Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1552/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2 Ərizəçi, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi (Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, o, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1 xx.xx.1990cı ildə Bakı şəhərində doğulmuşdur. Onlar, Bakı şəhəri, Binəqədi rayonu, BDYPİ-nin arxa məhəlləsi, küçə 3, döngə 4 ünvanındakı evdə birlikdə yaşayılrar. X1 İ qrup əlildir. O, Bakı şəhəri, Binəqədi rayonu 15 saylı şəhər poliklinasında “USİ”-nin davamlı qalıqları, tetraaplegiya, motor afaziya” diaqnozu ilə qeydiyyatdadır. X1 bu xəstəlik səbəbi ilə gəzə bilmir, qüsurlu danışır, əlini, qolunu, boynunu hərəkət etdirməkdə çətinlik çəkir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X11 ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə doğulmuşdur. xx.xx.2018-ci il tarixdə ASAN 5 tərəfindən verilmiş AZE seriyalı 17793558 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X10 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır; Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatının surətinə əsasən, X10 “USİ”-nin davamlı qalıqları, tetraaplegiya, motor afaziya” diaqnozu ilə qiymətləndirilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatının surətinə əsasən, X3 müddətsiz birinci dərəcəli əlillik verilmişdir, onun xəstəliyi tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, triparez, paraparez və s. diaqnozu ilə qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 2005 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən X7 ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində aşkar olunur. Bunu anamnestik məlumatlar, körpəlikdən nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda xeyli geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X8 Reabilitasiya müəssisəsirdə müayinədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, ünsiyyətə çətin daxil olması, bilik ehtiyatının son dərəcədə kasadlığı, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1990-cı il təvəllüdlü X6 qardaşıdır. X6 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə hazırlıq iclasında onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 məhkəmə psixiatrik ekspertizasının 2005 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən X7 ağır dərəcəli əqli gerilik aşkar olunur. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1990-cı il Bakı şəhərində anadan olmuş, kı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 58, mənzil 10 ünvanında qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1990-cı il Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1552/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1552/2022
30.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver