi yaşayış evi üzərində vəsiyyətnamə əsasında hüququqlarını təsdiq etdirmiş və əmlak üzərində sahiblik, istifadə, sərəncam hüquqlarını həyata keçirmişdir. Buradan da aydın olur ki, iddiaçının həmin vəsiyyətnamədən məlumatı olmuş, həmin vəsiyyətnamənin realizə edilməsi istiqamətində əməli addımlar atmışdır. Lakin hazırda vəsiyyətnamənin tərtib edilməsindən və vəsiyyət edənin vəfat etməsindən 20 ildən çox vaxt keçməsinə baxmayaraq, məhkəməyə müraciət edərək, vəsiyyətnamə əsasında mərhumun bütün əmlakı üzərində mülkiyyət hüquqlarının ona keçməli olduğunu hesab etməsi barədə qənaəti ilə məhkəmə razılaşmır. Məhkəmə eyni zamanda hesab edir ki, vəsiyyətnamənin qismən etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar hazırki işdə mövcud deyil. Belə ki, vəsiyyətnamə şəxsin iştirakı ilə notariusda tərtib edilmiş, şəxsin özü , iki şahid tərəfindən imzalanmış, notarius tərəfindən təsdiq edilmişdir. Vəsiyyətnaməə bir birini istisna edən və ya zidd olan, qanunvericiliyə zidd olan sərəncamlar yer almamışdır. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri) Məhkəmə bütün bu halları nəzərə alaraq hesab edir ki, Abşeron rayonu 1 saylı dövlət notariat ofisində xx.xx.2001 -ci il tarixdə 2B-41 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə qanunvericiliyin tələblərin uyğundur və onun etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud deyildir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, göründüyü kimi Abşeron rayonu 1 saylı dövlət notariat ofisində xx.xx.2001 -ci il tarixdə 2B-41 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmişdir. İlkin iddia üzrə iddiaçı Cavabdeh1 (ofisi) tərəfindən Cavabdeh2 verilmiş 06 aprel 2003-cü il tarixli 2V/68 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilərkən Abşeron rayonu 1 saylı dövlət notariat ofisində xx.xx.2001 -ci il tarixdə 2B-41 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin nəzərə alınmadığını, X6 məxsus olan bütün əmlakların ona vəsiyyət edildiyini iddia etsə də, işin hallarından görünür ki, tələb əsassızdır və X10 tərəfindən həmin vəsiyyətnamə üzrə sadəcə Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən şəxsi ev İddiaçı vəsiyyət edilmişdir. Buna görə də cavabdehin (qarşılıqlı iddiaçının) mərhum atasından miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən ½ pay üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyət hüquqlarını əldə etməsi qanuni və əsaslı olmuşdur. İlkin iddia tələbi "Vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi" hissəsində əsassız olduğundan və təmin edilmədiyindən, qeydiyyat vəsiqəsinin və çıxarışın etibarsız hesab edilməsi tələbi üzrə ayrıca araşdırıma aparılmasına zərurət yoxdur. Tələb o hissədə də təmin edilə bilməz. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, iddia mahiyyəti üzrə rədd edildiyindən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirmək üçün zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; İşin materiallarından görünür ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisi və Maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 Saylı Dövlət Notariat Ofisi, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2745445X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh2 cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin qismən etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1525/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1525/2024
18.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver