Məhkəmə qərarları › İş №2(005)-1551/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1551/2022

22.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1551/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın ləğv olunması və hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv olunması və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərtib olunmuş 242226 nömrəli 05 dekabr 2021-ci il tarixli aktın ləğv olunması və hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş 242226 nömrəli 05 dekabr 2021-ci il tarixli aktın ləğv olunması və hesablanmış 327.67 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin əməkdaşları Hüseynov Valeh, Əliyev Baxış və Kərimov Elnur tərəfindən 242226 nömrəli 05 dekabr 2021-ci il tarixli ‘‘İşıq sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Həmin aktda yeni sayğacın quraşdırılma səbəbi kimi plombun olmadığı göstərilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçı 327,67 (üç yüz iyirmi yeddi manat, 67 qəpik) manat məbləğində cərimə olunmuşdur. Hər dəfə “Smartkarf’a yüklədiyi pul məbləğini sayğaca daxil etdikdə, həmin məbləğin 50% məbləğində hissəsi cavabdeh tərəfindən çıxılır. Bu barədə cavabdehə irad bildirdikdə, iddiaçıya "xxxx" ASC tərəfindən borcların tam ödənilənədək belə olacağı bildirilmişdir. Qeyd olunan akt, qanunsuzdur, ləğv olunmalıdır. Belə ki, Azərişıq sayğacının üzərində plombun aşkar olunmaması hələ o demək deyildir ki, həmin plomb iddiaçı tərəfindən qırılmışdır. Xüsusilə qeyd olunmalıdır ki, sözügedən sayğac, aktda göstərildiyi kimi, çöldə divarda quraşdırılmışdır və onun nəzarəti altında deyil. Ən başlıcası isə plomb olmasa da iddiaçı, yaxud da hər hansı başqa bir şəxs tərəfindən sayğaca kənar müdaxilə edilməmişdir. Ümumiyyətlə, həmin plombun iddiaçı tərəfindən qırılması heç ağılabatan deyildir, ona görə ki, sayğac "xxxx" ASC-nin əməkdaşlarının birbaşa gözü qarşısındadır, küçədə quraşdırılmışdır və onu mühafizə etmək iddiaçının vəzifəsi deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1’nın 4-cü maddəsinin 4.7 və 4.8-ci bəndələrində göstərilir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları azərişıq paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; fiziki şəxs olan istehlakçıların azərişıq sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi azərişıq paylayıcısı, hüquqi şəxslərin azərişıq sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, iddiaçı sayğacda olan plombun olmamasına görə hər hansı məsuliyyət daşımır. X3 ”nın iddiaçı tərəfimdən pozulmasına dair hər hansı bir sübut yoxdur. Belə olan halda iddiaçı cavabdeh tərəfindən cərimələnməsi qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, elektrik sayğacında uyğunsuzluq aşkar olunmuş və bununla bağlı sənədləşdirmə aparılmışdır. Ona görə də iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli R 242226 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASCnin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus ünvanda (abunə kodu - **********00011) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, elektrik sayğacının alt qapaq möhürünün olmaması və kənar xətt olması qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş İcra vərəqindən görünür ki, İddiaçı məxsus Türkan yeni kənd ünvanında abunə kodu – **********00011 sayğacdan kənar xətt aşkar edildiyindən 348.38 manat cərimə hesablanması və Sayğacın alt qapağının yenidən möhürlənməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən İddiaçı (abunə kodu - **********00011) ünvanlanmış bildirişdən görünür ki, İddiaçı istifadə olunmuş elektrik enerjisi üçün 327,67 manat borcun olduğunu, həmin borcun 10 gün müddətində ödənilməsi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının fərdi yaşayış evinin həyətinin küçə hissəsində quraşdırılmış sayğacın alt qapaq möhürünün olmaması müəyyən olunmuşdur. Qeyd olunan nöqsanı müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən elektrik enerjisindən sərfiyyata görə 348.68 manat məbləğində borc hesablamışdır. Halbu ki, yuxarıda istinad edilən Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib edilmiş 242226 nömrəli 05 dekabr 2021-ci il tarixli aktın ləğv olunmalı və hesablanmış 327,67 manat məbləğində cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 242226 nömrəli 05 dekabr 2021-ci il tarixli qərar ləğv olunsun. "xxxx" ASC tərəfindən hesablanmış 327,67 (üç yüz iyirmi yeddi manat altmış yeddi qəpik) manat məbləğində cərimə silinsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar