Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1550/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X23 Mehdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Şamaxı rayonu İcra və probasiya şöbəsinə və Cavabdeh3 qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Şamaxı rayonu İcra və probasiya şöbəsinə və Cavabdeh3 qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın və onun nəticəsi barədə protokolun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borclu X21 24.09.2U16-C! il tarixli kredit müqaviləsi üzrə 15.000 (on beş min) ABŞ dolları borcunu qaytarmaqdan yayındığınna görə iddiaçı məhkəmə əmrinin verilməsi üçün ərizə ilə Bakı şəhəri Xəıai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 23 noyabr 2016-cı il tarixli, 2(011)- 14517/2016 saylı əmri ilə iddiaçının ərizəsi təmin edilmiş və icra sənədi üzrə Xətai rayon İcra şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilərək, surəti bildirişlə bərabər borclu X16 göndərilməklə, ona icra sənədi üzrə borcun könüllü ödəməsi təklif edilmişdir. Lakin borclu icra sənədi üzrə borcu ödəmədiyindən icra məmuru təqdimatla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ üzrə borcluya məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi X5 icra sənədində göstərilən pul vəsaitini ödəmədiyini və bununla bağlı icra sənədinin icrasının mümkün olmadığını əsas götürüb, icra məmurunun təqdimatını təmin edərək, mülkiyyət hüququ üzrə borclu X16 məxsus, Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2021-ci il tarixdə 8(011)-32/2021 saylı qərardad qəbul etmişdir. Mülkiyyət hüququ üzrə borcluya məxsus torpaq sahəsi Şamaxı rayon ərazisində yerləşdiyindən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru X19 xx.xx.2021 -ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-14517/2016-nömrəli icra sənədi icrasının təmin edilməsi üçün Şamaxı rayon İcra və Probosiya şöbəsinə göndərilmişdir. Cavabdeh1 «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş torpaq sahəsinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci il tarixdə 1459/3 saylı məktubla "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən borclu X16 məxsus, Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.03 ha torpaq sahəsinin dəyəri 3000 (üç min) manat müəyyən edilərək, bu barədə xx.xx.2021 -ci il tarixli, QXM/2978 saylı məktubla Şamaxı rayon İcra və Probosiya şöbəsinə məlumat vermişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 1526/3 saylı məktubla iddiaçıya müraciət edərək, 3000 (üç min) manat dəyərində qiymətləndirilmiş borclu X16 məxsus, Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsini ona təklif edilmişdir. O, da xx.xx.2021-ci il tarixdə ərizə ilə Şamaxı rayon İcra və Probosiya şöbəsinə yazılı müraciət edərək təklifi qəbul etdiyini bildirmişdir. Bundan sonra Şamaxı rayon İcra və Probosiya şöbəsi xx.xx.2021-ci il tarixdə 1774/3 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 14 saylı ərazi idrəsinə müraciət edərək, İcra haqqında Azərbaycan Respublikası Qanunun 53.1-ci maddəsinə əsasən X5 mülkiyyətində olan və Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə dair müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin bəlli olmayan səbəblərdən borclunun torpaq sahəsi onun adına rəsmiləşdirilmədən Şamaxı rayon İcra və Probosiya şöbəsi borclunun torpaq sahəsinin açıq hərracda satılması üçün xx.xx.2021-ci il tarixli, 136913 nömrəli məktubla ünvan 1 ünvanda fəaliyyət göstərən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X22 Məsuliyyətli Cəmiyyətinə sifariş məktubu göndərmişdir. Hərracın yekununa dair protokola əsasən hərrac 09 iyun 2021-ci il tarixdə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X22 Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1 ünvanda keçirilmiş, hərracın qalibi Cavabdeh3 olmuşdur. Lakin əmlakın dəyəri Hərrac Mərkəzinin depozit hesabına ödənilməmiş, ümumiyyətlə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmamışdır. Əslində isə əmlak özgəninkləşdirilməmiş, hərrac formal keçirilərək əmlakın özgəninkləşdirilməsinin görüntüsü yaradılmışdır. Bu hal Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubla da təsdiq edilmişdir. Belə ki, istinad edilən məktubda Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin X15 mülkiyyətində olması göstərilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi X21 isə xx.xx.2022-ci il tarixdə öldürülmüş və icra sənədi üzrə borcun əhəmiyyətli hissəsini ödəməmişdir. Göründüyü kimi hərrac kobud qanun pozuntusu ilə keçirildiyindən hər hansı hüquqi nəticə doğurmamışdır. Odur ki, hərrac və onun nəticəsi barədə protokol etirarsız sayılmalıdır. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək, İddiaçı Cavabdeh3 və digərlərinə qarşı “hərracın və onun nəticəinə dair protokolun etibarsız sayılması tələbinə” dair mülki iş üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Cavabdeh3 “Daşınar və Daşınmaz əmlakın satışı üzrə "Hərrac" mərkəzinin” təşkil etdiyi hərracda iştirak etmiş və hərracın qalibi olmuşdur. Hərracdan sonra alıcının yeni mülkiyyətçi kimi hüququnu təsdiq edən alqı-satqı qüvvəsinə malik protokol imzalanmışdır. Şamaxı rayon İcra ve Probasiya şöbəsi öz növbəsində hərracın qalibinin öz üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirdiyini müəyyən etdikdən sonra protokolu imzalamış və möhürləmişdir, lakin əmlakın üzərinə hərracdan əvvəl qoyulmuş həbs qüvvədə olduğundan reyster xidmətinin Cavabdeh3 adına yeni çıxarış verməsi mümkün olmamışdır. Xətai Rayon Məhkəməsinə həbsin götürülməsi ilə əlaqədar müraciət edilmiş və həbs götürülmüşdür. İş üzrə İddiaçı heç bir əsası olmadan həbsin götürülməsinə etiraz etmişdir. Halbuki, İddiaçı Şamaxı İcra Şöbəsinə ərizə ilə müraciət edərək əmlakın hərrac yolu ilə satılmasını xahiş etmiş hətta özü şəxsən hərracda iştirak etmiş və hərracdan sonra X4 Şamaxı icra şöbəsində onu təmsil etməyi, şöbənin deposit hesabında olan, ona çatacaq pul vəsaitini götürməyə dair etibarnamə vermişdir. Günay xanım İddiaçı adından Şamaxı icra şöbəsi depozit hesabına hərrac nəticəsində köçürülmüş 4530 AZN pulun onun qeyd etdiyi kart hesabına köçürülməsi üçün ərizə ilə müraciət etmişdir. Şamaxı icra şöbəsinin rəisi müraciəti nəzərə alaraq müvafiq qurum və şöbələrə göstəriş vermiş və hərracdan əldə olunan 4530 AZN pul vəsaiti İddiaçı xanımın nümayəndəsi Günay xanımın göstərdiyi hesaba köçürdülmüşdür. Qeyd edilən hallar Şamaxı icra şöbəsinin məhkəməyə təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmasına baxmayaraq Kəmalə xanım Şamaxı icra şöbəsindən aldığı pulun ona borclu olan şəxsin Xətai Rayon Məhkəməsinin qərarı ilə müxtəlif vaxtlarda Xətai icra şöbəsinə ödədiyi pul vəsaitinin bir hisəsi olduğu kimi əssasız iddialarla çıxış edərək uzun müdətdir ki, Cavabdeh3 qanunla müəyyən edilmiş hərrac yolu ilə əldə etdiyi əmlak üzərində sərancam vermə hüququnu məhdudlaşdırılması barədə Kəmalə xanım Xətai Məhkəməsinə verdiyi şikayətlərdə eyni iddialarla çıxış etmiş Xətai Rayon Məhkəməsi və sonradan Apellyasiya Məhkəməsi qeyd edilən hallan araşdırmış və Kəmalə xanımın iddialarının əssasız olduğunu müəyyənləşdirmişdir. Ümumən İddiaçı hərracın nəticələrinin mübahisələndirmək üzrə subyektiv hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, 2 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14517/2016 nömrəli, xx.xx.2016-cı il tarixli sənədi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli borclunun məcburi gətirilməsi barədə təqdimatdan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-14517/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X13 15000 ABŞ dolları borc və dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X15 icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh1 İddiaçı ünvanladığı məktubdan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-14517/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X14 15000 ABŞ dolan pul alınarq tələbkar İddiaçı verilməlidir. X13 15000 ABŞ dollarının manatla məzənnəsi alınaraq İddiaçı ödənilməlidir. X5 mülkiyyətində ünvan 7ində 0.003 ha əkin sahəsi aşkar edilmiş, bu barədə məhkəməyə təqdimatla müraciət olunmuş, Xətai Rayon Məhkəməsinin 8(011)32/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə borcluya məxsus əkin sahəsi üzərinə həbs qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə ‘'Qiymətləndiricinin dəvət olunması haqqında” qərar qəbul edilərək, icra olunması üçün “Qiymətləndirmə Xidməti Mərkəzi MMC-yə göndərilmişdir. Qeyd olunan icra sənədi üzrə əmlak yəni, ünvan 7ində 0.003 hu əkin sahəsi "Qiymətləndirmə Xidməti Mərkəzi” MMC tərəfindən 3000.00 manata qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı ərizəsindən görünür ki, borclu X13 15000 ABŞ dollarının manatla məzənnəsi alınaraq ona ödənilməlidir. X15 mülkiyyətində ünvan 7ində 0.003 ha əkin sahəsi aşkar edilmiş, bu barədə məhkəməyə təqdimatla müraciət olunmuş, Xətai Rayon Məhkəməsinin 2(011)-32/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə borcluya məxsus əkin sahəsi iizərinə həbs qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC tərəfindən 3000.00 manatla qiymətləndirilmişdir V=3.0x 1000.00=3000.00 manat məbləğində qiymətləndirilmiş əmlaka edilən təklifi qəbul edir. İş materiallarında olan Hərrac Təşkilatının açıq hərracın nəticələri haqqında 49/02 nömrəli protokolundan görünür ki, X16 məxsus ünvan 7ində 0.003 ha torpaq sahəsini Cavabdeh3 4530,00 manata almışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində 0,119997 ha torpaq sahəsi olan 235a saylı bağ sahəsi xx.xx.2011-ci il tarixində X15 adına dövlət reyestrində qeydiyyata alınmışdır, lakin 5 saylı Bakı “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 46-357 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsi özgəninkiləşdirilərək digər torpaq sahələri ilə birləşdirilmiş və üzərində yerləşən (ümumi sahəsi 10.95 kv.m olan) tikililərlə birlikdə 0,35 ha torpaq sahəsi olan 235A saylı bağ evi kimi vahid əmlak olaraq xx.xx.2019-cu il tarixində digər şəxsin adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq elektron sistemdə müvafiq düzəlişlərin aparılması ilə bağlı göstəriş verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-519/2018 saylı qətnaməsi ilə iddiaçı X15 cavabdeh "xxxx" MMC-nə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, X15 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Gorədil kəndində yerləşən 235a saylı 0,119997 ha bağ sahəsinin qiymətləndirilməsi barədə cavabdeh "xxxx" MMC-nin 373 saylı, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyi etibarsız hesab edilmişdir. X15 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Gorədil kəndində yerləşən 235a saylı 0,119997 ha bağ sahəsinin açıq hərracdan ilkin satış qiyməti 61.198,47 manat müəyyən edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Gorədil kəndində yerləşən 0,119997 ha 135a saylı bağ sahəsinin – torpaq sahəsinin 48.000 manat qiymətləndirmə nəticələri haqqında hesabatının etibarsız sayılaraq ləğv edilməsi və həmin torpaq sahəsinin 24.000 manat qiymətləndirməsi barədə iddiası əsassız olduöu üçün təmin edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-14517/2016 nömrəli məhkəmə əmri ilə 15.000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə ünvan 4 ünvanında qeydiyyatda olan X13 alınaraq ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Birja Yenilikləri” qəzetindən görünür ki, hərrac ünvan 6 ünvanında keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-14517/2016 nömrəli icra sənədi, Cavabdeh1 1369/3 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ünvan 7ində yerləşən 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 3000 (üç min) manat olmaqla xx.xx.2021-ci il tarixində “Birja Yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2016-cı il tarixə, saat 11:00-da hərracı təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 24.1.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 14517 nömrəli, xx.xx.2016-cı il tarixli sənədi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(103)- 46/2023 saylı qərardadı ilə tələbkar İddiaçı şikayəti təmin edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-32/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-32/2021 nömrəli qərardadı ərizə təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 8(011)-32/2021 saylı qərardadı ləğv edilmiş və ünvan 7ində yerləşən 0,03 ha torpq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. İş materiallarında olan Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində X15 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın AN – İ № ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X7 rayonu, Nağaraxana kəndi ünvanında yerləşən ümumi sahəsi 0,15 ha olan torpaq sahəsini X1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, İddiaçı tərəfindən mübahisələndirilən ünvan 7ində yerləşən 0,03 ha torpaq sahəsi ilkin olaraq Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29.5.1998-ci il tarixli 08 saylı qərarı ilə 0,15 ha ölçüdə X16 verilmişdir. Həmin torpaq sahəsinə ləğv edilmiş DTXK tərəfindən JN-585A Kod 41011018 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Qeyd olunan torpaq sahəsinin 0,12 ha hissəsini X21 xx.xx.2016-cı il tarixdə Şamaxı rayon notariat kontorunda bağlanmış 4ə-482 nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Yerdə qalan 0,03 ha torpaq sahəsinə reyestrindən çıxarışın işlənməsi üçün müraciət etmədiyinə görə X15 adına reyestrdən çıxarış işlənilməmişdir. Qeyd olunan 0,03 ha torpaq sahəsinin üzərində X15 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, Cavabdeh1 sifarişi əsasında "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracda Cavabdeh3 satılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(011)-3638/2021 nömrəli qərarı ilə X21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən isə hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmamış və bununla bağlı əsaslandırma aparılmamışdır. 560.1-ci maddəsinə əsasən, Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi ilə bağlı "xxxx" MMC-də keçirilmiş hərrac nəticəsində X15 mülkiyyətində ünvan 7ində 0.003 ha torpaq sahəsi 4530 manata cavabdeh (qalib alıcı) Cavabdeh3 hərracda satılmışdır. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, keçirilmiş hərrac kobud şəkildə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, o, Cavabdeh1nə yazılı müraciət edərək cavabdeh Qamət Əliyevə məxsus üzərinə həbs qoyulmuş torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə təklifi qəbul etdiyini bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 14 saylı ərazi idrəsinə müraciət edərək, X5 mülkiyyətində olan və Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə dair müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin bəlli olmayan səbəblərdən borclunun torpaq sahəsi onun adına rəsmiləşdirilmədən açıq hərracda satılması üçün Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X22 Məsuliyyətli Cəmiyyətinə sifariş məktubu göndərilmişdir. Bu səbəbdən də iddiaçı hərracın etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiyasına əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi, iddiaçının tələbinin əsasını hərracın keçirilməsi qaydası deyil, hərracdan satılan torpaq sahəsinin əvvəlcə ona təklif edilməsi, təklifin onun tərəfindən qəbul edilməsinə baxmayaraq, icra məmuru tərəfindən mübahisəli torpaq sahəsinin açıq hərraca çıxarılaraq, ondan xəbərsiz satılması səbəbindən həmin əmlak hərracdan satılarkən onun hüquqlarının pozulması təşkil edir. Bununla bağlı nəzərə alınmalıdır ki, mübahisələndirilən hərrac qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Yəni, hərrac “İcra haqqında” Qanunun 53 və 61.2-ci maddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilmişdir. Bu zaman qeyd olunmalıdır ki, qeyd olunan Qanunun müddəalarına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olmaqla, həmin hərəkətlərdən birincisi icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən, sonrakı hərəkətlər isə icra məmuru tərəfindən həyata keçirilir. Göründüyü kimi, iddiaçı iddia tələbinin dəlili kimi “əmlakın dəyəri Hərrac Mərkəzinin depozit hesabına ödənilməmiş”, “ümumiyyətlə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmamışdır”, “əslində isə əmlak özgəninkləşdirilməmiş, hərrac formal keçirilərək əmlakın özgəninkləşdirilməsinin görüntüsü yaradılmışdır”, “hərrac protokolu imzasız, möhürsüzdür” hallara istinad etmişdir. Belə olan halda, iddiaçı hazırda mübahisəli hərracın görünüş üçün keçirildiyini, yəni yalan əqd olduğunu irəli sürür. Yalan əqdlər ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşdırılmış hüquqi mövqe aşağıdakı kimidir: Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair 18 mart 2022-ci il Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Məhkəmə qeyd edir ki, bu kimi halların mövcudluğu (iddia tələbində qeyd olunan dəlillər) özü özlüyündə hərracın etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hərrac baş tutduqdan sonra protokol bir neçə nüsxədə tərtib olunur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş protokolda, o cümlədən məhkəmə sorğusuna əsasən əldə olunmuş protokolda müvafiq qaydada imza və möhür mövcuddur. Bu baxımdan qeyd olunmalıdır ki, protokolun bir nüsxəsində imzanın və möhürün olmaması hazırki halda (işin digər faktiki halları ilə birgə yoxlanıldıqda) əhəmiyyət kəsb etmir. Digər tərəfdən hazırki hərracın yalan əqd olması müəyyən olunmur. Məhkəmə, belə nəticəyə gəlməsini mülki işin araşdırması zamanı müəyyən etdiyi aşağıdakı təkzibedilməz hallar ilə əsaslandırır. Bu baxımdan işin faktiki hallarından məlum olur ki, DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin cavab məktubuna əlavə edilmiş tələbkar İddiaçı Cavabdeh1nə ünvanlanmış ərizəsindən görünür ki, iddiaçı icra qurumundan ona yaradılan maneləri nəzərə alaraq, hərrac keçirilməsini xahiş etmişdir. Üstəlik də 8 iyul 2021-ci il tarixli ödəniş tapşırığına əsasən tələbkar İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 müraciəti əsasında onun kart hesabına əmlakın hərracda satılmasından əldə olunmuş 4530 manat pul vəsaiti köçürülmüşdür. Bununla yanaşı iddiaçı onun adından olan ərizənin başqa şəxs tərəfindən imzalandığını mübahisələndirsə də, işin faktiki halları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli ərizədəki imza X6 tərəfindən imzalanmışdır. Belə ki, AR-İİ seriyalı 344334 nömrəli etibarnamədən aydın olur ki, iddiaçı icra qurumunun depozit hesabında olan pul vəsaitini almağı, buna dair imza etməyi və s. X4 etibar etmişdir. Eləcə də həmin ərizədə iddiaçının adının olmasının, lakin X6 tərəfindən imzalanmasının müvafiq halda heç bir əhəmiyyəti mövcud deyil. Üstəlik də iddiaçı sonradan qeyd olunan ərizələrdəki imzaların o və qızı tərəfindən icra olunmadığını mübahisələndirsə də, müvafiq ekspertizanın təyin edilməsi barədə vəsatətlə də məhkəməyə müraciət etməmişdir. Belə olan halda iddiaçının hazırda keçirilmiş hərracın formal olmasına istinad edərək hərracı mübahisələndirməsi özü-özlüyündə əsassızdır. Qeyd olunan xüsusatlardan məlum olur ki, iddiaçı məhz özü hərracın keçirilməsini xahiş etmişdir. Belə olan halda yuxarıda qeyd olunanların kontekstində mübahisəyə yanaşdıqda müəyyən olunur ki, iddiaçı cavabdehin mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. Nəticə etibarilə məhkəmə tərəfindən hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmur və bununla bağlı iddiaçının tələbinin əsaslandırması da qanuni olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla əsassız olduğu sübuta yetdiyindən təmin edilməməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Şamaxı rayonu İcra və probasiya şöbəsinə və Cavabdeh3 qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Şamaxı rayonu İcra və probasiya şöbəsinə və Cavabdeh3 qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1550/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1550/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver