Məhkəmə qərarları › İş №2(005)-154/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-154/2020

09.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-154/2020 09.06.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi x2, İddiaçı, müstəqil tələb irəli sürən 3-cü şəxs x5 nümayəndəsi-x40 oglunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “x41 Azərbaycan” QSC-nin nümayəndəsi Bayramov Pərviz Mövlud oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisinin (kontorunun) xüsusi notariusu x16 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər x10 və “x41 Azərbaycan” QSC-yə qarşı “notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi; Müstəqil tələb irəli sürən x5 cavabdehlər 31 saylı notariat ofisinin (kontorunun) xüsusi notariusu x16, Cavabdeh1, İddiaçı, “xxxxxxxx” MTK-ya və “x41 Azərbaycan” QSC-yə qarşı “notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisinin (kontorunun) xüsusi notariusu x16 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər x10 və “x41 Azərbaycan” QSC-yə qarşı “notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 31 saylı notariat ofisinin (kontorunun) xüsusi notariusu x21 tərəfindən təsdiq edilmiş reyestrdə 7E-10089 nömrə ilə qeyd edilən 01.10.2015-ci il tarixdli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda ona bəlli olmuşdur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Xəlitov) icraatında iddiaçı x6 Cavabdeh1 və qeyrilərinə qarşı "İpoteka və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab olunması" tələbinə dair 2(006)- 3454/2019 saylı mülki işə baxılır. Mülki iş üzrə sorğu olunan notariat işinin materiallarından üzə müəyyən olunmuşdur ki, güya o İddiaçı 01.10.2015-ci il tarixdə əvvəllər tanımadığı, heç vaxt raslaşmadığı və üzünü belə görmədiyi x22 adlı şəxsin əvəzinə sonuncunun cismani qüsuru olduğu səbəbindən, onun həyat yoldaşı Mayfila Sadıqovaya məxsus olan Bakı şəhəri Nərimanov rayonu Mustafa Kamal prospektində yerləşən 14 nömrəli evinin ipoteka ilə yüklü edilməsinə və ondan doğan ağır şərtli digər öhdəliklərə qeyri şərtsiz əməl edəcəyi barədə razılığ ərizəsinə imza atmışdır. Məhkəməyə dəvət olunanda və mülki işə əlavə olunmuş sənədlərlə tanış olduqdan sonra ona bəlli olmuşdur ki, onun etibarından sui-istifədə etməklə və aldadılma yolu ilə notariat kontorundan kənarda məzmunundan xəbəri belə olmayan ərizəyə imza atdırmışlar. Belə ki, o heç vaxt adı çəkilən cavabdeh Bakı şəhəri Xəzər rayonu, 31 saylı notariat ofisində (kontorunda) olmamış, harada yerləşdiyindən xəbəri olmadan və tanımadığı x22 adlı şəxslə birlikdə heç-bir kontorda olmamışdır. Belə ki, o x23 uzun illərdir "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-də sürücü vəzifəsində, mülki iş üzrə cavabdeh olan şəxslərdən Hacıyev Nöfəl Əhməd oğlu isə ASC-də sədr vəzifəsində çalışır. Onun şəxsiyyət vəsiqəsi və s. sənədləri ASC-nin kadrlar şöbəsində saxlanılır. Şübhələnir ki, sədrləri Nöfəl müəllim onun əvəzindən bu qanunsuz ərizəni tərtib etdirib, kiməsə imzalatdırıb və ya ona iş yerində hansısa kadrlar sənədi adı ilə imzalatdırıb. Mülki işin materialları ilə tanış olduqda Cavabdeh1 vətəndaş x3 2009-cu ildə aldığı etibamaəni digər işçiləri Mövsümov Murad Elşad oğlunun adına keçirərək, sonuncunun adından "İpoteka və sonrakı ipoteka müqavilələrinə" qanunsuz imza atdırmışdır. Maraq çəkən və sual yaradan məqamlardan biri ondan ibarətdir ki, x10 məxsus olan 2012, 2014 və 2015-ci illərdə ipoteka müqavilələri və s. Notariat əməliyyatları Nərimanov rayonunun 9 saylı Notariat kontorunda (xüsusi notarius Rəşadət Ağayev) bağlandığı halda, güya o və cismani qüsuru olan ağsaqqal x22 2015-ci ildə razılıq ərizəsini vermək üçün 50 k.m uzun məsafə qət edib məhz Xəzər rayonunun Binə qəsəbəsində yerləşən, hələ Abşeron rayonunda çalışdığı vaxtlardan "məhşur notarius kimi ad çıxaran" Ramizin yanına ərizə imzalamağa getmişlər. Bankdan milyonlarla manat dəyərində kredit götürən şəxsin 20 (iyirmi) AZN rüsum ödəyib notariusu evinə dəvət etmək hüququ olduğu halda, 4 (dörd) övlad atası olan 70 yaşlı adam heç bir qohumluq və ya tanışlıq əlaqəsi olmayan İddiaçı ilə onun əvəzinə təhlükəli sənədə (milyonlarla dəyəri olan evini girov qoymağa razılığ ərizəsi imzalamaqdan ötrü) məhz Xəzər rayonunda Binə qəsəbəsində çalışan notarius Ramiz müəllimin yanına yola düşür. Bildirir ki, o heç vaxt x22 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, 31 saylı notariat ofisində (kontorunda) olmamış, məzmunundan xəbəri olub onun adından və əvəzinə belə ərizə imzalamamış, onu tanımamış, onun harada yaşadığını və telefon nömrəsini belə bilmir. Ona görə də Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu x21 tərəfinən təstiq edilmiş Reyesterdə 7E-10089 № ilə qeyd edilən 01.10.2015-ci il tarixli ərizənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Müstəqil tələb irəli sürən x18 cavabdehlər 31 saylı notariat ofisinin (kontorunun) xüsusi notariusu x16, Cavabdeh1, İddiaçı, “xxxxxxxx” MTK-ya və “x41 Azərbaycan” QSC-yə qarşı “notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri 31 saylı notariat konterunun xüsusi notariusu x21 tərəfindən təstiq edilmiş 01 oktyabr 2015-ei il tarixli, Reyesterdə 7E-10089 № ilə qeyd edilən razılığ ərizəsinin etibarsız hesab edilməsinə; cavabdehlər Cavabdeh1, “Cinar-AN” Mənzil Tikinti Koperativi və “x41 Azərbaycan” x25 arasında Bakı şəhəri, Nərimanov rayonu, x38 prospekti, ev 14 ünvanında 0,0601 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli 5 otaqlı, 178.7 kv yaşayış, 689.2 kv.m köməkçi sahəcən ibarət fərdi yaşayış evimizə dair Bakı şəhəri 9 saylı notariat ofisinin (kontorunun) xüsusi notariusu R.Z.Sadıqov tərəfindən bağlanan 02.10.2012-ci il tarixli 55084/1 JV°-li kredit müqaviləsinin təminatı kimi, 24.10.2014-cü il tarixli 555 №-li kredit müqaviləsinin təminatı kimi, 01.10.2015-ci .1 tarixli 001 №-li kredit müqaviləsinin (kredit xəttinin açılmasıbarədə müqavilə) “İpoteka Mtiqavilləri”nin (sonrakı ipotekaların) etibarsız hesab edilməsinə: cavabdehlər İddiaçı, Cavabdeh1 və Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu x7 vurduqları mənəvi zərərin əvəzi olaraq, xeyrinə müştərək qaydada 300.000 (üç yüz min) manat pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən x18 ərizəsini onunla əsaslandırmışdır ki, o, 01.01.1964-cü ildə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olan x18, 1936-cı il təvəllüdlü Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olan mərhum x11 qız övladıdır və hazırkı məsələ hüquqi varis kimi mənim birbaşa maraqlarına toxunur. Göstərə bilər ki, atsım uzun illər müxtəlif vəzifələrdə çalışan ziyalı bir insan olmuşdur. Ömrünün son illərində, onun əhatəsində yalnız dünya qədər bağlı olduğu dörd ali savadlı övladları (ailə üzvləri), eyni zamanda özü yaşda olan uzun illər dostluq etdiyi az sayda ziyalı insanlar olurdu. Atası həyatı boyu Qəbələ rayonunda doğulan və özündən 26 yaş cavan olan 1962-ci il təvəllüdlü cavabdeh İddiaçı adlı və ya Bərdə rayonunda doğulan, özündən 28 yaş cavan 1964- cü il təvəllüdlü Cavabdeh1 adlı şəxsləri tanımayıb və ya bizlər onun çevrəsində bu şəxsləri görməmişik. Bu insanlarla atasını bağlayan heç bir əlaqə olmadığı halda, 2015-ci ildə 79 (yetmiş doqquz) yaşlı olan atası, həddi buluğa çatmış övladlarının hər-hansı biri ilə deyil, güya tanımadığı cavabdeh İddiaçı ümidinə qalaraq, sonuncu ilə tək-tənha halda, evindən xeyli uzaq məsafədə yerləşən Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 31 saylı notariat kontoruna getmişdir. Bundan sonra isə guya cismani qüsuru olduğu səbəbi ilə İddiaçı onun əvəzindən 2.000.000 (iki milyon) manatdan yuxarı dəyərində olan birgə nikah dövründə əldə etdiyi Bakı şəhəri Nərimanov rayonu, Mustafa Kamal prospektində yerləşən 14 nömrəli fərdi yaşayış evinin sonrakı ipoteka ilə yüklü edilməsinə razılığ ərizəsi imzalanmasına dair “tapşırıq” vermişdir. Əfsuslar olsun ki, “məhşur'* notarius Ramiz Hümmətov bu ərizənin atamın özü tərəfindən imzalaya bilməməsinin dəqiq səbəbini belə göstərməmişdir. O, bunu ona görə edə bilməmişdir ki, həm özü, habelə İddiaçı adlı şəxs heç vaxt atamın üzünü belə görməmişlər. Ortaya sual çıxır ki, həmin gün atamın cismani qüsuru vardısa onda o, niyə görə qanuna müvafiq olaraq yaxın ərazidə yerləşən notariusu evə dəvət etməklə (kontordan kənar xidmət) ürəyi istədiyi ərizəni şəxsən və ya etibar etdiyi ailə üzvlərinin birinə imzalatdırmamışdır. Diqqət çəkən məqamlardan biridə odur ki, elə həmən gün bir evdə yaşayan anam x8 adından, Bakı şəhərinin Nərimanov rayonunun 9 saylı Notariat kontorunda xüsusi notarius Rəşadət Ağayev sonrakı ipoteka müqaviləsi bağlandığı halda, həyat yoldaşı olan atam bu ipoteka müqaviləsinin bağlanmasına dair (xidmət haqqı cəmi 2 AXN tutan) razılığ ərizəsini 9 saylı Notariat kontorunda deyil, artıq vaxt və yanacaq sərf etməklə, tanımadığı adamla şəhərdən 70 kl.m uzağlaşaraq Xəzər rayonun Binə qəsəbəsindəki kontorda vermişdir. Nərimanov rayonunun 9 saylı Notariat kontoru, Heydər Əliyev prospektində yolun düz kənarında yerləşdiyi halda, 79 yaşlı atamın bu kontorun qabağından keçərək məhz Binə qəsəbəsinə digər notariat kontoruna yollanması inandırıcı deyildir. Əslində bu şübhəli hal, həmin gün külli miqdarda dəyəri olan Kredir sazişini və x14 təstiq edən Nərimanov rayonunun 9 saylı Notariat kontorunun xüsusi notariusu R.Ağayevin də diqqətini çəkməli və onda əsaslı şübhələr doğurmalı idi ki, bir evdə yaşayan ahıl yaşlı şəxslər eyni gündə, eyni məsələ barəsində bir kontora deyil niyə görə fərqli kontorlara üz tutmuşlar. Lakin bu qaranlıq işdə bəzi vəzifəli şəxslərin maddi marağının olması, bu kimi vacib məsələləri ört bastır etmişdir. Bundan başqa məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, əslində ipoteka predmeti olan mənzil ona məxsusdur. O, uzun illərdir x15 Peterburq şəhərində yaşayır, lakin bütün ailə üzvləri pasport qeydiyyatı mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Atatürk p-ti., ev 14-dir. Bu ipoteka müqaviləsi bağlananda buna bizlərin notarial qaydada razılığı alınmalı idi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi və 3-cü şəxsin iddiasını qəbul edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəsx x5 nümayəndəsi x29 3-cü şəxsin iddiasına uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “x41 Azərbaycan” QSC-nin nümayəndəsi Bayramov Pərviz Mövlud oğlu hər iki iddianı qəbul etmədi və bildirdi ki, Cavabdeh1 hazırda banka 3 milyondan çox borcu olduğu halda banka ödəmələr etmək əvəzinə məhkəmələrə müxtəlif iddialar verib bankın iddiasının əssassız dayandırılmasına səbəb olmuşlar. Həmçinin Mülki Məcəllənin 354.1 maddəsinin tələbləri baxımınnan hər iki iddia üzrə bir illik iddia müddəti də ötürülmüşdür. Ona görə də hər iki iddianın rədd olunmasını xahiş etmişdir. İddialar üzrə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisinin (kontorunun) xüsusi notariusu x16, “Cinar-AN” Mənzil Tikinti Koperativinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, hər iki iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı № ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, x38 prospekti, 0,0601 ha torpaq sahəsindən ibarət 14 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında x9 adına daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 4612 nömrəli vərəqində 22 may 2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 11.11.2009-cu il tarixli AR-EN 068312saylı etibarnamənin surətindən görünür ki, Bakı şəhəri, Atatürk pr, ev 14-də yaşayan x19 hənin etibarnamədə nəzərdə tutulam müəyyən hərəkətləri etməyi Bakı şəhəri, İ.Dadaşov küçəsi, ev 50, mənzil 49-da yaşayan Cavabdeh1 qızına etibar etmişdir. İş materiallarında olan iddia ərizəsinin surətindən görünür ki, x20 cavabdehlər Cavabdeh1, “x41 Azərbaycan” QSC, “xxxxxxxx” MTK və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu x4 qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi 22.04.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 01.10.2015-ci il tarixli 7E/1089 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “x41 Azərbaycan” QSC ilə x20 arasında həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Mayfila Sadıqovaya tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nərimanov rayonu, x38 prospekti, ev 14 ünvanında yerləşən fərdi yaşayış evi 17.09.2015-ci il tarixli 001 nömrəli kredit müqaviləsinin təminatı olaraq Bankın xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş x1 orqana yazmış olduğu ərizəsindən görünür ki, o x13 məxsus Bakı şəhəri, Nərimanov rayonu, x38 prospekti, 0,0601 ha torpaq sahəsindən ibarət 14 nömrəli fərdi yaşayış evinin “x41 Azərbaycan” QSC-yə sonrakı ipotekaya girov qoyulmasına etiraz etməmişdir və ərizəyə x12 cismani qüsuru oldugundan İddiaçı imza etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.10.2019-cu il tarxli 25737 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri 9 saylı notariat kontorunun 3M-2253 nömrəli notariat işinin 15-ci vərəqəsində İddiaçı adından olan 01.10.2015-ci il tarixli ərizədə “İddiaçıİ” yazısı və həmin yazının əvvəlindəki imzax17 tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə olunmuş “x41 Azərbaycan” QSC tərəfindən verilmiş 04.02.2020-ci il tarxli iddia müddətinin tətbiq edilməsinə dair ərizədən görünür ki, Bankın nümayəndəsi Pərviz Bayramov 2(005)-154/2020 saylı iş üzrə iddia müddətinin tətbiq edilərərk iddianın rədd edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında da əks edilən hüquqi mövqeyə görə mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən iddia müddətinin tətbiqi ilə bağlı tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. x34 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. x27 üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərininin tətbiqi baxımından qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ümumi iddia müddəti kimi deyil, məhz kəsici iddia müddəti kimi çıxış edir. Bu hal məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsinin mümkünlüyü barədə qaydanın tətbiqi imkanını da istisna edir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən müqavilədən, İddiaçı 2015-ci ildə məlumatlı olmasına baxmayaraq həmin müqavilənin etibarsızlığını mülki qanunvericlikdə nəzərdə tutulmuş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Həmçinin müstəqil tələblər irəli sürən 3-cü şəxs x5 iddia ərizəsində göstərilən xüsusatlar məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hər iki iddia ərizəsini rədd etməyi əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisinin (kontorunun) xüsusi notariusu x16 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər x10 və “x41 Azərbaycan” QSC-yə qarşı “notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən x5 cavabdehlər 31 saylı notariat ofisinin (kontorunun) xüsusi notariusu x16, Cavabdeh1, İddiaçı, “xxxxxxxx” MTK-ya və “x41 Azərbaycan” QSC-yə qarşı “notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 126 manat İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar